Xalqımızı birliyə səsləyən MAHNI .....                     Bu ildən müəllimlər sertifikatlaşdırmadan keçəcəklər .....                     Sellofan torbalardan biz də imtina edəcəyik: .....                     Müəllimlərin işə qəbulunda edilən dəyişikliklərin detalları açıqlanıb .....                     Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu .....                     Yelo Bankın İdarə Heyətinə sədr müavini təyin olunub .....                     “Sovetski”də söküntü dayandırıldı: Sakinlər və İcra Hakimiyyəti ortaq məxrəcə gələcəkmi? .....                     İradə Gülməmmədova ödənişli ictimai işlərdə çalışan işçilərlə görüşdü .....                     “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm” .....                     Parlament seçkiləri ilə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib .....                     Yanvarın 22-nə manatın məzənnəsi .....                     “Bəziləri qəsdən elə vəziyyət yaradırlar ki, onları qeydə almaq mümkün olmur” .....                     “95 nəfər namizədliyini geri götürüb” .....                     Göygölün icra başçısından plakat yasağı .....                     Deputatlığa namizədlərin sayı 1542-yə çatıb .....                     Azərbaycan Davos Forumunun çox nüfuzlu üzvlərindən biridir .....                     Prezident Davosda: Qarabağla bağlı müzakirə... .....                     Azərbaycanda ziyanlı mallar məhv edilmir: Başqa adla yenidən əhaliyə satılır .....                     Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınmayıb .....                     Xəbər portalının təsisçisi və baş redaktoruna xəbərdarlıq edilib .....                     "Mingəçevir camaatı yeniləşən Azərbaycanı ünvanlarında görmək istəyir" .....                     Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir .....                     İran parlamentinin deputatı Donald Trampın başına 3 milyon dollar qoyub .....                     Növbəti hit duet gəlir .....                     Vilayət Eyvazov DYP-yə müvafiq tapşırıq və tövsiyələr verib .....                     ““Yaz gələcək” şüarımız fəsil anlamından daha çox siyasi və sosial mesajdır” .....                     Əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib? .....                     Prezident İlham Əliyev Mixail Qusmanı .....                     Ermənistan parlamentində dava düşdü .....                     Balakən rayonunda dövlət tenderlərini KİMLƏR UDUR? .....                     Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb .....                     "Viski" əməliyyatının tələbə qurbanı barədə .....                     Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur .....                     İmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib .....                     Səhər bəzi yerlərdə zəif duman olacaq .....                     Milli Məclisə seçkilərlə əlaqədar 18 nəfər deputatlığa .....                     Bankların yarımçıq missiyası: Real sektorun kreditləşməsi niyə artmır? .....                     Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankirini” yaxaladı .....                     Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı .....                     Azərbaycanda üç övladı ilə itkin düşən qadının qardaşı danışdı: .....                 

Şəmkirdə başçının gedişi üçün imza toplanılacaq... - ETİRAZ
Tarix: 27-09-2019, 16:42 | Çap et
Şəmkirdə başçının gedişi üçün imza toplanılacaq...
DİA.AZ: - Məhz keçmiş Vergilər Naziri Fazil Məmmədovun kadrı olaraq müxtəlif görəvlər tutan, sonradan vergidəki nöqsanları səbəbindən sözügedən sistemdən qovulan və Fazil Məmmədovun himayəsi altında Şəmkirə başçı göndərilən Alimpaşa Məmmədovun vəzifəsindən alınacağı haqda informasiyalar hələ xeyli əvvəlindən - Fazil Məmmədovun görəvdən alınmasının ardından yayılsa da, hələ də Şəmkir camaatı arzusuna çata bilməyib. Bəli məhz arzusuna. Elə DİA.AZ-a ünvanlanan ard-arda şikayətlərdən də anlaşılanı odur ki, şəmkirlilər Alimpaşa Məmmədovun icra başçısı kimi fəaliyyətindən nəinki narazıdırlar, hətta onun fəaliyyətinin belə araşdırlmasını tələb edirlər.

DİA.AZ-a Şəmkirdən daxil olan müraciətdə daha sonra qeyd olunur:

"Alimpaşa Məmmədov bir vergi işçisi kimi bəlkə də "yaxşı" kadr olub. Yəni hardan nə qədər almaq lazımdır, hara nə qədər vermək lazımdır yaxşı bilir. Buna görə də, bu gün Şəmkirdə gördüyünüz bütün istixana sahibləri, obyekt işlədənlər Alimpaşa Məmmədova rəsmən haqq ödəyirlər. Dövlətin vergisi bir kənarda qalıb, hamı Alimpaşa Məmmədov üçün işləyir. Amma iş normala qalsa, bu gün Şəmkirdən sahibkar-fermerlərdən yığılan pulla iki Şəmkir boyda rayonu saxlamaq olar. Amma ortada olanı odur ki, hörmətli başçımız yığıdığı pulların böyük hissəsini mənimsəyir".

Sakinlər dia.az vasitəsilə müraciətlərində yeni başçının göndərilməsi arzusu ilə ölkə rəhbərliyindən xahişdə də bulunurlar: "Alimpaşa Məmmədov hansısa bir özəl şirkətdə faydalı mühasib kimi bacarıqlı ola bilər. Amma rayon rəhbəri kimi bu adam ancaq narazılıq yarada bilər ki, onu da etməkdədir. Əgər belə davam edərsə, Şəmkir camaatı başçının dəyişdirilməsi üçün imza toplama kampaniyası da keçirəcək".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...