Qardabanidə koronavirusa yeni yoluxma aşkarlanıb .....                     “Bir çox ölkədə ÜDM-də azalma ikirəqəmlidir, Azərbaycanda vəziyyət bir qədər yaxşıdır” .....                     Vətəndaşın ac qalmasını arzulayan müxalifət... .....                     Erməniyə məxsus “Yandex Taksi” ölkəyə necə buraxılıb? .....                     BNA bu şirkətə 2 milyon manatdan çox pul ödəyəcək .....                     Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb .....                     Azərbaycanda sahibkarlara yeni maliyyə dəstəyinin göstərilməsinə start verilir .....                     Yasamalda yol tikintisinə 2,65 milyon manat ayrılıb .....                     Bakıda koronavirusun dərmanı satılır: .....                     “Neftin qiymətinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib” .....                     Bakıda ŞOK OLAY: .....                     Bakıda bu avtomobili polis tapdı, sürücüsünü isə axtarır .....                     “Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır” .....                     Zaqatalada qadına məxsus çantadan qızıl və pul oğurlayan şəxs saxlanılıb .....                     Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb .....                     Samir Şərifovla bundan artıq yol gedilə bilməz... .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 770-ə çatdı .....                     "Xaricdən gələn həkimlərə veriləcək pulun miqdarı açıqlanmalıdır" .....                     Tanınmış idmançı Azad Rəhimova və Adil Əliyevə müraciət etdi: .....                     13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlərin .....                     Övladları xəstə olan şəhid bacısı kömək istəyir .....                     Azərbaycan nefti bahalaşıb .....                     “Evimdən çıxmayacam, ya onlar ölməlidir, ya mən” .....                     icaze.e-gov.az portalından icazələr bu formada alınacaq .....                     Şəmkirdə iş yoldaşını bıçaqlayan şəxs tutulub .....                     Azərbaycanda pandemiya dövründə təhsil inqilabı .....                     Həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb .....                     "Cəlilabad rayon İcra hakimiyyətinin binası alverxana kimi tanınır..." .....                     İşsizlərlə bağlı yeni layihə .....                     "Bütün cəbhələrdə milli dəyərlərimizi aşağılayan ərəb, fars, rus, erməni və qərbqafalı, “sapı özümüzdən olanlara” qarşı birgə mübarizəyə başlamalıyıq..." .....                     “EURACTIV Italia” erməniləri balığa bənzədib: .....                     BANKLARDA BATAN ƏMANƏTLƏR .....                     “Aqrar tədarük və təchizat”ın FANTASTİK TENDERİ .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 15 nəfər artdı .....                     Erməni partiya lideri partlayışda öldü .....                     Azərbaycanlı dənizçilər Beyrut limanından təxliyə edildi .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Ramiz Mehdiyevin bankından şikayətlər... .....                     Tovuz təxribatının hədəfi: Nikolun yeni hücumu başladı .....                     "COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olan xəstəxanaların əməkdaşları həyat sığortası ilə təmin edilməlidir" .....                 

2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat... - GƏLİŞMƏ
Tarix: 9-12-2019, 11:09 | Çap et
2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat...
2020-ci ilin gəlişinə sayılı günlər qaldığı ərəfədə dünyanın bir çox beynəlxalq iqtisadi təşkilatları, reytinq agentlikləri növbəti ildə neftin qiyməti və dolların dünya valyuta bazarında mövqeyi ilə bağlı proqnozlarını açıqlayıblar. Proqnozlar arasında ziddiyyət təşkil edənlər də var. Məsələn, ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi 2020-ci il üçün “Brent” markalı neftin orta qiymət proqnozu 60,01 dollar/barel olaraq müəyyən edilib.

WTI" markalı neftin isə 2020-ci il üçün proqnozlaşdırılan orta qiyməti 54,06 dollar ehtimal edilir. EIA hesab edir ki, 2020-ci ildə neftin qiyməti 2019-cu ilə nisbətən daha aşağı olacaq.

“Fitch” beynəlxalq reytinq agentliyi isə 2020-ci ildə Brent və WTI markalı neft üzrə qiymətlərin müvafiq olaraq 62,5 dollar və 57,5 dollar, 2021-ci ildə isə 60 dollar və 55 dollar olacağı proqnozlaşdırılır.

Danimarkanın “Saxo Bank” investisiya bankı da 2020-ci ilin proqnozlarını açıqlayıb. Hər ilin dekabrında açıqlanan proqnozlar adətən “şokedici”, “təəccüblü” və s. kimi xarakterizə olunur. Proqnozlara görə, neftin 1 bareli 90 dollara çatacaq və gələn il neft istehsalçıları üçün uğurlu olacaq. Buna səbəb ABŞ-da şift qazının çıxarılması prosesinin ləngiməsi, bundan istifadə edən Rusiya və OPEK-in hasilatı bir qədər də azalması olacaq.

“Saxo Bank”ın dollar proqnozlarına gəlincə, Asiya ölkələri dollardan imtina edərək, öz rezerv valyutalarını buraxacaq. Dollardan silah kimi istifadə olunmasının qarşısını almaq, ticarət müharibələri təhlükəsindən yayınmaq üçün Asiya İnvestisiya İnfrastukturları Bankı yeni valyuta - Asian Drawing Right (ADR) valyutasını dövriyyə buraxacaq. Bu valyutanın 1 vahidi 2 dollara bərabər olacaq. Dollarlaşmadan imtina ABŞ valyutasının bir neçə ayda 20% dəyər itirməsi ilə nəticələnəcək.

Bəs görəsən, neft və dollar ətrafında baş verənlər Azərbaycan manatına necə təsir göstərəcək? 2020-ci ildə milli valyutamızı nə gözləyir?

2020-ci ildə qlobal bazarlarda baş verən dəyişikliklər və onların Azərbaycana valyutasına təsirlərindən danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, son vaxtlar neftin qiymətini proqnozlaşdırmaq və bunun həyata keçməsini gözləmək çətinləşib: “Çünki neft qiymətləri iqtisadi məsələlərdən xeyli uzaqlaşıb. Əvvəl iqtisadi faktorlar neftin qiymətinin formalaşmasında birinci dərəcəli rol oynayırdı. Tələb və təklif, dünyada neftin istehsalı, istehlakı , tələbat və sair neftin qiymətinin müəyyənləşməsində çox önəmli rol oynayırdı. Üç ilə yaxındır ki, dünyada belə bir tendensiya başladı ki, OPEK və OPEK-ə daxil olmayan ölkələrin sözlü müdaxilələri, verdikləri inzibati qərarlar neftin qiymətinə təsir etməyə başladı. Daha çox geosiyasi gərginlik, hərbi müdaxilələr, hibrid müharibələri, iqtisadi sanksiyalar neftin qiymətində əhəmiyyətli rol oynamağa başladı. Son zamanlar formalaşmış qiymət əslində iqtisadi kateqoriyalara görə müəyyənləşən qiymət deyil. Son bir neçə ayda neftin qiyməti təxminən 60-65 dollar ətrafında dəyişir”.

N.Cəfərlinin sözlərinə görə, son illərdə də ciddi dəyişiklik yoxdur və bu da dünyadakı geosiyasi gərginliyin artması fonunda baş verir: “İrana qarşı sanksiyaların sərtləşməsi və bu ölkənin neft bazarından kənarda qalması, Liviyada hələ də vətəndaş müharibəsinin getməsi də bu gərginliyi artırır. Liviyanın illik potensialı 1,8 milyon barel olsa da, indi cəmi 600-700 min barel neft hasil edə bilirlər. Venesuelaya da ciddi sanksiyalar tətbiq olunur, bu ölkənin neft hasilatı da təxminən 3 dəfə aşağı düşüb. Səudiyyə Ərəbistanı ilə Yəmən arasında hibrid müharibəsi gedir, neft obyektləri tez-tez dron hücumuna məruz qalır. Bütün bu amillər neftin qiymətinə ciddi təsir göstərir və qiymətləri yuxarı çəkir. İqtisadi amillər önə çıxsa, tələb və təklif qaydaları işləsəydi, indi neftin qiyməti 50 dollardan aşağı olmalı idi. Çünki dünyada neft hasilatı sürətlə artır, istehlak isə ildən-ilə azalır. 10 il öncə belə bir proqnoz var idi ki, 2020-ci ildə gündəlik neft istehlakı 115-120 milyon barel olacaq. Bu gün isə gündəlik neft istehlakı 100 milyon barelə hələ çatmayıb. İstehlak azalır, elektrik enerjisi hasilatında bərpa olunan enerjiyə üstünlük verilir, avtomobil sənayesi kökündən dəyişir. Cəmi 10 il öncə dünyada olan avtomobillərin 0,3 faizi elektriklə çalışırdısa bu gün 10 faizə çatıb, 2025-ci ildə 50 faizə çatması gözlənilir. Bu da ciddi sıçrayışla baş verən artımdır və neft istehlakı da azalır. Gələn il də neft bazarında əsas həlledici məqam siyasi gərginliklərin olub-olmasıdır. Gələn il artıq OPEK və OPEK-ə daxil olmayan ölkələrin sözlü müdaxilə ilə neftin qiymətinə təsir imkanı olmayacaq”.

İqtisadçı ekspert vurğuladı ki, bütün bunların Azərbaycan iqtisadiyyatına və manatın məzənnəsinə də təsiri olacaq: “Azərbaycan iqtisadiyyatı kəskin şəkildə neftdən asılıdır. 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Neftin qiyməti gələn il təqribən 55 dollar civarında olacaqsa, manata təzyiqləri neytrallaşdırmaq mümkün olacaq. 55 dollardan aşağı olarsa, manata basqılar sürətlə artacaq. Çünki tədiyyə balansında mənfi saldo yaranması ehtimalı var. Bundan sonra da manatın məzənnəsində dəyişikliklərin olması ehtimalı güclüdür. Ancaq bir siyasi amil də odur ki, gələn il parlament seçkiləri olacaq. Parlament seçkilərinə qədər nə manatın məzənnəsində, nə də kommunal xidmətlərin qiymətlərində böyük ehtimalla heç bir artım olmayacaq. Seçkilərə köklənmiş bir ölkədə hökumət mənfi qəbul olunan, sosial gərginlik yaradan addımların atılmasından qaçacaq”.

2020-ci ildə dolların taleyinə gəlincə, iqtisadçı vurğuladı ki, hazırda dünyada ticarət müharibələri ilə yanaşı valyuta müharibələri də gedir: “Ciddi istehsal və ixrac potensialı olan hər bir ölkə öz milli valyutasının ucuzlaşmasında maraqlıdır. Uzun zamandır Çin bu yolu tutmuşdu və süni şəkildə yuanın məzənnəsini aşağı salmağa çalışırdı ki, daha çox ixracatda üstünlük qazanmağa başlasın. Son zamanlar Amerika ilə Çin arasında ticarət və valyuta müharibələrinin artmasının səbəbi də bu idi. Amerika da çalışır ki, dollar çox möhkəmlənməsin. Ona görə də Federal Rezerv Sistemi son 1 ildə heç kimin gözləmədiyi şəkildə 3 dəfə faizin azaldılmasına qərar verdi. FED uçot dərəcələrinin azaldılması yolu ilə dolların çox möhkəmlənməsinin qarşısını almağa çalışır. Gələn il də FED bu praktikanı davam etdirəcək. Ağ Ev adminstrasiyasının, Trampın özünün də istəkləri bu yöndədir. Ona görə də, hələn il bütün ölkələr çalışacaqlar ki, milli valyutaları həddindən artıq dəyərsizləşsin, zəifləsin. Ancaq bunun da müəyyən həddi var. Nə qədər çalışsalar da ABŞ dolları hələ də dünyanın ən nüfuzlu valyutasıdır, məzənnəsi ciddi şəkildə izlənildiyinə görə, dünyada dolların kəskin şəkildə ucuzlaşmasını gözləmək də əbəsdir. Amerikanın rəqibi olan Avropa Birliyi də eyni addımı atır, avronun güclənməsinin qarşısını alır. Yaponiya da, Çin də bənzər addımlar atır. Bu qarşılıqlı valyuta müharibələri gələn il məzənnənin kəskin şəkildə dəyişəcəyini deməyə əsas vermir. Çox güman ki, bu il gördüyümüz trendin gələn il də davam edəcəyinin şahidi olacağıq. Dollar-avro məzənnəsi aylardır eyni səviyyədədir, 1 avro 1 dollar 10 sentə bərabərdir. Gələnilin birinci yarısında dolların dünyada məzənnəsinin elə bir həddə qalacağı ehtimalı çox yüksəkdir”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qardabanidə koronavirusa yeni yoluxma aşkarlanıb
Bu gün, 12:00
“Bir çox ölkədə ÜDM-də azalma ikirəqəmlidir, Azərbaycanda vəziyyət bir qədər yaxşıdır” - Nazir
Bu gün, 11:59
"Ata, maa toy elə... dayanmıram" - Karantində toy qadağasını belə ələ saldılar...
Bu gün, 11:58
“Həkimlər neçə xəstəni baxımsızlıqdan öldürüblər”
Bu gün, 11:55
Vətəndaşın ac qalmasını arzulayan müxalifət... - Düşmən içimizdə imiş
Bu gün, 11:52
Erməniyə məxsus “Yandex Taksi” ölkəyə necə buraxılıb? – Şəxsi məlumatlarımız təhlükədə
Bu gün, 11:47
BNA bu şirkətə 2 milyon manatdan çox pul ödəyəcək - MÜQAVİLƏ
Bu gün, 11:45
Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb - FOTO
Bu gün, 11:44
Azərbaycanda sahibkarlara yeni maliyyə dəstəyinin göstərilməsinə start verilir - Diqqət!
Bu gün, 11:42
"Öz dilində danış, ətimizi tökmə..."
Bu gün, 11:39
Yasamalda yol tikintisinə 2,65 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 11:33
Bakıda koronavirusun dərmanı satılır: - qiyməti 200 manat
Bu gün, 11:23
“Neftin qiymətinin düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib” - Milli Məclisin Sədri
Bu gün, 11:19
"Rus qadından övladım olub" - Xalq artistindən etiraf
Bu gün, 11:17
Bakıda ŞOK OLAY: - evdən 1 milyon manatlıq qızıl oğurlanıb
Bu gün, 11:13
Bakıda bu avtomobili polis tapdı, sürücüsünü isə axtarır - FOTO
Bu gün, 11:12
Miri Yusif Nadiri lağa qoydu
Bu gün, 11:09
“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”
Bu gün, 11:05
Zaqatalada qadına məxsus çantadan qızıl və pul oğurlayan şəxs saxlanılıb
Bu gün, 11:04
Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
Bu gün, 11:03
Samir Şərifovla bundan artıq yol gedilə bilməz... - Eldar Mahmudovla, Cahangir Hacıyevlə şübhəli əlaqələri olub...
Bu gün, 11:02
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 770-ə çatdı
Bu gün, 10:56
"Xaricdən gələn həkimlərə veriləcək pulun miqdarı açıqlanmalıdır" - ATU-nun şöbə müdiri
Bu gün, 10:55
Tanınmış idmançı Azad Rəhimova və Adil Əliyevə müraciət etdi: - “Məşqçilərin çoxu heç bir yerdən maaş almırlar”
Bu gün, 10:53
Tanınmış aparıcı üsyan etdi: - "Çimərliyi açınca xalqa pul verin"
Bu gün, 10:49
13 şəhər və rayonda qüvvədə olan məhdudiyyətlərin – Tam siyahısı
Bu gün, 10:45
Övladları xəstə olan şəhid bacısı kömək istəyir - VİDEO
Bu gün, 10:40
Bu fotolarına görə “vor” aləminə keçmisən” dedilər
Bu gün, 10:35
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:32
“Evimdən çıxmayacam, ya onlar ölməlidir, ya mən” - Sakinlər özbaşınalıqla üz-üzə...
Bu gün, 10:32
icaze.e-gov.az portalından icazələr bu formada alınacaq - Diqqət!
Bu gün, 10:28
Niyam SALAMİ MƏMURLARI yıxdı-sürüdü “Pul yığırsınız hamınız!”
Bu gün, 10:27
Şəmkirdə iş yoldaşını bıçaqlayan şəxs tutulub
Bu gün, 10:23
Unudulmaz dost, böyük yazıçı, şəfqətli həkim - Rafiq Tağı 70
Bu gün, 10:21
Azərbaycanda pandemiya dövründə təhsil inqilabı - Yeni modelə keçidin başlanğıcı
Bu gün, 10:17
Həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb
Bu gün, 10:14
"Cəlilabad rayon İcra hakimiyyətinin binası alverxana kimi tanınır..." - GİLEY
Bu gün, 10:12
“Ayaqyoluna getmək üçün ayaqyolu.az saytında qeydiyatdan keçmək lazımdır?” - Azər Qəriboğlu
Bu gün, 10:09
İşsizlərlə bağlı yeni layihə - müddət 3 ildən 1 ilədək azaldılır
Bu gün, 10:07
“Turan ellər” uyğurlara dəstək çıxan İsveç müğənnisindən ibrət götürəcəkmi?
Bu gün, 10:06
"Bütün cəbhələrdə milli dəyərlərimizi aşağılayan ərəb, fars, rus, erməni və qərbqafalı, “sapı özümüzdən olanlara” qarşı birgə mübarizəyə başlamalıyıq..."
Bu gün, 10:02
"Bu faciədən xilas olmaq üçün Allahın göndərdiyi qayda-qanunlarla oturub-durmaq lazımdır"
Bu gün, 10:01
“EURACTIV Italia” erməniləri balığa bənzədib: - “Separatçı balıqların üzdüyü su qurudulmalıdır”
Bu gün, 09:59
BANKLARDA BATAN ƏMANƏTLƏR - Yüzlərlə müştərinin tələbi yerinə yetiriləcəkmi?
Bu gün, 09:57
“Aqrar tədarük və təchizat”ın FANTASTİK TENDERİ - 864 min manat nəyə xərclənəcək?
Bu gün, 09:55
Gürcüstanda koronavirusa yoluxanların sayı 15 nəfər artdı
Bu gün, 09:52
Erməni partiya lideri partlayışda öldü - FOTO
Bu gün, 09:51
Azərbaycanlı dənizçilər Beyrut limanından təxliyə edildi
Bu gün, 09:50
Cəbhə xəttində erməni təxribatı davam edir - SON DURUM
Bu gün, 09:49
Ramiz Mehdiyevin bankından şikayətlər... DURMADAN ARTIR...
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru