Nazirlik sabah çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edib .....                     Adam öldürməkdə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib .....                     143 illik şərəfli tarix .....                     Bakıda qızlar saçyolduya çıxdılar .....                     “Sanksiyalara görə maaş verə bilmirik...” .....                     NATO və Avropa İttifaqı Azərbaycanın modernləşməsi prosesinə töhfə verməlidirlər .....                     "Birgə əməkdaşlıqla Azərbaycan və Türkiyə əleyhinə yazıların qarşısını ala bilərik" .....                     Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib .....                     Sayğac "ovuna" çıxmışdılar... .....                     Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar .....                     Həyətində narkotik tərkibli çətənə kolları becərən Astara sakini saxlanıldı .....                     Köçərli kəndində növbəti səyyar-qəbul görüş .....                     Erməni əsirlər azərbaycanlı girovlarla dəyişdirilə bilər .....                     Neftin qiyməti artıb .....                     Adnan Oktarın Azərbaycandakı “sağ əli” Elşad Miridir? .....                     ABŞ Türkiyəyə İrana görə 180 gün vaxt verdi .....                     Neftçalada partlayış baş verdi, .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     ““KİRS” şirkəti mənim hüquqlarımı kobudcasına pozub” .....                     Yeni nazirlər etimadı nə qədər doğruldur? .....                     Eks həmkarlarından "Qaçqınkom" sədrinə inanılmaz dəstək .....                     Ermənilərin növbəti hay-küyü nəyə hesablanıb? .....                     Sarkisyanın şəxsi cangüdəni 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq .....                     Bakıda enerji verilişi bərpa olunub .....                     Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi... .....                     Elmi ad almış deputatlar: Kim hansı sahənin alimidir? .....                     "Ağlım kəsəndən özümə güclü olacaqsan və hamıya yaxşı baxacaqsan deyirdim" .....                     Pentaqon Ukraynaya 200 milyon dollar ayırıb .....                     Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır .....                     Salyanda kişi meyiti tapılıb .....                     “Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi...” .....                     Bakıda yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd göstərib .....                     Azərbaycan daha çox BU ÖLKƏLƏRDƏN məhsul idxal edir .....                     Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib .....                     “Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et! .....                     Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb .....                     Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib .....                     Məktəbli oğlan sinif yoldaşını bina zirzəmisində zorladı .....                     Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib .....                     Tanınmış iş adamına qarşı sensasion ittihamlar .....                 

Onlar bu savaşda bizə lazımdır – Aynur Camalqızı
Tarix: 23-10-2017, 12:59 | Çap et
Onlar bu savaşda bizə lazımdır
Bir müddət öncə “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı medianın müsahib və ekspert sarıdan qıtlıq yaşadığını, oxucunun eyni simaları görməkdən, təkrarçılıqdan bezdiyini qeyd etmiş və problemin aradan qaldırılması üçün təkliflərini açıqlamışdı. Analitik Elçin Mirzəbəyli də Aynur xanımın bu fikirlərini bölüşərək mövcud problemin həllinin vacibliyini irəli sürmüşdü.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı diqqəti bəzi jurnalislərə çəkərək onların yazı redaktə etməkdən kənarlaşdırılıb, məhz politoloji fəaliyyətə yönəldilməsini, bu fonda Azərbaycanda təşkilatların, siyasi institut və beyin mərkəzlərinin yaradılmasını və sözügedən şəxslərin orada çalışmasını təklif etmişdi.

Mövzu ilə əlaqədar Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da Axar.az-a açıqlamasında Azərbaycanda ekspert dairəsinin genişlənməsinə ehtiyac olduğunu xüsusilə vurğulayıb:

“Adətən ölkə daxilində və xaricində hadisələr baş verdikdə, bu, bir çox hallarda spesifik baxımından bir-birinə yaxın olmaya da bilər. Çox təəssüf ki, bəzi məqamlarda Azərbaycan mediasında həmin hadisələri eyni ekspertlər şərh edir. Sonra birmənalı qaydada məlum olur ki, həmin ekspert hadisələrdən o qədər də məlumatlı deyil. Müasir dünyada bir ekspert geniş biliyə malik ola, baş verən hadisələrin hamısı ilə bağlı müfəssəl fikir yürüdə bilməz, yalnız konkret istiqamətdə analizlər aparan peşəkar ekspertlər tədqiqat sahələrini əhatə edən olaylar haqda dəyərli məntiqi nəticələrini irəli sürə bilərlər. Dünyanın aparıcı media vasitələrində, xüsusilə də Rusiya və Türkiyənin tanınmış KİV-lərində hər sahə üzrə xüsusi ekspertlər fəaliyyət göstərir. Xarici media vasitələrində baş verən olaylarla bağlı fikir yürüdən spesifik ixtisaslaşmış ekspertlər məhz həmin hadisələrin içərisində olmaqla bərabər, bu hadisələri öyrənən ayrı-ayrı institutların mütəxəsisləridirlər. Çox təəssüf ki, Azərbaycan mətbuatında buna müəyyən hallarda rast gəlmirik. Bu baxımdan da ölkəmizdə ekspert dairəsinin genişlənməsinə çox böyük ehtiyac var. Azərbaycanda ayrı-ayrı mərkəzlər, təşkilatlar var ki, orada kifayət qədər öz sahəsini mükəmməl bilən insanlar fəaliyyət göstərir. Fikir versəniz, kənar ölkələrdə media nümayəndələrindən də bu sahədə geniş istifadə olunur. Azərbaycan mediasında da kifayət qədər hadisələri düzgün qiymətləndirən insanlar çalışır ki, hazırda onlardan ekspert kimi istifadə etmək mümkündür”.

Media eksperti, professor Qulu Məhərrəmli isə bildirib ki, istənilən yaxşı təşəbbüs təqdirəlayiqdir:

“Ekspert qıtlığı problemi bir az ciddi məsələdir. Əlbəttə, media mötəbər olmaq, hadisələrə dürüst, vicdanlı münasibət bəsləmək, olayları obyektiv təhlil etmək istəyirsə, şübhəsiz ki, element kimi ekspertlərə ehtiyac duyur. Çox təəssüf ki, oxuyub, bilik qazanıb, bunun hesabına ekspertlik edilməsi yanlış yanaşmadır. Ekspert təkcə biliyi ilə deyil, həm də həyat təcrübəsi, hadisələrə yanaşma tərzi, şəxsiyyətinin gücü ilə də mütəbərlik qazanır. Ona görə də Aynur xanımın təşəbbüsündə məsələnin birinci tərəfi - gənclərin məhz politoloji fəaliyyətə yönəldilməsi çox yaxşı qoyulub. Amma bir məsələ də var: bizim oxucu, auditoriya kimə inanır? Vaxtilə Vəfa Quluzadə xarici siyasətin içində bişmiş, o qazanda qaynamış çox mötəbər bir ekspert idi və buna görə də ona inam böyük idi”.

Q.Məhərrəmli konkret sahə üzrə istisaslaşmış gənclərin “beyin mərkəzlərində” inkişaf etməsini dəstəklədiyini vurğulayıb:

“Aynur xanımın təşəbbüsünü çox bəyənirəm, dəstəkləyirəm və inanıram ki, bu təklif reallaşarsa, medianın ekspertlərlə bağlı olan problemlərini müəyyən dərəcədə həll edəcək. Azərbaycanda bir neçə siyasi araşdırma mərkəzi var, onların sırasının artmasına ehtiyacımız var. Ancaq oraya kimlərin cəlb olunacağının üzərində də düşünmək lazımdır. Hesab edirəm ki, buraya xüsusi biliyə malik olan, həmin konkret ixtisas üzrə mükəmməl təhsil almış, müəyyən araşdırmaları olan şəxslərin cəlb olunması müsbət olardı”.

A.Camalqızı təklifinin müsbət qarşılandığını gözlədiyini bildirib:

“Əslində, demək olar ki, bu məsələdə hamımız həmrəyik və bunun belə olacağını təzmin edirdim. Çünki hamımız bunları müşahidə edirik. Milli Məclisdə 125 deputat var, onun təxminən 10 faizi KİV-ə açıq, danışmağa hazır şəxsdir, müəyyən istisnalarla yerdə qalanlarını hətta üzdən belə tanımırıq. Hansı ki, onlar parlamentdə yalnız özlərini deyil, minlərlə seçicini təmsil edirlər, deməli, ölkə üçün, xalq üçün vacib, önəmli, taleyüklü məsələlərdə mütləq irəli çıxmağı, media vasitəsilə öz mesajlarını verməyi bacarmalıdırlar. Təəssüf ki, hər kəs öz statusunun verdiyi məsuliyyəti anlayacaq imkanlara malik deyil. Nəticədə biz media mənsubları olaraq, eyni simalarla işləməyə, topluma təxminən eyni fikirləri, açıqlamaları ötürməyə məcburuq”.

A.Camalqızı Elçin Mirzəbəylinin az öncə bu təşəbbüsə reaksiya verərək, analitiklərin maddi ehtiyaclarının qarşılanmalı olduğu barədə sözlərinin də ədalətli olduğunu deyib:

“Təbii ki, ölkədəki aparıcı media orqanları kifayət qədər maddi resurslara sahib olsalar, reklam bazarı daha geniş, sərhədsiz və əlçatan olsa, biz də ekspertlərə öz əziyyətinin müqabilində qonorar ödəyərdik və onlar da bizimlə işləmək həvəsində olardı. Amma medianın bu imkanı yoxdursa, dövlətimizdən yardım istəyə bilərik. Siyasi araşdırma mərkəzlərinin yaradılmasına dövlət dəstək verə, düşünən beyinləri ora toplaya və bu beyin mərkəzlərinin sistemli işini stimullaşdıra bilər. Bir növ, bu sahənin də inkişafına dövlətimiz “dotasiya” ayıra bilər. Onların beyin məhsulundan yeri gəldikcə ictimai institutlar, qeyri-hökumət təşkilatları, diasporlarımız və s. bəhrələnə də bilərlər. Üstəlik, bu, sadəcə, daxili auditoriyaya deyil, xaricə də ünvanlanmalıdır. Xaricidilli media orqanlarının sayı və səviyyəsi artırılmalıdır. Dövlətimizin Qarabağ münaqişəsi ilə bağlı aparılan informasiya müharibəsi xaricidilli mediada yüksək səviyyədə davam etdirilməlidir. Daxili auditoriya ilə xaricə yönəlik bəyanatlar, informasiyalar fərqlənməli və peşəkarlıqla həyata keçirilməlidir. Bizim buna potensialımız var!

Mən ötən statusumda hazırda media orqanlarında jurnalist, redaktor kimi çalışan, əslində isə yetərincə hazırlıqlı, bitkin həmkarlarımızın olduğunu xatırlatmışdım və şərhlərdə onların bəzilərinin adları çəkilmişdi. Bir daha təkrar edirəm ki, bu məsələdə konkret bölgülərin aparılması və təşkilatlanmanın vacibliyi göz önündədir”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik sabah çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edib
Dünən, 13:32
Adam öldürməkdə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib
Dünən, 13:30
143 illik şərəfli tarix - "Mətbuat millətin inkişaf tarixində təkanverici mərhələdir”
Dünən, 13:25
Bakıda qızlar saçyolduya çıxdılar - “Aysberq” istirahət mərkəzində (VİDEO)
Dünən, 13:22
“Sanksiyalara görə maaş verə bilmirik...” - Mənsimovun müavini
Dünən, 13:20
NATO və Avropa İttifaqı Azərbaycanın modernləşməsi prosesinə töhfə verməlidirlər - "Jerusalem Post"
Dünən, 13:09
"Birgə əməkdaşlıqla Azərbaycan və Türkiyə əleyhinə yazıların qarşısını ala bilərik" - PA rəsmisi
Dünən, 13:06
Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib - Tərtərdə
Dünən, 13:04
Sayğac "ovuna" çıxmışdılar... - İsti izlərlə yaxalandılar
Dünən, 13:01
Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Dünən, 13:00
Həyətində narkotik tərkibli çətənə kolları becərən Astara sakini saxlanıldı - FOTO
Dünən, 12:58
Köçərli kəndində növbəti səyyar-qəbul görüş
Dünən, 12:54
Erməni əsirlər azərbaycanlı girovlarla dəyişdirilə bilər - VİDEO
Dünən, 10:15
Neftin qiyməti artıb
Dünən, 10:13
Adnan Oktarın Azərbaycandakı “sağ əli” Elşad Miridir? - VİDEO
Dünən, 10:11
ABŞ Türkiyəyə İrana görə 180 gün vaxt verdi
Dünən, 10:08
Neftçalada partlayış baş verdi, 37 yaşlı kişi dünyasını dəyişdi
Dünən, 10:06
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 10:04
““KİRS” şirkəti mənim hüquqlarımı kobudcasına pozub” - GİLEY
Dünən, 09:59
Yeni nazirlər etimadı nə qədər doğruldur? - ARAŞDIRMA
Dünən, 09:52
Eks həmkarlarından "Qaçqınkom" sədrinə inanılmaz dəstək - "Evlərin verilməsində nə qədər haqsızlıqlar var idi..."
Dünən, 09:48
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Dünən, 09:45
Ermənilərin növbəti hay-küyü nəyə hesablanıb? - Rus qoşunları Gümrüdən çıxsa...
Dünən, 09:42
Sarkisyanın şəxsi cangüdəni 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq
Dünən, 09:40
Məmmədbağır Bağırzadə ilə bağlı şok fakt: - “Ailəsi Fəxri Xiyabanda dəfn etməyə qoymadı”
Dünən, 09:38
Bakıda enerji verilişi bərpa olunub - "Azərişıq"
Dünən, 09:35
Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi... - TƏHLİL
Dünən, 09:34
Elmi ad almış deputatlar: Kim hansı sahənin alimidir? - SİYAHI
Dünən, 09:31
"Ağlım kəsəndən özümə güclü olacaqsan və hamıya yaxşı baxacaqsan deyirdim"
Dünən, 09:30
Pentaqon Ukraynaya 200 milyon dollar ayırıb
Dünən, 09:25
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır - TƏHLİL
Dünən, 09:25
Salyanda kişi meyiti tapılıb
Dünən, 09:23
“Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi...” - deputat
Dünən, 09:23
Bakıda yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd göstərib
Dünən, 09:20
Azərbaycan daha çox BU ÖLKƏLƏRDƏN məhsul idxal edir
Dünən, 09:19
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib
Dünən, 09:18
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!
Dünən, 09:17
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünən, 09:15
Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib - VİDEO
Dünən, 09:13
Məktəbli oğlan sinif yoldaşını bina zirzəmisində zorladı — ŞOK HADİSƏNİN TƏFƏRRÜATLARI
20-07-2018, 18:11
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib
20-07-2018, 18:08
Tanınmış iş adamına qarşı sensasion ittihamlar - "6-7 aydan sonra bu iddia həllini tapmadığı üçün..."
20-07-2018, 18:04
"Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır" - DİN-in tədbirindən
20-07-2018, 17:59
İsrail ərəb dilinin statusunu ləğv etdi
20-07-2018, 17:55
Nazpəri Dostəliyeva necə "fəlsəfə doktoru omasından" DANIŞDI: - “Maraqlı faktlar...”
20-07-2018, 17:46
"Bir kişi qısa ətəkli xanıma baxmırsa, onun problemi var" - 56 yaşlı azərbaycanlı müğənni
20-07-2018, 17:37
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
20-07-2018, 17:23
Belarusun Ermənistandakı fəxri konsulunun evi yarıldı
20-07-2018, 17:19
“ Mənimlə bir gecəyə yarım milyon verirdi” - Humay Muxtarova
20-07-2018, 17:01
Azərbaycan və Fransa prezidentləri arasında görüş olub
20-07-2018, 16:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru