Siyəzəndə qonşusunu ana söyüşünə görə bıçaqlayan şəxsin cəzası azaldılıb .....                     “Azərbaycan əsgərinin kefi duranda o təyyarələri vuracaq” .....                     Formula 1 yarışlarında sıralama turunda 4 pilot yarışı dayandırıb .....                     "Elmlə məşğulam, vaxtım yoxdur" .....                     İsraildən Azərbaycana yeni silahların gətirilməsi gözlənilir .....                     Əməliyyat olunan hamilə qadına səhv qan vurdular .....                     26 İyun - Şanlı Ordumuzun GÜNÜDÜR! .....                     Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan imtina edib .....                     Sabiq icra başçısı yeni biznesə başladı .....                     Ramil Usubov Qubada vətəndaşları qəbul etdi .....                     Baş prokurorluq Yasamaldakı qətllə bağlı .....                     UNEC-də millət vəkillərinin iştirakı ilə “Açıq qapı” .....                     Polis veteranları cəbhə bölgəsində .....                     "İslam Həmrəyliyi" ili çərçivəsində " Bizi birləşdirən milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib .....                     Daha yeddi bank filial və şöbəsi gücləndirilmiş iş rejiminə keçib .....                     Keçmiş icra başçısı görün, kimdən şikayət etdi .....                     Azərbaycanlı müğənni üçün özəl gün .....                     "Prezident İlham Əliyev kibertəhlükəsizlik sahəsinə böyük əhəmiyyət verir" .....                     Baş prokurorluq Əkrəm Həsənova xəbərdarlıq etdi .....                     Qalmaqallı kosmetoloq barədə yazılanlar yalan çıxdı: .....                     "Bank of Baku" keçmiş döyüşçünü, şəhid ailəsini məhkəməyə verdi .....                     “İqtidar-müxalifət dialoqu hər zaman baş tuta bilər” .....                     İki gün hava necə olacaq? .....                     "Biz terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik" .....                     "Formula-1" bolidinin qiyməti .....                     Qətər FETÖ-çuları deportasiya etməyə başladı .....                     Azərbaycanlı məmurun Mayamidə 8.5 milyon dollara iki mənzili üzə çıxdı .....                     Bakıda dəm qazından zəhərlənən qadın ölüb .....                     Azərbaycanın ABŞ-dakı səfiri riskli addım atdı .....                     Bakı sakininin avtomobilini qaçıran iki yeniyetmə qəza törədib .....                     "Ermənistanda əsasən cinayətkarlar yaxşı yaşayırlar" .....                     Bu ölkə Suriyaya ordu göndərməkdən imtina etdi .....                     Akkord qaz və lift pulunu yeyib: .....                     12 erməni hərbçi yaralandı .....                     Əməkdar artistin başına iş gəldi: .....                     Azərbaycan nefti bahalaşıb .....                     Amerikalı diplomat casusluqda ittiham edilib .....                     Zərdabdan şikayət var... .....                     Elçin Əmirbəyov Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi təyin edilib .....                     “Dağlar”ın məsul şəxsi haqda hökm dəyişmədi .....                 

Samir Şərifova qarşı komanda formalaşır? - İDDİA
Tarix: 19-06-2017, 12:18 | Çap et
Samir Şərifova qarşı komanda formalaşır?
Azərbaycan Beynəlxalq Bankının (ABB) borclarının restrukturlaşdırma müddətinin uzadılması maliyyə naziri Samir Şərifova əlavə imkanlar verib.

"Reytinq"ə daxil olan məlumatda bildirilir ki, Nyu-York məhkəməsinin ardınca London məhkəməsinin də ABB-nin borclarının restrukturlaşdırma müddətində onun kreditorlarını bankın aktivlərinə məhkəmə iddiası qaldırmaq imkanından məhrum etməsi nazir S.Şərifovun işinə yarayıb.

Bank sistemindən verilən məlumata görə, məhkəmənin bu qərarı Şərifovun nazir karyerasına yaranmış təhlükəni müəyyən müddətə önləyir: "Amma ABB ilə bağlı baş verənlər hələ arzulanan sonluqla bitməyib. Yəni bank xilas olunmayıb. Əksinə, ABB-də riskli aktivlərin həcminin böyük olması hələ də ciddi təhlükələrdən xəbər verir",- deyə qaynaq əlavə edib.

"BBC Azərbaycan"dakı geniş məqaləyə də toxunan maliyyəçinin iddiasına görə, həmin yazıdan aydın olur ki, hökumət sistemin əsasını təşkil edən bankın xilasına çalışıb:

"Bankın sağlamlaşdırılmasına iki ildə 9,9 milyard manat (5, 9 milyard dollar) xərclənib. Bu il bu məqsədlə demək olar, 5 milyard manat (2, 9 milyard dollar) xərclənəcək.

Bundan başqa, bankdakı likvidliyin saxlanması üçün burada 1, 3 milyard dollarlıq valyuta depozitləri yerləşdirilib. Lakin hazırda ABB-nin idarə olunmasında müstəsna söz sahibi olan Samir Şərifov bu qədər maliyyənin qarşılığında nəinki bankı bir addım qabağa aparıb, əksinə, elə bir durum yaranıb ki, sanki ayrılan maliyyə dərin quyunu doldurmaq üçündür".

Hazırda digər bir vacib məsələ ABB-nin 4 milyard dollara yaxın borcunu ödəyə bilməməsidir. S.Şərifovun qarşısında həm də bu borcun necə ödənməsi durur.

Məlumatlı şəxs deyib ki, hazırda ABB-nin "kölgəsinə sığınmış" Samir Şərifov mayın sonunda Londonda kreditorlarla görüşdə vəziyyətdən çıxmaq üçün onlara hədə-qorxu da gəlib:

"Londonda xarici kreditorlarla görüşən Şərifov orada ABB-nin onlara olan borclarını qiymətli kağızlar və ya bankın borc öhdəlikləri ilə əvəzlənməsini təklif edib. Üstəlik, bu zaman borcların 20 faizinin silinməsi təklifini də irəli sürüb. Bundan başqa, borc üzrə ödənişlərin 2022-ci ildən sonraya keçirilməsi istənilir. ABB-nin öhdəliklərinə görə, bu, 2017-2019-cu illərdə baş verməli idi. Təbii ki, belə dönüş investorların tamamilə mənfi reaksiyasına səbəb olub".

Qeyd edilir ki, qızğın müzakirələr zamanı S.Şərifov bütün iradları rədd edərək deyib ki, ABB-yə heç vaxt dövlət təminatı verilməyib. "Bu o deməkdir ki, hökumət, bank və onun borcları üçün məsuliyyət daşımır və borcun restrukturlaşdırılması üçün məsuliyyəti öz üzərinə götürmür. "Siz bunu başqa bir şey də adlandıra bilərsiniz, lakin bu, masa üstündə olan yeganə təklifdir",- deyib Şərifov".

Məlumata görə, Samir Şərifov Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı ilə birlikdə bəyan edib ki, restrukturlaşdırma planı qəbul edilməzsə, ABB bağlanacaq.

"Göründüyü kimi, talan olunmuş ABB-nin borclarına görə məsuliyətini etiraf edib, əməli addımlar atmaq əvəzinə, Samir Şərifov birbaşa investorları şantaj edib",- deyən mənbəmizin fikrincə, beynəlxalq reytinq təşkilatlarının da ABB-nin reytinqini ard-arda endirmələri vəziyyəti daha da gərginləşdirib:

"Sözsüz ki, ABB ilə bağlı məsələ nə vaxtsa bitəcək. Bu zaman soyuq başla Samir Şərifov və onun bankdakı müavininə qədər - hamısından hesab sorulacaq. ABB-nin Müşahidə Şurasında Samir Şərifovun müavini və Maliyyə Nazirliyinin daha bir neçə rəhbər şəxsi təmsil olunur. Onlar ABB-də əsas söz sahibi kimi Cahangir Hacıyevin dövründən təmsil olunsalar da, batırılan milyonlarla manatlıq kreditlərə görə məsuliyyətə cəlb olunmayıblar.

Diqqət edin, Cahangir Hacıyev həbs olunandan sonra ABB-nin Müşahidə Şurası yenidən təşkil edildi. Üzvlərinin sayı 5-dən 7-yə endirilsə də, yenə də Müşahidə Şurasının sədri vəzifəsinə maliyyə nazirinin müavini Azər Bayramov təyin olundu. Üstəlik, onunla yanaşı, Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov və nazirliyin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov yenə Şurada təmsil olundular. Cahangir Hacıyevdən sonra bankda iki dəfə rəhbər dəyişikliyi olsa da, bu adamlar sanki toxunulmazdır. Bəzi şəxslər iddia edir ki, Samir Şərifov bir neçə dəfə Azər Bayramovun bu vəzifədən kənarlaşdırılmasını istəsə də, kimlərsə buna imkan verməyib".

Sonda mənbə iddia edib ki, Maliyyə Nazirliyindəki vəzifəli şəxsləri öz komandasına cəlb etməyə çalışan Azər Bayramov nazirlik daxilində çox güclənib. "Azər Bayramov nazirlikdəki həmyerliləri və uzun illər bir yerdə işlədikləri xidmət rəislərini ətrafına toplayaraq, komandasına əlavə üstünlüklər qazanıb. Bu isə Samir Şərifovun artıq onunla bacara bilmədiyi görüntüsünü yaradır",- deyən mənbə fikrini tamamlayıb.






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Siyəzəndə qonşusunu ana söyüşünə görə bıçaqlayan şəxsin cəzası azaldılıb
24-06-2017, 17:36
“Azərbaycan əsgərinin kefi duranda o təyyarələri vuracaq”
24-06-2017, 17:34
Formula 1 yarışlarında sıralama turunda 4 pilot yarışı dayandırıb
24-06-2017, 17:31
"Elmlə məşğulam, vaxtım yoxdur" - Tağı Əhmədov
24-06-2017, 17:29
İsraildən Azərbaycana yeni silahların gətirilməsi gözlənilir
24-06-2017, 17:25
Əməliyyat olunan hamilə qadına səhv qan vurdular - Bakıda ŞOK HADİSƏ
24-06-2017, 17:21
26 İyun - Şanlı Ordumuzun GÜNÜDÜR!
24-06-2017, 17:15
Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan imtina edib
24-06-2017, 17:14
Sabiq icra başçısı yeni biznesə başladı - İDDİA
24-06-2017, 17:13
Ramil Usubov Qubada vətəndaşları qəbul etdi
24-06-2017, 17:12
Baş prokurorluq Yasamaldakı qətllə bağlı MƏLUMAT YAYDI
24-06-2017, 17:10
UNEC-də millət vəkillərinin iştirakı ilə “Açıq qapı” - FOTOLAR
24-06-2017, 17:08
Polis veteranları cəbhə bölgəsində - FOTOLAR
24-06-2017, 17:04
"İslam Həmrəyliyi" ili çərçivəsində " Bizi birləşdirən milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib - FOTOLAR
24-06-2017, 17:00
Daha yeddi bank filial və şöbəsi gücləndirilmiş iş rejiminə keçib
24-06-2017, 16:57
Keçmiş icra başçısı görün, kimdən şikayət etdi - İTTİHAM VAR
24-06-2017, 16:56
Azərbaycanlı müğənni üçün özəl gün
24-06-2017, 12:43
"Prezident İlham Əliyev kibertəhlükəsizlik sahəsinə böyük əhəmiyyət verir" - Yevgeni Kasperski
24-06-2017, 12:32
Baş prokurorluq Əkrəm Həsənova xəbərdarlıq etdi - RƏSMİ
24-06-2017, 12:30
Qalmaqallı kosmetoloq barədə yazılanlar yalan çıxdı: - “Ağ yalandır, biabırçılıqdır”
24-06-2017, 12:26
"Bank of Baku" keçmiş döyüşçünü, şəhid ailəsini məhkəməyə verdi — SKANDAL
24-06-2017, 12:22
“İqtidar-müxalifət dialoqu hər zaman baş tuta bilər” - YAP
24-06-2017, 12:17
İki gün hava necə olacaq?
24-06-2017, 12:15
"Biz terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik" - Prezident İlham Əliyev
24-06-2017, 12:14
"Formula-1" bolidinin qiyməti - Ən ucuzu 7 milyondur
24-06-2017, 12:12
Qətər FETÖ-çuları deportasiya etməyə başladı
24-06-2017, 12:09
Azərbaycanlı məmurun Mayamidə 8.5 milyon dollara iki mənzili üzə çıxdı
24-06-2017, 12:07
Bakıda dəm qazından zəhərlənən qadın ölüb
24-06-2017, 12:05
Azərbaycanın ABŞ-dakı səfiri riskli addım atdı
24-06-2017, 11:43
Bakı sakininin avtomobilini qaçıran iki yeniyetmə qəza törədib
24-06-2017, 11:39
"Ermənistanda əsasən cinayətkarlar yaxşı yaşayırlar" - deputat
24-06-2017, 11:35
Bu ölkə Suriyaya ordu göndərməkdən imtina etdi
24-06-2017, 11:22
Akkord qaz və lift pulunu yeyib: “Uğur-2” və “Abşeron” zülm çəkir – Faktlar
24-06-2017, 11:21
12 erməni hərbçi yaralandı
24-06-2017, 11:18
Əməkdar artistin başına iş gəldi: - "Qanı saxlaya bilmirdilər..."
24-06-2017, 11:08
Azərbaycan nefti bahalaşıb
24-06-2017, 11:03
Amerikalı diplomat casusluqda ittiham edilib
24-06-2017, 10:58
Zərdabdan şikayət var... - VİDEO
24-06-2017, 10:57
Elçin Əmirbəyov Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi təyin edilib
24-06-2017, 10:51
“Dağlar”ın məsul şəxsi haqda hökm dəyişmədi
24-06-2017, 10:49
Rusiyadan Azərbaycana müasir silahlar gətirildi - FOTO+VİDEO
24-06-2017, 10:46
Azərbaycanda kütləvi dava olub: - kişi və qadın xəsarət alıb
24-06-2017, 10:30
Azercell-dən SimSim abunəçilərinə bayram hədiyyəsi
24-06-2017, 10:29
Ordumuzun yubiley medalı kimlərə veriləcək...
24-06-2017, 10:25
FETÖ ilə əlaqədə ittiham olunan sabiq məmur Bakı küçələrində - FOTOLAR
24-06-2017, 10:24
İŞİD terrorçuları MDB-yə qayıdır - Novikov
24-06-2017, 10:20
Rusiya millisi üçün son şans
24-06-2017, 10:17
“Xalq öz ordusuna inanır, gücünə güvənir” - Zakir Həsənov
24-06-2017, 10:11
Gədəbəyin icra başçısı haqda daha bir iddia - Belə deyirlər...
24-06-2017, 10:07
Tufan ABŞ-da "Boeing"ləri sıradan çıxardı
24-06-2017, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru