Neft yenidən ucuzlaşıb .....                     DSMF-nin pensiya özbaşınalğı... .....                     Azərbaycanda seçici deputatlığa namizədə pul verdi: .....                     Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir .....                     "Can Azərbaycan" Rusiyada bəyənildi .....                     Seçkidə bu qalmışdı... BUNU DA GÖRDÜK... .....                     Seçkilərdə VİLYAM HACYEV ÇALARI... .....                     Mahir Emrelinin ferması .....                     "Kontakt Home" şefinin deputatlıq arzusu .....                     Rusiya Türkiyəyə 120-dən artıq S-400 üçün raket satıb .....                     Bakıda ər arvadını döyərək ona xəsarət yetirib .....                     İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yayıb .....                     Bu gün dollar neçəyədir? .....                     Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır .....                     Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir .....                     Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                     Şimal küləyi əsəcək .....                     “Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır…” .....                     "Doğrudanmı, mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmişəm?" .....                     Azərbaycanın tanınmış jurnalisti vəfat edib .....                     Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? .....                     Təbrizi bir gecədə “Azadlıq” şüarları bəzədi .....                     Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib .....                     Qaradağda məskunlaşan seçicilər Vüqar Bayramovu böyük çoşğu ilə qarşılayıb .....                     "Bakı və Sumqayıtda baş vermiş hadisələri ağ-qara rəngdə təsvir etmək mümkün deyil" .....                     Xızıda narazılıq yaradan məmur kimdir? .....                     “Polislər məndən informasiya istəyirdilər” .....                 

“AtaSığorta” müştərini necə aldadır? - İDDİA
Tarix: 6-09-2019, 15:07 | Çap et
“AtaSığorta” müştərini necə aldadır?
İqtisadçı-ekspert Razi Abbasbəyli “AtaSığorta” ASC tərəfindən aldadılıb.

Cebhe.info xəbər verir ki, bu barədə ekspert özünün “Facebook” səhifəsində yazıb.

Məsələni ictimailəşdirən ekspert digər avtomobil sürücülərini diqqətli olmağa çağırıb:

“1 il öncə nəqliyyat vasitəsini sığorta etdirmişdim. Bu günlərdə icbari sığortanın müddəti bitir. “AtaSığorta”-dan da durmadan zənglər gəlir, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını soruşurlar və sual verirlər İsmayılov Telman sizsiniz? Hamısı da eyni qaydada bu adamı soruşur. Cavab verirəm ki, yox mən deyiləm və tanımıram. Sığortaçılar bildirir ki, sistemdə sizin avtomobiliniz İsmayılov Telmanın adına sığorta olunub.

Kiçik bir araşdırma apardım və bəlli oldu ki, ötən il mənim avtomobilimi sığorta edən xanım sığortaçı əslində məni aldadıb. Çox sadə... Xanım zəng edir və təklif edir ki, avtomobilinizi sığorta edək. Razılaşıram gəlir iş yerimə... Sənədlər və ödəniş edirəm. Qısa zamanda sığortamın qüvvəyə minməsinə dair telefonuma mesaj gəlir. Maliyyə Nazirliyindən də yoxlayıram hər şey qaydasındadır, rəsmən icbari sığortam qüvvəyə minib.

Amma 1 ilin sonu yaxınlaşanda bəlli olur ki, sığortam başqasının adına yazılıb. Deməli həmin xanım sığortanı endirimi olan bir nəfərin adına yazır. Məndən 100 manat və qayıdır ofisinə, gedir bir nəfər çoxlu icbari sığorta etdirmiş şəxsin adına 70 manat ödəməklə mənim avtomobilimi sığortalayır. 30 manatı da qoyur cibinə... Beləliklə ayda 50-100 avtomobili sığortalayaraq hər nəqliyyat vasitəsindən ortalama 30 manat olmaqla vəsait qazanılır. Yazdım ki, biləsiniz və heç bir sığorta agentinə nağd qaydada ödəniş etməyin. Kodu alın və ödəmə terminallarında sığorta şirkətini seçin. Ad və soyadınız çıxanda ödənişi edin. Hələ ki, icbari sığortamın qüvvədən düşməsinə 20 gün qalıb”.