Azərbaycan diasporunun oğurlanmış üzvü azad edilib .....                     Müsavat Partiyasının Məclis üzvü vəfat edib .....                     “Əslində bu fikirlərin müəllifi Kəramət Böyükçöl yox, Zərdüşt Əlizadədir” .....                     Əli bəy Əzimbəyov kim olub? .....                     “Qarabağ” dünyanın ən yaxşı 100 komandası sırasında yer alıb .....                     Komaya düşən deputatdan XƏBƏR VAR .....                     67 malikanə, onlarla superkar, 4 yaxta, bütöv cəbbəxana… .....                     Şamaxıda usta təmir zamanı 5-ci mərtəbədən yerə yıxılıb .....                     "Qoy, hamı burada qoyun kimi oturub qulaq assın" .....                     "Oğlum dedi mənə xəyanət edib, lazım deyil" .....                     Rusiyada prezidentliyə namizədlərin sırası seyrəldi .....                     Köçkünlər yolu bağladılar .....                     Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir .....                     “Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti .....                     Dağlıq Qarabağda Ermənistan əsgəri intihar edib .....                     Dolların sabaha olan məzənnəsi .....                     Pensiya gözləyənlərə .....                     “Türkiyə ilə Azərbaycan bu il də böyük layihələr həyata keçirəcək” .....                     "Siqaret qadağasından dolayı əziyyət çəkirəm" .....                     İsa Qəmbərin qardaşı onu Almaniyada müalicə etdirmək istəyir .....                     Zərərçəkmiş Mirşahin Ağayevin qardaşını məhkəmədə bağışlayıb: .....                     "20 Yanvar" əlillərinə birdəfəlik maddi yardım veriləcək .....                     2 ilə yollar bərbad günə düşüb, ayrılan pullar da mənimsənilib .....                     Polis birgə tədbirləri davam etdirir .....                     Azərbaycan Banklar Assosiasiyasında yeni ekspert qrupu yaradılır .....                     "Xaçmaz şəhərinin girişindəki yola də əncam çəkməyə ehtiyac var" .....                     Nəsimi rayonunda xatirə guşəsinin açılış mərasimi keçirilib .....                     “Moody's” Azərbaycan banklarının “kapital ssenarisi” təhlilini hazırlayır .....                     Bu il amnistiya olacaqmı? .....                     Xarici ticarətdə müsbət saldonu necə artıra bilərik? .....                     Birgə anım tədbiri və hər iki təşkilata tövsiyə: .....                     Sergey Lavrovun Qarabağ açıqlaması .....                     “O, mənə zəng etməyənə qədər, mən zəng etməyəcəm...” .....                     Xaləddin İsgəndərovdan mediaya qadağa .....                     İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu .....                     Şamaxıda vulkan püskürüb .....                     Azərbaycanda bank sektorunun zəif oyunçuları bazarı tərk edəcək .....                     Aqil Abbasdan sərt MESAJ: .....                     "...sənin anan, bacın da əxlaqsızdır" .....                     Erməni ordusu gecə yarısı Qarabağda itki verdi .....                 

Azərbaycan müharibə vaxtı hərbi dəstək almaq üçün nə etməlidir?
Tarix: 12-10-2017, 09:19 | Çap et
Azərbaycan müharibə vaxtı hərbi dəstək almaq üçün nə etməlidir?
Təcavüzkar Ermənistanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mövcud olduğu illər ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrin hər birində adı keçir. Buna səbəb də quruma daxil olan ölkələrin üzərlərinə götürdüyü öhdəliklərdir. Belə ki, əgər quruma üzv dövlətlərdən biri müharibə təhlükəsi ilə üzləşərsə, yaxud müharibə apararsa, digər dövlətlərin hər biri ona hərbi cəhətdən yardım etməlidirlər.

Məhz bu səbəb Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan başlıca amillərdən biridir. Azərbaycanın müharibə olacağı təqdirdə bu təhlükənin qarşısını almaq üçün hansı yollara əl atmalı olduğu barədə fikirlər müxtəlifdir. Çoxları hesab edir ki, rəsmi Bakı KTMT-nin şərtləri kimi şərtləri olan bir quruma mütləq daxil olmalı, yaxud da bu tipli bir təşkilatın yaranmasına nail olmalıdır. Bundan əlavə, müharibə olarsa, qardaş ölkə Türkiyənin Azərbaycana yardım etmək hüququnun olmasını özündə əks etdirən bir müqavilənin imzalanmasından söz açılır. Pakistan tipində rəsmi Bakıya daim dəstək olan başqa ölkələrlə də belə bir müqavilənin mümkünlüyü qeyd olunur.

Azərbaycanın müharibə vaxtı nəhəng Rusiyanın da daxil olduğu KTMT qüvvələri qarşısında tab gətirib-gətirməyəcəyi ilə bağlı da mövqelər üst-üstə düşmür. Doğrudur, müharibə olarsa, KTMT-yə daxil olan elə ölkələr var ki, onlar Azərbaycan əleyhinə ermənilərə hərbi qüvvələrlə yardım etməzlər. Amma istənilən halda daim Ermənistanın yanında olan Rusiya faktorunu unutmaq mümkün deyil.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl KTMT-nin Dağlıq Qarabağ məsələsinə aid olmadığını deyir: “Dağlıq Qarabağ tanınmayan ərazidir. Əgər Dağlıq Qarabağda əməliyyatlar başlasa, bunun Kollektiv Əməkdaşlıq Müqaviləsi Təşkilatına heç bir aidiyyəti yoxdur. Sadəcə, yazılmamış qanunlar var ki, bu da KTMT-yə deyil, birbaşa Rusiyaya aiddir. Çünki Kreml bu məsələnin həllinə imkan vermir. Dağlıq Qarabağda başlaya biləcək hərbi əməliyyatları Ermənistana qarşı olmuş kimi qəbul edirlər. Bizə gəlincə, əməliyyatlarda çağıra biləcəyimiz ikinci bir dövlət yoxdur ki, bizə hücum olanda kömək etsin. Doğrudur, sözdə belə dövlətlər var. Amma qanuna salınmış belə bir müqavilə yoxdur. Biz GUAM-ın üzvüyük, lakin təşkilata daxil olan ölkələrlə də belə bir məsələ yoxdur. Bu cəhətdən Azərbaycanın vəziyyəti çox acınacaqlıdır”.

Təhlükəsizlik eksperti gələcək baxımından Azərbaycanın bu istiqamətlərdəki cəhdlərinin necə nəticələnə biləcəyindən də söz açdı: “Bu istiqamətdəki fəaliyyətimiz strateji hədəflərimizdən biri olmalıdır. Ölkə diplomatiyası nə işlə məşğuldur? Onların əsas vəzifələrindən biri bu olmalıdır. Beynəlxalq aləmdə çəkinmədən bu işlə məşğul olmaq lazımdır. Adətən bu işdən ən çox Rusiya çəkindirir. Amma Kremlin qarşısında məsələ qoyulmalıdır ki, heç kəsdən yox, ən böyük təhlükəni Ermənistandan gözləyirik. Ortada da məlum olan Rusiya-Ermənistan müqaviləsi var. Bundan çıxış edərək, Azərbaycan tutarlı arqumentlər ortaya qoya bilər. Pakistan və Türkiyə ilə belə bir müqavilə imzalana bilər. O cümlədən, GUAM-ın özü ilə də bu məsələni ortaya qoymaq olar. Diplomatiyanın xidməti, vəzifəsi bundan ibarətdir. Amma təəssüflər olsun ki, bizim diplomatiya daim çəkindirici mövqedədir. Rusiyadan qorxmaq o dərəcədədir ki, ölkənin strateji qarantiyası ola biləcək belə bir müqavilə imzalamaq, yaxud dövlət tapmaq acınacaqlı hala gəlib. Həm hökumət, həm də diplomatiyamız bunları gecə-gündüz strateji hədəf kimi qarşılarına qoymalıdırlar. Bölgədə geopolitik durum elədir ki, Azərbaycan təkcə Rusiyadan çəkinmir, eyni zamanda Türkiyədən də çəkinir. Münasibətləri Rusiya ilə korlamaq istəmirlər. Rusiyadan çəkindiyimiz üçün bu məsələlər həll olunmur. Diplomatiyanın vəzifəsi bu çəkindirici amilləri ortadan qaldırmaqdır. Biz əvvəl-axır buna getməyə məcburuq. Belə müqaviləni mütləq bağlamalıyıq. Əks halda, xoşagəlməz hallarla üzləşməliyik. Mütləq iş görülməlidir, yoxsa nəticə qazana bilmərik”.
\\musavat.com\\






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan diasporunun oğurlanmış üzvü azad edilib
Dünən, 18:17
Müsavat Partiyasının Məclis üzvü vəfat edib
Dünən, 18:12
“Fədayənin səhhəti normaldır, hazırda...” - həbsdə olan müğənninin vəkili
Dünən, 18:09
“Əslində bu fikirlərin müəllifi Kəramət Böyükçöl yox, Zərdüşt Əlizadədir” - Aynur Camalqızı
Dünən, 18:05
Əli bəy Əzimbəyov kim olub?
Dünən, 18:02
“Qarabağ” dünyanın ən yaxşı 100 komandası sırasında yer alıb
Dünən, 17:58
Komaya düşən deputatdan XƏBƏR VAR - müalicəsi üçün xaricdən həkimlər çağırıldı
Dünən, 17:56
"Tacir bizə yığıb heç nə demədi"
Dünən, 17:50
67 malikanə, onlarla superkar, 4 yaxta, bütöv cəbbəxana… - "Oliqarx" əməliyyatı
Dünən, 17:47
Şamaxıda usta təmir zamanı 5-ci mərtəbədən yerə yıxılıb
Dünən, 17:44
"Qoy, hamı burada qoyun kimi oturub qulaq assın" - İnstitutda QALMAQAL
Dünən, 17:42
"Oğlum dedi mənə xəyanət edib, lazım deyil" - Gəlini Bakıya qaçan qadın
Dünən, 17:38
Rusiyada prezidentliyə namizədlərin sırası seyrəldi - Bulayev namizədliyini geri çəkdi
Dünən, 17:35
Köçkünlər yolu bağladılar - “Dövlətqaçqınkom” izahat verdi
Dünən, 17:24
Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir - İDDİA
Dünən, 17:17
“Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti
Dünən, 17:14
Dağlıq Qarabağda Ermənistan əsgəri intihar edib
Dünən, 17:12
Vüqar Qaradağlıdan sonra ATV-nin efirinə çağırılan məşhurlar - SİYAHI
Dünən, 17:11
Dolların sabaha olan məzənnəsi - 1,7001 manat
Dünən, 17:09
Pensiya gözləyənlərə XƏBƏR
Dünən, 17:07
“Türkiyə ilə Azərbaycan bu il də böyük layihələr həyata keçirəcək” - Prezident İlham Əliyev
Dünən, 17:05
"Siqaret qadağasından dolayı əziyyət çəkirəm" - deputat
Dünən, 16:39
İsa Qəmbərin qardaşı onu Almaniyada müalicə etdirmək istəyir
Dünən, 16:36
Zərərçəkmiş Mirşahin Ağayevin qardaşını məhkəmədə bağışlayıb: - "Amma bir şərtim var"
Dünən, 16:31
"20 Yanvar" əlillərinə birdəfəlik maddi yardım veriləcək - MƏBLƏĞ MÜƏYYƏNLƏŞDİ
Dünən, 16:21
2 ilə yollar bərbad günə düşüb, ayrılan pullar da mənimsənilib - FOTOFAKT
Dünən, 16:14
Polis birgə tədbirləri davam etdirir
Dünən, 16:04
Azərbaycan Banklar Assosiasiyasında yeni ekspert qrupu yaradılır
Dünən, 16:00
"Xaçmaz şəhərinin girişindəki yola də əncam çəkməyə ehtiyac var" - GİLEY
Dünən, 15:58
Xalq artisti xəstəxanaya yerləşdirildi
Dünən, 15:53
Nəsimi rayonunda xatirə guşəsinin açılış mərasimi keçirilib - FOTO
Dünən, 15:51
“Moody's” Azərbaycan banklarının “kapital ssenarisi” təhlilini hazırlayır
Dünən, 15:30
Bu il amnistiya olacaqmı? - Təşəbbüs kimdən gələcək?
Dünən, 15:29
Xarici ticarətdə müsbət saldonu necə artıra bilərik? - TƏHLİL
Dünən, 15:25
Birgə anım tədbiri və hər iki təşkilata tövsiyə: - 20 Yanvar Azərbaycan Şəhidləri Günü kimi təsis edilə bilər
Dünən, 15:19
Sergey Lavrovun Qarabağ açıqlaması - “mərhələli həll” prinsipi hələ də dəbdədir
Dünən, 15:15
“O, mənə zəng etməyənə qədər, mən zəng etməyəcəm...” - Ərdoğandan Trampa
Dünən, 15:12
Xaləddin İsgəndərovdan mediaya qadağa - "Heç kimə açıqlama verilməyəcək"
Dünən, 15:10
“20 ildir arvadımla bacı-qardaş kimiyəm, arada biqeyrətlik edirəm” - Əli Mirəliyev
Dünən, 15:05
İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu
Dünən, 15:02
Şamaxıda vulkan püskürüb
Dünən, 15:00
Azərbaycanda bank sektorunun zəif oyunçuları bazarı tərk edəcək - "Moody's"
Dünən, 14:58
Aqil Abbasdan sərt MESAJ: - “Bu millətin başında az dəlləklik edin!”
Dünən, 13:22
"...sənin anan, bacın da əxlaqsızdır" - MƏHKƏMƏDƏ ŞOK İFADƏ
Dünən, 13:15
Erməni ordusu gecə yarısı Qarabağda itki verdi - 1 ölü
Dünən, 13:08
Dolların qiyməti dəyişmədi
Dünən, 13:03
Bakıda torpaq bahalaşdı - SƏBƏB
Dünən, 12:56
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müavininin oğlu avtomobil qəzasında ölüb
Dünən, 12:55
Ağstafada müharibə veteranının ailəsinə absurd borc tələbi - GİLEY
Dünən, 12:50
Aygün Kazımova Bakının mərkəzində qayda pozdu - VİDEO
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru