Aqrar sahənin texniki təminatının gücləndirilməsinə .....                     48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb .....                     Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb .....                     İordaniyanın Kralı Azərbaycan Prezidentinə məktub göndərib .....                     Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırılıb .....                     Cəlilabadda 41 yaşlı qadın qohumları tərəfindən döyülüb .....                     Sumqayıt sakinini borca görə döyüb, .....                     Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb .....                     “Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırdı .....                     Tərtərdə bir nəfər özünü yaşayış binasının damından atmaq istəyib .....                     Bayılda evlərindən çıxarılan ailələrə plastik kartlar verildi .....                     ABŞ sanksiya tətbiqində Ermənistana yenə göz yumacaq? .....                     İnsan qaynaqlarına edilən yatırım .....                     Manat və dolların 3 günlük .....                     Komitə sədrinin maşın qalmaqalında katibin səhvi .....                     "Rusiya Qarabağ münaqişəsində vasitəçilikdə effektivliyi itirir" .....                     Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər .....                     “Azərbaycan daxilində parçalanma yaratmaq üçün böyük pullar sərf edirlər” .....                     "Vaxt və yanacaq itkisi də məhsul bolluğunun qarşısını alır" .....                     Bakıda “İmam Zeynalabdin”ə qarşı .....                     Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub .....                     “Nazir hücuma razılıq verib, Əsədə yaxşı sürprizim var...” .....                     Moldova Prezidenti İqor Dodon Azərbaycana gələcək .....                     "Eşitdiz da, məni narahat eləməyin" .....                     Axtarışda olan biznesmen həbs edilib .....                     Özəl məktəblərdə təhsilin qiyməti .....                     Xırdalanda borca görə qətl törədən şəxslər məhkəmədə ifadə verib .....                     Türkiyə polisi erməni "qanuni oğru"nu axtarır: .....                     "Əvvəl Yasamal Rayon ATS-nə müraciət elədim" .....                     İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirilib .....                     Fevralda Bakıda ən soyuq temperatur sonuncu dəfə 2012-ci ildə qeydə alınıb .....                     Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb .....                     Qubada vəzifəli şəxsə hücum çəkən şəxsə .....                     Gəncə sakini 3 tut ağaçı kəsdi .....                     Türkiyə prezidenti Pentaqonu əxlaqsız adlandırıb .....                     DİN-in səyyar xidməti davam edir .....                     "Əsas məqsədimiz 3 milyon suriyalının öz torpaqlarına qayıtmasını təmin etməkdir” .....                     Bakıda erməni olduğunu deyən qızı döydülər .....                     Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı .....                     Siyəzəndə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş .....                 

İnflyasiya birrəqəmli səviyyəyə enməlidir - TƏHLİL
Tarix: 17-11-2017, 11:12 | Çap et
İnflyasiya birrəqəmli səviyyəyə enməlidir
Ölkədə inflyasiyanın səviyyəsi ümumən sabit qalsa da, rəqəmlər hələ ki tempin azalmaq istəyində olmadığını nümayiş etdirir. Belə ki, 2017-ci ilin yanvar-oktyabr aylarının nəticəsinə əsasən, istehlak məhsulları ilə xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrüylə müqayisədə 13,7, o cümlədən, ərzaq məhsullarının qiymətləri 17,6, qeyri-ərzaq mallarının qiymətləri 12,4, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb. Statistika Komitəsinin məlumatına görə, oktyabr ayı ərzində sentyabra nisbətən istehlak məhsulları ilə xidmətlərin qiymətləri 1,1, ərzaq məhsulları 2,3, qeyri-ərzaq 0,3, əhaliyə göstərilən pullu xidmətlər isə 0,2% səviyyəsində artım nümayiş etdirib.

Göründüyü kimi, temp aşağı düşmür. Və bunda ən çox ərzaq məhsulları böyük rol oynayırlar. Yay mövsümünün sonundan bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır və bu, heç də yaxşı tendensiya deyil. Çünki istehlak artır, istehsal isə bir çox ölkələrdə düşür. Bu da, ölkəmizdə qeyri-neft sektoru hələ yetərincə inkişaf etmədiyindən, sözsüz, bizim üçün daha böyük çətinliklər yaradır.

Yanvar-avqust aylarının yekununa görə inflyasiya 14% təşkil edirdi. Özü də dövriyyədə nağd manat kütləsinin qıt olduğu bir məqamda. Yəni, ölkədə sərt pul-kredit siyasətinin həyata keçirildiyi dövrdə. Deməli, qiymətlər intensiv yolla yüksəlir. Bunun bir neçə səbəbi var. Birincisi, payız mövsümündə qiymətlər adətən, artmağa meyilli olur. İkincisi, əvvəlki şərhlərimdə də yazmışam ki, son dövrdə ölkədə inflyasiyanın ikirəqəmli səviyyəyə qalxmasında məhz idxal məhsullarının böyük rolu olub. Yəni, idxal inflyasiyasının...

Üçüncüsü, yuxarıda rəqəmlərdən də aydın görürük və əvvəllər də belə idi ki, bizdə ən çox bahalaşan ərzaq məhsullarıdır. Ərzaq isə dünya üzrə də ucuzlaşmaq və yaxud sabit qalmaq meylində deyil. Belə ki, bu məhsullar hər yerdə ardıcıl templə bahalaşmaqdadır.

Dördüncüsü isə, Azərbaycanda əhalinin gəlirlərinin artım tempində artıq, bir müddətdir bərpa prosesinin başlanması meyli müşahidə edilir ki, bu da bir az əvvəl “böyük itkilərə” məruz qalmış ticarət şəbəkələrinə və bir sıra iş adamlarına “qiymətlərlə manevr” etmək imkanı yaradır.

Yeri gəlmişkən, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsi ilə müqayisədə 2,1% yüksək olaraq 28,0 milyard manat olub. Ticarət dövriyyəsinin 14,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,8 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-oktyabr aylarındın göstəricilərindən uyğun olaraq 1,5 və 2,8% çox olub. Bax, bu, daha çox əvvəlki abzasda qeyd olunanın nəticəsidir...

Bu siyahını bir az da uzatmaq olar, amma əsas amillər bunlar olduğundan, ehtiyac yoxdur. Digər məsələ də var: kərə yağı ən zəruri qida məhsullarındandır, bu səbəbdən, onun sürətlə bahalaşması əhalidə haqlı narazılıq yaratmışdı. Müzakirələrdə əsas mövzulardan biri isə ondan ibarət idi ki, kərə yağının qiymətinin bahalaşması səbəbi Gömrük Komitəsinin yığım rüsumunu artırmasıdır. Həqiqətən də, ötən ildən fərqli olaraq, bu il ölkəyə idxal olunan kərə yağı məhsulunun 1 kiloqrama görə yığımı cuzi artırılmışdı. Ancaq iqtisadiyyatın müvafiq qanunlarına əsasən, dünyada qiymət artımı baş verərsə, bu hal xaricdən gətirilən məhsulların qiymətinə təsir göstərməlidir. Daxili bazarda kərə yağının satış qiymətinin bahalaşmasının əsas səbəbi yerli istehsalın azalması idi. Ot və yem məhsulları bahalaşdığından, fermerlərin süd istehsalına marağı azalıb. Elə bu səbəbdəndir ki, ölkəyə süd idxalı artıb. Yağın həcmi azalıb, maya dəyəri yüksəlib. Eyni zamanda, analoji vəziyyət dünyada da yaşanır.

Bununla belə, ölkəyə idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldıldı. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə dəyişiklik etdi. Beləliklə də, sahibkarlar ümumi dəyərin 15%-i həcmində gömruk rüsumu verirdilərsə, 5% həcmində verəcəklər. Rüsumun azaldılmasının qiymətə böyük təsiri olmasa da, stabil qalmasını təmin edəcək. Ən azından kərə yağının qiyməti sürətlə qalxmayacaq.

Paradoksal vəziyyət o idi ki, bu ildən kərə yağı və bir sıra ərzaq məhsulları üçün idxal rüsum artırılmışdı ki, bu da daxili istehsalı qorumaq məqsədi ilə edilmişdi. Amma elə ərzaq məhsulları var ki, daxili bazarda tələbatı ödəmədiyi üçün bu siyasət özünü doğrultmur və belə olan halda, idxal rüsumunun azaldılması zərurəti meydana çıxır.

Yəni, bu cür məsələlər də nəzərə alınmalıdır. Belə ki, bu, idxal inflyasiyasının təsirini gücləndirən amildir.

Son olaraq: hökumətin proqnozuna əsasən, 2017-ci ildə orta illik inflyasiya səviyyəsi 13,2% təşkil edəcək ki, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən isə, 2018-ci ildə orta illik inflyasiya 6,1, 2019, 2020 və 2021-ci illərdə isə bu göstərici müvafiq olaraq 4,3%, 3,1% və 3,1% olacaq. Hər halda, inflyasiya birrəqəmli səviyyəyə enməlidir.
AzVision.az







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Anladım ki, həyat bizə bir dəfə verilir” - 40 yaşlı əməkdar artist
Dünən, 19:02
Aqrar sahənin texniki təminatının gücləndirilməsinə 160 milyon manat ayrılıb
Dünən, 18:45
48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb - Ağdamda
Dünən, 18:43
Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb - SƏRƏNCAM
Dünən, 18:26
İordaniyanın Kralı Azərbaycan Prezidentinə məktub göndərib
Dünən, 18:22
Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləği artırılıb - SƏRƏNCAM
Dünən, 18:20
Cəlilabadda 41 yaşlı qadın qohumları tərəfindən döyülüb
Dünən, 18:20
Sumqayıt sakinini borca görə döyüb, qəbiristanlıqda diri-diri basdırıblar
Dünən, 18:19
“Gündəmdəyik, hara baxırsansa, ya Damla, ya Şəbnəmdir” – Müğənnidən iddialı açıqlama
Dünən, 18:14
Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsi anılıb - FOTO
Dünən, 18:02
“Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırdı
Dünən, 17:57
Rus iş adamı ukraynalı modeli 7 il ərzində zorlayıb
Dünən, 17:54
Tərtərdə bir nəfər özünü yaşayış binasının damından atmaq istəyib
Dünən, 17:51
Bayılda evlərindən çıxarılan ailələrə plastik kartlar verildi
Dünən, 17:19
ABŞ sanksiya tətbiqində Ermənistana yenə göz yumacaq? - TƏHLİL
Dünən, 17:18
İnsan qaynaqlarına edilən yatırım - gələcəyə qoyulan sərmayədir
Dünən, 17:17
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
Dünən, 17:14
Komitə sədrinin maşın qalmaqalında katibin səhvi - FOTO
Dünən, 17:11
"Rusiya Qarabağ münaqişəsində vasitəçilikdə effektivliyi itirir"
Dünən, 17:07
Sosial şəbəkələrdə “İdeal”a etiraz etdilər
Dünən, 17:01
“Azərbaycan daxilində parçalanma yaratmaq üçün böyük pullar sərf edirlər” — Qəzənfər Paşayev
Dünən, 16:59
"Vaxt və yanacaq itkisi də məhsul bolluğunun qarşısını alır" - GİLEY
Dünən, 16:54
Bakıda “İmam Zeynalabdin”ə qarşı ƏMƏLİYYAT
Dünən, 16:45
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
Dünən, 16:44
“Nazir hücuma razılıq verib, Əsədə yaxşı sürprizim var...”
Dünən, 16:33
Moldova Prezidenti İqor Dodon Azərbaycana gələcək
Dünən, 16:29
"Eşitdiz da, məni narahat eləməyin" - Nazim İbrahimovun qardaşı velə deyir
Dünən, 16:28
Xanəndələr təqaüdlərinin artırılmasından danışdılar: - “2050 manat, yaşamaq üçün daha nə…”
Dünən, 16:25
Könül Kərimovanın 172 manat işıq pulu borcu var - ÖDƏMİR
Dünən, 16:24
Axtarışda olan biznesmen həbs edilib
Dünən, 16:05
Özəl məktəblərdə təhsilin qiyməti - İli 20 min manat (ARAŞDIRMA)
Dünən, 16:02
“Lider”in bu serialı gülüş hədəfi oldu - TV-dən açıqlama
Dünən, 16:01
Xırdalanda borca görə qətl törədən şəxslər məhkəmədə ifadə verib
Dünən, 15:53
Türkiyə polisi erməni "qanuni oğru"nu axtarır: - "Lotu Quli"nin qətli sifariş edildi
Dünən, 15:49
"Əvvəl Yasamal Rayon ATS-nə müraciət elədim" - GİLEY
Dünən, 15:47
"Mirşahin mənə dedi ki, "De gəlsin"i sən bağlatdırdın" - Namiq Qaraçuxurlu
Dünən, 15:44
İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirilib
Dünən, 15:41
Fevralda Bakıda ən soyuq temperatur sonuncu dəfə 2012-ci ildə qeydə alınıb
Dünən, 15:37
Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
Dünən, 13:28
Aygün Bəylərin qardaşı məhkəmədən yenə vaxt istədi
Dünən, 13:25
Qubada vəzifəli şəxsə hücum çəkən şəxsə AĞIR CƏZA
Dünən, 13:22
Gəncə sakini 3 tut ağaçı kəsdi - Dəyəri 1500 manat
Dünən, 13:15
Türkiyə prezidenti Pentaqonu əxlaqsız adlandırıb
Dünən, 13:13
DİN-in səyyar xidməti davam edir
Dünən, 13:03
"Əsas məqsədimiz 3 milyon suriyalının öz torpaqlarına qayıtmasını təmin etməkdir” - Ərdoğan
Dünən, 12:56
Bakıda erməni olduğunu deyən qızı döydülər - VİDEO
Dünən, 12:50
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı
Dünən, 12:46
Siyəzəndə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş
Dünən, 12:45
Polisə xəbər verdi ki, evindən silahlarını oğurlayıblar - Abşeronda
Dünən, 12:41
"Neftçi"yə yeni sponsor gətirildi – Gizli saxlanılır
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru