“AGBank” satışa çıxardığı yeni səhmlərin 83%-ni sata bilməyib .....                     "Atamı öldürən sürücü niyə azadlıqdadır?" .....                     Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb .....                     Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı .....                     Azərbaycanda stabilliyi pozmağa yönəlmiş bütün addımların qarşısı alınır .....                     “Monolit Plaza”da yanğın başlayıb .....                     İTV-nin daha bir məşhur siması kanaldan getdi .....                     Yeni nazirin köhnə nazirdən "ƏXZ ETDİKLƏRİ"... .....                     CHP-də üsyan, Kılıçdaroğlu istefa verə bilər .....                     Bağçada üzünə “dağ basılan” uşağın anası: .....                     Putin Ərdoğanı təbrik edib .....                     Tərtərdə 87 yaşlı qadın intihar edib .....                     "Tərbiyəçiliyə şəxsi problemini həll etməmiş insanlar cəlb olunurlar" .....                     Suriyada hakimiyyətin nəzarətinə keçən yaşayış məntəqələrinin sayı artıb .....                     Məhkəmə "Falçı Səkinə"yə bəraət verərək, onu azadlığa buraxıb .....                     Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd edirlər .....                     Sabahkı paradın aparıcısı məlum oldu .....                     Ermənistanın müdafiə naziri qumarda uduzdu .....                     “İşimizin məsuliyyətini bilirik, yekə-yekə danışmasınlar” .....                     Ağdaşda ustanı 10 min voltluq elektrik cərəyanı vurub öldürdü .....                     Bakıda sərv ağacını kəsən şəxs 2200 manat cərimələnib .....                     Kür çayında batan azyaşlının meyiti tapılaraq sudan çıxarılıb .....                     Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nə baş verir? .....                     "Muğanbank"ın sabiq əməkdaşının apellyasiya şikayəti təmin edilməyib .....                     Füzuli rayonunda taxıl biçini mütəşəkkil keçirili .....                     Başçının dodaq uçuqladan “xeyr-duası” .....                     Erməni iş adamı Azərbaycandan necə pul qazanır... .....                     Daha 70081 şagird üçün buraxılış imtahanları keçiriləcək .....                     Poroşenko şizofrenikdir, həbs olunacaq .....                     Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Neftçaladakı adamı rəsmən oliqarx imiş... .....                     Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb .....                     Oğuzda 45 yaşlı kişi intihara cəhd edib .....                     Neft ucuzlaşıb .....                     Tənəzzül dövrünü yaşayan AYB-ni bataqlığa çevirən Anar... .....                     Azərbaycan və Türkiyədən möhtəşəm “performans” .....                     "Qaçqınkom"un yeni şefinə müraciət etdi olmadı... .....                     ABŞ bu silahları kosmosda yerləşdirəcək .....                     3 tona yaxın narkotik vasitə məhv edildi .....                 

“Sədərək” arabaçısının halı: - “İt zülmü çəkirəm...”
Tarix: 16-08-2017, 15:39 | Çap et
“Sədərək” arabaçısının halı:
Azərbaycanda manatın ikiqat devalvasiyasından, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsindən sonra əksər ticarət mərkəzlərində olduğu kimi “Binə” və “Sədərək”də də mağazalar bağlandı, xeyli biznesmen müflis oldu. Bir vaxtlar müştəri əlindən tərpənmək mümkün olmayan paytaxtın ən sıx alış-veriş məkanında alver o qədər zəifləmişdi ki, hətta həmin bazarların bağlanacağını gözləyənlər də var idi. Günlərlə alver etməyən satıcılar toz basmış vitrinləri silməklə vaxtlarını keçirirdilər.

“Sədərək”də canlanma: qapısı qıfıllı mağazalar azalıb

Bəs manatın hazırda nisbi sabitlik dövrünü yaşadığı, iqtisadiyyatda yenidən canlanmanın müşahidə olunduğu bir vaxtda Bakının ən iri “tolkuçka”larında ticarətdə canlanma varmı?

Bu barədə araşdırma aparmaq üçün “Sədərək” yarmarkasına üz tutduq. Elə bazarın girişindən içəri ayaq basan kimi böhranlı günlərin qismən də olsa arxada qaldığı haqda təəsüratlar yarandı.

“Sədərək” ticarət mərkəzində alverin ən çox canlandığı hissə “şirniyyat”dır. Əslində satıcılar buranın hələ devalvasiya dövründə öz alıcı kütləsini bazarın digər hissələri ilə müqayisədə saxladığını deyirlər. Bazarın qalan hissələrində də ticarətdə nisbətən tərpəniş var, boş mağazaların sayı əvvəlki kimi çox deyil.

“Qazanmaq istəyirsənsə, azı 400-600 manatlıq yer götürməlisən”

Hətta əlində su qabı müştərilərin seyrəlməsini gözləyən xırdavat alverçisi Səməd də mağazanın qarşısına su çiləmək üçün fürsət axtarırdı. Satıcı deyir ki, bir neçə il əvvəllə müqayisədə qazancları azalsa da, ümumilikdə vəziyyət o qədər də pis deyil: “Mənim mağazam 48 kv metrdir. Bu yerə görə aylıq 1000 manat icarə haqqı verirəm. Şükür Allaha, qazancım olmasa, bu pulu verə bilmərəm ki. Mənim yerim də “xodovoy” yerdir, elə yer var ki, orada qazanc yoxdur. Ona görə də, həmin hissələrdə yerpulu aşağıdır”.

Satıcı deyir ki, bazarda icarə haqqı obyektin yerləşdiyi hissədən və ərazinin kvadrat metrindən asılı olaraq 18 manatdan başlayır və 3-4 min manata qədər davam edir. Amma əlbəttə ki, 18 manatlıq aylığı olan yerə demək olar ki, müştəri gəlmir. Bazarda alver edib qazanmaq istəyirsənsə, gərək ən azı 400-600 manat aylıq icarə haqqı ödəyəsən.

“Sədərək” bazarındakı malların əsas hissəsi Çindən, bir hissəsi isə İran, Türkiyə və digər ölkələrdən gətirilir. Ticarətçilər deyirlər ki, bazarda həmişə qazancı olanlar mövsümi mallarla alver edənlərdir. Yay mövsümü bitmək üzrə olduğundan demək olar ki, yay malları yığışır. Onları payızda zəruri olan əşyalar, o cümlədən, çətirlər əvəzləyir.

“Bir həftəyə çətir alveri qızışacaq”

Satıcı Ənvər Mirəliyev deyir ki, çətir və məktəb ləvazimatları satışı təxminən bir həftəyə qızışacaq: “Hər qiymətə çətirlərimiz var – 3 manata da, 25 manata da. Hələ alan o qədər çox deyil, amma bir həftəyə, on günə çətir alveri qızışacaq. Artıq yay mallarını alan yoxdur. Getdikcə bazarda bu malları məktəbli ləvazimatı əvəzləyir. On gündən sonra təkrar bura gəlsəniz, bu gördüyünüz mağazaların çoxunun məktəbli geyimləri, ağ köynəklər, ağ bantlar, çantalar satdığını görərsiniz. Məktəb yaxınlaşdıqca qiymətlər daha olur deyə artıq yavaş-yavaş valideynlər məktəb bazarlığına başlayıblar”, - deyə satıcı bildirir.

Satıcı Qadir isə deyir ki, son aylar ərzində ən çox alveri ötən gün edib. Gün ərzində 50 manatlıq mal satan satıcı vəziyyətin get-gedə düzələcəyinə ümid edir:

Mən qarışıq xırdavat malları satıram. Hamısını da Çindən gətirirəm. Neçə aydır alver tamam ölmüşdü. Bircə dünən 50 manatlıq alver eləmişik. Bəzən olur 20 manat, bəzən olur cəmi 10 manat qazancımız olur. Bu da azdır. Gündəlik gərək 200-300 manatlıq alver olsun ki, bizə də nəsə qalsın. İnanın ki, gətirdiyimiz malların üzərinə 50 qəpik, 1 manat qoyuruq...”, - deyə satıcı bildirir.

Bazarda “skoç” satmaq qadağandır – monopoliya

10 ildən yuxarıdır ki, bazarda alver edən satıcı bizə alverin bəzi sirlərini də açır. Onun sözlərinə görə, bazarda alverin ən qızğın çağı dekabr ayında olur. Bütün mövsümlərdə ən çox satılan xırdavat isə şardır: “Ən çox qazanan “sezon” malları satanlardır. Ən çox alver də dekabrda olur. Yolka, şaxta baba, oyuncaqlar və bəzəklər çox satılır. Mən daim işlənən mallar, mətbəx ləvazimatları, xırdavat satıram. Alver əvvəl yaxşı idi, indi Çindən gətirmək də sərf eləmir. Məsələn, əvvəl 10-20 min manatlıq mal vuranda azı 3-5 min manat qazancımız olurdu. İndi 10 minə qarşı 1000-1500 manat qazanc qalır. Rəqabət çoxalıb, məsələn, birinin imkanı var, gətirib malı daha ucuz verir “klient” yığır. Mənim kimi kasıblar da qalırıq belə...”, - deyə mağaza sahibi Qadir bildirir.

Satıcılardan onu da öyrənirik ki, bazarda monopoliyada olan mallar var və onların ölkəyə gətirilməsinə, satışına müəyyən adamlar nəzarət edir. Belə mallardan biri də bildiyimiz adi “skoç”dur. Amma satıcılar onun kimin inhisarında olduğundan xəbərsiz idilər.

Geyim alverçiləri isə narazıdır: “Ancaq topdansatışdan qazanırıq”

Bazarın geyim və parça satılan hissəsində “şirniyyat” bölməsindəki kimi qızğın alver gözə dəymir. Burada sıralarda müştəri qıtlığı hələ də müşahidə olunur. Alver çox zəiflədiyindən bəzi mağaza sahibləri satıcıları ixtisar edərək mallarını özləri satırlar. Qadın geyimləri satan ər-arvad Səriyyə və Umud Qasımovlar da həm mağaza sahibidirlər, həm də satıcı. Hələ bəzən onlara uşaqları da kömək edir.

Rayonlardan gələn daimi müştərilərə nisyə mal

“Bizim əvvəl satıcımız var idi, mən də onun başının üstündə olurdum. Yoldaşım isə Türkiyədən mal vururdu, demək olar ki, bazara aylarla ayağı dəymirdi. Amma indi vəziyyət çətindir, məcburuq ki, özümüz həm də satıcılıq edək. Düzdür, əvvəlki 5-6 ayla müqayisədə hiss edirsən ki, nisbətən alver dirçəlib, amma hələ də vəziyyət yaxşı deyil. Xeyli borcumuz var. Əsas alverimiz topdansatışdan olur. Biz rayonlardan olan daimi müştərilərlə işləyirik, onların da çoxu nisyə alır. Nə edək verməyəcəyik, gedib başqasından alacaq, müştərimizi itirəcəyik”, - deyə satıcı Səriyyə deyir.

Həmsöhbətimiz bildirir ki, bazarda illərlə oturuşmuş alverçilər olduğundan təzələrin bura daxil olub gəlir əldə etməsi çox qəliz məsələdir. Əgər sıfırdan başlamaq istəyirsənsə, gərək ən azı 20-30 min manatın olsun.

“Geyim satmaq üçün gərək topdan alan “kliyent”lərin olsun. Hərənin öz müştərisi var, onların hesabına işləyirlər. Tək-tək alver az olur. Ya gərək malı lap ucuz buraxasan ki, özünü tanıdasan, kiminsə müştərisini əlindən alasan. Geyim bazarında hamı topdansatışla qazanır, hərənin 5-6 daimi müştərisi var. Əlbəttə, pulun varsa, obyekti ala da bilərsən, bunun qiyməti 70-80 min manatdır”, - deyə mağaza sahibi Umud bildirir.

Satıcılar həm də bazarda oğurluğun artmasından şikayət edirlər. Uşaq oyuncaqları satan Mayıl Mustafayev deyir ki, bir çox hallarda isə oğurluqdan hesabın düz gəlmədiyində xəbər tuturlar: “O qədər çox oğurluq olur ki, heç çoxundan xəbərimiz olmur. Heç çox vaxt nə oğurlandığını da bilmirik, axırda sayı düz gəlmir. Oğurluq tək kiçik ölçülü mallarda olmur, qonşu şüşə qab-qacaq satılan mağazadan iri çilçırağı oğurlamışdılar, heç xəbərləri də olmamışdı. Kameralar mağazaların içərisini çəkmir axı, çox vaxt da ümumiyyətlə işləmirlər”, - deyə həmsöhbətimiz qeyd edir.

“Barmaqlarımı “mazol”dan hiss eləmirəm...”

Bazarda ən acınacaqlı durumda olanlar isə araba ilə alver edənlərdir. Meyvə alveri edən arabaçı Rahim deyir ki, günlük 20 manat icarə haqqının dərdini çəkməkdən xəstəlik tapıb: “Bazarda yük daşıyan arabaçılara araba 8 manata icarəyə verilir, bizə 20 manata. Mən gərək hər gün 20 manatdan yuxarı qazanc əldə edim ki, dolana bilim, özümə də çörəkpulu qalsın. Baxın da nə satıram, gavalı, alma... Kimdir meyvə alan? İt zülmü çəkirəm, fikirdən xəstəlik tapmışam. Ayaqlarımda damarlar partlayır, çox vaxt qan içində olur. Barmaqlarımı “mazol”dan hiss eləmirəm... İnanın ki, günə 1-2 manat qazancım olanda sevinirəm”, - deyə arabaçı bildirir.

Elə bazarın kənarındakı kiçik köşkdə su, meyvə şirəsi satanlarda arabaçılardan yaxşı durumda deyillər. Satıcı içəriyə bir adam güclə yerləşən kiçik köşkün icarəsinə aylıq 600 manat pul ödəyir. Hələ dözülməz yay günlərində qızan dəmirin altında istidən bişmək də var. Su köşkündən aldığımız sərin suyu başımıza çəkib bu qızmar istidə “Sədərək” bazarının xaotik ab-havasından uzaqlaşırıq...







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AGBank” satışa çıxardığı yeni səhmlərin 83%-ni sata bilməyib
Bu gün, 12:11
Azərbaycanlı müğənni qoşulub qaçıb
Bu gün, 12:08
"Atamı öldürən sürücü niyə azadlıqdadır?" - ŞİKAYƏT
Bu gün, 12:04
Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb
Bu gün, 12:02
ATV-nin aparıcıları arasında qalmaqal
Bu gün, 12:00
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı - Həbs edilənlər var
Bu gün, 11:57
Azərbaycanda stabilliyi pozmağa yönəlmiş bütün addımların qarşısı alınır - Komitə
Bu gün, 11:56
“Monolit Plaza”da yanğın başlayıb
Bu gün, 11:54
İTV-nin daha bir məşhur siması kanaldan getdi
Bu gün, 11:52
Yeni nazirin köhnə nazirdən "ƏXZ ETDİKLƏRİ"... - Onun adına İlqar Rəhimov deyərlər...
Bu gün, 11:50
CHP-də üsyan, Kılıçdaroğlu istefa verə bilər - 16 ildə 13 məğlubiyyət
Bu gün, 11:34
Bağçada üzünə “dağ basılan” uşağın anası: - Yalandır...
Bu gün, 11:32
Putin Ərdoğanı təbrik edib
Bu gün, 11:28
Tərtərdə 87 yaşlı qadın intihar edib
Bu gün, 11:27
"Tərbiyəçiliyə şəxsi problemini həll etməmiş insanlar cəlb olunurlar"
Bu gün, 11:22
Suriyada hakimiyyətin nəzarətinə keçən yaşayış məntəqələrinin sayı artıb
Bu gün, 11:20
Məhkəmə "Falçı Səkinə"yə bəraət verərək, onu azadlığa buraxıb
Bu gün, 11:19
Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd edirlər
Bu gün, 11:01
Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı AÇIQLAMA: - "Atı gətirməyə icazə olmasa da..."
Bu gün, 10:54
Sabahkı paradın aparıcısı məlum oldu
Bu gün, 10:50
Ermənistanın müdafiə naziri qumarda uduzdu - FOTO
Bu gün, 10:42
Azərbaycanın tanınmış musiqiçisi vəfat edib
Bu gün, 10:37
“İşimizin məsuliyyətini bilirik, yekə-yekə danışmasınlar” - QALMAQAL
Bu gün, 10:29
Ağdaşda ustanı 10 min voltluq elektrik cərəyanı vurub öldürdü
Bu gün, 10:26
Natavan Həbibi özünə villa aldı - VİDEO
Bu gün, 10:17
Bakıda sərv ağacını kəsən şəxs 2200 manat cərimələnib
Bu gün, 10:11
Kür çayında batan azyaşlının meyiti tapılaraq sudan çıxarılıb
Bu gün, 10:10
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nə baş verir? – Rektor öz vədinə xilaf çıxdı
Bu gün, 10:09
"Muğanbank"ın sabiq əməkdaşının apellyasiya şikayəti təmin edilməyib
Bu gün, 10:07
Füzuli rayonunda taxıl biçini mütəşəkkil keçirili - FOTOLAR
Bu gün, 10:06
Başçının dodaq uçuqladan “xeyr-duası” - Prezidentə şikayət
Bu gün, 10:04
Erməni iş adamı Azərbaycandan necə pul qazanır... - FAKT
Bu gün, 09:59
Daha 70081 şagird üçün buraxılış imtahanları keçiriləcək - Vaxt açıqlandı
Bu gün, 09:57
Türkiyə ordusunu təhqir edən aktyor da deputat oldu
Bu gün, 09:53
Poroşenko şizofrenikdir, həbs olunacaq - Jirinovski
Bu gün, 09:48
Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır - Diqqət!
Bu gün, 09:45
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:44
Neftçaladakı adamı rəsmən oliqarx imiş... - İTTİHAM
Bu gün, 09:36
Bahalı toylarımız – qınayırıq, amma dəyişmirik, niyə?
Bu gün, 09:29
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün, 09:26
Oğuzda 45 yaşlı kişi intihara cəhd edib
Bu gün, 09:23
Neft ucuzlaşıb
Bu gün, 09:22
Tənəzzül dövrünü yaşayan AYB-ni bataqlığa çevirən Anar... - Artıq reaksiya qabiliyyətini də itirib
Bu gün, 09:21
Azərbaycan və Türkiyədən möhtəşəm “performans” - Əsrin güc nümayişi
Bu gün, 09:17
"Qaçqınkom"un yeni şefinə müraciət etdi olmadı... - İndi də prezidentdən kömək istəyir
Bu gün, 09:12
ABŞ bu silahları kosmosda yerləşdirəcək
Bu gün, 09:06
3 tona yaxın narkotik vasitə məhv edildi - Azərbaycanda
Bu gün, 09:05
Köhnə "Sevən Ürəklər"i sükutu pozdu
Bu gün, 09:00
Əbülfəs Qarayevin işçiləri hara baxır? - Biganəlik, ya düşmənçilik?
Bu gün, 08:58
“Moskva Nikol Paşinyanı aradan götürə bilər” - TƏHLİL
Bu gün, 08:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru