"Keçmiş qayınatam Gömrük Postunun rəisi işləyib, böyük imkanları, əmlakları var…” .....                     Bu həftə Mingəçevirdəki qəzayla bağlı yekun rəy olacaq .....                     ...gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq .....                     Rəfiqəsini öldürüb parçalayan qadının işində taksi sürücüləri ifadə verdi: .....                     Bakıda evdən 12 min manatdan çox pul, 10 min manatlıq qızıl oğurlanıb .....                     Zaqatala sakini özü də bilmədən xərçəng xəstəliyinin dərmanını yetişdirib .....                     Bakıda gecə klubunda dava düşüb .....                     Tovuz Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini işdən çıxarılıb .....                     Maşınla vurub qaçdılar, xəstəxanada öldü .....                     Sabahdan havanın temperaturu yüksələcək .....                     Bakı gömrüyündə KORRUPSİYA DALĞASI .....                     Vaqif Axundov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub .....                     Deputat benzinin bahalaşmasından danışdı: .....                     Xaləddin İsgəndərovdan yadigar qalan TƏHLÜKƏ .....                     Füzuli Məmmədov vitse-prezidentlikdən qovuldu .....                     İqtisadiyyat Nazirliyi benzinin bahalaşmasını belə əsaslandırdı .....                     Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılır? .....                     Ac Ermənistanın müharibə sevdası .....                     “Paşinyan 100 günə bitdi” .....                     Söyüd ağacını kəsən şəxs cərimələndi .....                     Nazirin müdaxiləsi istənilir... .....                     Nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanan Azərbaycan universiteti .....                     Çində kriptovalyuta oğurlamaqda şübhəli bilinən 3 xaker tutulub .....                     Ermənilər Tiflisdə qəzaya düşdülər .....                     Metroda cibgir qadınla kişi peyda olub... .....                     Qlobal maliyyə bazarları FED-in rəhbərinin çıxışını gözləyir .....                     Sabirabad sakini bıçaqlanıb .....                     MTN generalı Ali Məhkəməyə müraciət etdi .....                     Neftin qiyməti ucuzlaşır .....                     DİN-in bu idarəsi avtomobillərini satır .....                     Ermənistan polis qoşunlarını Azərbaycanla sərhədə yola salır .....                     Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı .....                     Elxan Usubov Şəkini necə xarabaya çevirir... .....                     İcra başçılarının taleyi ayın sonu bəlli olacaq .....                     Ukrayna məhkəməsi Azərbaycan vətəndaşını 6 il azadlıqdan məhrum edib .....                     Fars-molla rejimi idbarlığını davam etdirir... .....                     İbrahimovun qardaşı və Mahmudovun adamı ev yıxır .....                     Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır .....                     Qurban bayramında heyvan kəsimi və satışının həyata keçiriləcəyi ÜNVANLAR .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                 

Xızı sakini nədən narazılıq edir? - Müraciət
Tarix: 23-11-2017, 08:46 | Çap et
Xızı sakini nədən narazılıq edir?
Xəbər verdiyimiz kimi, Moderator.az redaksiyasına Xızı rayonu, Altıağac qəsəbə sakini Həsənov Aslan Güllü oğlunun mülkiyyət hüquqlarının tapdanmasıyla bağlı Prezident İlham Əliyevə ünvanlanmış müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident! Mən, Həsənov Aslan Güllü oğlu 1959-cu ildə Altıağac qəsəbəsində anadan olmuşam. Qəsəbənin Cəfər Cabbarlı küçəsində yerləşən evim 1918-ci ildə babam tərəfindən tikilmişdir. Hazırda ümumi sahəsi 20 kv.m, həyətyanı torpaq sahəsi 0,25 ha olan evdə rəsmən qeydiyyatdayam. Bunu bütün sənədlər təsdiqləyir. 1975-1996-cı illərdə qəsəbənin aid olduğu sovxozda traktorçu işləmişəm. 1997-ci il oktyabrın 30-da Xızı rayon İH başçısının sərəncamı əsasənda mən fərdi mənzil tikintisi məqsədi ilə JN-00023 kod 30602018 saylı şəhadətnaməyə əsasən 0.20 ha torpaq sahəsi almışam.

Cənab Prezident! Mən ötən 20 il ərzində sözügedən torpaq sahəsini əkib becərərək minbir əziyyətlə ailəmi, övladlarımı dolandırmışam. Eyni zamanda fərdi ev tikmək üçün aldığım torpağı kol-kosdan təmizləmiş, hamarlama işləri aparmış, müvafiq qurumların təsdiqlədiyi sxem əsasında hasara almış, ev tikmək üçün özül tökmüş və tikinti işlərinə başlamışam. Üstəlik, bu illər ərzində dövlətə müəyyən olunmuş məbləğdə torpaq vergisini də vaxtlı-vaxtında ödəmişəm.
Qəsəbəmizdə aqrar islahatların keçirilməsindən 16 il sonra -2014-cü ildə gözlənilmədən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, ev 49/41, mənzil 1-də qeydiyyatda olduğu deyilən İradə Mobil qızı Sadıqovanın adından bir qrup şəxs peyda olaraq guya mənə verilmiş bəhs etdiyimiz 0,20 ha torpaq sahəsinin bir hissəsinin həmin qadına aid olduğunu iddia etdi. Onların arasında olan özünü İ.M. Sadıqova kimi təqdim edən bu günədək qəsəbədə heç kəsin görüb-tanımadığı bir qadından sənədlərini istədikdə o, şəxsiyyət vəsiqəsini də göstərməkdən imtina etdi. Mən, onların tələblərinin əsassız olduğunu, göstərilən torpağı qeyd etdiyim sənədlər əsasında 16 il öncə aldığımı söyləsəm də, dinləmədilər. Və əksinə, mənim sənədlərimin saxta olduğunu bildirərək torpağımdan çıxmağımı tələb etdilər. Bundan sonra iddiaçı qismində çıxış edən İradə Mobil qızı Sadıqova Xızı rayon məhkəməsinə müraciət etdi. Həmin iddia əsasında keçirilən məhkəmə heç bir əsas olmadan 11 noyabr 2014-cü il tarixdə mənim guya iddiaçı İ.M.Sadıqovanın mülkiyyətində olan, guya zəbt etdiyim 0,12 ha torpaq sahəsindən çıxarılmam barədə qərardad qəbul etmişdir.

Cənab Prezident! Maraqlıdır ki, bundan sonra sözügedən qərardadı araşdıran Xızı rayon prokurorluğu cinayət işinin rədd edilməsi haqda qərar qəbul etsə də, mənim sənədlərimi diqqətlə araşdırdığı halda iddiaçı İ.M.Sadıqovanın sənədlərini araşdırmayıb. Araşdırma zamanı 1997-ci ildə alqı-satqı yolu ilə aldığım 0,20 ha torpaq sahəsinin torpağın mülkiyyətə verilməsi haqda şəhadətnaməsinin qanunlara uyğun tərtib edilmədiyini və həmin dövrdə Xızı Rayon İH torpaq şöbəsinin müdiri və eyni zamanda Rayon Aqrar İslahat Komissiyasının sədri olan İbrahimxəlil İbrahimovun imzası və möhürü ilə təsdiqlədiyi həmin sənədin nədənsə Azərbaycan Torpaq Dövlət Komitəsinin müvafiq qurumlarının elektron bazasına daxil edilmədiyi məlum olub. Təbii ki, bu, vətəndaşın yox, həmin işə məsuliyyət daşıyan vəzifəli şəxslərin günahıdır.

Cənab prezident! Əsas qanunsuzluq ondan ibarətdir ki, guya onun 19 il öncə aldığı torpağını zəbt etməyim haqda iddiaçı qismində çıxış edən İradə Mobil qızı Sadıqovanın nəinki Altıağac qəsəbəsində, ümumiyyətlə Xızı rayonunda heç bir qeydiyyatı olmadığı, vaxtilə hansısa kolxozda işləmədiyi, yaxud kəndlərdən birində həkim, müəllim və s. kimi də çalışmadığı halda ona hansı hüquqi əsasla Altıağac qəsəbəsində torpaq payı verilmişdir. İ.M.Sadıqovanın bu qəsəbədə yaşaması, işləməsi, eləcə də mülkiyyətində hər hansı bir ev, yaxud torpaq sahəsi olması haqda heç bir sənəd olmadığını Xızı rayonunun və qəsəbənin müvafiq qurumları da təsdiqləyir. Bu barədə əlimizdə kifayət qədər sənədlər vardır. Və həmin vətəndaş İ.M.Sadıqovanın qeydiyyatı 2014-cü ildə məhkəməyə etdiyi müraciətində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, 2016-cı ildə Ali Məhkəmənin Mülki Kollegiyasına müraciətində isə Abşeron rayonu, Xırdalan şəhərində göstərilmişdir. Bir sözlə, mövcud qanunlara və normativ hüquqi sənədlərə əsasən ilkin sənədi olmadan, Xızı rayonunda yaşamayan, işləməyən və daimi qeydiyyatı olmayan İ.M.Sadıqovaya verilmiş şəhadətnamə hüquqi sənəd sayıla bilməz. Əgər hüquqi sənəd olsa da belə, Respublika Torpaq Məcəlləsinin 73-cü maddəsinin 6.7 abzasına əsasən torpaqdan təyinatı üzrə istifadə etmədikdə və 2 il müddətində üzürsüz səbəbdən torpaq vergisi ödənmədikdə həmin vətəndaşın mülkiyyət hüququna xitam verilir.

Əgər gerçəkdən İ.M. Sadıqovaya 1998 -2001-ci illərdə Altıağacda torpaq sahəsi verilibdisə, bəs sual olunur ki, həmin vətəndaş ötən 13-16 ildə harada idi, niyə bu müddət ərzində torpağına yiyə durmayıb.
Cənab Prezident! Bütün bu xüsuslara rəğmən mənim şikayətlərimin heç birinə hüquqi əsaslı şəkildə və ədalətlə baxılmamış və 2015-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, 2016-cı ildə isə Respublika Ali Məhkəməsinin Mülki Kollegiyası Xızı rayon Məhkəməsinin məlum əsassız qərarını qüvvədə saxlamışdır.

Cənab Prezident! Gördüyünüz kimi, bəzi məmurların vicdansızlıq, səhlənkarlıq və özbaşınalığı, məhkəmələrin ədaslətsizliyi sayəsində biz kəndlilər torpaqla, təsərrüfatla məşğul olmaq yerinə yersiz, mənasız yazı-pozu işləri ilə məşğul olmağa məcburuq. Belə çıxır ki, bu gün mən - traktorçu, kəndli baba Həsənov Aslan Güllü oğlu məmurların özbaşınalığı, məhkəmələrin haqsızlığı ucbatından haqqımı qorumaq üçün cinayət, torpaq, mülki və s. məcəllələri əzbərləyib təzədən hüquqşünas, vəkil olmalıyam?

Cənab Prezident! Sizdən, Azərbaycan Respublikasının hüququ tapdanan bir vətəndaşı olaraq nəql etdiyim olayın ədalətli şəkildə araşdırılması və haqqın bərpası üçün müvafiq qurumlara göstəriş verməyinizi xahiş edirəm.

Hörmətlə Həsənov Aslan Güllü oğlu”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Keçmiş qayınatam Gömrük Postunun rəisi işləyib, böyük imkanları, əmlakları var…” - GİLEY
Bu gün, 13:01
“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi
Bu gün, 12:57
Bu həftə Mingəçevirdəki qəzayla bağlı yekun rəy olacaq
Bu gün, 12:52
...gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 12:51
Rəfiqəsini öldürüb parçalayan qadının işində taksi sürücüləri ifadə verdi: - "Dedi ki, yüküm ağırdı"
Bu gün, 12:48
Bakıda evdən 12 min manatdan çox pul, 10 min manatlıq qızıl oğurlanıb
Bu gün, 12:46
Mətanətin şok videosunu çəkdirən iş adamıdır: - “Səni pulla basdırar…”
Bu gün, 12:34
Zaqatala sakini özü də bilmədən xərçəng xəstəliyinin dərmanını yetişdirib - FOTOLAR
Bu gün, 12:32
Bakıda gecə klubunda dava düşüb
Bu gün, 12:28
Tovuz Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini işdən çıxarılıb
Bu gün, 12:26
Maşınla vurub qaçdılar, xəstəxanada öldü - Yaxınları axtarılır
Bu gün, 12:21
"İstedadlı gənclərə təmənnasız mahnı verməyə hazıram" — Eldar Mansurovdan BÖYÜK JEST
Bu gün, 12:17
Sabahdan havanın temperaturu yüksələcək - Belə deyirlər...
Bu gün, 12:09
Bakı gömrüyündə KORRUPSİYA DALĞASI - İTTİHAM
Bu gün, 12:07
Vaqif Axundov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub - SƏRƏNCAM
Bu gün, 11:54
Deputat benzinin bahalaşmasından danışdı: - "Yaxın günlərdə A-92-nin ..."
Bu gün, 11:45
Xaləddin İsgəndərovdan yadigar qalan TƏHLÜKƏ - Əgər vulkan püskürərsə...
Bu gün, 11:44
Füzuli Məmmədov vitse-prezidentlikdən qovuldu - FOTOLAR
Bu gün, 11:41
İqtisadiyyat Nazirliyi benzinin bahalaşmasını belə əsaslandırdı
Bu gün, 11:39
Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılır? - İDDİA
Bu gün, 11:35
Ac Ermənistanın müharibə sevdası - TƏHLİL
Bu gün, 11:33
“Paşinyan 100 günə bitdi” - TƏHLİL
Bu gün, 11:29
Söyüd ağacını kəsən şəxs cərimələndi - REYD
Bu gün, 11:27
Nazirin müdaxiləsi istənilir... - QALMAQAL
Bu gün, 11:22
Nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanan Azərbaycan universiteti - UNEC
Bu gün, 11:14
"Youtube"da bir mahnıdan ayda 1000 dollar qazanıram" - Talıb Tale
Bu gün, 11:13
Çində kriptovalyuta oğurlamaqda şübhəli bilinən 3 xaker tutulub
Bu gün, 11:07
"Sevda Ələkbərzadə "Rast" qrupuna gələndə musiqi təhsili yox idi" — Rəşad Haşımov
Bu gün, 11:05
Ermənilər Tiflisdə qəzaya düşdülər - 8 nəfər yaralandı
Bu gün, 10:59
Metroda cibgir qadınla kişi peyda olub...
Bu gün, 10:56
Qlobal maliyyə bazarları FED-in rəhbərinin çıxışını gözləyir
Bu gün, 10:37
Sabirabad sakini bıçaqlanıb
Bu gün, 10:36
MTN generalı Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:32
Neftin qiyməti ucuzlaşır
Bu gün, 10:27
DİN-in bu idarəsi avtomobillərini satır
Bu gün, 10:26
Ermənistan polis qoşunlarını Azərbaycanla sərhədə yola salır
Bu gün, 10:23
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı
Bu gün, 10:22
Elxan Usubov Şəkini necə xarabaya çevirir... - İTTİHAM VAR
Bu gün, 10:21
İcra başçılarının taleyi ayın sonu bəlli olacaq - Konkret TARİX
Bu gün, 10:19
Ukrayna məhkəməsi Azərbaycan vətəndaşını 6 il azadlıqdan məhrum edib
Bu gün, 10:16
Səidə Sultandan qalmaqallı açıqlama: - "Siz qıjılara görə o qədər azərbaycanlı..."
Bu gün, 10:09
"Oğlumu həkimlər oldürdü, o günahsız mələk həkim səhlənkarlığının qurbanı oldu"
Bu gün, 10:05
Fars-molla rejimi idbarlığını davam etdirir... - Xalqımızı təhqir edən veriliş heyəti efirə qayıdır
Bu gün, 09:59
İbrahimovun qardaşı və Mahmudovun adamı ev yıxır – Detallar...
Bu gün, 09:56
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
Bu gün, 09:51
Qurban bayramında heyvan kəsimi və satışının həyata keçiriləcəyi ÜNVANLAR - SİYAHI
Bu gün, 09:46
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:40
“Turan Bank” 3 uşaq anasını belə soymaq istəyir - GİLEY
Bu gün, 09:38
Kadırov Məkkəyə getdi
Bu gün, 09:36
Babəkə həsr edilmiş informasiya xarakterli animasiya çarxı hazırlanıb - VİDEO
Bu gün, 09:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru