Lerikdə qar uçqununun altından çıxarılan 8 aylıq körpənin vəziyyəti normallaşıb .....                     “MDB ölkələrinin 9 mindən çox sakini Suriyada vuruşur” .....                     "Bakı silahlanmaqda, İrəvan isə susmaqda davam edir" .....                     Əl-Bab şəhərinin böyük hissəsində nəzarət təmin edilib .....                     Bərdədə orta məktəbin həyətində tank mərmisi tapılıb .....                     Həbs ediləcəyini düşünən qadın zəhər içdi .....                     Sərkisyanın əleyhinə imza atmayan azərbaycanlılar .....                     Masallıda qanunsuz dini fəaliyyətlə məşğul olan şəxs həbs edilib .....                     Azərbaycan ordusunun cəbhəboyu zonada yeni təlim mərkəzinin və qərargah binasının açılışı olub .....                     Dollar manata qarşı möhkəmləndi .....                     Tovuzda raket qalıqları tapılıb .....                     Ət sürətlə bahalaşır, heyvan qıtlaşır... .....                     BQXK nümayəndələri bloger Aleksandr Lapşinə baş çəkiblər .....                     Britaniya parlamentində “Xocalı Sülh Mükafatı”nın təqdimatı olub .....                     Xanım futbol şərhçisindən qlamur .....                     Allahşükür Paşazadə ilə II İliya arasında telefon danışığı olub .....                     "Qaçqınkom" şefinin bundan xəbəri varmı? .....                     "Sənin ananın adı İlhamə yox, Lalədir" .....                     Ukraynadakı səfirliyimizin əməkdaşı ermənilərlə bir arada .....                     Lapşinin anası Bakıda .....                     Naxçıvan MR-in Konstitusiyasına dəyişikliklər .....                     Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr daha da genişlənir .....                     Şəhid övladlarını sevindirməkdən qürur hissi duyuruq .....                     "Avropa ölkələrinin gözü Azərbaycandadır" .....                     Bakıda saxta viza düzəldənlər peyda olub .....                     Kürdəmir sakini əmisi oğlunu bıçaqlayıb .....                     “Bircə İsraildə Azərbaycan səfirliyi də açılsaydı...” .....                     Təmas xəttində kritik eskalasiya: düşmən qüvvələri niyə cəmləşir .....                     Ukraynada deputatı qaçırdılar .....                     Çamadanın qulpundan narkotik vasitələr çıxdı .....                     "İran şirkətləri Azərbaycanın qeyri-neft sektoruna 150 mln. dollar yatırıb" .....                     Rusiya Donetsk və Luqansk “xalq respublikaları”na daş kömür ixracına başladı .....                     SOCAR OPEC-in razılaşmasındakı boşluqdan istifadə edib .....                     Sumqayıt Dövlət Universiteti ilə "Azərişıq" ASC-nin Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalandı .....                     Nəsimi rayon ictimaiyyəti Gənc Tamaşaçılar Teatrında .....                     "Orxan sələmə pul götürüb İlhaməyə yas verdi" .....                     Prezident İlham Əliyev Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirini qəbul edib .....                     Rusların Ermənistana səfəri yolunda pasport maneəsi .....                     Zaqatalada fındıq bağlarında yanğın olub .....                     Zaurun proqramındakı ekspert axtarışa verildi .....                 

“BakuBus”ın batırdığı milyonlar - Nəqliyyat sistemini niyə iflic edirlər?
Tarix: 11-01-2017, 13:39 | Çap et
“BakuBus”ın batırdığı milyonlar
Azərbaycanda nəqliyyat sektoruna milyonların ayrılmasına baxmayaraq, bu sahədə vəziyyət getdikcə pisləşir. Marşrutların düzgün nizamlanmaması, əhaliyə lazımi səviyyədə xidmət göstərməməsi, tez-tez qəzaların baş verməsi artıq günün probleminə çevrilməyə başlayıb.

BakiPost.az xəbər verir ki, geridə qoyduğumuz ilin son ayında sərnişin avtobusu sürücülərinin törətdiyi yol qəzalarının sayı xeyli artıb və bu qəzaların bir çoxunda insan ölümü qeydə alınıb. Təkcə bu ilin dekabr ayı ərzində 10-a yaxın avtobus sürücüsü qəza törədib. Qəzaların çoxu avtobusların piyadaları vurması ilə nəticələnib. Belə ki, dekabrın 22-də Bakının Suraxanı rayonunda 132 saylı marşrut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən "DAEWOO” markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Eldar Abış oğlu Fərəcovu vurub. O, hadisə yerindəcə dünyasını dəyişib.

Digər hadisədə isə sərnişin avtobusu qadını vurub. Həmin şəxs də hadisə yerində ölüb.

Qeyd edək ki, ötən il baş verən yol qəzalarının bir qismini məhz avtobus sürücüləri törədib. Bu da hazırda Bakı sərnişinnəqliyyatının iflic vəziyyətdə olmasının tam sübutudur.

Ekspertlər isə düşünürlər ki, problemin əsas səbəbi nəqliyyat sisteminin düzgün qurulmamasıdır. Halbuki, Bakı Nəqliyyat Agentliyi yaradıldı və bu qurum problemləri həll edəcəyinə dair böyük vədlər verdi. Bu vədlərdən bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də vəziyyət acınacaqlı olaraq qalır.

Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bildirib ki, Bakı Nəqliyyat Agentliyi (BNA) yaradıldığı gündən heç bir dəyişiklik olmayıb. Onun fikrincə, böyük məbləğdə vəsait xərclənməsinə baxmayaraq, heç bir köklü yenilik yoxdur: "Qış aylarında nəqliyyatdan istifadə daha da çətinləşib. Bir daha baş verənlər onu göstərir ki, qaydalara əməl olunmur. Həddindən artıq sərnişin götürmə, sürücülərin planlarının artırılması bu sahədəki çatışmazlıqlardandır. Qaydalara əməl olunmadığı halda, belə hadisələr baş verir”.

Qeyd edək ki, əvvəllər Bakıda tıxac olsa da, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yarandığı ilk vaxtlar küçələrdə quraşdırılan monitorlarda heç olmasa tıxaclı ərazilər göstərilirdi. Bu gün isə nə həmin monitorlar, nə də dayanacaqlarda quraşdırılan məlumat tabloları işləmir. Onun əvəzinə isə, BNA dayanacaqlara Sovet dövrünün nümunəsinə əsaslanaraq yazılı məlumatlar qoyur.

2011-ci ilin noyabr ayından intellektual idarəetmə sisteminin tətbiqinə başlanıb, sistem öncələr işləsə də, hazırda həmin sistem iflasa uğrayıb. Dayanacaqlarda quraşdırılan məlumat tabloları isə sökülməyə başlanıb.

Paytaxt nəqliyyatındakı digər problemlərdən biri isə sərnişin avtobuslarında quraşdırılan monitorlarla bağlıdır. Avtobus sürücüləri deyirlər ki, avtobuslar arasındakı intervalı tənzimləmək üçün nəzərdə tutulmuş monitorların birinin dəyəri təqribən 1000 manatdır. Lakin 1900 avtobusa quraşdırılan monitorlar qısa müddətdə sökülərək dəyərsiz əşya kimi atılıb.

M.Rüstəmov deyir ki, bu işə başlayanların özləri də yaxşı bilirdilər ki, Bakıda mövcud problemlər köklü şəkildə həll olunmasa, vəziyyət daha da pisə doğru gedəcək:

"Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə indi ayrılan məbləğin böyüklüyünə baxmayaraq, sistem tam yararsız vəziyyətdə işini davam etdirir. Bu sistemin düzgün işləməsi nəqliyyatda hər şeyin qüsursuz olması demək idi. Məsələn, hansısa yolda tıxac olarsa, dərhal avtomatik olaraq sürücülərə alternativ yol göstərilirdi. Marşrut xətlərinin qrafikdən çıxmasının qarşısı alınırdı. Düşünürəm ki, hazırda bu quruma vəsait ayrılması kor-koranə olaraq büdcədən pulların xərclənməsidir”.

Dövlət büdcəsindən xərclənən böyük miqdarda vəsaitə baxmayaraq, yeni yaranan BNA özündən əvvəlki NİİM-i də iflic vəziyyətinə salıb. Əvəzində isə vəd edilmiş əvəzedilməz sistem yaratmaq iddiası ilə çıxış edib. Qurumdan bildirilirdi ki, Bakıda mövcud sıxlıq aradan qaldırılacaq və sərnişin avtobusları saat kimi işləyəcək. Lakin gün keçdikcə avtobusların sistemlə işləməsi vədləri də puç olmağa başlayıb.

"Marşrut xətlərində müəyyən ixtisarlar aparılıb. Bildirilir ki, yenidən bu sahədə ixtisarlar aparılacaq. Bizim müşahidələrimiz isə onu göstərir ki, bu sistem düzgün qurulmayıb. "BakuBus”ın əhatə etdiyi ərazilər, onunla paralel işləyən digər marşrut xətlərinə fikir verdikdə görərik ki, sistem qurularkən sərnişinlər nəzərə alınmayıb. "BakuBus” şirkəti paytaxtın əsas ərazilərini öhdəçiliyə götürüb, digər ərazilər onun üçün maraqlı deyil”, - deyə M. Rüstəmov bildirib.

Qeyd edək ki, əvvəllər xəttə buraxılan "BakuBus” avtobusları heç olmasa normal işləyirdi. Son aylarda isə bu avtobuslardan da şikayət xeyli artıb.

M.Rüstəmov deyir ki, bu, işə rəhbərlik edən şəxslərin artıq qazanmaq istəyindən irəli gəlir: "Bir müddət "BakuBus” avtobus xətləri normal işlədi. Amma indi qrafiklərdə pozulma var. Xətlərin bəzilərinin istiqaməti qısaldılıb. Lakin bu zaman da, sərnişinlərin maraqları qətiyyən nəzərə alınmayıb. Çünki daşıyıcının əsas məqsədi sərnişini mənzil başına çatdırmaq olmalıdır”.

Sərnişinlər də paytaxtda sərnişin avtobuslarının vaxtında işləməməsindən şikayət edirlər. Ən çox şikayətlər isə "BakuBus” avtobuslarından gəlir.

Kamil Əhmədov adlı sərnişin bu sistemin tətbiqindən sonra ümumiyyətlə, avtobusların çox pis işləməsindən şikayətlənir: "Əvvəllər yenə sıxlıq olsa da, avtobuslar vaxtlı-vaxtında işləyirdi. İndi avtobusların arasındakı interval artıb. Bir istiqamətə ancaq "BakuBus” avtobusu gedir. Elə vaxt olur ki, onu da uzun müddət gözləyirsən, gəlib çıxmır”.

Ekspert deyir ki, belə problemlər yeni sistemin təşkilində qüsurların olmasından xəbər verir. İslahatların keçirilməsi yalnız yeni avtobusların alınması demək deyil: "Bütün bu problemlərin əvvəli işə götürən tərəfin məsuliyyətsizliyi səbəbindən başlanır. Bu xətlərin kimin əlində olması, işə götürənlə sürücülər arasında müqavilələrin düzgün olmaması, yeyinti amilinin mövcudluğu, marşrut xətləri arasında rəqabətin olmaması, bu sahənin inhisarçılığa keçirilməsi mövcud problemləri daha da qabarıq şəkildə göstərir. Nəqliyyatın bir şirkət tərəfindən idarə edilməsi, xidmət keyfiyyətinin aşağı səviyyədə olmağına səbəb olur. Burada rəqabət yoxdur.

Nəqliyyat üzrə ekspert Tural Yusifov açıqlamasında bildirib ki, görülən işlər ancaq kosmetik xarakter daşıyır:

"Burada sürücünün günahı yoxdur. Birinci, sürücünü xəttə buraxan marşrut sahibinin günahı var. Həmin sahibkara lisenziyanı kim verib? Hazırda bu funksiyanı Bakı Nəqliyyat Agentliyi görür. Qurum bir ildir yaranıb. Ancaq kosmetik dəyişiklik olunur. Açığı, burada BNA kənarda qalıb. Avtobuslar, onların qarajları texniki tələblərə cavab vermir. Avtobuslar alındığı illərin tələblərinə də cavab vermirdi. Ancaq alıblar, işlədiblər. Çox təəssüflər ki, paytaxt sərnişinnəqliyyatının sistemi qurularkən lazımı tövsiyələr nəzərə alınmır. Təcrübəli insanların biliyindən istifadə edilmir. Kim necə gəldi, harda gəldi sistem qurur. Təki desinlər ki, guya iş görülüb. Bu işin müqabilində də böyük miqdarda pullar silinsin”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lerikdə qar uçqununun altından çıxarılan 8 aylıq körpənin vəziyyəti normallaşıb
Dünən, 18:07
“MDB ölkələrinin 9 mindən çox sakini Suriyada vuruşur” - Putin
Dünən, 18:06
"Bakı silahlanmaqda, İrəvan isə susmaqda davam edir" - Ermənistan mətbuatı
Dünən, 18:03
Əl-Bab şəhərinin böyük hissəsində nəzarət təmin edilib - Türkiyənin Müdafiə naziri
Dünən, 17:55
Bərdədə orta məktəbin həyətində tank mərmisi tapılıb - FOTO
Dünən, 17:54
Həbs ediləcəyini düşünən qadın zəhər içdi - Bakıda
Dünən, 17:38
Sərkisyanın əleyhinə imza atmayan azərbaycanlılar
Dünən, 17:36
Masallıda qanunsuz dini fəaliyyətlə məşğul olan şəxs həbs edilib - FOTO
Dünən, 17:35
Azərbaycan ordusunun cəbhəboyu zonada yeni təlim mərkəzinin və qərargah binasının açılışı olub - FOTOLAR
Dünən, 17:21
Dollar manata qarşı möhkəmləndi - MƏZƏNNƏ
Dünən, 17:18
Tovuzda raket qalıqları tapılıb - FOTO
Dünən, 17:14
Ət sürətlə bahalaşır, heyvan qıtlaşır... - BÖHRAN
Dünən, 17:12
BQXK nümayəndələri bloger Aleksandr Lapşinə baş çəkiblər
Dünən, 17:11
Britaniya parlamentində “Xocalı Sülh Mükafatı”nın təqdimatı olub - FOTO
Dünən, 17:02
Xanım futbol şərhçisindən qlamur – fotosessiya
Dünən, 16:58
Allahşükür Paşazadə ilə II İliya arasında telefon danışığı olub
Dünən, 16:45
"Qaçqınkom" şefinin bundan xəbəri varmı? - ŞİKAYƏT VAR
Dünən, 16:43
"Sənin ananın adı İlhamə yox, Lalədir" - İlhamə Quliyevanın bacısından Orxana
Dünən, 16:36
Ukraynadakı səfirliyimizin əməkdaşı ermənilərlə bir arada - ŞOK FOTO
Dünən, 16:33
Lapşinin anası Bakıda - oğlu ilə görüşdü, yeni vəkil tutdu
Dünən, 16:28
Naxçıvan MR-in Konstitusiyasına dəyişikliklər qəbul edilib
Dünən, 16:27
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr daha da genişlənir
Dünən, 16:25
Şəhid övladlarını sevindirməkdən qürur hissi duyuruq
Dünən, 16:13
"Avropa ölkələrinin gözü Azərbaycandadır" - Natiq Əliyev
Dünən, 16:11
Bakıda saxta viza düzəldənlər peyda olub - Yüzlərlə qurban var/ FOTOFAKT
Dünən, 16:06
Kürdəmir sakini əmisi oğlunu bıçaqlayıb
Dünən, 16:02
“Bircə İsraildə Azərbaycan səfirliyi də açılsaydı...” - deputat
Dünən, 16:00
Təmas xəttində kritik eskalasiya: düşmən qüvvələri niyə cəmləşir
Dünən, 15:58
Ukraynada deputatı qaçırdılar
Dünən, 15:56
Çamadanın qulpundan narkotik vasitələr çıxdı - fotolar
Dünən, 15:54
"İran şirkətləri Azərbaycanın qeyri-neft sektoruna 150 mln. dollar yatırıb"
Dünən, 15:38
Rusiya Donetsk və Luqansk “xalq respublikaları”na daş kömür ixracına başladı
Dünən, 15:35
SOCAR OPEC-in razılaşmasındakı boşluqdan istifadə edib - TƏHLİL
Dünən, 15:29
Sumqayıt Dövlət Universiteti ilə "Azərişıq" ASC-nin Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalandı
Dünən, 15:24
Nəsimi rayon ictimaiyyəti Gənc Tamaşaçılar Teatrında - FOTOLAR
Dünən, 15:23
"Orxan sələmə pul götürüb İlhaməyə yas verdi"
Dünən, 15:16
Prezident İlham Əliyev Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirini qəbul edib
Dünən, 15:13
Rusların Ermənistana səfəri yolunda pasport maneəsi
Dünən, 15:11
Zaqatalada fındıq bağlarında yanğın olub
Dünən, 15:00
Zaurun proqramındakı ekspert axtarışa verildi
Dünən, 14:53
Bakı Metropoliteni gücləndirilmiş rejimə keçəcək - SƏBƏB?
Dünən, 14:50
MTN generallarının məhkəməsi açıq keçiriləcək - DÖVLƏT SİRRİ TƏŞKİL EDƏN EPİZODLAR İSTİSNA OLMAQLA
Dünən, 14:47
“Krımı hərbi yolla qaytarmaq olmaz” - Mustafa Kırımoğlu
Dünən, 14:41
Əməkdar artist nənə olacaq
Dünən, 14:39
Astara gömrüyündə özbaşınalıq... - 'Bura cəhənnəm qapısıdır'
Dünən, 14:37
Cavid Qurbanov haqqında ilginc iddialar - Belə deyirlər...
Dünən, 14:35
Bu ailə 11 gündür küçələrdə qalıb - VİDEO
Dünən, 14:33
Vergilər Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq edib
Dünən, 14:30
“Kişilik bazarda satılsaydı, 5 kq alıb qapısına qoyardım” - Tolik
Dünən, 14:29
Azərbaycan da bu hədəfin bir hissəsidir - Şefçoviç
Dünən, 14:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru