ABŞ İrana 12 şərt irəli sürüb .....                     AKP-nin deputatlığa namizədlərinin siyahısında üç idmançı yer alıb .....                     Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını .....                     Siyəzən polisinin işçilərindən nailiyyət .....                     Siyəzəndə mobil operator şirkətinə 5 min manatlıq ziyan vuruldu... .....                     Dəməşq İŞİD-dən tam azad edildi .....                     Prezident İlham Əliyev Anna Netrebkonu “Dostluq” ordeni ilə təltif edib .....                     “Grand Hospital”da yeni direktorla həkimlər arasında qarşıdurma .....                     Sarkisyan istefasından sonra ilk dəfə adam arasına çıxdı .....                     30 manata intim münasibət təklifi və... .....                     Azərbaycan vətəndaşı İstanbulda intihar edib, .....                     Gömrüyə təzə NIRX gətirir .....                     Manat və dolların sabahkı .....                     Niyə məhz Naxçıvan? .....                     Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edi .....                     “Şahdəniz-2” layihəsi yaxın günlərdə başa çatacaq" .....                     Kafedə partlayış nəticəsində yaralanan hər iki şəxsin bədən səthinin 100 faizi yanıb .....                     "Azərbaycan və Serbiyanın üzləşdiyi münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır" .....                     Elmar Vəliyev “gəncəlilər”i qəbul etmir .....                     Etibar Məmmədovun oğlu ABŞ-a köçdü .....                     FHN partlayışın səbəbini açıqladı .....                     Zaur Hüseynovun da vaxtına az qalıb... .....                     Gədəbəy sakini keçmiş məhkum yoldaşı tərəfindən bıçaqlanıb .....                     Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: .....                     Təhsil nazirindən yeni təyinat .....                     Türkiyədə Azərbaycan Mədəniyyət Dərnəyi ilə Azərbaycan Evi Dərnəyi arasında qalmaqal: .....                     Kafedə partlayış nəticəsində yaralanan şəxslərin vəziyyəti ağırdır .....                     Deputat gözlənilən əfvdən .....                     Rüşvət almaqda təqsirləndirilən jurnalistin məhkəməsi .....                     “Əkizlərin biri öldü, o birinin vəziyyəti ağırdır” .....                     Bakıda kafedə partlayış olub, .....                     Seyfdən 31 manatlıq qızıl aparanlar .....                     LDU-da AXC-nin 100 illik yubileyi ingilis dilində qeyd olundu .....                     Azərbaycanda "Hüseyn"ə yardım et!" adı altında yüzlərlə insanı aldatdılar .....                     Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq .....                     Polis polkovnik-leytenantının komandası 3-cü oldu .....                     “SABAH qrupları insan kapitalının formalaşdırılmasını uğurla həyata keçirən modeldir” .....                     Elmar Vəliyev hələ də bu biletin bədəlini ödəməyib... .....                     Ukraynada erməni əsilli naziri təhqir etdilər .....                     Şəhid olan əsgərimiz yüksək vəzifəli məmurun qohumu imiş .....                 

“Nar” cari ilin nəticələrini açıqladı
Tarix: 6-12-2017, 17:43 | Çap et
“Nar” cari ilin nəticələrini açıqladı
DİA.AZ: - BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi çərçivəsində mətbuatla görüş təşkil edən “Nar” media nümayəndələrini mobil operatorun ən son nailiyyətləri ilə tanış edib.

Çoxsaylı jurnalistlərin iştirakı ilə keçirilən təqdimatda “Nar” şəbəkəsinin, işğaldan azad edilmiş bölgələr də daxil olmaqla, ölkə ərazisinin 93%-ni əhatə etdiyi, 2017-ci ildə ilk dəfə olaraq bölgələrdə – Gəncə şəhərində də istifadəyə verilmiş yeni 4G (LTE) baza stansiyaları ilə birlikdə 400-dən çox LTE stansiyasının quraşdırıldığı və “Nar” LTE baza stansiyalarının ümumi sayının artıq 1000-ə çatdığı, cari ildə 300-dən çox yeni 3G baza stansiyasının istismara verildiyi, 3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətlərinin müasir tələblərə cavab verən IP (Internet Protocol) texnologiyalı xətlərlə əvəz edildiyi və “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) üzrə 66% artımın müşahidə edildiyi barədə geniş məlumat verilib.

DİA.AZ xəbər verir ki, görüş zamanı səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidməti təqdim edilib. Bu texnologiya səsin maksimal dərəcədə təmiz ötürülməsini təmin edir, mobil telefonla danışan şəxsdə üzbəüz ünsiyyət təəssüratı yaradır və kənar səslərin təsirini minimuma endirir.

Qeyd edilib ki, mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar”-ın zəng xidmətləri üzrə ölkədə ən yüksək nəticə göstərmiş rabitə operatoru olduğu müəyyən edilib.

“Təqdim etdiyimiz sərfəli məhsullar və şəbəkə infrastrukturuna yatırdığımız irihəcmli sərmayə sayəsində, bu il şəbəkənin müstəqil sınaqlarının nəticələrinə əsasən, “Nar” mobil zəng xidmətləri üzrə ölkədə ən yüksək göstəriciyə nail oldu. Şəbəkədə data trafikinin həcmi 58%, internet məmnuniyyəti üzrə istehlakçı loyallığı indeksi isə iki dəfə artaraq bu günə qədər olan ən yüksək həddə çatdı“, - deyə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke mobil operatorun əsas uğurları barədə danışarkən qeyd edib.

Təqdimat zamanı ölkədə mobil rabitə, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini vahid platforma üzərindən təklif etmiş ilk mobil operator olan “Nar”-ın “Qutu” məhsulu haqqında da məlumat verildi. Bu məhsuldan yararlanan abunəçilər rabitə xərclərinə qənaət edir, ödəniş üçün əlavə vaxt itirmədən müxtəlif xidmətlərdən yararlanırlar.

Görüşdə “Nar”-ın sponsorluq fəaliyyəti və korporativ sosial məsuliyyət (KSM) strategiyasından da söhbət açıldı. Ölkədə keçirilən mühüm idman layihələrinin tərəfdaşı kimi böyük təcrübə qazanmış “Nar”-ın 2015-ci ildə Bakıda təşkil edilmiş ilk Avropa Oyunları, Bakı-2017 Oyunları və qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi telekommunikasiya tərəfdaşı seçildiyi qeyd edilib.

KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş “Təlim məktəbi” layihəsinin önəmi də vurğulandı. Artıq 3 ildən çoxdur ki, “Nar” fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ İrana 12 şərt irəli sürüb
Dünən, 18:55
AKP-nin deputatlığa namizədlərinin siyahısında üç idmançı yer alıb
Dünən, 18:42
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
Dünən, 18:21
Siyəzən polisinin işçilərindən nailiyyət
Dünən, 18:19
Siyəzəndə mobil operator şirkətinə 5 min manatlıq ziyan vuruldu...
Dünən, 18:17
Dəməşq İŞİD-dən tam azad edildi - 7 ildən sonra
Dünən, 18:09
"Bakıda iyirmi oxuyan varsa, mən iyirmi birinciyəm" — Səməd Səmədov
Dünən, 18:06
“Müğənniləri verilişimə alçaltmaq üçün çağırmıram” - Roza söz atdı
Dünən, 18:00
Prezident İlham Əliyev Anna Netrebkonu “Dostluq” ordeni ilə təltif edib - SƏRƏNCAM
Dünən, 17:49
“Grand Hospital”da yeni direktorla həkimlər arasında qarşıdurma - Kütləvi qovulmalar
Dünən, 17:46
Yusif Eyvazova “Xalq artisti” fəxri adı verilib - SƏRƏNCAM
Dünən, 17:43
Sarkisyan istefasından sonra ilk dəfə adam arasına çıxdı - FOTO
Dünən, 17:40
30 manata intim münasibət təklifi və... - 3 qız və bir kişidən ŞOK ƏMƏL
Dünən, 17:37
Bakıda tanınmış kosmetoloq müştərisini döydü - ''Eşitmişəm ki, arxasında bir kişi dayanır...''
Dünən, 17:30
Azərbaycan vətəndaşı İstanbulda intihar edib, o, kimsəsizlər qəbiristanlığında basdırılıb
Dünən, 17:21
Gömrüyə təzə NIRX gətirir - Kəmaləddin Heydərovun qurduqları dağıdılır
Dünən, 17:13
Sabir Rüstəmxanlının kürəkəni ilə
Dünən, 17:12
Manat və dolların sabahkı MƏZƏNNƏSİ
Dünən, 17:07
Niyə məhz Naxçıvan? - Erməni təxribatının iki səbəbi
Dünən, 17:04
Bred Pitt bir fincan qəhvəyə kinoya çəkildi
Dünən, 17:02
Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edi
Dünən, 16:54
“Şahdəniz-2” layihəsi yaxın günlərdə başa çatacaq" - Azərbaycan prezidenti
Dünən, 16:53
Kafedə partlayış nəticəsində yaralanan hər iki şəxsin bədən səthinin 100 faizi yanıb - Ölənlərin adları məlum olub
Dünən, 16:52
"Azərbaycan və Serbiyanın üzləşdiyi münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır" - Prezident
Dünən, 16:48
Elmar Vəliyev “gəncəlilər”i qəbul etmir
Dünən, 16:47
Etibar Məmmədovun oğlu ABŞ-a köçdü - FOTO
Dünən, 16:34
FHN partlayışın səbəbini açıqladı - RƏSMİ
Dünən, 16:32
Zaur Hüseynovun da vaxtına az qalıb... - İTTİHAM
Dünən, 16:30
Gədəbəy sakini keçmiş məhkum yoldaşı tərəfindən bıçaqlanıb
Dünən, 16:14
Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: - ”İstənilən hava hədəflərini məhv etməyə qadirik”
Dünən, 16:11
Təhsil nazirindən yeni təyinat - Şahbazlının dosyesi
Dünən, 16:09
Türkiyədə Azərbaycan Mədəniyyət Dərnəyi ilə Azərbaycan Evi Dərnəyi arasında qalmaqal: - “Məhkəməyə verəcəyik…”
Dünən, 16:06
Kafedə partlayış nəticəsində yaralanan şəxslərin vəziyyəti ağırdır - Səhiyyə Nazirliyi
Dünən, 16:01
Deputat gözlənilən əfvdən DANIŞDI
Dünən, 16:00
Rüşvət almaqda təqsirləndirilən jurnalistin məhkəməsi - Xəstə olduğunu desə də...
Dünən, 15:59
“Əkizlərin biri öldü, o birinin vəziyyəti ağırdır” - Ana həkimləri ittiham etdi
Dünən, 15:56
Bakıda kafedə partlayış olub, iki nəfər ölüb, iki nəfər xəsarət alıb
Dünən, 15:51
Seyfdən 31 manatlıq qızıl aparanlar ƏLƏ KEÇDİ
Dünən, 15:49
LDU-da AXC-nin 100 illik yubileyi ingilis dilində qeyd olundu
Dünən, 15:48
Azərbaycanda "Hüseyn"ə yardım et!" adı altında yüzlərlə insanı aldatdılar - FOTOFAKTLAR
Dünən, 15:47
Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq
Dünən, 15:32
“Toy gününün səhəri stolları başımda qırdı” – Meyxanaçı Samirə
Dünən, 15:29
Polis polkovnik-leytenantının komandası 3-cü oldu
Dünən, 15:25
“SABAH qrupları insan kapitalının formalaşdırılmasını uğurla həyata keçirən modeldir”
Dünən, 15:23
Elmar Vəliyev hələ də bu biletin bədəlini ödəməyib... - Yeni təhsil naziri də "Gəncə xanı" ilə bacarmır?
Dünən, 15:22
Ukraynada erməni əsilli naziri təhqir etdilər
Dünən, 15:08
Şəhid olan əsgərimiz yüksək vəzifəli məmurun qohumu imiş
Dünən, 15:06
"Qız anasının müştəriləri tərəfindən 20 manata dəfələrlə zorlanıb" - Kəmalə Ağazadə
Dünən, 15:05
"Dağlıq Qarabağ separatçıları ilə xartiya imzalayan Fransa merlərinə xəbərdarlıq edilib" - Fransalı deputat
Dünən, 15:03
"Kimlərsə onun yolunu kəsir..." - Oyun oynayanlar var
Dünən, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru