DİA.AZ portalı bir həftəlik TƏTİLDƏ... .....                     Nabranda itən uşaq bir gün kolların arasında qalıb .....                     Ermənistan katolikosu Rusiyaya gedib .....                     Nabranda erməni mahnısı səsləndirən DJ həbs edildi .....                     Adnan Oktarın ən yaxın adamı həbs edildi .....                     Qısamüddətli icarələnən şəxsi mənzillər və evlər .....                     Azərbaycana bu tərkibli dərman vasitələrinin idxalı qadağan edildi .....                     Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı .....                     Azərbaycanın 25 ildən artıqdır danışıqları davam etdirməsi ən böyük güzəştdir .....                     Rusiyanın hərbi gəmiləri Bakıya gəlib .....                     Ayşe Hatunun yeni klipi: “Dur Dünyam” .....                     Beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləqdir .....                     “SOCAR Polymer”in zavodlarından büdcəyə 460 mln. dollar ƏDV daxil olacaq .....                     Bankın girov götürdüyü maşınları saxta sənədlərlə satmaq istəyirdi .....                     Türkiyə DİN-dən son əməliyyatlar barədə maraqlı FAKTLAR .....                     AzTV-də qeyri-adi, təəccüb doğuracaq dəyişiklik gözlənilir... .....                     “Azərbaycanın Naxçıvan istiqamətində qoşun cəmləşdirməsi bizi çox narahat edir...” .....                     "PASHA Holding" yeni şirkət yaradıb .....                     “Yapı Kredi Bank Azərbaycan” gəlirlərini itirə-itirə gedir .....                     "Uşağın itməsi ailədaxili münaqişə ilə bağlıdır" .....                     Fransada Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlər iki ölkənin humanitar sahədə əlaqələrinin daha da dərinləşməsinə yönəlib .....                     23 iyulda gözlənilən hava şəraiti .....                     Bakıda 17 yaşlı qız binanın damından özünü ataraq intihar edib .....                     58 yaşında müdafiə edib, 4 ilə professor olan rektor .....                     Prezidentin Paris səfəri: Yeni mərhələ başlayır .....                     "Əli Həsənovla görüşdə dedi ki..." .....                     Qonşusu ilə dalaşdı, qapısını güllələdi... .....                     Gəncədə və İmişlidə intiharlar... .....                     UNEC-də Türkiyə türkcəsində tədrisdə yeni model .....                     Kürdəmirdə 5 yaşlı uşağın dəhşətli ölümü bağlı ŞOK MƏQAM .....                     "Akkord"un zərəri günü-gündən artır .....                     Mehriban Əliyevanın işğal olunmuş ərazilərimizdəki vəziyyəti MDB DİN rəhbərlərinin diqqətinə çatdırması çox vacib idi .....                     Zaqatalada poçt şöbəsinə .....                     Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıblar .....                     Ermənistan MN tələsik təkzib etdi: .....                     Ana 14 yaşlı qızı ilə öpüşüb, videolarını... .....                     İyulun 25-dən havanın temperaturu yenidən yüksələcək .....                     Bu bank da çöküş astanasındadır... .....                     Avropa ölkəsindən şok qərar: .....                     Onlara bu yay tətili düşərli olmayacaq... .....                 

Özəl klinikaların ölüm reseptləri: - Pulunu ver və...
Tarix: 23-10-2017, 10:52 | Çap et
Özəl klinikaların ölüm reseptləri:
Bir müddət əvvəl “VİP STYLE” özəl tibb mərkəzində Bakı sakini Səidə Əliyevanın üzünün kimyəvi dərmanlarla yandırılaraq tanınmaz hala salınması barədə məlumat yayılıb. 4 ay ərzində klinikanın prosedurlarından istifadə edən qadının üz dərisi tamamilə qaralıb və sağalması müşkülə çevrilib. Bu müddət ərzində hətta qadına 3 min manatdan artıq müxtəlif kosmetik vasitələr də aldırıblar. Əvəzində isə dərisində sağalması mümkün olmayan çox ciddi problemlər yaranıb. Bir sözlə, həm sağlamlığından olub, həm də pulundan.

Qəribəsi isə odur ki, ölkəmizdə fəaliyyət göstərən özəl klinikalarda bu cür hallar tez-tez yaşanır və medianın gündəminə düşür. Lakin özəl klinikaların bu cür özbaşınalığına qarşı heç bir addım atılmır. Məsuliyyət kimin üzərinə düşür? Kimdir günahkar? Bu halla qarşılaşmamaq üçün və qarşılaşdıqdan sonra nə etməliyik?

Nazirliyə rəsmi müraciət etməlidir

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov bildirib ki, nazirliyin 9103 “Qaynar xətti” və Elektron Səhiyyə Mərkəzi var:

“Hər bir vətəndaş səhiyyə xidmətlərinə dair suallarını bu xidmətlərə ünvanlaya bilər. Özəl klinikalarda göstərilən xidmətlərlə bağlı vətəndaşın şikayəti varsa, Səhiyyə Nazirliyinə rəsmi müraciət etməlidir. Müraciət daxil olduqdan sonra məsələ araşdırılır və nəticələr barədə vətəndaşa məlumat verilir”.

Özəl klinikalardan şikayət çox, nəticə isə yox

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, belə faktlar daha çox özəl kliniklarda olsa da, Səhiyyə Nazirliyi bu məsələyə görə məsul orqandır. Axar.az-a açıqlama verən İB sədrinin sözlərinə görə, dəfələrlə belə şikayətlərə görə dövlət qurumlarına müraciət olunub, lakin nəticə yoxdur:

“Adı çəkilən klinika ilə bağlı da bizə dəfələrlə şikayət daxil olub. Adətən yararsız kosmetik və parfümeriya məhsullarından gördükləri zərərlə müraciət ediblər. Biz də dəfələrlə dövlət orqanlarına müraciət edib, məsələ qaldırmışıq ki, faktlar araşdırılsın. Ancaq ya araşdırılmayıb, ya da onlara qarşı addımlar atılsa da, yenə də fəaliyyətlərini davam etdiriblər.

Bu klinikalarda prosedur belədir: bir xanıma yaxınlaşıb şirnikləndirici təkliflər irəli sürür, pulsuz üz masajı və müalicəsi vəd edirlər. Bunun qarşılığında isə xanımlardan tanıdıqları 6 xanım nömrəsi vermələrini tələb edirlər. Proses bu şəkildə davam edir və onlar özlərinə müştəri yığırlar. İlk müalicədən razı qalan xanımlara əlavə təkliflər edib pul tələb edirlər. Bu şəkildə davam edən prosesdə xanımlar aldadılaraq 4-5 minə qədər pul xərcləyirlər, son nəticəsə isə pullarından və sağlamlıqlarından olurlar”.

Əzraildən daha qorxulu özəl klinikalar

E.Hüseynovun sözlərinə görə, uzun illərdir ki, Azərbaycanda özəl klinikalarla bağlı böyük problemlər yaşanır:

“Azərbaycan həkimi qəbul etdiyi xəstəyə yazdığı reseptin altına imza çəkmir, gördüyü iş barədə izahat yazmır. Yalnız pulunu alır və qəbz verir. Çox hallarda bu qəbzlər də saxta olur. Özəl klinikalarda proses bu şəkildə gedir və problemə səbəb də budur. İndi hər kəs əzraildən deyil, Azərbaycan həkimindən qorxur”.

İB sədri deyir ki, Səhiyyə Nazirliyinin özəl klinikalara nəzarət edən şöbəsi var. Ancaq bu klinikalarda baş verən proseslərə görə heç kəs məsuliyyəti üzərinə götürmür və ona görə də vətəndaşlar pis vəziyyətdə qalır:

“Həkim pasienti qəbul edəndə, xəstə klinikadan çıxanda bir kağız almalıdır ki, klinikada ona hansı xidmətlər göstərildi, hansı müalicə və əməliyyatlar yazıldı, hansı dərmanlar məsləhət görüldü və sair. Bunu ona görə etmirlər ki, hər hansısa problem yarandığı zaman bir iz qalmasın”.

Qanunlar pasienti qoruyur

Bu tip şikayətlərlə bağlı dəfələrlə pasient hüququ qoruyan vəkil Fərhad Mehdiyev Axar.az-a açıqlamasında bildirib ki, qanunvericilik tamamilə pasienti qoruyur:

“Mənim praktikamda belə bir hal baş verib. Biz xəstəxanaya etiraz məktubu göndərdik. Bildirdik ki, pasientimizin sizin xəstəxanada aldığı müalicədə filan qədər ziyanı olub, xahiş edirik, həmin ziyanı ödəyin, əks təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət olunacaq. Elə ilk etiraz məktubumuzdan sonra klinika pasientə dəymiş zərəri ödədi. Xəstəxana özü həkimdən bunu tələb etmişdi. Çünki bir həkimin etdiyi səhv müalicəyə görə bütöv bir xəstəxana etibarını itirir. Bu səbəbdən də xəstəxana həmin həkimə pulu ödətdirdi”.

Vəkil məsləhət görür ki, belə hallarla qarşılaşan pasientlər ilk növbədə etiraz məktubu yazmalıdır. Məktubda bütün faktlar qeyd edilməli, qanunsuzluq harada baş verib, proses necə gedibsə, hamısı yazılmalıdır:

“Pasientə vurulan zərər müalicə aldığı tibb mərkəzi tərəfindən ödənilməlidir. Əgər pasientin üzü daha sonra bərpa olunmayacaq şəkildə xəsarətə məruz qalıbsa, artıq mənəvi təzminat da olmalıdır. Yəni pasient müalicə pulundan əlavə mənəvi təzminat da tələb edə bilər.

Belə hallarla qarşılaşan pasientlərə məsləhət bilərdim ki, hüquq-mühafizə orqanlarına müraciət etməyə tələsməsinlər. Əvvəlcə mülki qaydada məhkəməyə müraciət etsinlər. Bu prosesdə qurulan taktika daha önəmlidir. Çünki pasient əvvəlcə hüquq-mühafizə orqanına müraciət edən zaman, ekspertiza keçirilir və polisin müraciəti əsasında ekspertiza keçirən səhiyyə qurumu təəssüf ki, yalnız klinika və həkimi müdafiə edir və rəy verir ki, həkimin heç bir günahı yoxdur, o öz işini görüb. Belə rəy gəldikdən sonra məhkəmənin perspektivi də olmur. Pasient əvvəlcə məhkəməyə müraciət edib vəkil köməyi alsa, proses onun xeyrinə gedə bilər. Çünki vəkil belə hallarda daha soyuqqanlı və taktikalı olur”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİA.AZ portalı bir həftəlik TƏTİLDƏ... - Hamımıza xoş istirahətlər...
Bu gün, 16:17
Nabranda itən uşaq bir gün kolların arasında qalıb - Təfərrüat
Bu gün, 16:15
Ermənistan katolikosu Rusiyaya gedib
Bu gün, 16:08
Nabranda erməni mahnısı səsləndirən DJ həbs edildi
Bu gün, 16:05
Adnan Oktarın ən yaxın adamı həbs edildi
Bu gün, 16:01
Qısamüddətli icarələnən şəxsi mənzillər və evlər – turistlər üçün yerləşdirmə vasitələridirlər
Bu gün, 15:59
Azərbaycana bu tərkibli dərman vasitələrinin idxalı qadağan edildi
Bu gün, 15:45
Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - VİDEO
Bu gün, 15:43
Azərbaycanın 25 ildən artıqdır danışıqları davam etdirməsi ən böyük güzəştdir -Rəsmi Bakıdan Paşinyana cavab
Bu gün, 15:06
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
Bu gün, 15:03
Ayşe Hatunun yeni klipi: “Dur Dünyam”
Bu gün, 15:01
Beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləqdir - XİN
Bu gün, 14:57
“SOCAR Polymer”in zavodlarından büdcəyə 460 mln. dollar ƏDV daxil olacaq
Bu gün, 13:21
“Məni evinə qonaq apardı…” - Həbsdə olan müğənni
Bu gün, 13:19
Bankın girov götürdüyü maşınları saxta sənədlərlə satmaq istəyirdi
Bu gün, 13:17
Türkiyə DİN-dən son əməliyyatlar barədə maraqlı FAKTLAR
Bu gün, 13:12
AzTV-də qeyri-adi, təəccüb doğuracaq dəyişiklik gözlənilir... - Nə baş verir?
Bu gün, 13:10
“Azərbaycanın Naxçıvan istiqamətində qoşun cəmləşdirməsi bizi çox narahat edir...”
Bu gün, 13:03
Xalq artistindən qandonduran sözlər: - “Meyitləri kamaza doldurub...”
Bu gün, 13:01
"PASHA Holding" yeni şirkət yaradıb
Bu gün, 12:58
“Yapı Kredi Bank Azərbaycan” gəlirlərini itirə-itirə gedir - 1,8 milyonluq azalma
Bu gün, 12:57
"Uşağın itməsi ailədaxili münaqişə ilə bağlıdır" - 3 yaşlı İsmayılın itkin düşdüyü oteldən AÇIQLAMA
Bu gün, 12:49
Fransada Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlər iki ölkənin humanitar sahədə əlaqələrinin daha da dərinləşməsinə yönəlib
Bu gün, 12:47
23 iyulda gözlənilən hava şəraiti
Bu gün, 12:45
Bakıda 17 yaşlı qız binanın damından özünü ataraq intihar edib
Bu gün, 12:37
58 yaşında müdafiə edib, 4 ilə professor olan rektor - Ondan ayın tarixini də soruşan yoxdur...
Bu gün, 12:35
"Soyadımı dəyişmək istəyirəm" — Əməkdar artist
Bu gün, 12:31
Prezidentin Paris səfəri: Yeni mərhələ başlayır - TƏHLİL
Bu gün, 12:29
"Əli Həsənovla görüşdə dedi ki..." - FOTO
Bu gün, 12:26
Qonşusu ilə dalaşdı, qapısını güllələdi...
Bu gün, 12:24
Adnan Oktarın namazı bir rükətli imiş, araq isə haram deyilmiş
Bu gün, 12:22
Gəncədə və İmişlidə intiharlar...
Bu gün, 12:18
“Belə davam edəcəksə, 80 yaşa çatmağımı istəmirəm...” - Flora Kərimova
Bu gün, 12:17
UNEC-də Türkiyə türkcəsində tədrisdə yeni model
Bu gün, 12:13
Kürdəmirdə 5 yaşlı uşağın dəhşətli ölümü bağlı ŞOK MƏQAM - Uşağın atdan yıxıldığını deyiblərmiş...
Bu gün, 12:10
XALQ ARTİSTİ ELMİ DƏRƏCƏ ALA BİLMƏZ?
Bu gün, 12:02
"Akkord"un zərəri günü-gündən artır - Şirkət niyə ziyanla işləyir?
Bu gün, 11:56
Mehriban Əliyevanın işğal olunmuş ərazilərimizdəki vəziyyəti MDB DİN rəhbərlərinin diqqətinə çatdırması çox vacib idi - deputat
Bu gün, 11:53
Zaqatalada poçt şöbəsinə BASQIN
Bu gün, 11:48
"Zəhra gözəl addır, amma 14 min nəfərə yox" — Təvəkkül Səlimov
Bu gün, 11:46
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bu gün, 11:39
Ermənistan MN tələsik təkzib etdi: - “Rusiya qoşunları Ermənistanda qalacaq”
Bu gün, 11:37
Ana 14 yaşlı qızı ilə öpüşüb, videolarını... - Azərbaycanda iyrənc əməl
Bu gün, 11:35
İyulun 25-dən havanın temperaturu yenidən yüksələcək - Belə deyirlər...
Bu gün, 11:31
Bu bank da çöküş astanasındadır... - "Amrahbank"ın 8 milyonluq zərəri
Bu gün, 11:28
Avropa ölkəsindən şok qərar: - Cinsi əlaqə yaşı 14-ə endirildi
Bu gün, 11:25
Onlara bu yay tətili düşərli olmayacaq... - Kimlər yenidən təyinata ümid edə bilər?
Bu gün, 11:24
Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başladı
Bu gün, 11:14
İrana qarşı farsdilli televiziya yaradılır
Bu gün, 11:11
"İşçi məhkəmədə qalib gələ bilər, amma..."
Bu gün, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru