Oğuzun Mərkəzi Xəstəxanasında baş verənlərdən TƏBİB sədrinin xəbəri varmı - NARAZILIQ VAR!
Tarix: 14-11-2022, 10:40 | Çap et
 Oğuz rayon Mərkəzi Xəstəxanasında baş verən və son dövrdə daha da artan qanunazidd əməllər barəsində adlarının məlum səbəblərdən açıqlanmasını istəməyən işçiləri tərəfindən Aktualinfo.org redaksiyasına məlumatlar daxil olmuşdur. Məlumatda bildirilir ki, baş həkim Anar Əzizov, baş mühasib və kadrlar şöbəsinin rəisinin birlikdə törətdikləri maliyyə maxenasiyalarından bəhs edilir. Belə ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinin 16 əməkdaşı tərəfindən PHŞ-nin direktoru Əzizov Anara ünvanladıqları 09 oktyabr 2022-ci il tarixli yazılı ərizədə bildirlir: ” Sizə məlum edirik ki, Reanimasiya şöbəsinə əlavə 4 nəfər işçi gəlib. Onlar işlə təmin olunduqdan sonra bizim əmək haqqımızda əhəmiyyətli dərəcədə azalma olub. Xahiş edirik bu haqda tədbir görəsiniz. ”

Ərizədə qeyd edilənlərin nə dərəcədə həqiqətə uyğun olub olmaması barədə dəqiqləşmələr aparmaq üçün Oğuz rayonundan olan mənbələrimizə müraciət etdik. Onlar faktı təsdiq edərək bildirdilər ki, bəli, Mərkəzi Xəstəxanada bir çox qanunpozuntuları vardır. Ərizədə göstərilən bu 4 nəfər işçiləri kadrlar şöbəsinin rəisi zəruriyyət olmadan öz şəxsi maraqları daxilində qeyri-rəsmi işə götürüblər. Rə ona görə də rəsmən onlara bank kartı vasitəsilə əmək haqqı verə bilmədiklərinə görə öz ciblərindən qarşılayırlar. Və təbii ki, ərizədə göstərildiyi kimi, bu pulların da əldə edilməsi üçün reanimaiya şöbəsinin 16 nəfər işçisinin əmək haqqını qanunsuz olaraq kəsirlər. Topladıqları bu pullardan “yeni işçilərə” “əməkhaqqı” verirlər. Pul məsələsini isə baş mühasib öz “qaydaları” ilə həll edir. Xəstəxanada belə qeyri-rəsmi işə götürülənlər çoxdur. Təbii ki, xəstəxana rəhbərliyi götürdüyü hər qanunsuz işçinin xalasının qara gözünə aşiq olduğuna görə deyil, tam başqa məqsədlə bu əməli törədir. Nəticədə, məsələn reanimasiya şöbəsinin işçisi və şəhid anası olan Lalə Həsənovanın da əməkhaqqı qanunsuz olaraq azaldılmışdır. Halbuki, 44 günlük müharibə dövründə Oğuz RMX-nın reanimasiya şöbəsinə yerləşdirilmiş 50-yə qədər ağır yaralı əsgərimizin həyatda qalmaları üçün həmin şöbənin kollektivi gecə-gündüz əllərindən gələni və hətta gəlməyənləri də etmişlər ki, ( evlərindən son azuqələrini və s. gətirməklə) onlar sağlamlıqlarına qovuşsunlar. Bu da nəticə. Sığorta Şirkətindən isə Oğuz sakinləri təmənnasız yararlana bilmirlər. Baş həkim Oğuz rayonunda bir işsiz sürücü “tapa bilmədiyi” üçün Şəki rayonundan imkanlı bir kadrı təcili yardım avtomobili sürücüsü kimi işə qəbul etmişdir. Bu sürücü də Oğuz rayonun bir çox kəndlərini tanımadığına görə həkimi ağır xəstələrin ünvanlarına vaxtında çatdıra bilmir. Şükürlər olsun ki, belə gecikmələr ucbatından xəstə ölümü hələlik qeydə alınmayıb. Xəstəxananın Cərrahiyə Şöbəsində də əməliyyat olunan heç bir xəstə qanunamüvafiq olaraq reanimasiya şöbəsinə deyil, birbaşa palataya yerləşdirilir. Xəstə uzərində həyata keçirilən belə oyunbazlığın səbəbini isə hələ də reanimasiya şöbəsi kollektivi bilmir. Xəstəxanada son vaxtlar sağlamlıq arayışının qiyməti 40 manat olub. Kim istəyirsə, həkim qapılarına düşmədən və vaxt itirmədən pulunu verib əldə edə bilər. Bu barədə gizli video çəkilişin olduğu da bildilir. Sonda mənbə onu da qeyd etdi ki, Oğuz rayon Mərkəzi Xəstəxanasının işçi heyətinın yarısına qədəri Bucaq kənd sakinlərindən ibarətdir.
Xəstəxanada baş verən bu kimi qanunsuz işlərdən TƏBİB sədri Vüqar Qurbanovun xəbəri varmı deyə bilmərik. Onu qeyd edəbilərik ki, Oğuz rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar,özbaşınalıqlar bunlarla bitmir. Xəstəxana tərəfindən mal-materialların və müxtəlif xidmətlərin satın alınması məqsədi ilə keçirilmiş kotirovka sorğularında da ciddi qanun pozuntularına yol verilib. Apardığımız araşdırmanın nəticələrini yaxın vaxtlarda ictimaiyyətə açıqlayacağıq.
Aktualinfo.org

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Müdafiə Nazirliyi də təsdiqlədi: Azərbaycan ordusu… - DETALLAR
Dünən, 21:32 |
|
|
|
• Ermənistan Putini həbs edə biləcək? - Ekspert danışır
Dünən, 19:00 |
|
|
|
• Kuleba Afrika yolunda
Dünən, 18:19 |
|
|
|
• İrəvan təxribatçı hərəkətlərini DAVAM ETDİRİR...
Dünən, 18:12 |
|
|
|
• "Multipack" şirkəti "Prestij-Kİmya" MMC-ni - MƏHKƏMƏYƏ VERDİ
Dünən, 18:04 |
|
|
|
• "Ermənistan Rusiyanı, dolayısı ilə Türkiyəni bu prosesdən kənarda qoymaq məqsədi güdür..." - ŞƏRH
Dünən, 18:02 |
|
|
|
• Kim Çen Inın 10 yaşlı qızı “Dior”dan gödəkcə geyinir - FOTO
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu "Hanse" MMC-yə qarşı - MƏHKƏMƏ
Dünən, 17:50 |
|
|
|
• Şarl Mişel Prezident İlham Əliyevə ZƏNG EDİB
Dünən, 17:44 |
|
|
|
• Qarabağa silah daşıyan Ermənistana rəsmi Bakıdan REAKSİYA
Dünən, 17:42 |
|
|
|
• Qarabağdan sonuncu ermənini KÜRÜYƏNƏCƏN... - DİNMƏLİ DEYİLİK!
Dünən, 17:40 |
|
|
|
• AQTA-nın İSLAHATLARI Azərbaycanın pomidor ixracına ZƏRBƏ VURUB - FAKT BUDUR!
Dünən, 17:34 |
|
|
|
• SEPAH-ın məxfi məlumatları xaricə ötürülür - KİV
Dünən, 17:33 |
|
|
|
• Ordumuz ermənilərin QARŞISINI KƏSİB - TƏFƏRRÜAT
Dünən, 17:28 |
|
|
|
• “ABŞ-da keçirilən “Demokratiya sammiti” turist səfərindən başqa ciddi bir hadisə deyil" - Türkiyənın Strateji Düşüncə İnstitutunun rəhbəri
Dünən, 17:25 |
|
|
|
• İsmayıllı sakinlərindən qanunsuz odlu silahlar götürülüb
Dünən, 17:20 |
|
|
|
• Bağlanan nəhəng banklar - Azərbaycanı nə gözləyir?
Dünən, 17:19 |
|
|
|
• Bakı Şəhər Lokal Baş Gəlirlər İdarəsi yerli şirkəti - MƏHKƏMƏYƏ VERİB
Dünən, 17:05 |
|
|
|
• Qarabağ erməniləri Azərbaycana məxfi məlumatlar ötürüb - İLGİNC
Dünən, 17:00 |
|
|
|
• Azərbaycan ordusu HƏRƏKƏTƏ KEÇDİ: ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜB - MN-dən XÜSUSİ AÇIQLAMA
Dünən, 16:53 |
|
|
|
• "Məmləkətimiz insan olmadan müsəlman olmuş kimliklərlə dolub-daşır" - deputat
Dünən, 16:52 |
|
|
|
• İrəvan çıxılmaz vəziyyətdə: Mirzoyan Rusiyanın vasitəçiliyindən imtina edir? - AKTUAL
Dünən, 16:45 |
|
|
|
• O, İmranın bacısı ilə intim əlaqədə olduğunu zənn edərək... - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
• "Dəmirbank"ın malı-mülkü SATIŞA ÇIXARILIR
Dünən, 16:43 |
|
|
|
• “Havadarları Ermənistanı müharibəyə təhrik edir” - Görünəni budur...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanda daha 17 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib
Dünən, 16:39 |
|
|
|
• BNA-dan bundan artığını gözləməyinə dəyməz... - Günün FOTOSU
Dünən, 16:38 |
|
|
|
• İran prezidenti oyundankənar vəziyyətdə - NƏ BAŞ VERİR?
Dünən, 16:32 |
|
|
|
• "Champion İZ" borca görə ÇƏKİŞMƏDƏ
Dünən, 16:29 |
|
|
|
• Şarl Mişel və Nikol Paşinyan regionda son vəziyyəti MÜZAKİRƏ EDİB
Dünən, 16:28 |
|
|
|
• `Birlink`in sayəsində bütün nanotexnologiyaya nifrət edirsən... - "Rəşid müəllimin hər pasiyentə "sarımsaq yeyin, düzələcək" deyən kimi..."
Dünən, 16:27 |
|
|
|
• "Gilan Vegetables" MMC - MƏHKƏMƏYƏ VERİLİB
Dünən, 16:17 |
|
|
|
• Təbii qaza ümid olsa, camaat SOYUQDAN DONAR... - NARAZILIQ VAR!
Dünən, 16:16 |
|
|
|
• Yeni doğulan körpələri xaricə satan Nərgiz saxlanıldı
Dünən, 16:04 |
|
|
|
• Qarabağın Donbas və Kosovadan əsas fərqi - ermənilərin “suya düşən” arzusu
Dünən, 16:00 |
|
|
|
• Ərdoğanla Putin arasında telefon danışığı olub
Dünən, 15:57 |
|
|
|
• Onları Qarabağdan qovmağın VAXTI YETİŞİB - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:56 |
|
|
|
• Tanınmış yazıçı vəfat etdi - FOTO
Dünən, 15:43 |
|
|
|
• Azərbaycanda məşhur xəstəxana - YENİDƏN QURULUR
Dünən, 14:00 |
|
|
|
• "Misir Mərdanov hesab edir ki, Emin Əmrullayev tezliklə yola salınacaq" - İLGİNC İDDİA
Dünən, 13:18 |
|
|
|
• "Artistə qoyduğunuz maya batacaq..." - ETİRAZ
Dünən, 13:15 |
|
|
|
• ABB müştərisini çarəsiz durumda buraxır... - GİLEY
Dünən, 13:07 |
|
|
|
• “İranın bizə qarşı hərbi ritorikası daxilindəki mürəkkəb siyasi durumun nəticəsidir...” - Ekspert danışır
Dünən, 13:00 |
|
|
|
• "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..." - VİDEO
Dünən, 12:54 |
|
|
|
• Putinin həbs olunması üçün ORDER VERİLDİ
Dünən, 12:52 |
|
|
|
• İranın sərhədimizə yığdığı ordu və texnikanın yeri - FOTO
Dünən, 12:46 |
|
|
|
• Siyasi intriqalar kralı Bakıda saytın bağlanmasına səbəb oldu - TƏFƏRRÜAT
Dünən, 12:32 |
|
|
|
• "Tfu, sizin riyakar üzünüzə, titulunuza..." - AMEA işçisi OD PÜSKÜRDÜ
Dünən, 12:23 |
|
|
|
• Gəncədən Bakıyadək 50-60 dəfə qaydanı pozdu, öz qolunu dişlədi, həbs olundu
Dünən, 12:19 |
|
|
|
• "Artıq İnstaqrama baxmağa qorxuram"
Dünən, 12:10 |
|
|
|
|