Bakıda sahibsiz itlər kütləvi şəkildə məhv edildi .....                     Lukaşenko hökumətə yeni baş nazir və nazirlər təyin edib .....                     "Belarus heç vaxt kiminsə vassalı olmayacaq" .....                     Prezident İlham Əliyev əfqanıstanlı həmkarını .....                     Husilər yenidən Səudiyyəni hədəf aldı .....                     Nazir məhkəməyə verildi .....                     Prezident İlham Əliyev Lerikdə yol tikintisinə 11,3 milyon manat ayırıb .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb .....                     "Mühasirəyə düşən ermənilər "UAZ”ı yandırıb qaçdı" .....                     DGK sədri Bakı Baş Gömrük İdarəsində və "Qoşa Təpə" gömrük postunda olub .....                     Fermerlər alıcı tapmaqda çətinlik çəkirlər .....                     Koçaryan üçün yeni “layihə”: Keçmiş prezidenti siyasətə kim və niyə qaytarır? .....                     “Ermənistanda iqtisadi siyasət yoxdur” .....                     Kofi Annan ölüb .....                     “Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı salıb .....                     Ermənistan ordusunun baş qərargah rəisi Qarabağa gəlib .....                     “BakuBus”un marşrutunda kişinin 400 manatını oğurladılar .....                     General Rəsul Çunayevin rütbəsini artırdı .....                     Əli Əhmədov Türkiyəyə gedib .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     Şəkidə küçədən kişi meyiti tapılıb .....                     Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib .....                     Məhkəmə Hüseyn Abdullayevin anasının ev dustaqlığını daha iki ay uzadıb .....                     Tramp xüsusi muzdlu ordu yaradır .....                     Putin avstriyalı nazirin toyundan sonra Merkellə görüşəcək .....                     Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu araşdırıblar .....                     Sabah yağış yağacaq, şimşək çaxacaq .....                     11 illik hakimiyyətin SONU ÇATIR .....                     Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb .....                     “Özünü də, məni də bədbəxt etdi” .....                     Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri .....                     "Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir" .....                     ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf .....                     Merkelin Azərbaycan səfərinin arxasında nələr durur? .....                     11 mənzildən oğurluq edən şəxs videokamera görüntüsü ilə saxlanıldı .....                     Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı .....                     Azərbaycan nefti bahalaşmaqda davam edir .....                     Mərkəzi Neftçilər Xəstəxanasında ÖZBAŞINALIQ .....                     Salyanda zəlzələ olub .....                     Azərbaycanda 13 azyaşlı qızı fahişəliyə cəlb etdilər .....                 

İnsanlar Marsda yaşaya bilərmi? - Azərbaycanlı fizikdən sensasion iddialar
Tarix: 23-11-2017, 09:24 | Çap et
İnsanlar Marsda yaşaya bilərmi?
Yaşayan ən böyük alimlərdən olan astrofizik Stiven Hokinq tez-tez bəşəriyyəti Yeri tərk edib başqa planetdə məskunlaşmağa səsləyir. O, Yeri tərk etmək zərurətini qlobal istiləşmənin, epidemiyaların, insanların sayının artmasının gətirəcəyi fəlakətlərlə əlaqələndirir. Hokinq indiki templə dünyanın qaynaqlarının bir neçə yüz ilə ancaq kifayət edə biləcəyini deyir. Hokinqə görə, ən gec 1000 il ərzində dünyanı tərk edib başqa planetlərdə məskunlaşmalıyıq. Namizəd planet olaraq daha çox Marsın adı çəkilir.

Fizik Yalçın İslamzadə Kult.az-a müsahibəsində Hokinqin bu fikirləri və kainatın bu günü, gələcəyi haqda danışıb.

- Yalçın bəy, Hokinqin dediyi kimi, insanların Marsda məskunlaşması mümkündürmü?

- Hər nə qədər bizim texnologiyamız yer miqyasında çox inkişaf etmiş olsa da, kainat miqyasında oyuncaq kimidir. Motor gücü, gəmilərin tutumu və sürətləri olduqca zəifdir. Marsın məskunlaşdırılması çox kiçik ehtimaldır. Demək olar ki, insana faydalı olacaq heç bir qaynağı olmayan planetə, metaldan toxumlara qədər hər şey yerdən daşınmalıdır. İnsanlar Yer üzərindəki həyata milyonlarla il ərzində uyğunlaşdılar, ancaq hələ də tam uyğunlaşdığımızı iddia edə bilmirik. Marsa adaptasiya olmaq üçün lazım olan zaman isə bundan olduqca çox olacaq və planın uğursuz olma ehtimalı yüksəkdir. Üstəlik bu, sadəcə çox zənginlərin faydalana biləcəyi elitar həlldir. Belə çıxır ki, kosmosdakı yeni insan koloniyası sadəcə bir qrup tərəfindən məskunlaşdırılacaq və insan növü bütün müxtəlifliyi ilə “Yeni dünya”da təmsil olunmayacaq.

Amerikadakı yeni hökumət ekoloji problemlərə, əsasən də qlobal istiləşməyə şübhə ilə yanaşır. Başlıca kosmik tədqiqat qurumu olan NASA-nı büdcəsinin azaldılması təhlükəsi gözləyir. NASA-nın əlindəki kosmik skafandrların ciddi texniki problemləri var və hətta bu mükəmməl olmayan skafandrlardan belə NASA-nın əlində çox az sayda mövcuddur (cəmi 18 yeni skafandr qaldığı yazılır). Açıq fəzaya çıxış nəzərdə tutulmuş bir çox missiya skafandr çatışmazlığı ucbatından baş tutmaya bilər. Yeni skafandrların hazırlanması üçün ilkin olaraq 200 milyon dollar vəsait və uzun müddət tələb olunur. Bu fakt belə, kosmik fəza üçün texnologiyamızın nə qədər primitiv olduğunu və kosmik uçuşlar kimi ciddi işlərdə belə planlaşdırma xətasına yol vermə riskinin az olmadığını göstərir. Hokinq yaxın gələcəkdə Marsı məskunlaşdırmasaq yox, Yeri dirçəltməsək, həyatın təhlükədə olduğunu bəşəriyyətə çatdırmalıdır.

- Yeni ekoloji təfəkkür eko-superdövlət qurulması ilə nəticələnməlidir?

- Hokinqin bu çağırışları, eləcə də dinin dünyanın nə zamansa tərk ediləcəyi inancı təhlükəlidir. İnsanlar bu dünyadan başqa dünyanın olmadığını qəbul edib onu qorumalıdırlar. Kasıb ailələr az sayda uşaq dünyaya gətirib onlara daha yaxşı təhsil vermənin doğru strategiya olduğunu anlamalıdır. Ov qadağan edilməlidir. Çünki ovçuluq artıq qida təmini üsulu deyil, sırf zövq üçün canlıları ovlamaq sapiens eqoizmidir. Sirklərdə və kürk üçün canlıların istismarı və öldürülmələri qadağan edilməlidir. Bütün dünyada vətəndaşlar, sadə insanlar yeni ekoloji təfəkkürə yiyələnib hökumətlərinə dünya ekosisteminin problemlərini həll etmələri üçün təzyiq göstərməlidirlər. Çünki dünyanın böyük dövlətlərinin hazırkı başçılarının əsas dərdləri vəzifədə olduqları müddətdə kiçik uğurlar qazanmaqdır. Bu kiçik uğurlar isə təbii qaynaqların istismarı sayəsində deyək ki, Çində iqtisadi inkişafın əvvəlki göstərici ilə müqayisədə 1%-lik artışıdır. Hər dövlətin sərhədləri olsa da və onlar ölkələrinin rifahını artırmağı düşünsələr də, bu, dünyanın başqa yerlərində təbiətin öldürülməsi hesabına baş verir. Ekologiya isə sərhəd tanımır, çirkli hava və su, infeksiyalar, eroziya, yüksələn dəniz səviyyəsi asanlıqla sərhədləri aşa bilər. Əgər Edvard Vilson biraz daha gənc olsaydı, Eko-Dünya dövlətinin qurulması onun prezident olması üçün çalışmağa dəyərdi. Və əslində artan əhaliylə artan iqtisadi inkişaf mümkün deyil. Bir hesablamaya görə, müəyyən bir ildə dünyanın ümumdaxili məhsulu 33 trilyon dollar olmuşdu. Bu rəqəm, bir qrup iqtisadçı və bioloqların hesablamalarına görə, elə həmin il istifadə olunan təbii qaynaqların-su, hava, torpaq da nəzərə alınmaqla-pulla ifadəsinə bərabər idi. Deməli, iqtisadi artım dediyimiz son təhlildə miras aldığımız təbiətin daha çox istismarı mənasına gəlir.

- Vəsaiti hara xərcləməliyik?

- Şirkətlər ifrat istehlakı təşviq edərək, dünyanın təbii qaynaqlarının tükənməsinə və çirklənməsinə səbəb olduğu kimi, müxtəlif yeni çağ təlimləri də insanların zehinlərini bulandırmaqda, onların real problemləri görmələrinə mane olmaqdadır. Kreasionizm təkamül nəzəriyyəsinə qarşı təbliğat aparmaqla bizim Yerə, digər canlılara, ekosistemə bağlılığımızı görməyə mane olur, dünyanın qiyamət sonrası tərk edəcəyimiz müvəqqəti dayanacaq kimi göstərir. Qərblilərə yaşamağı öyrətmək iddiasında olan, əsasən Hindistan mənşəli quruları misal verək. Hindistanda əhali sürətlə artarkən, içmə suyu və kanalizasiya problemi varkən, qadınlar qrup halında törədilən təcavüzlərə məruz qalırkən, hind qurular nədənsə öz ölkələrinin problemlərini deyil, Qərbin problemlərini həll etməyə çalışırlar. Çünkü orada boşluq içində olan zəngin insan çoxdur. Ciddi təhsili olmayan bu qurular yaddaşdan və dildən danışa, ancaq müasir elmin bu mövzularda kəşf etdiklərindən xəbərsiz ola bilirlər. Əslində işləri, “özün ol”, “özünü kəşf et” kimi şüarçılıqla boşluqda olan insanlara təskinlik satmaqdır. “Öz” nədir? Doğuşla gələn, həmişə orda olan, əzəli-əbədi bir cövhərdir, yoxsa genlərin və mühitin təsiri ilə, insanda uzun müddətdə formalaşan bir düşüncə və davranış bütünlüyü? Bu fırıldaqçılardan olan Oşonun 100 ədəd “Rolls-Roys” markalı maşından ibarət kolleksiyası vardı. Amerikadakı məbədində 300 m məsafəni belə limuzinlə gedirdi. Sadəcə içiboş təskinlik satmaqla bu sərvətə qovuşmuşdu. Ancaq hələ də onun səfsətələri yayılmaqda, “kitablarının” nəşri üçün ağaclar kəsilməkdə, insanlar nə zamansa onlarda olan “gizli cövhəri” kəşf etmək ümidiylə özlərini ovutmaqdadırlar. Ümumiyyətlə, insanı real problemləri görməzdən gəlib, psevdo-problemlərə istiqamətləndirən, onu konfort zonasına salıb təskinlik verən təlimlər asanlıqla tərəfdar toplayır. Başqa bir misal, bizim ictimaiyyətə daha yaxından tanış olan Adnan Oktardır. Heç bir ciddi təhsili olmayan bu şəxs, ən müxtəlif mövzularda saysız-hesabsız kitabların müəllifliyinə iddia edir (kitabların üzərində müəllif kimi onun adı yazılır). Dünən “Soyqırım yalanı” adlı kitab yazıb nazilər tərəfindən yəhudilərə qarşı soyqırım törədilmədiyini əsaslandırmağa çalışır. Ertəsi gün “Soyqırım vəhşəti” adlı kitab yazır, soyqırımın reallığını qəbul edir. Dünən guya dünyanın başına bəla olan mason komplosunu ifşa edir, bu gün fəxrlə mason olduğunu bildirir. Təkamül nəzəriyyəsinə qarşı təbliğat aparır, ancaq saytlarında “Süleyman peyğəmbər dalğıc cinlərlə yer altından faydalı qazıntılar çıxarırdı” yazır. Əsanın ilana çevrildiyinə inanır, milyonlarla il ərzində növlərin dəyişdiklərini inkar edirlər. Öz məqsədləri üçün faktları təhrif edir, tərcümə edərkən orijinal mətndə olmayan əlavələr edirlər. Bahalı poliqrafiya məhsulu olan, tam 270 səhifəlik “Düşünən insan” jurnalını insanlara pulsuz paylayacaq qədər maddi imkanlara sahibdirlər. Jurnal səhifələri milyonlarla il yaşı olan fosil şəkilləri ilə dolu olsa da, nədənsə bircə insan fosili şəkli belə yoxdur. Əgər jurnalda 300 milyon yaşı olan fosil şəkli varsa və canlılar eyni anda yaradılıblarsa və dəyişməyiblərsə, hanı indikinin eyni olan 300 milyon yaşlı insan skeleti? Heç olmasa 50 milyon yaşlı skelet? İnsanlar bu sadə sualları soruşmaq vərdişində olmadığından asanlıqla aldanır və qaynaqlar bizə real problemləri və həllərini göstərən elmi təfəkkürün əleyhinə təbliğat aparmaq üçün istifadə edilir.

Alternativ olaraq, yaşayan ən böyük bioloqlardan olan Edvard Vilsona qulaq asa bilərik. Vilson sosiobiologiya və biofilia nəzəriyyələrinin müəllifidir, Təbiəti Mühafizə Fondu və Təbiəti Qoruma Təşkilatları ilə fəal əməkdaşlıq edərək ekosistemin qorunması uğrunda çalışır.

Vilsona görə son 450 milyon ildə bir neçə böyük təbii fəlakət yaşandı. Bunlardan biri 200 milyon il əvvəl, nisbətən yaxşı öyrəndiyimiz digəri isə 65 milyon il əvvəl, Yerə bir meteorun çarpmasıyla baş verdi. İndi biz növbəti fəlakətin astanasındayıq və bu dəfəki “meteor” dünya əhalisinin çox böyük saya çatması və artmaqda davam etməsidir. Vilson, çıxış yolunun əhali artışının tənzimlənməsində və hazırda yaşayan növlərin qorunması üçün təcili tədbirlər görülməsində olduğunu düşünür.

- Bəs çıxış yolumuz nədir?

- Çıxış yolumuz insan təbiətimizi başa düşməkdən keçir. Kiçik ovçu qruplar halındaykən mənimsədiyimiz strategiyaları tərk etməliyik. Dünyanı kosmik gəmi qədər narahat məkana çevirmişik. Hazırda insan fəaliyyəti bioloji müxtəlifliyi azaltmaqdadır. “Altıncı yox olma”-nın astanasındayıq. Yox edən faktor isə ifrat əhali artışıdır. İnsanlar təbiətin o qədər böyük hissəsini yox edirlər ki, digər növlər həyatlarını davam etdirə bilmirlər. Bunun fərd başına düşən istehlakın artmasıyla əlaqəsi var. Dünyanın hər yerində qida istehlakı artır. Müəyyən təbii sərmayəni miras aldıq və onu xərcləyib yox etməklə məşğuluq.

Vilsona görə, əgər hər ana sadəcə iki uşaq dünyaya gətirsə, “qırılma nöqtəsinin” altına düşərik və dünya əhalisinin artımı dayanar. Onun hesablamalarına görə, hazırkı canlı növlərinin 40%-i dünya səthinin 1.5%-lik bir hissəsində yaşayır və bu ərazidəki canlıları yox olmaqdan qorumaq üçün sadəcə 25 milyard dollara ehtiyac var. Dünya əhalisinin fırıldaqçılara xərclədiyi ilə müqayisədə çox az miqdardır. Ancaq bu məqsədə vəsait ayırmaq, quruların dizinin dibində oturub onları bəsləmək qədər təskinlik vermir. Əslində, insanlar təbiətə, Oşo şüarlarıyla müqayisədə daha çox ehtiyac duyurlar. Bir çox insani məsələlərdə olduğu kimi, yaxın perspektivlə uzaq perspektiv arasında seçim etmək lazımdır. Yeni çağ təlimi bir şəxsə təskinlik verə bilər və bu şəxsi üç-dörd nəsil sonra baş verəcək ekoloji problemlər o qədər də narahat etməz. Ancaq biliyi və məsuliyyəti yaxın perspektivi aşan insanlar var ki, dünya onların sayəsində inkişaf etdi. Bu dəfə də problemin həlli onlardan və onlara qulaq asılmasından asılıdır.

Hazırda insanlar kosmosda məskunlaşmağa çox ümid etməməli, siyasilər dünya ekologiyasının sərhədlərini olmadığını anlayıb təkcə öz ölkələrinin problemləri ilə məşğul olmamalı və dinlər dünyanı müvəqqəti sınaq meydanı kimi göstərməyi tərk etməlidirlər.

Keçən əsr fizika əsri idi, XIX əsr biologiya əsri olmağa meyillidir. Bioloji təfəkkür dünyanı xilas edəcək yeganə təfəkkürdir. Çünki canlıları biologiya öyrənir. Heç kim problemləri və onların həllərini elmin bu sahəsindəki alimlərdən yaxşı bilə bilməz.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda sahibsiz itlər kütləvi şəkildə məhv edildi – Tükürpədici VİDEO
Dünən, 17:43
Lukaşenko hökumətə yeni baş nazir və nazirlər təyin edib
Dünən, 17:34
"Belarus heç vaxt kiminsə vassalı olmayacaq" - Lukaşenko
Dünən, 17:28
Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib
Dünən, 17:23
Husilər yenidən Səudiyyəni hədəf aldı
Dünən, 17:15
Nazir məhkəməyə verildi - "Bəli, mən hazırda işsizəm"
Dünən, 17:12
Prezident İlham Əliyev Lerikdə yol tikintisinə 11,3 milyon manat ayırıb - SƏRƏNCAM
Dünən, 17:09
"Təranəni 3 ilədək həbs gözləyir" - Sonuncu məhkəmə olacaq
Dünən, 17:08
Emmaya qarşı saxtakarlıq: - "Ciddi böhtandır, görəcəklər..."
Dünən, 17:06
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
Dünən, 17:04
"Mühasirəyə düşən ermənilər "UAZ”ı yandırıb qaçdı" - General baş verənlərdən danışdı
Dünən, 17:01
DGK sədri Bakı Baş Gömrük İdarəsində və "Qoşa Təpə" gömrük postunda olub - FOTOLAR
Dünən, 16:58
Sənətkara bu qədər hörmətsizlik olmaz
Dünən, 14:12
Fermerlər alıcı tapmaqda çətinlik çəkirlər
Dünən, 14:08
Koçaryan üçün yeni “layihə”: Keçmiş prezidenti siyasətə kim və niyə qaytarır? - TƏHLİL
Dünən, 14:06
“Ermənistanda iqtisadi siyasət yoxdur” - Vardan Bostanjyan
Dünən, 14:03
"Mənim tək rəqibim atamdır"
Dünən, 14:00
Kofi Annan ölüb
Dünən, 13:57
“Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı salıb
Dünən, 13:45
Ermənistan ordusunun baş qərargah rəisi Qarabağa gəlib
Dünən, 13:39
“BakuBus”un marşrutunda kişinin 400 manatını oğurladılar
Dünən, 13:36
General Rəsul Çunayevin rütbəsini artırdı - FOTO
Dünən, 13:29
Əli Əhmədov Türkiyəyə gedib
Dünən, 13:24
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Dünən, 13:23
Şəkidə küçədən kişi meyiti tapılıb
Dünən, 13:22
Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib
Dünən, 13:21
Məhkəmə Hüseyn Abdullayevin anasının ev dustaqlığını daha iki ay uzadıb
Dünən, 13:16
Tramp xüsusi muzdlu ordu yaradır
Dünən, 12:51
Putin avstriyalı nazirin toyundan sonra Merkellə görüşəcək
Dünən, 12:49
Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu araşdırıblar
Dünən, 12:47
Oğlanla öpüşdüyü yerdə fotosu yayıldığı iddia edilən Pərvindən: - "Tüpürüm sifətinizə"
Dünən, 12:45
Sabah yağış yağacaq, şimşək çaxacaq
Dünən, 12:39
11 illik hakimiyyətin SONU ÇATIR - Belə deyirlər...
Dünən, 12:37
Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb
Dünən, 12:25
“Özünü də, məni də bədbəxt etdi” – Keçmiş məhkumların türmə söhbəti ölümlə nəticələndi
Dünən, 12:23
Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri - II HİSSƏ
Dünən, 12:19
"Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir" - Dağı özəlləşdirib ərəbdən pul istədi
Dünən, 12:17
ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf
Dünən, 12:11
Merkelin Azərbaycan səfərinin arxasında nələr durur? - TƏHLİL
Dünən, 12:09
11 mənzildən oğurluq edən şəxs videokamera görüntüsü ilə saxlanıldı — TƏFƏRRÜAT
Dünən, 12:08
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
Dünən, 12:07
Azərbaycan nefti bahalaşmaqda davam edir
Dünən, 12:05
Mərkəzi Neftçilər Xəstəxanasında ÖZBAŞINALIQ - İDDİA
Dünən, 11:47
Salyanda zəlzələ olub
Dünən, 11:38
Azərbaycanda 13 azyaşlı qızı fahişəliyə cəlb etdilər - DƏHŞƏTLİ CİNAYƏT
Dünən, 11:35
Paşinyan komediya aktyorunu mer görmək istəyir
Dünən, 11:33
Elza Paşinyana şeir yazacaq
Dünən, 11:30
Gəncədə ata və qızını öldürən şəxs tutuldu
Dünən, 11:26
Əməkdar artistin klipinə çəkilən model: - "Röya Ayxanı qucaqlayanda..."
Dünən, 11:25
Azərbaycanlı xanım ifaçı 3-cü dəfə qəzaya düşdü - FOTO
Dünən, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru