Saakyanın Brüsselə növbəti turist səfəri də iflasa uğradı .....                     İraq krüdləri Bağdaddan sülh istədi .....                     Cocuq Mərcanlının günəşli payızı .....                     Hacı İbrahim qoyun biznesinə qoşuldu? .....                     Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir .....                     Qatardan qaçan “Qoca” həbsdə “nadzor”u öldürübmüş... .....                     Azərbaycanın beynəlxalq nüfuzu daim artır .....                     Manat və dolların sabahkı məzənnəsi .....                     Erməni nazir üstünə su atılmasını xatırlatdı .....                     Getdikcə Azərbaycanda dolların məzənnəsini idarə etmək çətinləşəcək .....                     Bakıda azyaşlı uşaq soyuqda yarıçılpaq halda diləndirilir .....                     Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı .....                     Fikrət Qocanın nəvəsi məhkəmədə ifadə verib .....                     “Belə bir rəzalət ola bilərmi?” .....                     Sarkisyan Cenevrədə verdiyi vədə əməl etmir .....                     Vitse-admiralla prokuror arasında “dəniz döyüşü”: .....                     Bakıda gənclərə narkotik satan aptek belə ifşa olundu .....                     Daha bir estetik əməliyyat qurbanı özəl klinikalardan narazıdır .....                     Avtomobillə adam vurub qaçan şəxs tutuldu .....                     Türkiyə İŞİD-çilərə qoşulan rusiyalı sabiq zabiti geri göndərdi .....                     Karate Federasiyasında qalmaqal: .....                     Hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası dəyişib .....                     Bakıda xüsusi təyinatlı vaqondan qaçan “Qoca” ləqəbli avtoritet kimdir? .....                     Dubay əmiri “Baku” kafesində .....                     Rusiyaya təzyiqimiz artan xətlə davam edəcək .....                     Baş Prokurorluqda məhkumların qaçışına görə cinayət işi açıldı .....                     "İşini bacarmayan federasiya prezidenti istefa verməlidir" .....                     Sevdiyi oğlandan ayrılan tələbə intihara cəhd etdi: .....                     Azərbaycanın İsraildən aldığı “Spayk” erməniləri qorxuya salıb .....                     Nikah kağızını götürməyən cütlüyə Bakı aeroportunda .....                     İndoneziya Baş Qərargah rəisi ABŞ-a buraxılmadı .....                     1956 cı il Macarıstan inqilabı .....                     Bakıda “Panama dosyesi”nin izi ilə .....                     "AŞPA müəyyən dairələrin əlində alətə çevrilib" .....                     Telefonu alıb, aradan çıxmaq istədilər... .....                     Sinan Oğana Azərbaycandan təşəkkür... .....                     Sabiq deputat Qalib Salahzadənin oğlunun cinayət işi üzrə .....                     MTN-in sabiq şöbə rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayır .....                     Onlar bu savaşda bizə lazımdır .....                     “Salyan Broyler” satışa çıxarılır .....                 

"Rektor tərslik edir, amma…" - İTTİHAM VAR
Tarix: 6-10-2017, 12:27 | Çap et
"Rektor tərslik edir, amma…"
Azərbaycan Dövlət İqtisad Universiteti və bu ali təhsil ocağının rəhbərliyinin idarəetmə metodu ətrafında pedoqoji kollektivin narazılığı davam etməkdədir. «Təzadlar»ın ötən saylarında xəbər verildiyi kimi, bu narazılıqların ən vacibi rektorun Türkiyənin bəlli universitetlərində təhsil almışlara «gənc kadrlar» adı altında üstünlük verməsi ilə digər müəllimlərə «keçmişin qalığı» kimi münasibət bəslənilməsini ortaya qoymaqdadır. Və çox təəssüflər olsun ki, bu nəzərlərin hər gün Domokl qılıncı kimi onların başının üstünü kəsdirməsi, əmək haqlarına, digər imtiyazlarına təsir etməsi fakt olaraq qaçılmazdır. «Təzadlar»a zəng edərək bu barədə fikirlərini bildirən müəllimlərin dərdini başa düşmək çətin deyil… Məcburuq bu ifadəni də işlədək, islahatçı rektorun nəzərlərində qocaman sayılan professor-müəllim heyəti hələ də bir suala cavab axtarır: axı necə oldu ki, 30-40 il müəllimlik fəaliyyəti ilə məşğul olan, onlarla, yüzlərlə elmi kadrlar hazırlayan müəllimlər dura-dura, rektor Ədalət Muradovun yaxın dostu, bir dəfə də olsun auditoriyaya daxil olaraq dərs deməmiş sabiq maliyyə naziri Əvəz Ələkbərov «Əməkdar müəllim» Fəxri adına layiq görüldü?
«Rektor bir tərəfdən ADİU-ni Türkiyə universitetlərində oxumuş gənc kadrların ixtiyarına verir, digər tərəfdən isə görünməmiş bir addım atır, sabiq maliyyə nazirini əvvəlcə ADİU-da kafedra müdiri təyin edir, ardınca isə onu «Əməkdar müəllim» etdirir? Bun ə öhdəlikdir görəsən? İstərdik ki, rektor Ədalət Muradov bu suala cavab versin. Xatırladırıq ki, Prezident İlham Əliyevin 2017-ci ilin iyulun 20-də imzaladığı sərəncamla ADİU-nun ötən il təyin edilmiş kafedra müdiri, sabiq maliyyə naziri Əvəz Ələkbərova «Əməkdar müəllim» Fəxri adı verilib. Bu hadisə isə uzun müddətdir burada çalışan professorları qəzəbləndirmişdir və onların Prezident İlham Əliyevə ünvanladıqları müraciətlərində deyilirdi: «Cənab Prezident! Siz həmişə haqqın və ədalətin yanında olmusunuz. Amma Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun adı ilə əməli uyğun gəlmir. Belə ki, onun Təhsil Nazirliyinə göndərdiyi təqdimat əsasında ötən il tələm-tələsik kafedra müdiri təyin edilmiş sabiq maliyyə naziri Əvəz Ələkbərova «Əməkdar müəllim» Fəxri adı verildi. Təsəvvür edin ki, ADİU-da 1600-dən çox müəllim çalışır, onların böyük əksəriyyətinin 30, 40, hətta 50 il peşəkar müəllimlik stajı var. Amma onlar durra-dura universitetdə bircə saat belə dərs deməmiş Əvəz Ələkbərov birdən-birə «Azərbaycanın Əməkdar müəllimi» Fəxri adına layiq görülür. Ən maraqlıdır ki, sərəncamda protokol qaydalarına uyğun yazılıb ki, «…Ə.Ələkbərov Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib», -deyən müəllimlər əlavə edirlər: "Cənab Prezident! Biz Sizə Əvəz Ələkbərovun tərcümeyi-halını göndəririk. Orada onun bircə saat belə bu universitetdə dərs dediyi yazılmayıb. Bəs necə olur ki, o, rektor Ədalət Muradovun təqdimatı əsasında bu fəxri adı alır?».

Azərbaycan Dövlət İqtisad Universiteti necə UNEC ola bilər?-Rektor tərslik edir, amma…

Narazı müəllimlər bu dəfə yazırlar: «Hörmətli redaksiya! Rəsmi “Azərbaycan” qəzetinin 17 yanvar 2016-cı il tarixli sayında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun imzası ilə ““Thomson Reuters”ə çıxış universitetlərin dünya elminə inteqrasiyasını sürətləndirəcəkdir” başlıqlı məqaləsi dərc olunmuşdur. Bu məqalədəki bəzi ifadələr Rektor Ədalət Muradovun Prezident İlham Əliyevin onu rektor təyin etməsi haqqında imzaladığı 5 mart 2014-cü il tarixli sərəncamına görünməmiş hörmətsizliyidir. Diqqətinizə həmin sərəncamı çatdırırıq: “Ə.C.Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ədalət Cəlal oğlu Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2014-cü il”.

Niyə rektorun tərsliyi tutub?

İnd idə rektor Ə.Muradovun “Azərbaycan” qəzetinin 17 yanvar 2016-cı il tarixli sayında dərc edilmiş «“Thomson Reuters”ə çıxış universitetlərin dünya elminə inteqrasiyasını sürətləndirəcəkdir” başlıqlı məqaləsi. Sitat: “… Yaxın dövr ərzində UNEC-də “Thomson Reuters”in elmi platformaları da daxil olmaqla, dünyanın əksər nüfuzlu elmi platformalarına elektron qaydada tam çıxış imkanlarına malik, eləcə də rəflərində ən müasir elmi və populyar nəşrlərin olduğu müasir bir kitabxananın açılışının edilməsi planlaşdırılır. Hesab edirik ki, belə bir kitabxananın istifadəyə verilməsi UNEC-də həm tədris prosesinin, həm də elmi fəaliyyətlərin informasiya təminatını köklü şəkildə yaxşılaşdıracaq və UNEC-i dünya səviyyəli universitet olma yolunda bir addım daha önə aparacaqdır».
Məqalənin sonunda rektorun imzası təqdim edilir: «Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor
Elşən BAĞIRZADƏ, UNEC rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru”.
Diqqət etdinizmi, Prezident Sərəncamında vəzifəsi “Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru” yazılsa da, rektor Ədalət Muradov rəsmi dövlət qəzetində (həmçinin universitetdaxili əmrlərdə, digər kütləvi tədbirlərdəki təqdimatlarda) vəzifəsini “Ədalət MURADOV, UNEC rektoru, iqtisad elmləri doktoru, professor” kimi göstərir. Sonda: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun I fəsil, Ümumi müddəalar, “Maddə 1. Əsas anlayışlar” hissəsində deyilir: “Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır:
əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır)”.
Hörmətli redaksiya! Bu o demək deyilmi ki, rektor Ədalət Muradov 86 yaşı olan qocaman Ali təhsil ocağına sahibkar gözü ilə baxır və əmtəə kimi diqqət yetirir?! Axı rektorun inadkarlığının səbəbi nədir? O, niyə tərslik edir? Məgər universitetin başqa dərd-səri yoxdur?».
Qarşı tərəfin də mövqeyini dinləməyə və «UNEC» məsələsinə dair əsaslandırılmış mövqeyini dərc etməyə hazırıq.
\\tezadlar.az\\






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saakyanın Brüsselə növbəti turist səfəri də iflasa uğradı
Bu gün, 18:04
İraq krüdləri Bağdaddan sülh istədi
Bu gün, 17:59
Arif Quliyevə avtomobil hədiyyə edəcəklər - Görün kim...
Bu gün, 17:59
Cocuq Mərcanlının günəşli payızı - FOTOLAR
Bu gün, 17:46
Hacı İbrahim qoyun biznesinə qoşuldu? - "O, qoyunlar mənə məxsus deyil"
Bu gün, 17:39
Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir - XƏBƏRDARLIQ
Bu gün, 17:37
Qatardan qaçan “Qoca” həbsdə “nadzor”u öldürübmüş...
Bu gün, 17:32
Azərbaycanın beynəlxalq nüfuzu daim artır - deputat
Bu gün, 17:29
Manat və dolların sabahkı məzənnəsi - 1,7001 manat
Bu gün, 17:25
Erməni nazir üstünə su atılmasını xatırlatdı
Bu gün, 17:22
Getdikcə Azərbaycanda dolların məzənnəsini idarə etmək çətinləşəcək - "Saxo Bank"
Bu gün, 17:08
Bakıda azyaşlı uşaq soyuqda yarıçılpaq halda diləndirilir
Bu gün, 17:03
Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı
Bu gün, 17:01
Fikrət Qocanın nəvəsi məhkəmədə ifadə verib
Bu gün, 16:54
“Belə bir rəzalət ola bilərmi?” – Avstriyanın türk vətəndaşlara qarşı təhqiramiz hərəkətinə Ərdoğandan sərt reaksiya
Bu gün, 16:48
Sarkisyan Cenevrədə verdiyi vədə əməl etmir - Cəbhədə nə baş verir?
Bu gün, 16:44
Vitse-admiralla prokuror arasında “dəniz döyüşü”: - “Belə çıxır ki, həftəyə 1 səhifə oxuyub?...”
Bu gün, 16:39
Bakıda gənclərə narkotik satan aptek belə ifşa olundu - VİDEO
Bu gün, 16:34
Daha bir estetik əməliyyat qurbanı özəl klinikalardan narazıdır - "Grand Hospital"-dan şikayət
Bu gün, 16:32
Avtomobillə adam vurub qaçan şəxs tutuldu
Bu gün, 16:28
Türkiyə İŞİD-çilərə qoşulan rusiyalı sabiq zabiti geri göndərdi
Bu gün, 16:25
Karate Federasiyasında qalmaqal: - maaşlar verilmir, işçilər işdən gedir
Bu gün, 16:21
Hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydası dəyişib
Bu gün, 16:18
Bakıda xüsusi təyinatlı vaqondan qaçan “Qoca” ləqəbli avtoritet kimdir? - DOSYE
Bu gün, 16:12
Dubay əmiri “Baku” kafesində - FOTO
Bu gün, 16:10
Rusiyaya təzyiqimiz artan xətlə davam edəcək – Conson
Bu gün, 15:56
Baş Prokurorluqda məhkumların qaçışına görə cinayət işi açıldı
Bu gün, 15:52
"İşini bacarmayan federasiya prezidenti istefa verməlidir" - Azad Rəhimov
Bu gün, 15:50
Sevdiyi oğlandan ayrılan tələbə intihara cəhd etdi: - "Dəfələrlə təcili tibbi yardım çağrılıb"
Bu gün, 15:48
Azərbaycanın İsraildən aldığı “Spayk” erməniləri qorxuya salıb - “Spayk” nədir?
Bu gün, 15:47
Nikah kağızını götürməyən cütlüyə Bakı aeroportunda - Qadağa
Bu gün, 15:42
İndoneziya Baş Qərargah rəisi ABŞ-a buraxılmadı
Bu gün, 15:42
1956 cı il Macarıstan inqilabı - ƏN YAXIN TARİX
Bu gün, 15:35
Bakıda “Panama dosyesi”nin izi ilə - Rusiyalı “Kommersant”
Bu gün, 15:24
"AŞPA müəyyən dairələrin əlində alətə çevrilib" - Azərbaycan prezidentinin köməkçisi
Bu gün, 15:23
Telefonu alıb, aradan çıxmaq istədilər... YAXALANDILAR
Bu gün, 15:20
Sinan Oğana Azərbaycandan təşəkkür...
Bu gün, 13:17
Tahir İmanovdan tərs sillə: - "Əli Kərimli siyasi cəsəddir"
Bu gün, 13:12
Sabiq deputat Qalib Salahzadənin oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
Bu gün, 13:08
MTN-in sabiq şöbə rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Bu gün, 13:07
Onlar bu savaşda bizə lazımdır – Aynur Camalqızı
Bu gün, 12:59
“Salyan Broyler” satışa çıxarılır
Bu gün, 12:57
Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək...
Bu gün, 12:57
Kəmaləddin Heydərov qadın generalı işdən QOVDU - GƏLİŞMƏ
Bu gün, 12:52
Ağstafada fabrikdə yanğın olub, FHN-nin polkovnik-leytenantı xəsarət alıb
Bu gün, 12:47
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb - Belə deyirlər...
Bu gün, 12:46
Qarabağda daha bir erməni əsgər intihar edib - Detallar
Bu gün, 12:45
Səsvermə davam edir…
Bu gün, 12:43
Biləsuvarda polisdən uğurlu əməliyyat
Bu gün, 12:37
Lənkəranda narkomaniya əleyhinə tədbir keçirilib
Bu gün, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru