EBRD Azərbaycanın ən iri bankında səhmlərin 25%-ni ala bilər .....                     Sumqayıt Texnologiyalar Parkı Tacikistana kabel ixrac edəcək .....                     Aygün Kazımova istirahətə "yox" deyib .....                     Polislər yaralını həyata qaytardılar .....                     “Mənim heç nəyim yanmayıb” .....                     Əgər bunu Mehriban xanım bilsə... .....                     Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan Xarici əlaqələr komitələrinin görüşü keçiriləcək .....                     Quba-Xınalıq yolunda qar uçqunu: .....                     Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasına Sergey Lebedev rəhbərlik edəcək .....                     Xəlil Rzanın ailə üzvlərinin pullarını kim mənimsəyib? .....                     "Surxay və Hikmətlə maşında görüşdük və 500 manatı onlara verdim" .....                     Artur Rasi-zadənin kadrı Maliyyə Nazirliyinə transfer oldu .....                     Bakıda İNANILMAZ HADİSƏ: .....                     Biri icra başçısının qardaşı, digəri isə sabiq deputat oğludur .....                     İran "qaynayır" .....                     "Mneniyası olan qız axtarıram" .....                     ...gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq .....                     Azərbaycanda daha çox hansı dərmanların kəskin zəhərlənmələrə səbəb olduğu açıqlanıb .....                     Türkiyəli məmurlar rezin qayıqda Avropaya qaçdılar .....                     Bu nazirliklərin adı da dəyişəcək .....                     Prezident “özbək mahmudovçuları” hədələyir: .....                     Ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar aprelin 1-də silinəcək .....                     Azərbaycanda sosial sığorta haqları üzrə borcun məbləği açıqlanıb .....                     Ağdamlı ana Mehriban Əliyevadan imdad dilədi .....                     “Qardaşı Yasamalda hakimdir, məni hədələyirdilər...” .....                     Prokuror Sumqayıtda iki uşaq anasını zorlayaraq öldürən idman müəlliminə ağır cəza istəyib .....                     Mikayıl Cabbarov onu yenidən müşavir təyin etdi .....                     Azərbaycanda 90 yaşlı vəzifəli şəxs vəfat edib .....                     "Zeytun budağı"nda 75 yaşayış məntəqəsi terrorçulardan azad edilib .....                     Dörd uşaq anası ölüm ayağında, həkimlər yaxın durmur .....                     CHP deputatı PKK-çıya “şəhid” dedi, .....                     Bəşşar Əsədə bağlı ordunun Afrinə girməməsinin səbəbi məlum olub .....                     Bayıl sürüşmə zonasından köçürülən 67 ailəyə bu gün kirayə pulu veriləcək .....                     Gecə saat 5-də qızı blokda öpdü, sonra... .....                     Ərdoğan Latın Amerikasını Afrikaya dəyişdi .....                     “Dəmirbank”ın əmanətçiləri üçün RİSK .....                     İlham Əliyev iki müavin təyin etdi .....                     Bakıda türk liseyində direktor müavini şagirdi döydü .....                     Moskvada 25 dərəcə şaxta qeydə alınıb .....                     Nazarbayev yeni əlifbaya keçidi təsdiqlədi .....                 

Azərbaycanda yeni dini bölücülük təhlükəsi - TƏHLİL
Tarix: 7-12-2017, 10:12 | Çap et
Azərbaycanda yeni dini bölücülük təhlükəsi
Azərbaycan dini mühitində zərərli tendensiya müşahidə olunmağa başlayıb. Doğrudur, hələlik mövzu yalnız sosial şəbəkələrdə (amma qızğın şəkildə - K.R.) müzakirə olunur, necə deyərlər, virtualdan reala keçməyib. Ancaq prosesin özü çox təhlükəlidir və daha təhlükəlisi odur ki, bu zərərli tendensiyaya hansısa görünməz əllər dəstək verir. Bu barədə bir qədər sonra...

Məsələ ondadır ki, Yaxın Şərqdə son 6 ildə dini-məzhəbi nifrətə köklənmiş terror müharibəsi bitməyə doğru getdiyi, qatı, inkarçı düşüncənin zərərliliyi fikrini hər kəsin qəbul etməyə başladığı bir zamanda Azərbaycanda ənənəvi şiə məzhəbi ardıcılları arasında təkfir düşüncəsi yayılmağa başlayıb.

Məlumdur ki, İslam dini ardıcılları arasında təkfirçi düşüncənin yaşı çox qədimə gedir. Öz inancını (daha çox eyni dində olanlara aiddir, nəinki başqa dinlərə qarşı - K.R.) daha doğru və haqq bilən, fərqli düşünənləri “dindən çıxmış”, “yolunu azmış”, “küfrə düşmüş” kimi görən və buna görə də onları öldürməyə icazə verəcək qədər irəliyə gedən bu düşüncə əsrlər boyu yüz minlərlə günahsız insanın həyatına son qoyub, müsəlman aləmini inkişafdan saxlayıb. Son 6 ildə Yaxın Şərqdə bunun acı nəticələrini gördük.

Məlumdur ki, şiə cərəyanı daxilində ənənəvi, digər məzhəblərə loyal qruplarla yanaşı, daha sərt, hətta başqa məzhəbləri qəbul etməyən, eləcə də İslamın ilk illərində baş vermiş hadisədən çıxış edərək bəzi səhabələri lənətləyən, bunu az qalan inancın bir hissəsi olaraq təqdim edən, başyarma da daxil olmaqla, bir çox bu gün qatı hesab olunacaq hərəkətləri leqallaşdıran marginal qruplar olub və bu gün də var. Ancaq bu qruplar xüsusən də Azərbaycan kimi ölkələrdə azlıqda olduqları üçün səsləri o qədər də eşidilməyib. Xüsusən də son illərdə Yaxın Şərqdə baş verənlərdən sonra müsəlman ümməti daxilində sünni və şiələr arasında təkfirçi, qarşı görüşlərə hörmətlə yanaşma çağırışlar dəstək qazandığı üçün bu cür düşüncənin davamçıları nəzərə çarpmırdı.

Ancaq bu düşüncə hər zaman vardı və davam edir. Artıq uzun illərdir ki, küveytli din xadimi, səhabə haqqında təhqiramiz fikirlər işlədən Yasir əl-Həbib Londondan yayınlanan “Fadak” TV kanalı vasitəsilə, o cümlədən ABŞ-ın Kaliforniya ştatında yaşayan Məhəmməd Hidayəti “Salam” telekanalı vasitəsilə cəfərilik məzhəbi daxilində sərt fikirləri yayır.

İndi isə bu fikirlər Azərbaycanda tirajlanır. Sosial şəbəkələrdə mülayim, barışcıl, digər məzhəblərlə anlaşmaya meyilli qruplarla qatı məzhəbçilər arasında sözlü “duellər” baş verir. Ancaq qəribədir ki, Azərbaycanda bu qarşıdurma İran tərəfdarlığı ittihamlarının kölgəsində gedir. Məsələ ondadır ki, hazırkı İran İslam hakimiyyəti, o cümlədən İraq şiələrinin lideri Ayətullah Sistani müsəlman vəhdəti, digər məzhəblərə, onların müqəddəslərinə qarşı hörmətlə yanaşma tövsiyə edir, məzhəb ikitirəliyi salınmasına qarşı fətvalar veriblər. Lakin həm İranda, həm də İraqda və eləcə də digər ölkələrdə olan ifratçı şiə icmaları və onların dini liderləri bu səbəbə görə adıçəkilən üləmanı “şiəliyin əsaslarını sarsıtmaqda”, “şiə əqidəsindən kənara çıxmaqda” ittiham edir. Yuxarıda adıçəkilən kanallarda bunun onlarla örnəyi var. Söhbət konkret olaraq Peyğəmbərin (s.ə.s) həyat yoldaşı, eləcə də ilk xəlifələrə münasibətdən gedir. Hansı ki, bu mövzu uzun illər düşmənçilik və bölücülük səbəbi olub.

Əlbəttə, bu mövzu Azərbaycanda yaranmadığı üçün Azərbaycanda onun həll olunması da mümkün deyil. Amma məsələnin pis tərəfi odur ki, indi bu mövzunu ortaya atıb aranı qızışdıranlar var. Özü də münaqişə bu dəfə məzhəblər arasında deyil, bir məzhəbin daxilində gedir. Bu isə Azərbaycan üçün təhlükəlidir. Çünki Azərbaycanda bu günə qədər din və məzhəb ayrılığı mövzuları nifrət səbəbi olmayıb. İndi baş verən bu proses isə məqsədli şəkildə “İran tərəfdarları və əleyhdarları” arasında mübarizə kimi təqdim olunur. Çünki aydın məsələdir ki, Azərbaycan ictimai rəyində İrana qarşı, xüsusən də İran üləmasına qarşı soyuq münasibət var, İran təsirinin olması təhlükəli tendensiya kimi qəbul olunur. Bu səbəbdən də qarşı qrup məhz mülayim xətti İrana bağlamaqla mövzunu dini motivdən ayırıb ona geopolitik və siyasi çalar qatmağa çalışır. Ehtimal ki, hakimiyyətdə bilərəkdən və ya bilmədən buna gedən var.

Halbuki məsələ siyasi deyil, İslam məzhəbləri arasında münasibətlərdən və sərt xətt tərəfdarları ilə daha yumşaq, barışdırıcı xətt arasında qarşıdurmadan gedir. Bu mövzunun Azərbaycana ayaq açması din sahəsində düşmənçilik və nifrəti dərinləşdirəcək. Çünki qatı şiə qrupları həm daxildə, həm də “xaricə”, yəni digər məzhəblərə qarşı münasibətdə sərt görüşün tərəfdarıdırlar.

Hələlik mövzu sosial şəbəkələrdə mübahisə və müzakirələr, qarşılıqlı ittihamlar çərçivəsindən çıxmır. Tərəflər hədislər, dini rəvayətlər, tarixi hadisələri təftiş edərək bir-birinə qarşı arqument olaraq istifadə edir. Amma sabah bu prosesin daha sərt və amansız qarşıdurmaya çevrilməyəcəyinə də kimsə təminat verə bilməz.

Kənan RÖVŞƏNOĞLU
\\musavat.cim\\






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
EBRD Azərbaycanın ən iri bankında səhmlərin 25%-ni ala bilər
Bu gün, 16:43
Sumqayıt Texnologiyalar Parkı Tacikistana kabel ixrac edəcək
Bu gün, 16:33
Aygün Kazımova istirahətə "yox" deyib
Bu gün, 16:31
Polislər yaralını həyata qaytardılar
Bu gün, 16:28
“Mənim heç nəyim yanmayıb” - Ziya Məmmədov
Bu gün, 16:17
Əgər bunu Mehriban xanım bilsə...
Bu gün, 16:13
Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan Xarici əlaqələr komitələrinin görüşü keçiriləcək
Bu gün, 16:11
Quba-Xınalıq yolunda qar uçqunu: - Kəndlərlə əlaqə kəsilib
Bu gün, 16:09
Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasına Sergey Lebedev rəhbərlik edəcək
Bu gün, 16:07
Tanınmış rejissorda ağır xəstəlik tapıldı - Təcili əməliyyat...
Bu gün, 16:05
Xəlil Rzanın ailə üzvlərinin pullarını kim mənimsəyib? - MƏHKƏMƏ
Bu gün, 13:08
"Surxay və Hikmətlə maşında görüşdük və 500 manatı onlara verdim" - “Bizim dövr” qəzetinin baş redaktoru və əməkdaşlarının işi
Bu gün, 13:00
Artur Rasi-zadənin kadrı Maliyyə Nazirliyinə transfer oldu
Bu gün, 12:55
Bakıda İNANILMAZ HADİSƏ: - Keçmiş məmur oğlu evi kirayə götürdü, sonra isə...
Bu gün, 12:48
Biri icra başçısının qardaşı, digəri isə sabiq deputat oğludur – Prezidentin təyin etdiyi müavinlər
Bu gün, 12:42
Vahid Əziz xanım aparıcıları TOPA TUTDU: - “Dizini divanın dalında gizlədir"
Bu gün, 12:38
İran "qaynayır" - Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var
Bu gün, 12:36
"Mneniyası olan qız axtarıram" - Gənc oğlanın bu elanı sosial şəbəkələrdə müzakirə yaratdı
Bu gün, 12:32
...gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 12:27
Azərbaycanda daha çox hansı dərmanların kəskin zəhərlənmələrə səbəb olduğu açıqlanıb
Bu gün, 12:20
Türkiyəli məmurlar rezin qayıqda Avropaya qaçdılar
Bu gün, 12:16
Bu nazirliklərin adı da dəyişəcək
Bu gün, 12:14
Prezident “özbək mahmudovçuları” hədələyir: - “Quduz itlər, paqonlarınızı sökəcəyəm, heç 37-ci ildə belə olmayıb...”
Bu gün, 12:12
Ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar aprelin 1-də silinəcək
Bu gün, 12:07
Azərbaycanda sosial sığorta haqları üzrə borcun məbləği açıqlanıb
Bu gün, 12:05
Ağdamlı ana Mehriban Əliyevadan imdad dilədi - "Sanki əfv siyasəti kimlərinsə inhisarındadır"
Bu gün, 12:03
“Qardaşı Yasamalda hakimdir, məni hədələyirdilər...” - MƏHKƏMƏDƏN
Bu gün, 11:46
Prokuror Sumqayıtda iki uşaq anasını zorlayaraq öldürən idman müəlliminə ağır cəza istəyib
Bu gün, 11:27
Mikayıl Cabbarov onu yenidən müşavir təyin etdi - FOTO
Bu gün, 11:26
Azərbaycanda 90 yaşlı vəzifəli şəxs vəfat edib
Bu gün, 11:24
Ailəsindən danışan Gülnarə Xəlilova: - “Son sözü mən deyirəm"
Bu gün, 11:22
"Zeytun budağı"nda 75 yaşayış məntəqəsi terrorçulardan azad edilib
Bu gün, 11:10
Dörd uşaq anası ölüm ayağında, həkimlər yaxın durmur — Lənkəran Mərkəzi Xəstəxanasında BİABIRÇILIQ
Bu gün, 11:08
CHP deputatı PKK-çıya “şəhid” dedi, ölkə qarışdı
Bu gün, 11:04
Bəşşar Əsədə bağlı ordunun Afrinə girməməsinin səbəbi məlum olub - İşin içində "rus barmağı" var
Bu gün, 10:59
Vüqar Muradovdan onu söyənlərə: - "Ermənidən betərsiniz..."
Bu gün, 10:57
Bayıl sürüşmə zonasından köçürülən 67 ailəyə bu gün kirayə pulu veriləcək - İcra Hakimiyyəti
Bu gün, 10:52
Gecə saat 5-də qızı blokda öpdü, sonra... - Bakıda DƏHŞƏTLİ OLAY
Bu gün, 10:50
Ərdoğan Latın Amerikasını Afrikaya dəyişdi - Turneyə çıxır
Bu gün, 10:35
“Dəmirbank”ın əmanətçiləri üçün RİSK
Bu gün, 10:33
İlham Əliyev iki müavin təyin etdi - SƏRƏNCAM
Bu gün, 10:27
Bakıda türk liseyində direktor müavini şagirdi döydü - İş polisə düşdü
Bu gün, 10:18
Moskvada 25 dərəcə şaxta qeydə alınıb
Bu gün, 10:17
Nazarbayev yeni əlifbaya keçidi təsdiqlədi
Bu gün, 10:16
“Ara Abramyan nəinki özünü, bizləri də rüsvay edir”
Bu gün, 10:14
“Nə zaman ki, əfv olacağı gözlənilir, Avropada bəziləri 5-10 qəpik pula görə başlayırlar hay-həşirə”
Bu gün, 10:12
“Erotik başlıq görəndə əlləri tərləyən "ÇƏPİŞLƏR"" - PROBLEM
Bu gün, 10:08
İrəvanda yaşayış binasında güclü partlayış olub
Bu gün, 10:07
Lotu Quli ilə türk dərin dövlətinin "böyük buluşma"sı: - Pekerlə Quli yenidən bir araya gəldi
Bu gün, 10:06
Azərbaycanda efirində görünməmiş hadisə - Verilişin saxta olduğunu sübut etmək üçün mərcə girdi, iş polisdə bitdi
Bu gün, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru