Azərbaycanda kənd təsərrüfatı sektoru artacaq .....                     Iraq ordusu Kərkükdəki sonuncü rayonu da kürd birləşməsindən geri aldı .....                     Qazini çörəklə imtahana çəkirlər .....                     “Bu nəticələr Gəncənin adına layiq deyil” .....                     Gürcüstanda müxalifət hakimiyyəti Marneulidə gərginlik yaratmaqda ittiham edib .....                     Tərtərdə kişinin həyat yoldaşını qətlə yetirməsinin .....                     Prezident İlham Əliyev Dağlıq Qarabağla bağlı əhəmiyyətli faktları D-8 sammitinin iştirakçılarının diqqətinə çatdırdı .....                     Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlir .....                     Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... .....                     Ərdoğan Trampa mədəniyyət dərsi keçdi .....                     Mühafizə polisi onu xilas etdi .....                     Serj Sarkisyan “köhnə skripkasında” ifasını davam etdirir .....                     Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib .....                     Cümhuriyyət parlamentinin yeganə qadını .....                     Ankaradan Kreml etirafı: .....                     "Onlar türk görünümlü ermənilər, ingilislərdir" .....                     Nəsimi rayonunda silsilə agacəkmə kompaniyası keçirildi .....                     “Növbəti oyunda daha maraqlı bir şey edəcəm” .....                     “Azərbaycanın dostu” erməni separatçılarının Avropaya səfərini təşkil etdi .....                     "Rusiyada evlərin qiyməti daha 2-3 il düşəcək" .....                     Barama FinTech Hackathon 2017Mobile App layihəsinə qeydiyyat başladı .....                     “Stalin 1 gündə 76 min insanı...” .....                     Nəcməddin Sadıkov ABŞ-a gedib .....                     Ev alıb, sənədləri saxta çıxdığı üçün özünü öldürmək istədi .....                     “Qarabağ”ı təhqir edən yazar üzr istədi .....                     Prezident mükafatları artırılır .....                     Qlobal maliyyə böhranı daha 10 il davam edəcək .....                     Yoxlamalara “yox” niyə uzadıldı? .....                     "Qarabağ"ın Türkiyə "Sabah"ına cavabı: .....                     İraq ordusu daha iki neft yatağını kürdlərin əlindən aldı .....                     Jurnalistlərin olduğu helikopter gölə düşüb .....                     «Səbail gəncləri «Ağ ölümə» yox deyir!» mövzusunda tədbir keçirilib .....                     Dağlıq Qarabağda iki erməni hərbçi ölüb .....                     Azərbaycan Ağır Atletika Federasiyasının bir il müddətinə yarışlardan kənarlaşdırılması ilə bağlı qərar qüvvəyə minib .....                     Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər .....                     Səməd Seyidov yola salınır… .....                     “Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil” .....                     YAP da mitinq keçirəcək?.. .....                     ABŞ Kərimovanın pullarını ələ keçirir .....                     Ramiz Həsənov daha 3 qurumunu itirdi .....                 

Deputat sorğularını saymayan nazirlər kimlərdir...
Tarix: 12-10-2017, 09:11 | Çap et
Deputat sorğularını saymayan nazirlər kimlərdir...
Prezident İlham Əliyevin iki gün öncə imzaladığı fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş Qaydası”na görə, Milli Məclisin deputatlarından Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara Nazirlər Kabinetinin Aparatı tərəfindən 15 gündən gec olmayaraq cavab verilməlidir.

Parlament üzvləri dəfələrlə nazirliklərdən və digər rəsmi orqanların nümayəndələrindən onların sorğularına cavab verilmədiyini vurğulayıblar. Hətta bəzi deputatlar icra orqanlarının nümayəndələrinin onlara təkəbbürlə baxdıqlarını qeyd edərək.
Maraqlıdır, deputatların sorğularına cavab verməyən nazirliklər varmı?
Bu fərman deputatların Baş nazirin və ya onun müavinlərinin ünvanına göndərəcəkləri sorğuların daha da artmasına şərait yaradacaqmı?
Modern.az saytı bu suallarla bir neçə deputata müraciət edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, o, bir neçə dəfə “Deputatın statusu haqqında” qanunun tələblərinə uyğun olaraq nazirlərin, müəyyən icra hakimiyyəti orqanları rəhbərlərinin sorğulara, xidməti telefonlara cavab vermədikləri barədə məsələ qaldırıb.

“Bu problemləri məndən başqa digər həmkarlarım da səsləndiriblər. Görünür ki, cənab prezident bu məsələ ilə bağlı xəbərdar olub və deputatların sorğularına 15 gündən gec olmayaraq cavab verilməsi barədə məsələ də fərmanda öz əksini tapıb. Bu, Baş nazir və digər nazirlərin ali hakimiyyət qarşısında məsuliyyətini artırır.
Mən dövlət başçısının bu qərarına görə, ona minnətdarlığımı bildirirəm. Bəzən biz nazirə müraciət edirik. Amma nazir cavab verməli olduğu halda köməkçisi ilə danışa bilirik. Düzdür, elə hökumət üzvləri var ki, qanunlara çox ciddi riayət edirlər. Sorğulara vaxtında cavab verirlər. Amma çox təəssüf edirəm ki, çoxları deputatların sorğularına etinasız yanaşırlar. Onlar bununla Konstitusiyanın, “Deputatın statusu haqqında” qanunun tələblərini pozurlar. Düşünürəm ki, bu fərmandan sonra biz daha çox müraciətlər edəcəyik və tez bir zamanda həmin müraciətlərə cavab alacağıq”.

İnsan hüquqları komitəsi sədrinin müavini Yevda Abramov bildirib ki, onun sorğularını məmurların cavablandırmasında heç bir problem yoxdur.

“Mən ölkə rəhbərliyi, nazir, komitə sədriləri ilə rahat görüşlər keçirə bilirəm. Bu barədə heç bir problemim yoxdur. Sorğularıma da vaxtında cavablar verilir. Amma bəzi sorğularımın cavabları məni qane etmir. Deputatların sorğusuna cavab verilən vaxtın 15 günədək endirilməsi çox yaxşı addımdır. Hesab edirəm ki, bundan sonra deputatlarımız tərəfindən müvafiq orqanlara sorğuların göndərilməsi və onlara cavab verilməsi daha operativ həyata keçiriləcək”.

İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa qeyd edib ki,bəzən elə hallar olur ki, sorğulara cavab verilmir.

“Elə nazirliklər var ki, onlardan yüksək səviyyədə cavab almaq olur. Amma elə nazirliklər də var ki, onlardan cavab almaq müəyyən problemə çevrilir. Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş Qaydası”nda deputatların Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara 15 gündən gec olmayaraq cavab verilməsi məsələsi onların üzərində əlavə məsuliyyət yaradır. Hər halda Prezident aldığı informasiyaya görə belə bir tapşırıq verib ki, deputatların sorğularına çox vaxt laqeyd yanaşılır. Bu tapşırıq bizdə vətəndaşın problemini çevik həll etmək istiqamətində əlavə stimul yaradacaq. Ümid edirəm ki, bundan sonra deputatların sorğularına cavab verilməsi məsələsi qaydasına düşəcək”.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda kənd təsərrüfatı sektoru artacaq - Dünya Bankından PROQNOZ
21-10-2017, 18:33
Iraq ordusu Kərkükdəki sonuncü rayonu da kürd birləşməsindən geri aldı
21-10-2017, 18:32
Qazini çörəklə imtahana çəkirlər - Vəziyyəti acınacaqlıdır
21-10-2017, 18:30
“Bu nəticələr Gəncənin adına layiq deyil”
21-10-2017, 18:23
Gürcüstanda müxalifət hakimiyyəti Marneulidə gərginlik yaratmaqda ittiham edib
21-10-2017, 18:20
“Oğlumu dövlət adamı kimi görmək istəyirəm”
21-10-2017, 17:57
Tərtərdə kişinin həyat yoldaşını qətlə yetirməsinin təfərruatı məlum olub
21-10-2017, 17:54
Prezident İlham Əliyev Dağlıq Qarabağla bağlı əhəmiyyətli faktları D-8 sammitinin iştirakçılarının diqqətinə çatdırdı - deputat
21-10-2017, 17:50
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlir
21-10-2017, 17:48
Yenidən “Lider”ə qayıtdı
21-10-2017, 17:46
Prezidentin Ehtiyat Fondunda nə qədər vəsait olur... - Gələn ilin məbləği məlum oldu
21-10-2017, 17:43
Ərdoğan Trampa mədəniyyət dərsi keçdi
21-10-2017, 17:41
Mühafizə polisi onu xilas etdi - Şirvanda OLAY
21-10-2017, 17:27
Serj Sarkisyan “köhnə skripkasında” ifasını davam etdirir - rusiyalı politoloq
21-10-2017, 17:10
Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib
21-10-2017, 17:09
Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi başıaçıq xanım kim idi?..
21-10-2017, 17:07
Ankaradan Kreml etirafı: - "Nail ola bilməmişik"
21-10-2017, 17:04
"Onlar türk görünümlü ermənilər, ingilislərdir" - Məşhur türk yazardan "Qarabağ" məsələsinə sərt reaksiya
21-10-2017, 16:51
Nəsimi rayonunda silsilə agacəkmə kompaniyası keçirildi
21-10-2017, 16:49
“Növbəti oyunda daha maraqlı bir şey edəcəm” - Məşhur pankartın sahibi
21-10-2017, 16:44
“Azərbaycanın dostu” erməni separatçılarının Avropaya səfərini təşkil etdi — ŞOK FOTOLAR
21-10-2017, 16:38
İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər
21-10-2017, 16:33
"Rusiyada evlərin qiyməti daha 2-3 il düşəcək"
21-10-2017, 16:30
Barama FinTech Hackathon 2017Mobile App layihəsinə qeydiyyat başladı
21-10-2017, 16:28
“Stalin 1 gündə 76 min insanı...”
21-10-2017, 16:23
Nəcməddin Sadıkov ABŞ-a gedib
21-10-2017, 16:21
Ev alıb, sənədləri saxta çıxdığı üçün özünü öldürmək istədi - Bakıda İNTİHARA CƏHD
21-10-2017, 13:48
“Qarabağ”ı təhqir edən yazar üzr istədi - FOTO
21-10-2017, 13:44
Prezident mükafatları artırılır – Ayda 500 manat
21-10-2017, 13:40
Qlobal maliyyə böhranı daha 10 il davam edəcək
21-10-2017, 13:38
Yoxlamalara “yox” niyə uzadıldı? – TƏHLİL
21-10-2017, 13:36
"Qarabağ"ın Türkiyə "Sabah"ına cavabı: - "Əziklik Azərbaycanın uğurlarına dəstək olmamaqdır”
21-10-2017, 13:33
İraq ordusu daha iki neft yatağını kürdlərin əlindən aldı
21-10-2017, 13:28
Jurnalistlərin olduğu helikopter gölə düşüb
21-10-2017, 13:26
«Səbail gəncləri «Ağ ölümə» yox deyir!» mövzusunda tədbir keçirilib
21-10-2017, 13:25
Dağlıq Qarabağda iki erməni hərbçi ölüb
21-10-2017, 13:22
Azərbaycan Ağır Atletika Federasiyasının bir il müddətinə yarışlardan kənarlaşdırılması ilə bağlı qərar qüvvəyə minib
21-10-2017, 10:19
Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər - FOTO
21-10-2017, 10:15
Səməd Seyidov yola salınır…
21-10-2017, 10:14
“Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil”
21-10-2017, 10:11
YAP da mitinq keçirəcək?..
21-10-2017, 10:09
ABŞ Kərimovanın pullarını ələ keçirir
21-10-2017, 10:06
Ramiz Həsənov daha 3 qurumunu itirdi - Artur Rasi-zadə əmr verdi
21-10-2017, 10:05
"Heç olmasa, nəticələrim görəcəkmi?" - GİLEY
21-10-2017, 10:03
Əskipara kəndində səyyar qəbul-görüş keçirildi - Tərtərdə
21-10-2017, 09:59
ABŞ-da aktiv neft quyularının sayı bu həftə də azalıb
21-10-2017, 09:56
Samir Şərifovu yeni vəzifə, yoxsa kadr islahatı gözləyir - İDDİA
21-10-2017, 09:55
Çinarə Əliyeva Türkiyədə məşhur brendin siması olacaq - FOTOLAR
21-10-2017, 09:53
Baş alıb gedən “qara yumor”un, plagiatlığın qarşısını necə almalı...
21-10-2017, 09:50
“Gənclik Mall”da bu mağaza müştərilərə yalançı endirim vəd edir – FOTOFAKT
21-10-2017, 09:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru