Bakıda Azərbaycan-Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilir .....                     Abbas Ələsgərov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib .....                     “Expo 2025 Azərbaycanın gələcəyi üçün müstəsna layihədir” .....                     Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə .....                     Prezident İlham Əliyev Türkiyəyə işgüzar .....                     Deputat bələdiyyələri .....                     Azercell-in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilib .....                     Silahlı Qüvvələr ən yaxşı komandirlərini seçdi .....                     AAAF Park-da işıq və su yoxdur .....                     Dolların sabaha olan məzənnəsi .....                     "Bizə şər atıblar" .....                     Kreml türk dilinə status verməkdən imtina etdi .....                     Bakıda bacısını öldürən şəxs məhkəmədə dindirilib: .....                     Bakıda ağır qəza: qəzet əməkdaşı öldü .....                     Tikinti sahəsində qeyri-əmək münasibətləri ilə bağlı monitorinqin nəticələri açıqlanıb .....                     Yerevandan Moskvaya köçən satqınlar .....                     Rusiya qırıcıları şou göstərdi .....                     İŞİD uduzdu, Rusiya gedir, ABŞ qalır .....                     “KİV haqqında” qanun “reket jurnalistlər”ə görə dəyişir .....                     “Avropa Məhkəməsinin qərarı anlaşılan deyil” .....                     Kreml İtaliyada Azərbaycan qaz borusunun düşmənlərini necə dəstəkləyir... .....                     Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları dəstəkləmirik .....                     Energetika nazirinə müşavir təyin olunub .....                     Prokuror "MTN işi"ndə zərərçəkmiş kimi tanınan .....                     Bakıda kirayə mənzillər bahalaşdı .....                     Beytulla Hüseynov Ali Məhkəməyə üz tutdu .....                     Hansı restoranı seçək ki, bayram “burnumuzdan gəlməsin”? .....                     Neftin qiyməti 67 dolları test edə bilər .....                     Layiqli vətəndaş yetişməsi üçün... .....                     "Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb" .....                     Bu gün dünyanın müxtəlif regionlarında Heydər Əliyevin təcrübəsini öyrənməyə çalışırlar .....                     6-cı siniflərin nəzərinə .....                     Azərbaycanda kim daha çox maaş alır? .....                     Bakıda voleybolçu qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb .....                     "Bu küçə asfalt üzü görməyib..." .....                     Azərbaycanın 4 ticarət nümayəndəsinə diplomatik rütbə verilib .....                     "Kristal Abşeron"un ölüm kranı .....                     Ərinə qonşuluqdakı 4 uşaq atası ilə xəyanət edən Ayselin .....                     Neft Daşlarındakı qətlin .....                     İstanbulda 20 mindən çox polis işdən azad edilib .....                 

Ermənistanda “tələbə qiyamı” reallaşacaqmı? - TƏHLİL
Tarix: 17-11-2017, 10:02 | Çap et
Ermənistanda “tələbə qiyamı” reallaşacaqmı?
Ermənistanda hərbi xunta tələbələrin etiraz aksiyaları qarşısında aciz duruma düşüb. Hər gün keçirilən aksiya, yürüş və etirazlar ölkədə narazılar ordusunun sırasını genişləndirir. Düzdür, Ermənistan parlamentindəki görüşdən sonra tələbələr aclıq aksiyası və tətili dayandıraraq tədris prosesinə qayıdıblar. Amma yaxın vaxtlarda aksiyalara yenidən start verəcəklərini bildirirlər.

"Elm naminə inkişaf” təşəbbüs hərəkatının koordinatoru, aclıq aksiyası keçirən tələbələrdən biri olan David Petrosyan bildirib ki, noyabrın 22-də "Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanun layihəsinin mübahisəli bəndlərini müzakirə etmək üçün tələbələr, deputatlar, müxalifət və ictimaiyyətin iştirakı ilə dəyirmi masa keçiriləcək. Bundan sonra tələbə hərəkatının konkret tələbləri elan ediləcək. Ekspertlər bunun ölkə boyu irimiqyaslı aksiyalara çevrilmək təhlükəsinin olduğunu bildirirlər. Qeyd edilir ki, hakimiyyət üçün ən təhlükəlisi odur ki, gənclər möhlət hüququnun ləğvi ilə bağlı tələblərini daha da genişləndirmək fikrindədirlər. Erməni gənclərin hərbi xidmətdən boyun qaçırmaq istəyi ordunun komplektləşdirilməsi prosesini də ciddi problemlərlə üz-üzə qoya bilər. Beləliklə, bir tərəfdə öz yaşam haqqını qorumağa çalışan gənclər, digər tərəfdə isə siyasi karyerasını mühafizə edən iqtidar dayanıb. D.Petrosyan deyib ki, noyabrın 22-dən sonra aclıq aksiyası yenidən start götürə bilər. O da qeyd edilir ki, Yerevan Dövlət Universiteti tələbələrinin "Elmin inkişafı naminə” şüarı ilə keçirdikləri etiraz aksiyasına Ermənistanın başqa ali məktəblərində təhsil alanlar da qoşulacaq. D.Petrosyanın sözlərinə görə, hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi elm sahəsinin maliyyələşdirilməsinin azlığı və təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasının göstəricisidir: "Bunu da ölkədə hamı bilir”.

Məlumat üçün bildirək ki, tələbələr aclıq aksiyasına Yerevan Dövlət Universitetinin auditoriyalarından birində başlayıblar və öz "Facebook” səhifələrində belə bir fikir səsləndiriblər: "Sizi qapını sındırmamağa çağırırıq. Biz heç kimlə mübahisə etmək istəmirik!”

Yeri gəlmişkən, Ermənistan parlamenti ötən gün ikinci və son oxunuşda "Hərbi xidmət və hərbi xidmətçinin statusu” haqqında ziddiyyətli qanunu 86 səs lehinə və 6 səs əleyhinə olmaqla qəbul edib. Qanunun əleyhinə yalnız müxalif "Yerk” (Çıxış) fraksiyasından olan deputatlar səs veriblər. Səsvermədən əvvəl çıxış edən fraksiya üzvü Ararat Mirzoyan hakim Respublikaçı Partiya ilə "Daşnaksütunun” koalisiyasını, habelə "Tsarukyan” fraksiyasını bu qanunun əleyhinə səs verməyə çağırmışdı. O bildirmişdi ki, hazırda dörd tələbə bu qanunun əleyhinə aclıq aksiyası keçirir və 120 ali məktəb müəllimi və elmi işçi tələbələrin tələbini dəstəkləyir. Lakin deputatlar bu çağırışa məhəl qoymayıblar. Beləliklə, Ermənistanda qəbul edilmiş yeni hərbi xidmət qanunu tələbələrə ali təhsil almaq üçün akademik möhlətin verilməsi qaydasını kökündən dəyişir. Bu qanuna uyğun olaraq ali təhsil almaq üçün möhlət yalnız o halda veriləcək ki, bu möhləti almaq istəyənlər təhsilin sonunda ordu sıralarında 3 il müddətində xidmət edəcəkləri barədə müqavilə imzalamış olsunlar. Bu da qeyd olunur ki, bu müqaviləni imzalayanlar Müdafiə Nazirliyinin göndərdiyi yerlərdə icbari hərbi xidmət keçəcəklər. Müqaviləni imzalamayanlar tələbə olub-olmadıqlarına baxmayaraq, 18 yaşına çatan kimi iki illik hərbi xidmətə çağırılacaqlar. Qanun faktiki olaraq Ermənistan gənclərini ali təhsil almaqdan əvvəl hərbi xidmət keçməyə məcbur edir. Bu qanun layihəsini Milli Məclisə təqdim etmiş müdafiə naziri Vigen Sarkisyan deyib ki, yeniliklər təhsil almaq bəhanəsi ilə ordudan yayınma hallarının qarşısını almaqla sosial ədalətin bərpasına nail olacaq. Etirazçı tələbələr deyirlər ki, qanun elmin inkişafına əngəl olacaq, ordudan yayınmaq istəyənlər isə bunu başqa yollarla edəcəklər. Vitse-spiker Eduard Şarmazanov deyib ki, tələbələrin tələbləri hökumətin qərarları və qanunaltı aktların çərçivəsində müzakirə edilə bilər: "Başqa sözlərlə hökumət sözü gedən qanunun icrası barədə qərarlarında tələbləri nəzərə ala bilər”. Ekspert Toni Vesolovski yazır ki, tələbələr xüsusilə də üç illik kontraktları imzaladıqdan sonra Dağlıq Qarabağa və ya başqa qaynar nöqtəyə göndərilə biləcəklərindən narahatdırlar. "Human Rights Watch” təşkilatının 2016-cı il hesabatında deyilir ki, Ermənistanın ordu sıralarında zorakılıq və qeyri-döyüş səbəblərindən ölüm hallarının çoxalması ciddi narahatlıq doğurur.

Beynəlxalq Böhran Qrupundan Cənubi Qafqaz üzrə təhlilçi Olesya Vartanyan bildirib ki, "Ermənistan ordusu son bir neçə il ərzində dərin böhran yaşayır”. Təhlilçinin qənaətinə görə, sözügedən qanun Ermənistan hökumətinin bu böhrandan cəmiyyəti daha dərindən hərbiləşdirməklə çıxmaq planının bir hissəsidir.

Hüquq müdafiəçisi Artur Sakunts deyir ki, belə bir qanunun qəbul edilməsi ölkəni tərk etmək meylinə düşənlərin sayını daha da artıra bilər.
\\kaspi.az\\






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda Azərbaycan-Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilir
Bu gün, 18:32
Abbas Ələsgərov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 18:15
“Expo 2025 Azərbaycanın gələcəyi üçün müstəsna layihədir”
Bu gün, 18:06
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb
Bu gün, 17:55
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
Bu gün, 17:49
Deputat bələdiyyələri BİABIR ETDI
Bu gün, 17:39
Azercell-in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilib
Bu gün, 17:36
Aygün Kazımova "Altın Kelebek"dən imtina edib? - AÇIQLAMA
Bu gün, 17:32
Silahlı Qüvvələr ən yaxşı komandirlərini seçdi - FOTO
Bu gün, 17:31
AAAF Park-da işıq və su yoxdur - GİLEY
Bu gün, 17:28
Dolların sabaha olan məzənnəsi
Bu gün, 17:24
"Bizə şər atıblar" - Keçmiş MTN-in vəzifəli şəxsləri
Bu gün, 17:23
Kreml türk dilinə status verməkdən imtina etdi
Bu gün, 17:18
Bakıda bacısını öldürən şəxs məhkəmədə dindirilib: -"Bacım evdən tez-tez gedirdi"
Bu gün, 17:14
Bakıda ağır qəza: qəzet əməkdaşı öldü
Bu gün, 17:12
Tikinti sahəsində qeyri-əmək münasibətləri ilə bağlı monitorinqin nəticələri açıqlanıb
Bu gün, 17:07
Yerevandan Moskvaya köçən satqınlar
Bu gün, 16:58
Rusiya qırıcıları şou göstərdi - VİDEO
Bu gün, 16:56
İŞİD uduzdu, Rusiya gedir, ABŞ qalır - Yaxın Şərqdə vəziyyət
Bu gün, 16:54
“KİV haqqında” qanun “reket jurnalistlər”ə görə dəyişir
Bu gün, 16:39
“Avropa Məhkəməsinin qərarı anlaşılan deyil” - Çingiz Əsgərov
Bu gün, 16:36
Kreml İtaliyada Azərbaycan qaz borusunun düşmənlərini necə dəstəkləyir...
Bu gün, 16:33
Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları dəstəkləmirik - Rəsmi Ankara
Bu gün, 16:30
Energetika nazirinə müşavir təyin olunub
Bu gün, 16:29
Prokuror "MTN işi"ndə zərərçəkmiş kimi tanınan sabiq icra nümayəndəsinə cəza istəyib
Bu gün, 16:27
Bakıda kirayə mənzillər bahalaşdı
Bu gün, 16:25
Beytulla Hüseynov Ali Məhkəməyə üz tutdu - Mal-mülk davası
Bu gün, 16:23
Hansı restoranı seçək ki, bayram “burnumuzdan gəlməsin”? - Mətbəxində mikrob oynayan məkanlar
Bu gün, 16:18
Neftin qiyməti 67 dolları test edə bilər
Bu gün, 16:16
Layiqli vətəndaş yetişməsi üçün... - Polisdə tədbir
Bu gün, 16:16
"Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb" - Ramin Əhmədov
Bu gün, 16:13
Bu gün dünyanın müxtəlif regionlarında Heydər Əliyevin təcrübəsini öyrənməyə çalışırlar - deputat
Bu gün, 15:12
6-cı siniflərin nəzərinə - İmtahan olacaq
Bu gün, 15:05
Azərbaycanda kim daha çox maaş alır?
Bu gün, 14:58
Bakıda voleybolçu qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bu gün, 14:54
Məleykə Əsədova məhkəməyə verildi - 300 minlik təzminat
Bu gün, 14:48
"Bu küçə asfalt üzü görməyib..." - Buzovnadan FOTOLAR
Bu gün, 14:45
Azərbaycanın 4 ticarət nümayəndəsinə diplomatik rütbə verilib - SİYAHI
Bu gün, 14:38
"Kristal Abşeron"un ölüm kranı - FOTO
Bu gün, 14:37
Ərinə qonşuluqdakı 4 uşaq atası ilə xəyanət edən Ayselin FOTOSU
Bu gün, 14:35
Neft Daşlarındakı qətlin TƏFƏRRÜATI
Bu gün, 14:31
İstanbulda 20 mindən çox polis işdən azad edilib
Bu gün, 14:30
Avropa Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayəti üzrə yeni qərarını elan edib
Bu gün, 14:15
İran prezidenti Azərbaycana səfərə gələcək
Bu gün, 14:11
“Rektor mənə deyir ki, məsələni ictimailəşdirməklə özünü çətinə salmısan” - GİLEY
Bu gün, 14:09
"Biz daşkəsənlilər yaxşı bilirik ki..." - Əhəd Abıyev
Bu gün, 13:57
Hacıqabulda Heydər Əliyevin xatirəsi yad edilib
Bu gün, 13:54
Bakıdakı `Niva`lar `Forbes`in siyahısında - İNFOQRAFİKA
Bu gün, 13:53
Azərbaycanda banklararası kreditlər bahalaşır
Bu gün, 13:37
“MediClub” pasiyentin başına necə oyun açıb? - GİLEY
Bu gün, 13:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru