Müsavat başqanının müavini istefa verib .....                     Tovuzda azyaşlını it dişləyib .....                     Ermənistan ABŞ vətəndaşını terrorizmdə ittiham etdi .....                     Sumqayıtın bu yerində yaşayanlarda mutasiya baş verir .....                     Beynəlxalq hüquq Ermənistanı dalana dirəyib .....                     İraqdakı körpə uşaqların yaxınlarına ŞAD XƏBƏR .....                     Belarusda keçirilən sərgi-yarmarkada ən zəngin Azərbaycan stendi olub .....                     Azərbaycan iqtisadiyyatı 16% böyüyüb .....                     “Təhsillə elmi birləşdirmək lazımdır” .....                     Kəmaləddin Heydərov uşaqları sevindirdi .....                     Odessanın meri olmaq istəyirəm .....                     Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirini .....                     Bakıda məktəb direktoru dünyasını dəyişdi .....                     “Qoca” ilə birgə qaçan məhbusun həbs müddəti uzadılıb .....                     “Ordumuza ən müasir silahlar verilib” .....                     Ağdaşda yeniyetmə qətlə yetirilib .....                     Azərbaycana qarşı qaz müharibələri: .....                     ABŞ 2019-cu ildə neft hasilatı üzrə Rusiyanı da qabaqlayacaq .....                     “Azəriqaz” həbsxananın borcunu səhv hesablayıb .....                     Binəqədi İcra hakimiyyətinin baş mühasibi həbs olundu .....                     "Azərişıq" borclu abunəçilərə xəbərdarlıq edib .....                     DSX-də 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib .....                     II Dünya müharibəsində əsir düşən azərbaycanlı İsveçrədə vəfat edib, .....                     Rusiya Türkiyədə hərbi baza yarada bilər .....                     Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, .....                     “AAAF İnşaat” 30 KİV-i məhkəməyə verdi .....                     Prezident xalqı hökumətə qarşı mitinqə səslədi .....                     “Ayıq sürücü”lərin sərxoş hərəkətləri... .....                     ARDNF AÇG-dən 127,9 mlrd. dollar gəlir əldə edib .....                     Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb .....                     “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik” .....                     “Bu qərar bizə təsir etmədi” .....                     Növbəti ildə hansı nazirliklər birləşdiriləcək? .....                     "Qarabağ"ın hücumçusu Çin klubuna keçə bilər .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Hansı rayonlarda “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub .....                     Hansı icra başçıları yola salınır? .....                     "Azərrabitəinşaat" maliyyə çətinliyi ilə üzləşib .....                     Cavid Qurbanov bunları BİLİRMİ? .....                     Azərbaycanda heyvanların müdafiəçisi din xadimlərini .....                 

"Atamın meyitini bizdən gizlətmək istəyirdilər” — Əli Həsənovun nəvəsinin vurduğu piyadanın oğlu ilə MÜSAHİBƏ
Tarix: 9-08-2017, 13:28 | Çap et
"Atamın meyitini bizdən gizlətmək istəyirdilər”
Avqustun 3-də Nail Allahverdiyevin idarə etdiyi və ona məxsus olan “Mercedes Gelandewagen” markalı avtomobilin paytaxtın Heydər Əliyev prospektində ağır qəza törətməsi nəticəsində həlak olan piyada Vaqif Əsədovun oğlu Ramiz Əsədov “Ölkə.Az” xəbər portalına müsahibə verib.

Müsahibəsində R.Əsədov bir çox maraqlı məqamlara aydınlıq gətirib, sürücü Nail Allahverdiyevə layiqli cəza verilməsini istədiyini dilə gətirib, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edəcəyini söyləyib.

“Polisdə mənə dedilər ki, atanız rəhmətə gedib”

– Atanızın ölümü barədə ilk haradan xəbər tutdunuz?

– Polisdən öyrəndim. Qəza baş verən gecəsi atamı gözlədik, ancaq evə gəlmədi. O heç vaxt evə 12-dən gec gəlməzdi. Mən də gedib parka baxdım, tapa bilmədim. Daha sonra Polis İdarəsinə getdim. Orada mənə dedilər ki, atanız rəhmətə gedib.

“Əli Həsənov və ailəsindən heç kəs bizə başsağlığı verməyib”

– Qarşı tərəfdən sizə başsağlığı verilibmi, kömək edilibmi?

– Bəli, atamın ölüm xəbərini öyrənəndən sonra Nazirlər Kabinetinin bir neçə vəzifəli şəxsi başsağlığı vermək üçün evə gəlmişdilər. Ancaq Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib, başsağlığı verməyib. Səhv etmirəmsə, Nail Allahverdiyevin ailəsindən də heç kəs bizə başsağlığı verməyib.


Bilirsiniz, atam harınlamış gəncin hərəkətlərinin qurbanı oldu. Əgər atam hər hansı gözlənilməz fəlakət nəticəsində dünyasını dəyişsəydi, bu bizi o qədər də yandırmazdı. Mən hər zaman demişəm ki, insanın başına gözlənilmədən hər şey gələ bilər. Misal üçün, insan yolla gedəndə başına nə isə düşə bilər, yolda hərəkət edən maşının təkəri partlaya bilər, həmin maşın da insanı vura bilər. Ancaq 240 km/saat sürətlə avtomobili idarə edərək, orta yoldan qıraq yola keçəsən və öz yolu ilə hərəkət edən piyadanın üzərinə çıxasan. Atamın 74 yaşı var idi, hər gün axşam parkda gəzirdi. Qəza olan da atam parkdan qayıdırdı.Yəni, bu böyük faciədir. Bu cür harın adamlar lazımı cəzalarını almasalar, onların qurbanları daha çox ola bilər. Mən Nail Allahverdiyevin layiqli şəkildə cəzalandırılmasını istəyirəm. Digər tərəfəndən isə mən özümün və ailəmin gələcəyinin sığortalanmasını istəyirəm. İstəmirəm ki, sabah oxşar hadisə mənim uşağımın da başına gəlsin.


“Bütün harın məmur övladlarının cəzalandırılmasını istəyirəm”

– Nail Allahverdiyev artıq həbs edilib. Bundan sonra nə tələbiniz var?

– Əsas tələbim Nailin layiqli cəza almasıdır. Tək Nail Allahverdiyevin deyil, bütün harın məmur övladlarının cəzalandırılmasını istəyirəm. Əgər bu gün biz bu hadisəyə sussaq və günahkarı bağışlasaq, sabah yenə də oxşar hadisələr təkrarlanacaq. Heç kəs deyə bilməz ki, sabah oxşar faciə ilə onlar üzləşməyəcəklər. Ona görə də biz bu hadisəyə susmalı deyilik, günahkarın cəzalandırılmasını tələb etməliyik. Əgər bu gün mən buna sussam və Nail Allahverdiyevi bağışlasam, sabah oxşar faciə qardaşımın və ya hər hansı qohumumun başına gəlsə, o zaman özümü bağışlaya bilməyəcəm. Ona görə də Nail həbs edilməli və layiqli cəzasını çəkməlidir ki, bu digər məmur övladlarına da dərs olsun. İstəyirəm ki, dövlətimiz bu cür günahkarlara ədalətli cəza kəssinlər. Çünki ölkə başçısı da dəfələrlə məmurlara xəbərdarlıq edib ki, övladlarınızın hərəkətlərinə nəzarət edin, harınlamağına imkan verməyin və sairə. İnanıram ki, Nail Allahverdiyev də ədalətli cəzasını alacaq. Daha 4-5 ay icbari cəza çəkməklə canını qurtara bilməyəcək. Yəqin ki, atamın ölümündə təqsirli bilinən şəxslərin layiqli cəza alması ilə bağlı ölkə Prezidentinə və Mehriban xanım Əliyevaya da müraciət edəcəyik. Mehriban xanımın qəbuluna düşməyə də çalışacam. Mən təhlükəsiz həyat yaşamaq istəyirəm. Axı nə üçün hansısa qudurğan məmur övladına görə Azərbaycanı tərk etməliyəm? Bura mənim də Vətənimdir. Mən bu torpaqda doğulmuşam və burada da yaşamaq istəyirəm. Bütün bunları hörmətli Mehriban xanıma müraciətimdə də qeyd edəcəm.


Bir məsələni də qeyd edim. Bilirsiniz, hadisə yeni törədiləndə atamın meyitini bizdən gizlətmək istəyirdilər. Qəza baş verən gecəsi polis atamın ölümü ilə bağlı bizə xəbər verməmişdi. Halbuki, atamın cibində hər zaman şəxsiyyət vəsiqəsinin və əlaqə üçün telefon nömrəsi olurdu. Onu biz bilərəkdən qoyurduq ki, başına iş gəlsə, xəbər edən olsun. Ancaq həmin nömrədən bizimlə heç kəs əlaqə saxlamamışdı. Atam hər gecə evə saat 12-dən gec gəlməzdi. Hadisə gecəsi isə saat təqribən 01:00 idi, atamdan xəbər yox idi, mən evdən çıxıb parka tərəf getdim, ancaq onu tap bilmədim. Həmin gecə saat 2-3 olardı ki, mən Polis İdarəsinə müraciət etdim. İdarədə bildim ki, atam rəhmətə gedib. Bütün bunlara görə də düşünürəm ki, atamın meyitini gizlətməyə çalışacaqdılar.

“Nailin ailəsi tərəfindən heç bir şirinikləşdirici təklif bizi maraqlandırmır”

– Nail Allahverdiyevin ailəsi tərəfindən bağışlanmaları xahiş olunsa, hansı addımı atardınız?

– Bilirsiniz, Nailin ailəsi tərəfindən heç bir şirinikləşdirici təklif bizi maraqlandırmır. Bunu ağlımızdan belə keçirmirik. Şükürlər olsun ki, evimiz var, birtəhər dolanırıq. Bizi maraqlandıran əsas məsələ odur ki, günahkarlar layiqli cəzasını çəksin.

– Digər valideyninizi nə vaxt itirmisiniz?

– Bəli, anam 2015-ci ildə dünyadan köçüb. Ailədə 4 övladıq, hazırda bu evdə bir bacım, bir də mən yaşayırıq. Böyük bacım və qardaşım ailə həyatı qurublar. 27 yaşım var. Bakı Musiqi Akademiyasını bitirmişəm.
Qeyd edək ki, müsahibimiz fotolarının çəkilməsini istəmədi. Bildirdi ki, sosial şəbəkələrdə bir qrup ağzına gələni yazan var. İstəmirəm fotolarımın altına rəy yazıb ürək bulandırsınlar. Dərdimiz özümüzə bəsdir. Biz də müsahibin xahişini nəzərə alaraq üzünü çəkmədik.


"Atamın meyitini bizdən gizlətmək istəyirdilər”
"Atamın meyitini bizdən gizlətmək istəyirdilər”
"Atamın meyitini bizdən gizlətmək istəyirdilər”






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müsavat başqanının müavini istefa verib
Bu gün, 11:57
Tovuzda azyaşlını it dişləyib
Bu gün, 11:56
Ermənistan ABŞ vətəndaşını terrorizmdə ittiham etdi
Bu gün, 11:52
Sumqayıtın bu yerində yaşayanlarda mutasiya baş verir - ŞOK
Bu gün, 11:50
Beynəlxalq hüquq Ermənistanı dalana dirəyib
Bu gün, 11:48
İraqdakı körpə uşaqların yaxınlarına ŞAD XƏBƏR - Dövlət hərəkətə keçdi
Bu gün, 11:45
Belarusda keçirilən sərgi-yarmarkada ən zəngin Azərbaycan stendi olub
Bu gün, 11:39
Azərbaycan iqtisadiyyatı 16% böyüyüb
Bu gün, 11:33
“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər
Bu gün, 11:30
Kəmaləddin Heydərov uşaqları sevindirdi
Bu gün, 11:25
Odessanın meri olmaq istəyirəm - Saakaşvili
Bu gün, 11:23
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirini qəbul edib
Bu gün, 11:19
Bakıda məktəb direktoru dünyasını dəyişdi
Bu gün, 11:18
“Qoca” ilə birgə qaçan məhbusun həbs müddəti uzadılıb
Bu gün, 11:18
“Ordumuza ən müasir silahlar verilib” - General Kərim Vəliyev
Bu gün, 11:12
Ağdaşda yeniyetmə qətlə yetirilib
Bu gün, 10:55
Yetim Eyvazın oğlu intihara cəhd etdi - VİDEO
Bu gün, 10:51
Azərbaycana qarşı qaz müharibələri: - banka şikayət yazıb 1.5 milyard dolları ləngidənlər kimlərdir...
Bu gün, 10:46
ABŞ 2019-cu ildə neft hasilatı üzrə Rusiyanı da qabaqlayacaq
Bu gün, 10:43
“Azəriqaz” həbsxananın borcunu səhv hesablayıb - MƏHKƏMƏ SİLDİ
Bu gün, 10:41
Binəqədi İcra hakimiyyətinin baş mühasibi həbs olundu - SƏBƏB
Bu gün, 10:38
"Azərişıq" borclu abunəçilərə xəbərdarlıq edib
Bu gün, 10:34
DSX-də 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib
Bu gün, 10:24
II Dünya müharibəsində əsir düşən azərbaycanlı İsveçrədə vəfat edib, meyiti yandırılıb
Bu gün, 10:20
Xalq artistinin oğlunun dəhşətli həyatı - “Yeməyə pul tapmıram...”
Bu gün, 10:15
Rusiya Türkiyədə hərbi baza yarada bilər
Bu gün, 10:12
Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib
Bu gün, 10:09
“AAAF İnşaat” 30 KİV-i məhkəməyə verdi - SİYAHI
Bu gün, 10:02
Prezident xalqı hökumətə qarşı mitinqə səslədi
Bu gün, 09:57
“Ayıq sürücü”lərin sərxoş hərəkətləri...
Bu gün, 09:49
ARDNF AÇG-dən 127,9 mlrd. dollar gəlir əldə edib
Bu gün, 09:47
Azərbaycan nefti 2%-dən çox ucuzlaşıb
Bu gün, 09:45
“Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik” - Bir günlük tələbələr
Bu gün, 09:44
“Bu qərar bizə təsir etmədi” - Netanyahudan Qüds açıqlaması
Bu gün, 09:41
Növbəti ildə hansı nazirliklər birləşdiriləcək?
Bu gün, 09:40
"Saqqalımın dinə heç bir aidiyyəti yoxdur" - Əməkdar artistin oğlu
Bu gün, 09:39
"Qarabağ"ın hücumçusu Çin klubuna keçə bilər
Bu gün, 09:35
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:26
Hansı rayonlarda “ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub - SİYAHI
Bu gün, 09:25
Hansı icra başçıları yola salınır? - İDDİA
Bu gün, 09:24
Bu gün Rəşid Behbudovun doğum günüdür...
Bu gün, 09:20
"Azərrabitəinşaat" maliyyə çətinliyi ilə üzləşib
Bu gün, 09:17
Cavid Qurbanov bunları BİLİRMİ? - GİLEY
Bu gün, 09:16
Azərbaycanda heyvanların müdafiəçisi din xadimlərini GÜNAHLANDIRDI
Bu gün, 09:14
Daha hansı dövlət qurumları ixtisar qərarı verəcək? - GƏLİŞMƏ
Bu gün, 09:12
Nazirliklər birləşdirilir, yeni qurumlar yaradılır - Belə deyirlər...
Bu gün, 09:10
Kreml seçkilərdə layiqli çox namizədlər görür, amma Putinə rəqib görmür
Bu gün, 09:03
Neft bahalaşıb
Bu gün, 09:02
Azad Rəhimovun qardaşı oğluna vəzifə verilib
Bu gün, 09:01
Putin Tehranda Əliyevdən nə xahiş edib - sensasion iddia
Bu gün, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru