Azərbaycan ordusu şəhid verdi .....                     Türkiyə Fələstinə 10 milyon dollar ayırır .....                     Müsavat başqanının müavini istefa verib .....                     Tovuzda azyaşlını it dişləyib .....                     Ermənistan ABŞ vətəndaşını terrorizmdə ittiham etdi .....                     Sumqayıtın bu yerində yaşayanlarda mutasiya baş verir .....                     Beynəlxalq hüquq Ermənistanı dalana dirəyib .....                     İraqdakı körpə uşaqların yaxınlarına ŞAD XƏBƏR .....                     Belarusda keçirilən sərgi-yarmarkada ən zəngin Azərbaycan stendi olub .....                     Azərbaycan iqtisadiyyatı 16% böyüyüb .....                     “Təhsillə elmi birləşdirmək lazımdır” .....                     Kəmaləddin Heydərov uşaqları sevindirdi .....                     Odessanın meri olmaq istəyirəm .....                     Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirini .....                     Bakıda məktəb direktoru dünyasını dəyişdi .....                     “Qoca” ilə birgə qaçan məhbusun həbs müddəti uzadılıb .....                     “Ordumuza ən müasir silahlar verilib” .....                     Ağdaşda yeniyetmə qətlə yetirilib .....                     Azərbaycana qarşı qaz müharibələri: .....                     ABŞ 2019-cu ildə neft hasilatı üzrə Rusiyanı da qabaqlayacaq .....                     “Azəriqaz” həbsxananın borcunu səhv hesablayıb .....                     Binəqədi İcra hakimiyyətinin baş mühasibi həbs olundu .....                     "Azərişıq" borclu abunəçilərə xəbərdarlıq edib .....                     DSX-də 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib .....                     II Dünya müharibəsində əsir düşən azərbaycanlı İsveçrədə vəfat edib, .....                     Rusiya Türkiyədə hərbi baza yarada bilər .....                     Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, .....                     “AAAF İnşaat” 30 KİV-i məhkəməyə verdi .....                     Prezident xalqı hökumətə qarşı mitinqə səslədi .....                     “Ayıq sürücü”lərin sərxoş hərəkətləri... .....                     ARDNF AÇG-dən 127,9 mlrd. dollar gəlir əldə edib .....                     Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb .....                     “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik” .....                     “Bu qərar bizə təsir etmədi” .....                     Növbəti ildə hansı nazirliklər birləşdiriləcək? .....                     "Qarabağ"ın hücumçusu Çin klubuna keçə bilər .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Hansı rayonlarda “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub .....                     Hansı icra başçıları yola salınır? .....                     "Azərrabitəinşaat" maliyyə çətinliyi ilə üzləşib .....                 

Əcnəbi oliqarxlar uşaqlarını necə tərbiyə edir - məmurlar üçün nümunə...
Tarix: 12-08-2017, 09:37 | Çap et
Əcnəbi oliqarxlar uşaqlarını necə tərbiyə edir
Cəmiyyət olaraq ölkənin zəngin övladlarının etdiyi qudurğanlıqları, harınlıqları izləməklə məşğuluq. Bəli, dövlət məmurlarının pulu o qədər çoxdur ki, onlar bu pulla övladlarını ərköyünləşdirmək üçün əllərindən gələni edirlər. Ən bahalı maşınlar, astronomik məbləğdə cib xərcliyi, sonsuz kredit... və nəticə ya qudurğan bir məmur oğlunun insan ölümünə səbəb olan yol qəza hadisəsi, ya da silahlı atışma, dava-dalaş, bir sözlə, insident.

O halda nə etməli? Necə etməli?

Sıradan insanlar övladlarının problemlərini yoluna qoymaq üçün dəlilər kimi çalışırlar. Varlılar isə o pulları övladlarına verəndən sonra onun yoldan çıxmaması barədə düşünürlər. Çox vaxt da düşünmürlər. Amma pul, varidat heç də hər zaman yaxşı övlad tərbiyə etməyə səbəb olmur. Maraqlıdır, dünya varlıları öz uşaqlarını necə tərbiyə edir? Pul çox, sərhədlər şəffaf, “olmaz” sözü leksikondan çıxarılıbsa, problemin həlli nədədir?

“Yeni Müsavat” mövzunun aktual olduğunu nəzərə alıb, dünya mətbuatına istinadən bu nümunələr və çıxış yolları barədə yazıb. Öncə ondan başlayaq ki, zəngin insanlar uşaqlarında məqsədin uşaqlıqdan yaranmasına imkan verirlər. Onlar aparıcı universitetlərin gələcək məzunlarını tərbiyə edirlər. Bu uşaqlar nəticədə istedadlı həkim, hüquqşünas və uğurlu rəhbər olurlar. Amma insanların əksəriyyəti körpələrini “o, hələlik çox kiçikdir”, “sonra müəyyən edərik” kimi fikirlərlə tərbiyə edirlər.

Əlbəttə, valideyn gələcəyi haqqında fikirləri ilə uşağın beynini doldurmalı deyil. Amma o, uşağın öz hədəfinə çatmasına yardım etməlidir. Digər tərəfdən, uşaqlara biliklərə sevgini aşılamaq lazımdır. Və nəticədə o, tezliklə öz yolunu seçəcək.

Əksər milyonçular uşaqlarını müasir texniki avadanlıqlardan uzaq tutmağa çalışır. Məsələn, onların ilk kompüteri atalarına məxsus olur. Bəzi milyonçular isə ümumiyyətlə, evində televizordan belə istifadə etmirlər. Çünki mobil telefon insana öz vaxtını planlaşdırmağa imkan vermir. Televiziya da həyatın şablon modellərini göstərir. Əgər uşaq televizora baxmayacaqsa, onda bu asılılıq ondan ötüb keçəcək. Yanaşma təxminən bundan ibarətdir.

Uşaqlar onların valideynləri üçün işləməyin necə ağır olması, həmçinin pis kolleqalar və başqa neqativ hallar haqqında daim eşidirlər. Uşaqlar erkən yaşlarından artıq özlərini belə “proqramlaşdırırlar” ki, işləmək nə isə ağır və xoşagəlməz bir şeydir. Nümunəvi valideynlərin ailəsində uşaqlar artıq iki yaşdan evdə sadə işlərə kömək etməyə başlayırlar. Çünki uşaqlar bilməlidir ki, həyatda heç nə pulsuz olmur. Bu, xarakteri möhkəmləndirir.

Bir çox valideynlər uşaqlarına ehtiyac olmadan pul xərcləməməyi öyrətmək istəyirlər. Amma bəzi milyonçu ailələrin evində belə qayda var: kim 10 dollar yığacaqsa, daha 10 dollar qazanacaq. Uşaq lazımi məbləği yığdısa, onu yalnız faydalı şeylərə xərcləyə bilər. Məsələn, bu, inkişafa imkan yaradan musiqi aləti, velosiped, stolüstü oyun ola bilər. “Yeni şeyləri ona görə almaq lazım deyil ki, onu başqaları da alır. Bu, mənasızdır” - evdəki əsas yanaşma budur.
Uğurlu insanlar, bir qayda olaraq, əliaçıq olurlar. Onlar bölüşməyə həmişə şaddırlar. Milyonçuların uşaqları qazandıqları pulların 10%-ni kasıblara verir, pulun 30%-ni isə özlərinə oyuncaqlar almaq və əyləncələr üçün saxlayırlar. Qalan məbləği isə onlar gələcək ideyaları üçün saxlayırlar.

Üilliams Group kompaniyasının araşdırmasına görə, əksər milyonerlər varlı qohumlarından miras qalmış pulları artıq ikinci nəsildir ki, xərcləyirlər.
Britaniyanın “Time” qəzetinin yazdığına görə, 70 faiz imkanlı ailələrin pulları nəvələri tərəfindən mənimsənilir. Ailələrin 90 faiz pulu isə nəticələri tərəfindən məhv edilir.

Bu məsələ ilə məşğul olan Amerikanın U.S.Trust kompaniyasının sədri Kris Haylmann bildirir ki, investisiya potensiyalı 3 milyon dollardan çox olan insanlar arasında aparılan sorğu göstərir ki, 78 faiz varlı adamlar onların pullarını övladlarının idarə edə biləcəyinə inanmır.

Çinin Sarita İnstitutu yerli milyonerlər üçün süfrə mədəniyyəti, lüks markaların tələffüzü, uşaq tərbiyəsi kimi dərslərin verildiyi kurslar açıb. Kursun əsas məqsədi Qərb dövlətlərində ziyafətlərə, iş görüşlərinə gedən varlı insanların orada “biabırçı vəziyyətə” düşməmələrinə kömək etməkdir.

İnstitutun müəlliməsi Sara Ceyn Ho İsveçrədə öyrəndiyi etika qaydalarını artıq 200-dən çox insana öyrədib, indi də işini genişləndirmək qərarına gələrək kurs açıb. Dediyinə görə, əvvəllər ancaq “Rolls Royce” sahibləri onun dərslərinə qatılırdılarsa, indi Avropa mədəniyyəti ilə maraqlanan orta təbəqədən olan evdar xanımlar, tələbələr, dövlət adamları da gəlirlər.

Maraqlıdır ki, çinlilər avropalı görünmək üçün böyük məbləğdə pul xərcləməkdən çəkinmirlər. 10 nəfərlik qrupla keçirilən yarım günlük kursun qiyməti 3243 dollardır. “Qonaq qarşılama” dərslərinin müddəti isə 12 gün, xərci 16 min dollardır.
Musavat.com







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan ordusu şəhid verdi
Bu gün, 12:02
Türkiyə Fələstinə 10 milyon dollar ayırır
Bu gün, 11:59
Müsavat başqanının müavini istefa verib
Bu gün, 11:57
Tovuzda azyaşlını it dişləyib
Bu gün, 11:56
Ermənistan ABŞ vətəndaşını terrorizmdə ittiham etdi
Bu gün, 11:52
Sumqayıtın bu yerində yaşayanlarda mutasiya baş verir - ŞOK
Bu gün, 11:50
Beynəlxalq hüquq Ermənistanı dalana dirəyib
Bu gün, 11:48
İraqdakı körpə uşaqların yaxınlarına ŞAD XƏBƏR - Dövlət hərəkətə keçdi
Bu gün, 11:45
Belarusda keçirilən sərgi-yarmarkada ən zəngin Azərbaycan stendi olub
Bu gün, 11:39
Azərbaycan iqtisadiyyatı 16% böyüyüb
Bu gün, 11:33
“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər
Bu gün, 11:30
Kəmaləddin Heydərov uşaqları sevindirdi
Bu gün, 11:25
Odessanın meri olmaq istəyirəm - Saakaşvili
Bu gün, 11:23
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirini qəbul edib
Bu gün, 11:19
Bakıda məktəb direktoru dünyasını dəyişdi
Bu gün, 11:18
“Qoca” ilə birgə qaçan məhbusun həbs müddəti uzadılıb
Bu gün, 11:18
“Ordumuza ən müasir silahlar verilib” - General Kərim Vəliyev
Bu gün, 11:12
Ağdaşda yeniyetmə qətlə yetirilib
Bu gün, 10:55
Yetim Eyvazın oğlu intihara cəhd etdi - VİDEO
Bu gün, 10:51
Azərbaycana qarşı qaz müharibələri: - banka şikayət yazıb 1.5 milyard dolları ləngidənlər kimlərdir...
Bu gün, 10:46
ABŞ 2019-cu ildə neft hasilatı üzrə Rusiyanı da qabaqlayacaq
Bu gün, 10:43
“Azəriqaz” həbsxananın borcunu səhv hesablayıb - MƏHKƏMƏ SİLDİ
Bu gün, 10:41
Binəqədi İcra hakimiyyətinin baş mühasibi həbs olundu - SƏBƏB
Bu gün, 10:38
"Azərişıq" borclu abunəçilərə xəbərdarlıq edib
Bu gün, 10:34
DSX-də 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib
Bu gün, 10:24
II Dünya müharibəsində əsir düşən azərbaycanlı İsveçrədə vəfat edib, meyiti yandırılıb
Bu gün, 10:20
Xalq artistinin oğlunun dəhşətli həyatı - “Yeməyə pul tapmıram...”
Bu gün, 10:15
Rusiya Türkiyədə hərbi baza yarada bilər
Bu gün, 10:12
Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib
Bu gün, 10:09
“AAAF İnşaat” 30 KİV-i məhkəməyə verdi - SİYAHI
Bu gün, 10:02
Prezident xalqı hökumətə qarşı mitinqə səslədi
Bu gün, 09:57
“Ayıq sürücü”lərin sərxoş hərəkətləri...
Bu gün, 09:49
ARDNF AÇG-dən 127,9 mlrd. dollar gəlir əldə edib
Bu gün, 09:47
Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb
Bu gün, 09:45
“Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik” - Bir günlük tələbələr
Bu gün, 09:44
“Bu qərar bizə təsir etmədi” - Netanyahudan Qüds açıqlaması
Bu gün, 09:41
Növbəti ildə hansı nazirliklər birləşdiriləcək?
Bu gün, 09:40
"Saqqalımın dinə heç bir aidiyyəti yoxdur" - Əməkdar artistin oğlu
Bu gün, 09:39
"Qarabağ"ın hücumçusu Çin klubuna keçə bilər
Bu gün, 09:35
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:26
Hansı rayonlarda “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub - SİYAHI
Bu gün, 09:25
Hansı icra başçıları yola salınır? - İDDİA
Bu gün, 09:24
Bu gün Rəşid Behbudovun doğum günüdür...
Bu gün, 09:20
"Azərrabitəinşaat" maliyyə çətinliyi ilə üzləşib
Bu gün, 09:17
Cavid Qurbanov bunları BİLİRMİ? - GİLEY
Bu gün, 09:16
Azərbaycanda heyvanların müdafiəçisi din xadimlərini GÜNAHLANDIRDI
Bu gün, 09:14
Daha hansı dövlət qurumları ixtisar qərarı verəcək? - GƏLİŞMƏ
Bu gün, 09:12
Nazirliklər birləşdirilir, yeni qurumlar yaradılır - Belə deyirlər...
Bu gün, 09:10
Kreml seçkilərdə layiqli çox namizədlər görür, amma Putinə rəqib görmür
Bu gün, 09:03
Neft bahalaşıb
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru