Güllələnən azərbaycanlıların yaxınları danışdı .....                     Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! .....                     "Bank Respublika"nın özbaşınalığı... .....                     “iPhone 8”in Azərbaycanda rəsmi olaraq satılacağı vaxt bilindi .....                     Naxçıvandakı hərbi potensial işə düşsə, .....                     İraq ordusu Ərbilin 50 kilometrliyində .....                     Süni uşaq qidalarının reklamı ilə bağlı cərimələr təsdiq edildi .....                     Uzaq Yaponiyanı Azərbaycana doğmalaşdıran siyasət... .....                     ABUC layihə üzrə yekun mətbuat konfransı keçirdi .....                     Gələn il Azərbaycanda 1,5%-lik iqtisadi artım olacaq .....                     Samuxda kişi arvadını döyərək ağır xəsarət yetirib .....                     Konstitusiyaya dəyişiklik .....                     Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti .....                     Aydınlanan cəhalət .....                     "Yalnız Poroşenkonun partiyasından olan deputatlar Azərbaycanın əleyhinə çıxmayıblar" .....                     Hava yağmursuz keçəcək, duman olacaq .....                     “Elə bil lotereya oynayırlar” .....                     PKK tərəfdarı olan deputat Azərbaycan müxalifətçisinə belə dəstək verdi .....                     Azərbaycanda çörəyin qiymətilə bağlı YENİ XƏBƏR VAR .....                     Oğurluğa cəhd elədi, başqa oğurluqlarının üstü açıldı .....                     “D-8"ə yeni üzvlər qəbul etməyə ehtiyac var” .....                     Küçədən tapdığı kartdan 940 manat çıxardı... .....                     3 il ərzində müdirini çapıb-talayıb... .....                     “Avropa Şurası problemlərini həll etmək əvəzinə hansısa ölkələri hədəfə gətirir” .....                     İstanbulda İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başlayıb .....                     MTN-in adından dələduzluq edənlər yenidən hakim qarşısında .....                     "AtaBank”ın həbs etdirdiyi qadın bələdçi imiş .....                     Uorlik həmsədr olduğu dövrdə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib .....                     Polis rəisinin müavinindən pul tələb edən qadın özünü təqsirli bilməyib .....                     Nazir üçün müşkülə çevrilən balaca post .....                     "Adil Vəliyev icra başçısı gələndə ümid elədik ki..." .....                     Bakıda oğurluq və soyğunçuluq edən 11-ci sinif şagirdi məhkəmə zalından azadlığa buraxılıb .....                     Ermənistanın Müdafiə Nazirliyində səs-küylü hadisə .....                     Türkiyədən İdlib əməliyyatı: .....                     UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq .....                     4 rayonun icra başçısı 1 gündə yola salınacaq... .....                     2 milyonluq dələduzluq edən məmur qohumundan yeni xəbər .....                     Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib .....                     Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı .....                     “Qarşımızda konkret hədəflər var” .....                 

Kirayə qiymətlərinin artması müvəqqətidir - ekspert
Tarix: 12-08-2017, 10:35 | Çap et
Kirayə qiymətlərinin artması müvəqqətidir
"Ailə qurduqdan bəri bir neçə ildir ki, valideynlərimizlə birgə yaşayırıq. Əvvəllər bu bizə nəinki çətin gəlirdi, hətta deyərdim ki, bir növ işimizi asanlaşdırır və artıq məsrəfə yol verməyimizin qarşısını almış olurdu. Amma getdikcə iki ailənin birlikdə yaşaması daha da çətinləşdi. İndi kirayə mənzil axtarırıq ki, öz evimiz olsun. Necə deyərlər ev içində ev olmaz. Bir neçə mənzillə maraqlansaq da, hələ ki büdcəmizə uyğun ev tapa bilməmişik. Kirayə bazarındakı mənzillərin qiyməti od tutub yanır. Orta gəlirli ailə üçün normal kirayə mənzil tapmaq artıq müşkülə çevrilib. Düzdür, ucuz qiymətə kirayə evlər var. Amma ona da ev demək olarsa”…

Bu sözləri bizimlə söhbətində Gülnar Əhmədovabildirdi. O, son günlər öz ailəsi üçün kirayə ev götürmək istəsə də, qiymətlərin ailənin büdcəsinə uyğun gəlmədiyini deyir. Təbii ki, bu, sadəcə bir nümunədir. Bəs görəsən kirayə bazarındakı qiymət artımı nə ilə bağlıdır? Mövsümi xarakter daşıyır, yoxsa uzun müddət davam edəcək?

Əvvəlcə bu işlə məşğul olan şirkətlərlə əlaqə saxlayıb kirayə mənzillərin qiyməti ilə maraqlandıq. Bir neçə şirkətlə qiymətləri müqayisə edib ümumilikdə gəldiyimiz nəticəni təqdim edirik. Deməli, şəhərin mərkəzində və mərkəzə yaxın, normal şəraiti olan iki-üçotaqlı kirayə evlərin qiyməti minimum 400 manatdan başlayır. Məsələn, daha çox tələbələrin maraqlandığı Yasamal rayonu ərazisində 2 otaqlı mənzillərin kirayə qiyməti şəraitindən asılı olaraq 300-450 manat arasında dəyişə bilir. Sözügedən ərazidə 3 otaqlı mənzillərin kirayə qiyməti isə 450-500 manatdan başlayır və daha da arta bilir. Birotaqli mənzillərə tələbat çox olduğuna görə qiymətlər 250-300 manat arasında dəyişir. Düzdür, bu ərazidə binalar köhnə olsa da, mənzillərin hər bir şəraiti olduğunu bildirdilər. Onu da qeyd edək ki, ərazidən-əraziyə də kirayə evlərin qiymətində xeyli fərq olduğunu müşahidə etdik. Məsələn, Əhmədli, Nərimanov, Neftçilər metrolarına və mərkəzə yaxın evlərin qiyməti 400 manatdan başlayır və 700-800 manata qədər arta bilir. Nisbətən qıraq yerlərdə isə mənzillərin kirayə qiyməti də aşağıdır. Məsələn, Masazırda, Xırdalanda və digər şəhərətrafı ərazilərdə 200-250 manata hər şəraiti olan iki-üç otaqlı normal ev tapa bilərsiniz.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, mövsümlə əlaqədar olaraq avqust ayının ikinci ongünlüyündən başlayaraq kirayə bazarında aktivlik artacaq və qiymətlər bir qədər də bahalaşa bilər: "İyun ayından sonra baş verən qiymət azalması indi mövsümlə bağlı olaraq qiymət artımı ilə əvəz olunur. Lakin hesab edirəm ki, aprel-may aylarında qeydə alınan göstəricilər yenidən bərpa olunacaq. İlkin mərhələdə tələbin artımı ilə əvvəlki dövrlə müqayisədə cüzi də olsa müəyyən artım olacaq. Amma sentyabrın sonlarına doğru qiymətlərin yenidən stabilləşəcəyini düşünürəm. İndi şəhərin mərkəzində və mərkəzə yaxın olan ərazilərdə xüsusən Xalqlar Dostluğu, Əhmədli və Həzi Aslanov metrolarına yaxın yerləşən kirayə mənzillərə tələb daha çoxdur. Bu ərazilərdə birotaqlı mənzillərin qiyməti orta hesabla 250 manatdan başlayır. Lakin mənzilin harada yerləşməsi ilə yanaşı, onun təchizatı məsələsi də mühüm rol oynayır. Mənzilin daxili şəraiti və məişət avadanlıqları qiymətlərə ciddi təsir edir. İki-üçotaqlı mənzillərin qiyməti 300 manatdan başlayır və 400 manata qədər ola bilir. Mərkəzə yaxınlaşdıqca isə qiymətlərdə bahalaşma müşahidə olunur. Turist axınının hələlik kirayə mənzil bazarına bir o qədər də ciddi təsiri hiss olunmur. Çünki turistlərin böyük əksəriyyəti otellərdə qalmağa üstünlük verir. Ölkəyə gələn turistlərin cüzi hissəsi kirayə mənzil bazarına müraciət edir ki, onlar da daha çox şəhər mərkəzinə yaxın və nisbətən bahalı mənzilləri seçirlər. Belə mənzillərə isə təlabat olduqca aşağıdır. Ona görə də turistlər hələlik kirayə bazarına ciddi təsir göstərmir. Hesab edirəm ki, sentyabrın ortalarına qədər qiymət artımları davam edəcək. Sentyabrın sonlarından isə kirayə bazarında qiymətlər stabilləşəcək”.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev də bildirdi ki, qiymətlərdəki dəyişikliklər mövsümi xarakter daşıyır: "Kirayə bazarında hələlik ciddi qiymət artımı müşahidə olunmur. Hətta deyərdim ki, Bakının mərkəzindəki mənzillərin qiymətində müəyyən endirimlər də var. Amma bağ evlərinin qiymətində mövsümi artım müşahidə olunur və hesab edirəm ki, yaxın zamanlarda bu qiymətlər də aşağı düşəcək. Çünki artıq yay mövsümü sona çatmaq üzrədir. Şəhərin mərkəzində və mərkəzdənkənar ərazilərdəki qiymətlərin dəyişimi hər il olduğu kimi, təkrarlanır. Lakin istənilən halda, dərs ilinin başlanmasına az qalmış cüzi artımların olması təbiidir. Burada qeyri-adi heç nə yoxdur. Turistlərin gəlişi ilə bağlı isə deyə bilərəm ki, turistlər şəhər daxilində daha çox sutkalıq mənzillərə tələbatı artırır. Amma ümumilikdə gəlmə turistlərin sayının artması sözsüz ki, müəyyən qədər kirayə bazarına da təsir edib. Sentyabrın sonlarına yaxın bazar yenidən həmişəki vəziyyətinə qayıdacaq”.
\\kaspi.az\\






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güllələnən azərbaycanlıların yaxınları danışdı - “Pulemyotla atəş açılıb”
Dünən, 13:52
Malik İsaqov Yasamalın yeni icra başçısı olacaq?! - İDDİA
Dünən, 13:51
"Bank Respublika"nın özbaşınalığı... - ETİRAZ
Dünən, 13:49
“iPhone 8”in Azərbaycanda rəsmi olaraq satılacağı vaxt bilindi - 27 oktyabr
Dünən, 13:43
Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...
Dünən, 13:41
İraq ordusu Ərbilin 50 kilometrliyində - Gərginlik
Dünən, 13:37
Aygün Bəylərin qardaşının işindən XƏBƏR VAR
Dünən, 13:29
Süni uşaq qidalarının reklamı ilə bağlı cərimələr təsdiq edildi
Dünən, 13:21
Uzaq Yaponiyanı Azərbaycana doğmalaşdıran siyasət... - FOTOLAR
Dünən, 13:19
ABUC layihə üzrə yekun mətbuat konfransı keçirdi
Dünən, 13:11
Gələn il Azərbaycanda 1,5%-lik iqtisadi artım olacaq - RƏSMİ
Dünən, 13:07
Samuxda kişi arvadını döyərək ağır xəsarət yetirib
Dünən, 12:55
Konstitusiyaya dəyişiklik - 30 yaş limiti ləğv edildi
Dünən, 12:52
Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollardan götürülüb
Dünən, 12:46
Aydınlanan cəhalət - İdris Heydərli yazır...
Dünən, 12:44
"Yalnız Poroşenkonun partiyasından olan deputatlar Azərbaycanın əleyhinə çıxmayıblar"
Dünən, 12:41
Hava yağmursuz keçəcək, duman olacaq - Belə deyirlər...
Dünən, 12:37
“Elə bil lotereya oynayırlar” - Oqtay Əsədov
Dünən, 12:34
PKK tərəfdarı olan deputat Azərbaycan müxalifətçisinə belə dəstək verdi
Dünən, 12:28
Azərbaycanda çörəyin qiymətilə bağlı YENİ XƏBƏR VAR
Dünən, 12:25
Oğurluğa cəhd elədi, başqa oğurluqlarının üstü açıldı - Sumqayıtda
Dünən, 12:23
“D-8"ə yeni üzvlər qəbul etməyə ehtiyac var” - Ərdoğan
Dünən, 12:19
Küçədən tapdığı kartdan 940 manat çıxardı... - Və ələ keçdi
Dünən, 12:18
3 il ərzində müdirini çapıb-talayıb... - Qaradağda OLAY
Dünən, 12:16
“Avropa Şurası problemlərini həll etmək əvəzinə hansısa ölkələri hədəfə gətirir” - Səməd Seyidov
Dünən, 12:14
İstanbulda İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başlayıb - FOTO
Dünən, 12:12
MTN-in adından dələduzluq edənlər yenidən hakim qarşısında
Dünən, 12:09
"AtaBank”ın həbs etdirdiyi qadın bələdçi imiş - QSC-dən AÇIQLAMA
Dünən, 12:04
Uorlik həmsədr olduğu dövrdə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib - deputat
Dünən, 12:02
Polis rəisinin müavinindən pul tələb edən qadın özünü təqsirli bilməyib
Dünən, 12:01
Nazir üçün müşkülə çevrilən balaca post - Bir məktəbin iki direktoru
Dünən, 11:55
"Adil Vəliyev icra başçısı gələndə ümid elədik ki..." - GİLEY
Dünən, 11:53
Bakıda oğurluq və soyğunçuluq edən 11-ci sinif şagirdi məhkəmə zalından azadlığa buraxılıb
Dünən, 11:43
Ermənistanın Müdafiə Nazirliyində səs-küylü hadisə
Dünən, 11:31
Türkiyədən İdlib əməliyyatı: - İlk məntəqə yaradıldı
Dünən, 11:26
UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq - FOTO
Dünən, 11:24
4 rayonun icra başçısı 1 gündə yola salınacaq... - SİYAHI
Dünən, 11:22
Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılacaq
Dünən, 11:08
2 milyonluq dələduzluq edən məmur qohumundan yeni xəbər
Dünən, 10:59
“Maşın”ı tərk edən Mehriban Elşadı "razborkaya çağırdı": - "Tək gəl"
Dünən, 10:58
Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib
Dünən, 10:55
Xoşqədəmin verilişində axtarılan qızın atası özünü asdı - FOTO
Dünən, 10:38
“Qarşımızda konkret hədəflər var” - Yeni energetika naziri
Dünən, 10:34
Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında dəyişiklik edilib
Dünən, 10:25
İctimai işlər cəzasına məhkum şəxslərin cəlb ediləcəyi işlərin növləri və işlərin keçiriləcəyi yerlər müəyyənləşdirilib - SİYAHI
Dünən, 10:25
Rektor “oynadığı oyunlarla” işçilərini “oyuna salıb” - İTTİHAM
Dünən, 10:23
Yerli “Emiland” şirkətinin malları niyə od qiymətinədir – şirkətdən səbəbini AÇIQLADI
Dünən, 10:17
Qanunsuz ov edən ərəb Şabranda tutuldu
Dünən, 10:14
Gürcüstan DİN azərbaycanlı namizəd və daha dörd nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb - FOTOLAR
Dünən, 09:59
AFFA millilərimizin baş məşqçilərini qovdu
Dünən, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru