"Atamı öldürən sürücü niyə azadlıqdadır?" .....                     Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb .....                     Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı .....                     Azərbaycanda stabilliyi pozmağa yönəlmiş bütün addımların qarşısı alınır .....                     “Monolit Plaza”da yanğın başlayıb .....                     İTV-nin daha bir məşhur siması kanaldan getdi .....                     Yeni nazirin köhnə nazirdən "ƏXZ ETDİKLƏRİ"... .....                     CHP-də üsyan, Kılıçdaroğlu istefa verə bilər .....                     Bağçada üzünə “dağ basılan” uşağın anası: .....                     Putin Ərdoğanı təbrik edib .....                     Tərtərdə 87 yaşlı qadın intihar edib .....                     "Tərbiyəçiliyə şəxsi problemini həll etməmiş insanlar cəlb olunurlar" .....                     Suriyada hakimiyyətin nəzarətinə keçən yaşayış məntəqələrinin sayı artıb .....                     Məhkəmə "Falçı Səkinə"yə bəraət verərək, onu azadlığa buraxıb .....                     Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd edirlər .....                     Sabahkı paradın aparıcısı məlum oldu .....                     Ermənistanın müdafiə naziri qumarda uduzdu .....                     “İşimizin məsuliyyətini bilirik, yekə-yekə danışmasınlar” .....                     Ağdaşda ustanı 10 min voltluq elektrik cərəyanı vurub öldürdü .....                     Bakıda sərv ağacını kəsən şəxs 2200 manat cərimələnib .....                     Kür çayında batan azyaşlının meyiti tapılaraq sudan çıxarılıb .....                     Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nə baş verir? .....                     "Muğanbank"ın sabiq əməkdaşının apellyasiya şikayəti təmin edilməyib .....                     Füzuli rayonunda taxıl biçini mütəşəkkil keçirili .....                     Başçının dodaq uçuqladan “xeyr-duası” .....                     Erməni iş adamı Azərbaycandan necə pul qazanır... .....                     Daha 70081 şagird üçün buraxılış imtahanları keçiriləcək .....                     Poroşenko şizofrenikdir, həbs olunacaq .....                     Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Neftçaladakı adamı rəsmən oliqarx imiş... .....                     Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb .....                     Oğuzda 45 yaşlı kişi intihara cəhd edib .....                     Neft ucuzlaşıb .....                     Tənəzzül dövrünü yaşayan AYB-ni bataqlığa çevirən Anar... .....                     Azərbaycan və Türkiyədən möhtəşəm “performans” .....                     "Qaçqınkom"un yeni şefinə müraciət etdi olmadı... .....                     ABŞ bu silahları kosmosda yerləşdirəcək .....                     3 tona yaxın narkotik vasitə məhv edildi .....                     Köhnə "Sevən Ürəklər"i sükutu pozdu .....                 

Nazir Heydər Əsədovun yalanı üzə çıxır
Tarix: 16-08-2017, 09:38 | Çap et
Nazir Heydər Əsədovun yalanı üzə çıxır
Son illər kənd təsərrüfatının inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilsə də, dövlət büdcəsindən böyük məbləğdə vəsaitlər ayrılsa da, ortada real nəticə yoxdur. Yəni, Azərbaycan hələ də strateji ərzaq məhsulları ilə özünü təmin edə bilmir. İdxaldan asılılıq isə ölkə iqtisadiyyatını zəiflədir, həm də qiymət artımına gətirib çıxarır ki, bu da vətəndaşlara zərər verir. Belə bir məqamda ölkənin kənd təsərrüfatı naziri Heydər Əsədov və komandası vəziyyətdən çıxış yolu tapmaq əvəzinə, fərqli yol seçirlər.

Xatırladaq ki, Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov bildirmişdi ki, aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artım olacaq.

Nazir çıxışı zamanı Dünya Bankının verdiyi proqnozlara istinad edərək nəzərə çatdırmışdı ki, ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017 və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir.

«Bunun da hesabına Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunur. İlkin proqnozlara görə, cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir ciddi problem müşahidə olunmur. Ümumilikdə iqtisadiyyatın şaxələndirilməsinə nail olunması tapşırığınıza əsasən aqrar sektorun və onun ayrı-ayrı sahələrinin də bu istiqamətdə inkişafı nəzərdə tutulur.

Konkret olaraq heyvandarlıqda hədəfimiz heyvanların cins tərkibini dəyişməklə onları stasionar bəsləmə şəraitinə keçirmək və beləliklə də, boşalan örüş və otlaq sahələrini əkin kateqoriyasına daxil edərək həm yem bazasının, həm də digər ənənəvi bitki növlərinin istehsalının artırılmasına şərait yaratmaqdan ibarətdir», - deyə nazir ölkə başçısı qarşısında çıxışı zamanı bildirmişdi.

Amma ötən dövr ərzində kənd təsərrüfatı sahəsində hər hansı nəzərəçarpacaq irəliləyiş yoxdur. Həm kənd təsərrüfatı məhsullarının idxalının azalmaması, həm də müstəqil ekspertlərin araşdırmalarının nəticəsi göstərir ki, kənd təsərrüfatı nazirinin verdiyi proqnozlar özünü doğrultmur.

Qeyd edək ki, bir neçə ay öncə nazirin verdiyi bir açıqlama qalmaqala səbəb olmuşdu.

Məlum olduğu kimi, Azərbaycanın ərzaq buğdasına olan illik tələbatı 1.7 milyon tondur. Ötən il kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuata açıqlamasında bildirmişdi ki, ölkədə 3 milyon ton taxıl istehsalı proqnozlaşdırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin ötənilki məlumatında isə qeyd olunurdu ki, avqust ayında artıq 2.8 milyon ton taxıl tədarük edilib. Həmin rəqəmə inansaq ötən il üçün ölkədə taxıl istehsalının H.Əsədovun səsləndirdiyi proqnoza tam uyğun olduğunu əminliklə demək olardı. Lakin Dövlət Gömrük Komitəsinin elə həmin vaxtlarda açıqladığı statistikada göstərilirdi ki, ölkəyə hər ay təxminən orta hesabla 100 min ton taxıl idxal olunur. Başqa sözlə, Azərbaycanın ərzaq buğdasına olan tələbatının az qala hamısı idxal hesabına təmin edilir. Çünki Dövlət Statistika Komitəsinin məlumatlarına görə, il ərzində 1,2 milyon ton çörək istehsal olunur. Mətbuatda bu məsələlər müzakirə olunsa da, nazirlikdən rəsmi reaksiya verilməmişdi. Bütün bunlar isə belə bir ehtimal yaradır ki, nazir və rəhbərlik etdiyi komanda «pripiska» ilə məşğuldur.

Məsələylə bağlı fikirlərini Reyting.az-la bölüşən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov deyib ki, kənd təsərrüfatını proqnozla inkişaf etdirmək mümkün deyil. Onun fikrincə, bu sahəni inkişaf etdirmək üçün əsaslı işlər görülməlidir. Bu sıraya kadr hazırlığı, sahibkarların yetişdirilməsi, investisiya qoyuluşu, elmin inkişafı daxildir.

"Kənd təsərrüfatı sahəsindəki problemlər tələb edir ki, bu sahəyə kompleksli və sistemli yanaşılsın. Proqnozla, yalan məlumatlarla əhalini aldatmaq doğru deyil”,- deyən V.Məhərrəmovun sözlərinə görə, dünyada kənd təsərrüfatı yuxarıda sadaladığı qaydalarla inkişaf etdilir:

"Kənd təsərrüfatının bu vəziyyətə gəlib çıxmasına qeyri-peşəkarlıq səbəb olub. Uzun müddətdir Azərbaycanda kənd təsərrüfatı sahəsini idarə edənlər bu sahənin adamı deyillər. Nazirin özü də kənd təsərrüfatı sahəsinə yaddır. Ətrafına da diplomu olub, təcrübəsi və bilgisi az olan adamları toplayıb. Belə insanlar isə kənd təsərrüfatının problemlərini həll edə bilmir və onun bir az da dərinləşməsinə səbəb olurlar. Son günlər bunun şahidi oluruq.

Əvvəl istədilər taxılçılığı inkişaf etdirsinlər, bərbad hala saldılar. İndi də pambıqçılığı inkişaf etdirmək istəyirlər. Onun da aqibəti taxılçılıq kimidir. Bu da ondan irəli gəlir ki, sahəni idarə edənlər qeyri-peşəkarlardır».

Ekspert bir sıra önəmli məqamlara da toxunub. Bildirib ki, hökumətin təbii biçənək və örüş sahələrini kəndlilərin əlindən alaraq əkin üçün oliqarx-məmurlara verməsinin nəticəsi ağır olub: «Çıxış yolu tapa bilməyən kəndlilər isə uzun müddət damazlıq və təkrar istehsal məqsədi ilə bəslədikləri inəkləri kəsimə verdilər. İndi də heyvanların baş sayı azalmaqla yanaşı ölkədə ət, süd istehsalı kəskin şəkildə aşağı düşüb. Artıq nəticə göz qabağındadır”.

Aqrar sahə mütəxəssisi "Bu ilin 6 ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə ət idxalı 61 faiz, kərə yağı idxalı isə 27 faiz artıb”,- statusunu hələ bir il əvvəl, 2 avqust 2016-cı ildə yazdığını bildirib.

O, təəssüflə qeyd edib ki, 2017-ci ildə vəziyyət daha da pisləşib:

"Heyvandarlıq məhsulları istehsalı azalıb, idxalı isə kəskin şəkildə artıb. Bu ilin altı ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2,5 dəfə, süd məhsulları idxalı isə 70 faiz artıb. Hakimiyyət əhalinin ət və süd məhsullarına olan ehtiyacının ödənilməsini idxaldan asılı vəziyyətə salıb.

Onu da qeyd etməliyəm ki, ölkənin ərzaq buğdasına, çaya, şəkərə, bitki yağlarına olan tələbatı idxal məhsullarının hesabına ödənilir.

Son illərdə yeyinti məhsulları idxalı kəskin şəkildə artıb, ixracı isə azalıb. Misal üçün, 2014-cü ilin birinci yarımilliyində ölkəyə 502 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunub. Növbəti ili "Kənd təsərrüfatı ili" elan edib, 50-yə yaxın sərəncam və fərman imzalasalar da, dövlət büdcəsindən on milyonlarla manatı kənd təsərrüfatının inkişafı adı ilə sahəyə ayırsalar da, son üç ildə yeyinti məhsulları idxalı 122 milyon dollar dəyərində, yəni 24 faiz artaraq, 2017-ci ilin altı ayı ərzində 624 milyon dollar olub. Eyni müddət ərzində ərzaq malları ixracında azalma 81 milyon dollar təşkil edib. Bir yandan ərzaq malları idxalı ciddi şəkildə artır, bir yandan da yeyinti məhsulları ixracı azalır».

Onu da nəzərə alaq ki, ölkədə sosial-iqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Əhalinin əsas hissəsinin gündəlik tələbatına daxil olan kənd təsərrüfatı məhsulları ilə bağlı yaranan hər hansı bir çətinlik ciddi problemə səbəb olur. Yaranan bahalıq isə insanların haqlı narazılığına gətirib çıxarır ki, bu zaman da etirazlar həm də Kənd Təsərrüfatı Nazirliyinə yönəlir. Belə bir məqamda H.Əsədov və komandasının ciddi iş görmək əvəzinə, yalan üzərində "var-gəl” eləməsi vəziyyəti daha da qəlizləşdirir. Təbii ki, bütün bunlar H.Əsədova qarşı narazılığın miqyasını böyüdür. Belə vəziyyət isə H.Əsədovu hakimiyyətin yuxarı dairələrinin hədəfinə çevirə bilər.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı müğənni qoşulub qaçıb
Bu gün, 12:08
"Atamı öldürən sürücü niyə azadlıqdadır?" - ŞİKAYƏT
Bu gün, 12:04
Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb
Bu gün, 12:02
ATV-nin aparıcıları arasında qalmaqal
Bu gün, 12:00
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı - Həbs edilənlər var
Bu gün, 11:57
Azərbaycanda stabilliyi pozmağa yönəlmiş bütün addımların qarşısı alınır - Komitə
Bu gün, 11:56
“Monolit Plaza”da yanğın başlayıb
Bu gün, 11:54
İTV-nin daha bir məşhur siması kanaldan getdi
Bu gün, 11:52
Yeni nazirin köhnə nazirdən "ƏXZ ETDİKLƏRİ"... - Onun adına İlqar Rəhimov deyərlər...
Bu gün, 11:50
CHP-də üsyan, Kılıçdaroğlu istefa verə bilər - 16 ildə 13 məğlubiyyət
Bu gün, 11:34
Bağçada üzünə “dağ basılan” uşağın anası: - Yalandır...
Bu gün, 11:32
Putin Ərdoğanı təbrik edib
Bu gün, 11:28
Tərtərdə 87 yaşlı qadın intihar edib
Bu gün, 11:27
"Tərbiyəçiliyə şəxsi problemini həll etməmiş insanlar cəlb olunurlar"
Bu gün, 11:22
Suriyada hakimiyyətin nəzarətinə keçən yaşayış məntəqələrinin sayı artıb
Bu gün, 11:20
Məhkəmə "Falçı Səkinə"yə bəraət verərək, onu azadlığa buraxıb
Bu gün, 11:19
Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd edirlər
Bu gün, 11:01
Hospitaldan Hacının palatasına poni gətirilməsi ilə bağlı AÇIQLAMA: - "Atı gətirməyə icazə olmasa da..."
Bu gün, 10:54
Sabahkı paradın aparıcısı məlum oldu
Bu gün, 10:50
Ermənistanın müdafiə naziri qumarda uduzdu - FOTO
Bu gün, 10:42
Azərbaycanın tanınmış musiqiçisi vəfat edib
Bu gün, 10:37
“İşimizin məsuliyyətini bilirik, yekə-yekə danışmasınlar” - QALMAQAL
Bu gün, 10:29
Ağdaşda ustanı 10 min voltluq elektrik cərəyanı vurub öldürdü
Bu gün, 10:26
Natavan Həbibi özünə villa aldı - VİDEO
Bu gün, 10:17
Bakıda sərv ağacını kəsən şəxs 2200 manat cərimələnib
Bu gün, 10:11
Kür çayında batan azyaşlının meyiti tapılaraq sudan çıxarılıb
Bu gün, 10:10
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nə baş verir? – Rektor öz vədinə xilaf çıxdı
Bu gün, 10:09
"Muğanbank"ın sabiq əməkdaşının apellyasiya şikayəti təmin edilməyib
Bu gün, 10:07
Füzuli rayonunda taxıl biçini mütəşəkkil keçirili - FOTOLAR
Bu gün, 10:06
Başçının dodaq uçuqladan “xeyr-duası” - Prezidentə şikayət
Bu gün, 10:04
Erməni iş adamı Azərbaycandan necə pul qazanır... - FAKT
Bu gün, 09:59
Daha 70081 şagird üçün buraxılış imtahanları keçiriləcək - Vaxt açıqlandı
Bu gün, 09:57
Türkiyə ordusunu təhqir edən aktyor da deputat oldu
Bu gün, 09:53
Poroşenko şizofrenikdir, həbs olunacaq - Jirinovski
Bu gün, 09:48
Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır - Diqqət!
Bu gün, 09:45
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:44
Neftçaladakı adamı rəsmən oliqarx imiş... - İTTİHAM
Bu gün, 09:36
Bahalı toylarımız – qınayırıq, amma dəyişmirik, niyə?
Bu gün, 09:29
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün, 09:26
Oğuzda 45 yaşlı kişi intihara cəhd edib
Bu gün, 09:23
Neft ucuzlaşıb
Bu gün, 09:22
Tənəzzül dövrünü yaşayan AYB-ni bataqlığa çevirən Anar... - Artıq reaksiya qabiliyyətini də itirib
Bu gün, 09:21
Azərbaycan və Türkiyədən möhtəşəm “performans” - Əsrin güc nümayişi
Bu gün, 09:17
"Qaçqınkom"un yeni şefinə müraciət etdi olmadı... - İndi də prezidentdən kömək istəyir
Bu gün, 09:12
ABŞ bu silahları kosmosda yerləşdirəcək
Bu gün, 09:06
3 tona yaxın narkotik vasitə məhv edildi - Azərbaycanda
Bu gün, 09:05
Köhnə "Sevən Ürəklər"i sükutu pozdu
Bu gün, 09:00
Əbülfəs Qarayevin işçiləri hara baxır? - Biganəlik, ya düşmənçilik?
Bu gün, 08:58
“Moskva Nikol Paşinyanı aradan götürə bilər” - TƏHLİL
Bu gün, 08:55
Mərdanov yaratdı, Mikayılov bacarmadı... - Bayramov pulyığımını önləyə biləcəkmi?
Bu gün, 08:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru