Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək .....                     "Kəpəz" komandasının baş məşqçisi istefa verib .....                     Hüseyn Paşayevə “Əməkdar jurnalist” fəxri adı verilib .....                     Ermənistan ordusunda “dedovşina” .....                     NATO-nun Türkiyəyə qarşı bu hərəkəti millətin dəyərlərinə hörmətsizlikdir .....                     Mərhum jurnalist Elmira Əmrahqızının kitabının təqdimatı olub .....                     Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib .....                     Azərbaycanda regionların kreditləşməsi 18% azalıb .....                     Zaqatalada fındıq festivalı keçirilib .....                     İnzibati rəhbər vəzifələrə keçirilən imtahanda 13 namizəd uğur qazanıb .....                     Zimbabvedə Muqabenin istefasının tələbi ilə yürüş keçirilir .....                     Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə .....                     CHP Ərdoğanı müdafiə etdi .....                     Günəş və külək enerjisi istehsalı azalıb, bəs Akim Bədəlov hara baxır? .....                     Erməni boksçu hərbi hissədə "qaydasız döyüşlər" keçirir: .....                     "Bunu heç bir formada əsaslandırmaq mümkün deyil" .....                     Bakıda fəhlənin uçquna düşdüyü yerdə nə baş verib? .....                     Tovuzda 12 yaşlı uşaq ağacdan yıxılıb .....                     Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb .....                     Oğurluq edən şəxs yaxalandı .....                     Polis itkin düşən şəxsi tapıb, ailəsinə təhvil verib .....                     Azərbaycanda pilotsuz uçan aparatları elektron formada qeydiyyatdan keçirmək mümkün olacaq .....                     Ağsaqqallar Şurası imkansız ailələrin uşaqları üçün xeyriyyə tədbiri keçirib .....                     Hədəf Ərdoğan yox, Türkiyədir .....                     “Ehtiyatlı olun, Azərbaycan ordusu çox güclü zərbə endirəcək...” .....                     Azərbaycanda günəş və külək enerjisi istehsalı azalıb .....                     Lavrov niyə gəlir? .....                     Bakıda narkotik tərkibli həblər satan əczaçı tutulub .....                     ABŞ azərbaycanlıdan Türkiyəyə qarşı dəyənək hazırlayır .....                     "Yeni imicim hamını şoka salacaq" .....                     Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək .....                     İstirahət günü Azərbaycanda hava yağmursuz olacaq .....                     AFFA-dan geri addım: .....                     Mənzillərə istiliyin verilməsi gecikir .....                     Şirvanda polis özünə xəsarət yetirmək istəyən şəxsin .....                     Hövsanda avtomobillərin ehtiyat hissələrini oğurlayan dəstə zərərsizləşdirilib .....                     “Başçı burada yoxdur, gələr təsdiq etdirərəm” .....                     Bakıya gələn ərəblər quşlarına görə hava limanında saxlanıldılar .....                     Şəhriyarın xatirəsinə hörmətsizlik edildi .....                     Separatizmə dəstək verən laçınlı məmur işdən qovuldu? .....                 

Azərbaycanı İŞİD-lə müharibəyə cəlb etmək planı
Tarix: 11-01-2017, 09:02 | Çap et
Azərbaycanı İŞİD-lə müharibəyə cəlb etmək planı
Rəsmi Bakının İŞİD-ə qarşı mübarizəni özünün prioriteti hesab edən İslam Hərbi Alyansına daxil olmasına razılıq qərarı verdiyi barədə xəbər Azərbaycan XİN tərəfindən təkzib edilsə də, bu mövzu ilə bağlı müzakirələr davam edir.

Xüsusilə də xəbərin Azərbaycanın ən yaxın müttəfiqlərindən olan Pakistan dövlətinə məxsus media qurumunda - “dunyanews”də yayılması suallar doğurdu. İlkin baxışda burada qeyri-adi bir şey olmadığını demək olardı. Lakin söhbət Azərbaycanı da vaxtaşırı təhdid edən terrorçu bir təşkilata qarşı açıq müharibə aparacağını bəyan edən alyansa üzvlükdən gedir ki, bu da “arı yuvasına çöp soxmaq” anlamını verir. Düzdür, Azərbaycan özü də terrordan əziyyət çəkən bir ölkədir və antiterror koalisiyasının üzvü olaraq qalır. Ancaq Qoşulmamaq Hərəkatının üzvü olduğu halda, Bakının hansısa bir hərbi alyansa üzv olmağa qərar verdiyi xəbəri sağlam niyyətlərə xidmət etmir.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, belə bir alyansın yaradılması təqdirəlayiqdir: “Məlumdur ki, İslam Hərbi Alyansı adlanan qurum 34 İslam dövlətinin yaratdığı hərbi bir blokdur, əsas məqsədi isə İŞİD və ümumiyyətlə, terrorla mübarizədir. Bu alyansın yaradılması haqqında Səudiyyə Ərəbistanı bir il öncə, daha doğrusu, 2015-ci ilin dekabrında bəyanat yaydı. Maraqlı məqam ondan ibarətdir ki, İŞİD-in fəaliyyətindən ən çox zərər çəkən İraq və Suriya bu alyansa qoşulmadı. Bundan başqa, İran və Oman da burada təmsil olunmurlar. Hətta Pakistan və bir sıra dövlətlər də bu alyansa üzv olduqlarından sonradan xəbər tutublar. İslam inanclı olmayan bir neçə dövlətin də buraya daxil olması maraqlı məqamlardandır. Yəni bu alyansda müəmmalı məqamlar mövcuddur.

Təsəvvür edin ki, istər Suriya, istərsə də İraq ərazisində İŞİD-lə mübarizə aparmaq üçün alyans bu dövlətlərdən icazə almalıdır. Yəqin ki, bu koalisiyanın yaranmasına əsas səbəb ABŞ-ın bir müddət əvvəl məhz ərəb dövlətlərinin İŞİD-ə qarşı mübarizəsində daha maraqlı olmasından danışmasıdır. Rusiya isə bu koalisiyanın yaranmasına ehtiyatla yanaşdı”. Azərbaycana gəldikdə, A.Nağıyev hesab edir ki, bu alyansın dəqiq bir məqsədi olmadığı üçün quruma münasibətdə ehtiyatlı olmaq tələb olunur: “Bu gün Azərbaycanın dəqiq məram və məqsədi olmayan belə bir alyansa daxil olması bir tərəfdən müsbət hal olsa da, digər tərəfdən mənfi bir tendensiyalardan sığortalanmaması deməkdir. Söhbət heç də İŞİD təhdidlərindən və ya digər problemlərdən getmir. Sadəcə olaraq, tam şəkildə bu alyansın strukturuna, məqsədinə aydınlıq gəlmədiyi üçün hərtərəfli təhlil edilməsinə ehtiyac var”.

Politoloq Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a açıqlamasında məlumatı ilk olaraq dövriyyəyə buraxan xarici media qurumu ilə bağlı ilginc məlumatlar verdi və şübhələrimizin əbəs olmadığını təsdiqlədi: “"Dunyanews” Pakistanda 24 saat yayımlanan televiziya və internet media şəbəkəsidir. 2008-ci ildə yaradılıb. Şəbəkəyə ABŞ demokratları ilə yaxından əlaqəsi olan, bu ölkənin bir çox ştatları ilə media sahəsində əməkdaşlıq edən Amer Mahmud adlı siyasətçi və köşə yazarı rəhbərlik edir. Amer Mahmud Çikaqonun sabiq meri, ABŞ demokratlarının təmsilçisi, öz ölkəsinin nüfuzlu siyasətçilərindən olan Riçard Maykl Deyli ilə sıx əlaqələrə malikdir. Amer Mahmud bu əlaqələrə Pakistanın Lahor vilayətinin meri seçildikdən sonra nail olub. Maraqlıdır ki, Amir Mahmudun İranla da yaxın əlaqələri var. Belə ki, Lahor vilayətinin Məşhəd və İsfahan şəhərləri ilə qardaşlaşmasına və yaxın ticarət əlaqələri qurmasına məhz o nail olub". Politoloq qeyd etdi ki, Pakistanda çoxsaylı telekanallar və digər KİV resursları olduğu halda, “dunyanews” şəbəkəsinin qısa bir müddətdə məşhurlaşmasının da səbəbini məhz Amir Mahmudun şəxsi əlaqələrində axtarmaq lazımdır: “Diqqətinizə çatdırdığım məlumatları təhlil etdiyimiz zaman Azərbaycanın İslam Hərbi Alyansına qoşulması barədə məlumatların haradan və nədən qaynaqlandığını müəyyənləşdirə bilərik. Bu səbəbdən də mən ”dunyanews.tv" saytı vasitəsilə yayımlanan məlumatda Azərbaycanın adının hallanmasını təsadüfi saymıram. Burada məqsəd İŞİD-in hədələrindən daha çox Azərbaycanın Yaxın Şərq bataqlığına sürüklənməsi ilə də bağlı ola bilər. Digər tərəfdən, İran İslam Hərbi Alyansına aşırı aqressiya ilə yanaşır".

Bu mənada E.Mirzəbəyli hesab edir ki, Azərbaycanla bağlı məlumat İranın qıcıqlanmasına da xidmət edə bilər: “Yaxud Amir Mahmudun İranla əlaqələrinin də olduğunu nəzərə alsaq, məlumatın məhz Tehrandan ötürüldüyü qənaətinə də gəlmək olar. Ola bilsin ki, İranda hansısa dairələr Azərbaycan əleyhinə daxili arqumentlərini gücləndirmək istəyirlər. Bütün hallarda bu məlumatın daha çox təxribat xarakterli kəşfiyyat məlumatına bənzədiyini deyə bilərik”. Bəs ümumilikdə Bakının sözügedən alyansda təmsilçiliyi reallaşa bilərmi? E.Mirzəbəyli: “Azərbaycanın nə hərbi, nə də təhlükəsizlik doktrinası, eləcə də Qoşulma Hərəkatına üzvlüyümüz bizim belə bir alyansa qoşulmağımıza imkan vermir. Əks təqdirdə, biz digər hərbi-siyasi bloklara qoşulmağımızla bağlı arqumentlərimizin üzərindən xətt çəkə bilərik. Qənaətimə görə, bu informasiya təxribatı daha ciddi şəkildə təhlil olunmalı və nəticə çıxarılmalıdır”.

Bu yerdə bir faktı xatırlatmağa lüzum var. Hələ 2015-ci ilin dekabrında da mətbuata belə bir məlumat sızmışdı ki, Azərbaycan yenə ciddi seçim qarşısında qalıb. O zaman Səudiyyə Ərəbistanı elan etmişdi ki, terrorçuluğa qarşı mübarizə üçün İslam ölkələrindən ibarət koalisiya formalaşdırır. Hətta 34 ölkənin daxil olduğu antiterror koalisiyasının birgə bəyanatı da yayılmışdı. Qeyd olunurdu ki, Səudiyyə Ərəbistanı Azərbaycanı da koalisiyaya dəvət edib. Bu barədə Səudiyyə xarici işlər naziri Adel əl-Cubeyirlə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında aparılmış telefon danışığı zamanı söhbət gedib. XİN-dən deyilmişdi ki, nazirlərin telefon danışığında Azərbaycanın “Terrorçuluğa qarşı İslam dövlətlərinin koalisiyası”na qoşulması məsələsi müzakirə olunub.

Üstündən iki il keçəndən sonra eyni mövzu yenidən gündəmə gətirilib. Görünür, hansısa kəşfiyyat orqanları Azərbaycanı israrla İŞİD-lə müharibəyə cəlb etməyə, bataqlığa salmağa çalışırlar...







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək
18-11-2017, 17:31
"Kəpəz" komandasının baş məşqçisi istefa verib
18-11-2017, 17:25
Hüseyn Paşayevə “Əməkdar jurnalist” fəxri adı verilib
18-11-2017, 17:24
Ermənistan ordusunda “dedovşina”
18-11-2017, 17:23
NATO-nun Türkiyəyə qarşı bu hərəkəti millətin dəyərlərinə hörmətsizlikdir
18-11-2017, 17:16
Mərhum jurnalist Elmira Əmrahqızının kitabının təqdimatı olub
18-11-2017, 17:14
Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib - SİYAHI
18-11-2017, 17:13
Azərbaycanda regionların kreditləşməsi 18% azalıb
18-11-2017, 15:16
Zaqatalada fındıq festivalı keçirilib
18-11-2017, 15:08
İnzibati rəhbər vəzifələrə keçirilən imtahanda 13 namizəd uğur qazanıb
18-11-2017, 14:58
Zimbabvedə Muqabenin istefasının tələbi ilə yürüş keçirilir
18-11-2017, 14:52
Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə ÇAĞIRDI
18-11-2017, 14:50
CHP Ərdoğanı müdafiə etdi
18-11-2017, 14:43
Günəş və külək enerjisi istehsalı azalıb, bəs Akim Bədəlov hara baxır?
18-11-2017, 14:42
Erməni boksçu hərbi hissədə "qaydasız döyüşlər" keçirir: - Məlumat gizlədilir
18-11-2017, 14:33
"Bunu heç bir formada əsaslandırmaq mümkün deyil" - deputat
18-11-2017, 14:30
Bakıda fəhlənin uçquna düşdüyü yerdə nə baş verib? - VİDEO
18-11-2017, 14:29
Tovuzda 12 yaşlı uşaq ağacdan yıxılıb
18-11-2017, 14:26
Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb - MƏTN
18-11-2017, 14:24
Oğurluq edən şəxs yaxalandı
18-11-2017, 14:22
Polis itkin düşən şəxsi tapıb, ailəsinə təhvil verib
18-11-2017, 14:21
Azərbaycanda pilotsuz uçan aparatları elektron formada qeydiyyatdan keçirmək mümkün olacaq
18-11-2017, 12:52
Ağsaqqallar Şurası imkansız ailələrin uşaqları üçün xeyriyyə tədbiri keçirib - FOTOLAR
18-11-2017, 12:51
Hədəf Ərdoğan yox, Türkiyədir – NATO qalmaqalı
18-11-2017, 12:46
“Ehtiyatlı olun, Azərbaycan ordusu çox güclü zərbə endirəcək...”
18-11-2017, 12:44
Azərbaycanda günəş və külək enerjisi istehsalı azalıb
18-11-2017, 12:41
Lavrov niyə gəlir? - TƏHLİL
18-11-2017, 12:39
Bakıda narkotik tərkibli həblər satan əczaçı tutulub
18-11-2017, 12:32
ABŞ azərbaycanlıdan Türkiyəyə qarşı dəyənək hazırlayır
18-11-2017, 12:28
"Yeni imicim hamını şoka salacaq"
18-11-2017, 12:15
Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək
18-11-2017, 12:09
İstirahət günü Azərbaycanda hava yağmursuz olacaq - Belə deyirlər...
18-11-2017, 12:09
AFFA-dan geri addım: - komitələr ləğv edilir
18-11-2017, 12:06
Qadın nədir, maşın nədir?
18-11-2017, 12:03
Mənzillərə istiliyin verilməsi gecikir – səbəb...
18-11-2017, 11:56
Şirvanda polis özünə xəsarət yetirmək istəyən şəxsin bu əməlinin qarşısını alıb
18-11-2017, 11:53
Hövsanda avtomobillərin ehtiyat hissələrini oğurlayan dəstə zərərsizləşdirilib - FOTOLAR
18-11-2017, 11:50
“Başçı burada yoxdur, gələr təsdiq etdirərəm” - Elmar Vəliyevə müraciət
18-11-2017, 11:47
Bakıya gələn ərəblər quşlarına görə hava limanında saxlanıldılar
18-11-2017, 11:44
Şəhriyarın xatirəsinə hörmətsizlik edildi - FOTO
18-11-2017, 11:42
Separatizmə dəstək verən laçınlı məmur işdən qovuldu? - adı İcra Hakimiyyətinin rəsmi saytından çıxarılıb
18-11-2017, 11:39
Benzinin bahalaşması avtomobil bazarına necə təsir edəcək?
18-11-2017, 11:36
Azərbaycan nefti yenidən bahalaşıb
18-11-2017, 11:33
Ermənistanı etiraz aksiyaları bürüyür!
18-11-2017, 11:32
Məşhur kişiyə aşiq olan aparıcımız: - "Yazırlar ki, əl çək bu qara oğlandan”
18-11-2017, 11:22
Yasamal sakinlərinin gözü yolda qalıb... - Rayon hələ də başçısızdır
18-11-2017, 11:19
Bu günün havası - Çətir götürməyi unutmayın
18-11-2017, 11:15
Vəzifəsindən uzaqlaşdırılaraq, yenidən elmə qayıdan sabiq məmurlar - ARAŞDIRMA
18-11-2017, 11:03
“Zəlzələnin Ağdama vurduğu ziyan araşdırılır” - İcra başçısı
18-11-2017, 10:58
Sumqayıtda “məhəbbət üçbucağı”: - 19 yaşlı gənc, Vüsalə və onun keçmiş əri…
18-11-2017, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru