Gədəbəydə qadını döyərək 40 min manatlıq qızılını oğurlayan şəxs saxlanılıb .....                     Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb .....                     "Sözün varsa, gəl üzümə de" .....                     Arıçılara subsidiyaların verilməsinə yaxın zamanlarda başlanacaq .....                     Sabah yağış və sulu qar yağacaq .....                     Sevdiyi qızın xalası oğlunu qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib .....                     “DəmirBank”ın əmanətçilərinə 38 milyon manatdan çox kompensasiya ödənilib .....                     Azərbaycanın xarici dövlət borcu NİYƏ ARTIB? .....                     Rusiya İstintaq Komitəsi Zəhranın ölümünü araşdırır .....                     Polisimizin səyyar xidməti davam edir .....                     Azərbaycanda qeyri-adi hadisə: .....                     Oğru qapıda ev sahibəsi ilə qarşılaşdı, telefonunu düşürüb qaçdı .....                     Hüquqşünaslar Cəzaçəkmə Müəssisəsini məhkəməyə verdi .....                     Fransa polisi PKK yandaşıarına meydan verir .....                     Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb .....                     “Ermənistan açıq-aşkar terrorçuları himayə edir” .....                     Türkiyə Afrində 1595 terrorçunu məhv etdi .....                     Gəncədə keçmiş məhkumun üzərindən narkotik vasitə aşkarlanıb .....                     "Bakıda xəstə evini satıb, təcili yardımın yanından ev aldı" .....                     Trampın xəstəxanadan fotosu yayıldı .....                     Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil .....                     Azərbaycanda “halal” sertifikatı verən qurum dəyişir .....                     Türkiyə möhtəşəm silah hazırlayır .....                     Tədris-Terapevtik Klinikasında özbaşınalıq .....                     "Məni ona görə günahlandırıb ki.." .....                     “Manatın qorunma ehtimalı daha yüksəkdir” .....                     Ağ Ev Rusiyanın forpostuna dərs verməkdə qərarlıdır .....                     "Göydələn"lər alıcı tapmır: .....                     Azərbaycanda 17 bank vergidən belə yayınır .....                     Hansı ölkə hansı ölkəni təhdid olaraq görür? .....                     “Avropanın uzunmüddətli enerji layihəsi” .....                     "Görsünlər ki, mənim simamda iş adamlarına burada necə divan tutulur" .....                     Prezidentliyə namizədliyini irəli sürənlərin sosial-iqtisadi proqramları varmı? .....                     Poroşenkodan Rusiya bayrağına qadağa çağırışı .....                     Xüsusi prokuror Müller Aslanova qarşı rəsmi ittiham irəli sürdü .....                     Müdafiə Nazirliyində hərbi verilişlər hazırlayan müxtəlif televiziyaların əməkdaşları ilə görüş keçirilib .....                     Nazirlikdə TƏLAŞ SƏNGİMƏYİB .....                     MİT-dən ölkə xaricində uğurlu əməliyyat .....                     “Lotu Quli”ni qəbul etməyən "Gəncəli Firdovsi"yə “oğru” adı verilib? .....                     "Müxalifət həmişə bizi söyüb" .....                 

Azercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisində
Tarix: 6-12-2017, 17:09 | Çap et
Azercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisində
DİA.AZ: - Ölkənin lider mobil operatoru biznes və asudə üçün bir sıra texnoloji yeniliklər nümayiş etdirir.

Hər ilin sonunda regionun və dünyanın ən son texnoloji yenilikləri BAKI EKSPO mərkəzində keçirilən Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində təqdim olunur. “Bakutel 2017” çərçivəsində həm biznes, həm də asudə üçün faydalı olan mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələri isə Azercell-in stendində sərgilənir. Artıq illərin adətinə çevrilmiş bu ənənə 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya

DİA.AZ xəbər verir ki, texnologiyaları Sərgi və Konfransında da davam edir. Azercell Telekom MMC bu il “Bakutel” –in nəinki əsas iştirakçılarından biri, həmçinin, Baş Sponsorudur.

Azercell Telekom dörd gün ərzində “Bakutel” pavilyonunun mərkəzində yerləşən ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yenilikləri ziyarətçilərə təqdim edir. Stendin bir hissəsi yeni “Azercell Exclusive" konsepsiyasına aiddir. Bu hissədə yeni nəsil İT üzrə həll variantları, 4G və 5G texnologiyalara aid müxtəlif innovativ mobil xidmətlər, müasir mobil cihazlar nümayiş olunur. Burada sərgi ziyarətçiləri, həmçinin, Azercell tərəfindən təqdim olunan son model telefonlarla tanış olub, onları yerində test edə, məhsul, xidmətlər haqqında peşəkar təmsilçilərdən ətraflı məlumat ala bilərlər.

Budəfəki “Bakutel” sərgisində Azercell öz yeni biznes həllini tam gücü ilə müştərilərin ixtiyarına verir. Belə ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarla bizneslərə eksklüziv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.

Azercell-in stendində ən maraqlı bölmələrdən biri son nəsil texnologiyaların nümayiş olunduğu sahədir. Burada telefonla “Bulud” texnologiyaları üzərindən idarə olunan robot ziyarətçilərin xüsusi marağına səbəb olur. Belə ki, onlar təkərlərin üzərindəki kiçik robotun asanlıqla tarazlığını saxlaya bildiyinin şahidi olurlar. Digər proqram isə qarışıq və virtual reallığın köməyilə real həyatda təhlükəsizliyin nə cür qoruna biləcəyini göstərir. Məsələn, virtual reallıq vasitəsilə fövqəladə hallarda konkret məkandan çıxış yollarını axtarıb tapmaq, digər halda isə istehsalı artırmaq üçün vizual yollar əldə etmək olar. Bu sistem, həm də, qəzadan qurtulmaq üçün yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət edir, qarşıdan gələn maşın haqqında sürücüyə xəbər verir. “Smart parking” adlı digər bir texnologiya isə küçədəki kameraların köməyilə maşın üçün parklama yerinin axtarılıb tapılmasına yardım edir.

“Texnologiya” bölməsində sərgilənən kiçik bir kubun – “Connected cube” köməyilə ağıllı idarəetmənin şahidi olmaq mümkündür. Ziyarətçilər kubun kənarındankı QR kodlarını telefonda skanerdən keçirməklə, həmin yerdəki temperaturu, rütubətliliyi ölçən cihazlara qoşulur, heç bir proqram yükləmədən asanlıqla bu göstəricilərin qeyd olunduğu portala keçmiş olurlar.

Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrilib. Mobil kommunikasiyada təhlükəsizliklə bağlı problemləri həll edən “Azercell Plus Təhlükəsizlik” xidməti ilə şirkətin stendində ətraflı tanış olmaq olar. Bu proqram fayllar, proqramlar və saytların təhlükəsizliyini dərhal yoxlayır, viruslara və digər təhdidlərə qarşı müdafiəni təmin edir, naməlum saytlar tərəfindən şəxsi məlumatların əldə edilməsinin qarşısını alır. Proqram arzuolunmaz saytlara keçid, habelə virusa yoluxmuş və saxta saytlara keçiddən qoruyur, təhlükəsiz onlayn ödəniş imkanı verir. Həmçinin, açıq Wi-Fi şəbəkələrinin təhlükəsizliyini yoxlayır, veb kameraya icazəsiz keçidə imkan vermir. “Azercell Plus Təhlükəsizlik” xidmətinin üstün cəhətlərindən biri də İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Yuxarıda sadalanan özəlliklərdən başqa, "Valideyn Nəzarəti", həmçinin, uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, övladların qoşulduğu qruplardan xəbərdar olmağa, uşaqların yerini müəyyənləşdirmək və onlar üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.

Azercell musiqisevər abunəçilərini də unutmayıb. Sərgidə təqdim olunan "Azercell Plus Musiqi" xidməti hər kəsə sevimli musiqi parçalarını, müxtəlif melodiya və mahnılarını istənilən vaxt və istənilən yerdə dinləmək imkanı verir. Bu xidmətlə 28 milyondan artıq musiqi parçasını telefonda toplamaq mümkündür. "Azercell Plus Musiqi" ilə populyar mahnıların siyahılarını yaratmaq, onları sosial şəbəkələrdə paylaşmaq imkanını əldə etmək olar. Üç dil seçimi verən xidmətdən Azercell abunəçiləri, həm də, bir ay ərzində pulsuz istifadə edə bilirlər.

“Bakutel 2017” sərgisinin keçdiyi dörd gün ərzində Azercell stendinin ən aktiv və şən guşəsi olan əyləncə zonası ziyarətçiləri üçün xoş sürpriz, hədiyyələr qazandıran müsabiqə və viktorinalarla zəngin olacaq. Odur ki, hamını Azercell stendini ziyarət etməyə və buradakı ən son yeniliklərdən həm iş, həm də əyləncə üçün istifadə etməyə dəvət edirik!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elşad Xosenin gecə klubundan paparazzi görüntüləri yayıldı - VİDEO
Dünən, 13:17
Gədəbəydə qadını döyərək 40 min manatlıq qızılını oğurlayan şəxs saxlanılıb
Dünən, 13:14
Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb
Dünən, 13:14
"Sözün varsa, gəl üzümə de" - Deputatdan sərt reaksiya
Dünən, 13:11
Arıçılara subsidiyaların verilməsinə yaxın zamanlarda başlanacaq
Dünən, 13:06
Sabah yağış və sulu qar yağacaq - Belə deyirlər...
Dünən, 13:04
Sevdiyi qızın xalası oğlunu qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Dünən, 12:29
“DəmirBank”ın əmanətçilərinə 38 milyon manatdan çox kompensasiya ödənilib
Dünən, 12:20
Azərbaycanın xarici dövlət borcu NİYƏ ARTIB? - Nazirlik açıqladı
Dünən, 12:18
Rusiya İstintaq Komitəsi Zəhranın ölümünü araşdırır
Dünən, 12:12
Polisimizin səyyar xidməti davam edir - FOTOLAR
Dünən, 12:07
Şəmistan Əlizamanlıdan “Zeytun budağı”na DƏSTƏK
Dünən, 12:01
Azərbaycanda qeyri-adi hadisə: - Qadın ərinə ikinci arvad aldı
Dünən, 11:58
Oğru qapıda ev sahibəsi ilə qarşılaşdı, telefonunu düşürüb qaçdı - Bakıda
Dünən, 11:55
Hüquqşünaslar Cəzaçəkmə Müəssisəsini məhkəməyə verdi
Dünən, 11:49
Fransa polisi PKK yandaşıarına meydan verir
Dünən, 11:47
Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb
Dünən, 11:45
“Ermənistan açıq-aşkar terrorçuları himayə edir”
Dünən, 11:41
Türkiyə Afrində 1595 terrorçunu məhv etdi
Dünən, 11:38
Gəncədə keçmiş məhkumun üzərindən narkotik vasitə aşkarlanıb
Dünən, 11:30
"Bakıda xəstə evini satıb, təcili yardımın yanından ev aldı" - PSİXİATRIN GİZLİNLƏRİ
Dünən, 11:29
Trampın xəstəxanadan fotosu yayıldı
Dünən, 11:26
Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil - Şefçoviç
Dünən, 11:18
Azərbaycanda “halal” sertifikatı verən qurum dəyişir
Dünən, 11:14
"“Şou-biznes əhli”nin qarderobu və alt paltarlarının nümayişi ilə kifayətlənməyən telekanallarımız..." - Deputat giley edir
Dünən, 11:13
Türkiyə möhtəşəm silah hazırlayır - FOTO
Dünən, 11:10
Tədris-Terapevtik Klinikasında özbaşınalıq - Görün, pulu necə qazanırlar...
Dünən, 11:05
"Məni ona görə günahlandırıb ki.." - Nazirə GİLEY
Dünən, 11:01
“Manatın qorunma ehtimalı daha yüksəkdir” - deputat
Dünən, 10:58
Ağ Ev Rusiyanın forpostuna dərs verməkdə qərarlıdır - TƏHLİL
Dünən, 10:56
"Göydələn"lər alıcı tapmır: - Tikinti şirkətlərinin "cəzibadar" təklifləri də 1000 manatdan keçir
Dünən, 10:54
Azərbaycanda 17 bank vergidən belə yayınır - "2017-ci il bank sektoru üçün ən zərərli il olub"
Dünən, 10:53
ARB-də QALMAQAL: - “Məni müdir yumruqladı, sonra…”
Dünən, 10:49
Hansı ölkə hansı ölkəni təhdid olaraq görür?
Dünən, 10:41
“Avropanın uzunmüddətli enerji layihəsi” - TƏHLİL
Dünən, 10:39
"Görsünlər ki, mənim simamda iş adamlarına burada necə divan tutulur" - Xızıda GİLEY
Dünən, 10:37
Prezidentliyə namizədliyini irəli sürənlərin sosial-iqtisadi proqramları varmı?
Dünən, 10:36
Poroşenkodan Rusiya bayrağına qadağa çağırışı
Dünən, 10:34
Xüsusi prokuror Müller Aslanova qarşı rəsmi ittiham irəli sürdü
Dünən, 10:32
Müdafiə Nazirliyində hərbi verilişlər hazırlayan müxtəlif televiziyaların əməkdaşları ilə görüş keçirilib
Dünən, 10:29
Nazirlikdə TƏLAŞ SƏNGİMƏYİB - Yeni həbslər ola bilər
Dünən, 10:28
MİT-dən ölkə xaricində uğurlu əməliyyat
Dünən, 10:26
“Lotu Quli”ni qəbul etməyən "Gəncəli Firdovsi"yə “oğru” adı verilib? - VİDEO
Dünən, 10:24
"Müxalifət həmişə bizi söyüb"
Dünən, 10:23
Damlanın ailəsində özəl gün
Dünən, 10:19
Tanınmış iş adamından hadisə kimi açıqlamalar
Dünən, 10:17
Bu tarixin də qisası düşməndən alınmalıdır - UNUTMARIQ!
Dünən, 10:15
Neft bahalaşıb
Dünən, 10:14
Bakıdan iki fevral “şoku” - İrəvan və Kreml təlaş ortaqları kimi...
Dünən, 10:14
Röyanın "Səndən Başqa"sı - 1 milyon
Dünən, 10:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru