Nazirlik sabah çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edib .....                     Adam öldürməkdə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib .....                     143 illik şərəfli tarix .....                     Bakıda qızlar saçyolduya çıxdılar .....                     “Sanksiyalara görə maaş verə bilmirik...” .....                     NATO və Avropa İttifaqı Azərbaycanın modernləşməsi prosesinə töhfə verməlidirlər .....                     "Birgə əməkdaşlıqla Azərbaycan və Türkiyə əleyhinə yazıların qarşısını ala bilərik" .....                     Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib .....                     Sayğac "ovuna" çıxmışdılar... .....                     Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar .....                     Həyətində narkotik tərkibli çətənə kolları becərən Astara sakini saxlanıldı .....                     Köçərli kəndində növbəti səyyar-qəbul görüş .....                     Erməni əsirlər azərbaycanlı girovlarla dəyişdirilə bilər .....                     Neftin qiyməti artıb .....                     Adnan Oktarın Azərbaycandakı “sağ əli” Elşad Miridir? .....                     ABŞ Türkiyəyə İrana görə 180 gün vaxt verdi .....                     Neftçalada partlayış baş verdi, .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     ““KİRS” şirkəti mənim hüquqlarımı kobudcasına pozub” .....                     Yeni nazirlər etimadı nə qədər doğruldur? .....                     Eks həmkarlarından "Qaçqınkom" sədrinə inanılmaz dəstək .....                     Ermənilərin növbəti hay-küyü nəyə hesablanıb? .....                     Sarkisyanın şəxsi cangüdəni 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq .....                     Bakıda enerji verilişi bərpa olunub .....                     Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi... .....                     Elmi ad almış deputatlar: Kim hansı sahənin alimidir? .....                     "Ağlım kəsəndən özümə güclü olacaqsan və hamıya yaxşı baxacaqsan deyirdim" .....                     Pentaqon Ukraynaya 200 milyon dollar ayırıb .....                     Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır .....                     Salyanda kişi meyiti tapılıb .....                     “Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi...” .....                     Bakıda yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd göstərib .....                     Azərbaycan daha çox BU ÖLKƏLƏRDƏN məhsul idxal edir .....                     Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib .....                     “Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et! .....                     Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb .....                     Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib .....                     Məktəbli oğlan sinif yoldaşını bina zirzəmisində zorladı .....                     Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib .....                     Tanınmış iş adamına qarşı sensasion ittihamlar .....                 

Oliqarx övladlarının Avropadakı təhsil macəraları - bilinməyən detallar...
Tarix: 12-10-2017, 09:53 | Çap et
Oliqarx övladlarının Avropadakı təhsil macəraları
Övladını xarici ölkələrdə oxutmaq istəyən azərbaycanlıların yaşadığı ən böyük problem heç şübhəsiz ki, maddi sahədə olur. Məlum, xarici ölkədə yaşamaq - kirayə, yemək xərcləri böyük bir məsrəf deməkdir. Üstəgəl, illik təhsil haqqı da bu siyahıya əlavə olunanda 4 illik (və ya daha artıq) müddət bir çox ailələrin ciddi maddi yükün altına girməsi anlamına gəlir.

Amma aparılan araşdırmalar göstərir ki, Avropada, ABŞ-da təhsil almaq üçün heç də hər zaman böyük paraya ehtiyac qalmır. Çünki pulsuz təhsil verən ölkələr və universitetlərin sayı xeyli çoxdur. “Yeni Müsavat” celt.az saytına istinad edərək, ödənişsiz təhsil verən ölkələr və təhsil müəssisələri barədə arayış hazırlayıb.

Təhsil üçün neft ölkəsini seçmisizsə...

Öncə ondan başlayaq ki, neft olan ölkələrin hamısında təhsil pulsuzdur. Üstəlik, ali məktəblərdə təhsil alanların hamısı kifayət qədər yüksək təqaüdlə və yataqxana ilə təmin edilir. Məsələn, Liviyada tələbə təqaüdü 700 dollardır. Ölkədə pulsuz təhsilin olması ilə yanaşı, xarici ölkədə təhsil almaq istəyənlərin təhsil xərcini də dövlət ödəyir.

Səudiyyə Ərəbistanında ali təhsilin pulsuz olması ilə yanaşı, tələbələrin pulsuz ədəbiyyat və tibbi xidmətdən yararlanmaq hüququ da var. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil olmaq istəyənlərə isə dövlət qrant ayırır. Bu ölkədə tələbə təqaüdü 700 dollar təşkil edir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də ali məktəblər pulsuz təhsil verir. Hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, Əmirliyin hər bir vətəndaşı dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ büdcəsindən ödənilir.

Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil pulsuzdur. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, ailəlilər üçün bu göstərici 1200 dollardır.

İranda da təhsilin bütün pillələri pulsuzdur.

Avropada pulsuz oxumaq istəyənlər... dövlət universitetlərini seçirlər

Bir çox Avropa ölkələrində də dövlət ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur. Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə təhsil haqqından azaddır. Ailəsinin maddi durumu aşağı olan tələbələr də təhsil haqqı ödəmir. 14 yaşınadək övladı olanlar, çoxuşaqlı ailələrin uşaqları və xüsusi istedadı olanlar da özəl ali məktəblərdə təhsil haqqından azaddır. Hətta ailə üzvlərindən biri ağır xəstə olanlar belə, təhsil haqqından azaddır. Həmçinin tələbələrə kreditlə təhsil almaq imkanı verilir. Belə ki, tələbə təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən sonra ödəyə bilər.

Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta nüfuzlu Sarbonna Universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur.

Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir.

Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.

Ali təhsili pulsuz olan ölkələr arasında həmçinin İsveç, Danimarka və Çexiyanı göstərmək olar. Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əmək haqqı 3 min avrodan az deyil.

Amerika təhsil xərclərini azaldır, Hollandiya konkret şərtlər qoyur

ABŞ-da ali təhsil pulludur. Ancaq minimum əmək haqqı 4 min dollar olan bu ölkədə təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən istifadə edə bilər. Həmçinin hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ əldə edir. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur.

Hollandiyada təhsil müəssisələrinin 70 faizi özəl, 30 faizi dövlətə məxsusdur. Buna baxmayaraq, dövlət bütün təhsil müəssisələrinin tədris proqramları üzərində nəzarəti həyata keçirir. Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi mütəmadi olaraq ölkənin təhsil sisteminin monitorinqini aparır və standartları müəyyən edir. Bu isə öz növbəsində bütün məktəb və universitetlərdə təhsilin yüksək səviyyədə aparılmasını təmin edir.

Hollandiya ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilisdilli ölkədir. Bu ölkənin ali təhsil müəssisələri ingilis dilində təxminən 1150 tədris proqramı təklif edir. Onların böyük əksəriyyəti bakalavr və magistr proqramları, qalanları isə qısamüddətli kurslar və ixtisasartırma proqramlarından ibarətdir.

Ölkənin ilk ali təhsil müəssisəsi olan Leyden Universiteti 1575-ci ildə yaradılıb. Hollandiyanın 14 dövlət universitetinin 10-u “Times Higher Education World University Rankings”in hesabatında dünyanın ən nüfuzlu 200 universiteti arasında qərarlaşır.

Kiçik ölkə olmasına baxmayaraq, Hollandiyanın kimya, fizika, tibb, iqtisadiyyat və sülh sahələri üzrə 18 Nobel mükafatçısı var. Onlardan 1-i Nobel sülh mükafatı, 9-u fizika, 3-ü kimya, 3-ü tibb, 2-si isə iqtisadiyyat sahələri üzrədir. Ölkədə fəaliyyət göstərən 11 Beynəlxalq Təhsil İnstitutu digər ali təhsil müəssisələrindən fərqli olaraq, yalnız bakalavr proqramları təklif edir. Hər il bu institutlara təxminən 13 min əcnəbi tələbə qəbul olur. Bu təhsil ocaqlarında təhsil müddəti 18 ay davam edir.

Hazırda Hollandiyada dövlət tərəfindən tanınmış 14 klassik universitet fəaliyyət göstərir. Onlardan üçü (Delft, Tvent və Eyndhofen universitetləri) texniki ali təhsil müəssisələridir. Bundan əlavə, ölkə ərazisində 42 ali peşə təhsili universiteti mövcuddur. Universitetlər əsasən tələbələrin (6 mindən 30 minədək) sayına görə fərqlənir. Ümumilikdə Hollandiya ali təhsil müəssisələrinə ildə təxminən 185 min tələbə qəbul olunur.

Onu da qeyd edək ki, digər ölkələrdən fərqli olaraq, Hollandiyada nüfuzlu universitet anlayışı yoxdur. Ölkənin bütün universitetlərinin diplomu eyni dəyərə malikdir və digər ölkələr tərəfindən qəbul edilir. Bu səbəbdən də universitetlər məşhurluğuna görə deyil, tələbənin yiyələnmək istədiyi ixtisasa uyğun olaraq seçilir.

Hollandiyada təhsil inkişaf etmiş digər ölkələrlə müqayisədə ucuzdur. İllik təhsil haqqı Avropa İttifaqına (Aİ) üzv ölkələrin vətəndaşları üçün təxminən 1500 avro təşkil edir. Avropa İttifaqına üzv olmayan ölkələrdən gələn tələbələr üçün isə qiymətlər nisbətən yüksəkdir.

Holland dilində ali təhsilin qiyməti ildə orta hesabla 1,5 - 5 min avro təşkil edir. İngilisdilli proqramlara əsaslanan təhsil nisbətən bahadır. Məsələn, Amsterdam Universitetində Avropa İttifaqına üzv olmayan dövlətlərin vətəndaşları üçün illik bakalavr təhsili orta hesabla 7 min avro, magistr təhsili isə 9 min avro təşkil edir. Bir tələbə üçün dərslik və tədris materiallarının illik xərci isə 800-1000 avro civarında dəyişir.

Hər il təxminən 12 min hollandiyalı tələbə xarici ölkələrdə təhsil alır. Onların 6 mindən çoxu dövlətdən və ya Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində təqaüd alırlar. Hollandiya hökuməti xaricdə təhsil alan tələbələrə ildə təxminən 2 milyon avro (2004-2005-ci illərin statistikasına əsasən) vəsait ayırır.

Amma xarici ölkədə təhsil anlayışında da qaranlıq məqamlar az deyil. Çünki bir çox hallarda varlı, oliqarx övladlarının hansısa Avropa ölkəsində ali təhsil alması ilə bağlı məlumatlar yayılır. İstər-istəməz həmin gəncin keçdiyi yola, həyat tərzinə, elmə münasibətinə baxıb, həmin ali təhsil müəssisələrində necə oxuması sual doğurur. Orda keçilən dərslər, verilən imtahanlar, keçirilən təcrübələr... üçün ciddi elmi savad, oxuma bacarığı tələb olunur. Amma bu da artıq maneə deyil.

Avropada Rusiya universitetlərinin müdhiş izi - pulunu ver, oxu

Rusiyanın əksər universitetlərinin Avropada artıq filialları var. Və bu, məqsədli şəkildə belə düşünülüb. Sırf Avropada oxumaq istəyib də, buna elmi potensialı çatmayan imkanlı gənclər yüksək məbləğdə təhsil haqqı ödəyərək, burda tələbəlik hüququ qazanırlar. Bundan sonra isə orda oxumaq öz ölkəsinin özəl universitetində oxumağa bərabər olur. Avropanın bahalı restoranları, klubları varlı ərəblərin, Rusiya və keçmiş SSRİ ölkələrindəki oliqarx övladlarının məskəninə çevrilir. Onların bu universitetlərdə kurs adlaması müşkül proses deyil. Ali təhsil həyatının son ilində ali məktəbdə tələb olunan kurs işləri, diplom işləri də varlı övladları üçün problem deyil. Bu da bizim Azərbaycanda bildiyimiz klassik üsullarla həyata keçirilir: başqasına yazdırmaqla. Tutaq ki, tələbə yoldaşları arasında və ya universiteti daha öncəki illərdə bitirmiş savadlı məzunlar pul qarşılığında bu işin öhdəsindən gəlirlər.

Bu arada onu da qeyd edək ki, diplomların tanınması məsələsində də ciddi məqamlar az deyil. Məsələn, Azərbaycanda tanınmasından imtina olunan diplomlar əsasən MDB ölkələrindəki universitetlərinin verdiyi sənədlərdir. Bundan başqa, diplomların tanınması prosesində hər kəsə fərdi yanaşılaraq, tələbələrin oxuduqları müddətdə dərslərdə iştirakı və aldıqları təhsilin keyfiyyəti araşdırılır. Avropa ölkələri, Türkiyə və digər ölkələrin diplomlarının tanınmasında Azərbaycan ciddi problem yaşamır.
\\musavat.com\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik sabah çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edib
Dünən, 13:32
Adam öldürməkdə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib
Dünən, 13:30
143 illik şərəfli tarix - "Mətbuat millətin inkişaf tarixində təkanverici mərhələdir”
Dünən, 13:25
Bakıda qızlar saçyolduya çıxdılar - “Aysberq” istirahət mərkəzində (VİDEO)
Dünən, 13:22
“Sanksiyalara görə maaş verə bilmirik...” - Mənsimovun müavini
Dünən, 13:20
NATO və Avropa İttifaqı Azərbaycanın modernləşməsi prosesinə töhfə verməlidirlər - "Jerusalem Post"
Dünən, 13:09
"Birgə əməkdaşlıqla Azərbaycan və Türkiyə əleyhinə yazıların qarşısını ala bilərik" - PA rəsmisi
Dünən, 13:06
Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib - Tərtərdə
Dünən, 13:04
Sayğac "ovuna" çıxmışdılar... - İsti izlərlə yaxalandılar
Dünən, 13:01
Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Dünən, 13:00
Həyətində narkotik tərkibli çətənə kolları becərən Astara sakini saxlanıldı - FOTO
Dünən, 12:58
Köçərli kəndində növbəti səyyar-qəbul görüş
Dünən, 12:54
Erməni əsirlər azərbaycanlı girovlarla dəyişdirilə bilər - VİDEO
Dünən, 10:15
Neftin qiyməti artıb
Dünən, 10:13
Adnan Oktarın Azərbaycandakı “sağ əli” Elşad Miridir? - VİDEO
Dünən, 10:11
ABŞ Türkiyəyə İrana görə 180 gün vaxt verdi
Dünən, 10:08
Neftçalada partlayış baş verdi, 37 yaşlı kişi dünyasını dəyişdi
Dünən, 10:06
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 10:04
““KİRS” şirkəti mənim hüquqlarımı kobudcasına pozub” - GİLEY
Dünən, 09:59
Yeni nazirlər etimadı nə qədər doğruldur? - ARAŞDIRMA
Dünən, 09:52
Eks həmkarlarından "Qaçqınkom" sədrinə inanılmaz dəstək - "Evlərin verilməsində nə qədər haqsızlıqlar var idi..."
Dünən, 09:48
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Dünən, 09:45
Ermənilərin növbəti hay-küyü nəyə hesablanıb? - Rus qoşunları Gümrüdən çıxsa...
Dünən, 09:42
Sarkisyanın şəxsi cangüdəni 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq
Dünən, 09:40
Məmmədbağır Bağırzadə ilə bağlı şok fakt: - “Ailəsi Fəxri Xiyabanda dəfn etməyə qoymadı”
Dünən, 09:38
Bakıda enerji verilişi bərpa olunub - "Azərişıq"
Dünən, 09:35
Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi... - TƏHLİL
Dünən, 09:34
Elmi ad almış deputatlar: Kim hansı sahənin alimidir? - SİYAHI
Dünən, 09:31
"Ağlım kəsəndən özümə güclü olacaqsan və hamıya yaxşı baxacaqsan deyirdim"
Dünən, 09:30
Pentaqon Ukraynaya 200 milyon dollar ayırıb
Dünən, 09:25
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır - TƏHLİL
Dünən, 09:25
Salyanda kişi meyiti tapılıb
Dünən, 09:23
“Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi...” - deputat
Dünən, 09:23
Bakıda yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd göstərib
Dünən, 09:20
Azərbaycan daha çox BU ÖLKƏLƏRDƏN məhsul idxal edir
Dünən, 09:19
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib
Dünən, 09:18
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!
Dünən, 09:17
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünən, 09:15
Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib - VİDEO
Dünən, 09:13
Məktəbli oğlan sinif yoldaşını bina zirzəmisində zorladı — ŞOK HADİSƏNİN TƏFƏRRÜATLARI
20-07-2018, 18:11
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib
20-07-2018, 18:08
Tanınmış iş adamına qarşı sensasion ittihamlar - "6-7 aydan sonra bu iddia həllini tapmadığı üçün..."
20-07-2018, 18:04
"Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır" - DİN-in tədbirindən
20-07-2018, 17:59
İsrail ərəb dilinin statusunu ləğv etdi
20-07-2018, 17:55
Nazpəri Dostəliyeva necə "fəlsəfə doktoru omasından" DANIŞDI: - “Maraqlı faktlar...”
20-07-2018, 17:46
"Bir kişi qısa ətəkli xanıma baxmırsa, onun problemi var" - 56 yaşlı azərbaycanlı müğənni
20-07-2018, 17:37
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
20-07-2018, 17:23
Belarusun Ermənistandakı fəxri konsulunun evi yarıldı
20-07-2018, 17:19
“ Mənimlə bir gecəyə yarım milyon verirdi” - Humay Muxtarova
20-07-2018, 17:01
Azərbaycan və Fransa prezidentləri arasında görüş olub
20-07-2018, 16:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru