Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib .....                     Azərbaycan vətəndaşı Rusiyaya 3 milyon rubl keçirmək istəyərkən saxlanılıb .....                     Bakıda qayınana ilə gəlinin mübahisəsi ölümlə nəticələnib .....                     Tramp 10-cu dəfə baba olub .....                     İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib .....                     Bakıxanov Çörək Zavodunun maşını qəzaya düşüb, xəsarət alanlar var .....                     Su üstündə ƏJDAHA... .....                     “Relaks” hadisəsinə görə hakimiyyəti ittiham etmək nə dərəcədə doğrudur? .....                     Qaradağ Rayon İcra Hakimiyyətində məhərrəmlik ayı ərəfəsində müşavirə keçirilib .....                     Lavrov dolayı yolla Türkiyəni ittiham etdi .....                     Vilayət Eyvazov Elena Aymone Sesseranı qəbul edib .....                     Xaçmazda istirahət mərkəzində meyit tapılıb .....                     Ağdaşda nikah yaşına çatmamış üç qız hamilə qalıb .....                     Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi .....                     Sabah dollar neçəyə olacaq? .....                     Ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır .....                     Aslan İsmayılov hansı məmura zəng edərək pul istəyib? .....                     Ermənistanda qarayara xəstəliyi aşkarlanıb .....                     “Natura” meyvə şirəsi sağlamlığımıza .....                     "ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... .....                     “VERGİ MÜFƏTTİŞLƏRİ HOLDİNQLƏRİN HEÇ HƏNDƏVƏRİNƏ DOLANA BİLMƏZLƏR…” .....                     “Expressbank”da təyinat .....                     Rusiya yeni hərbi kəşfiyyat PUA-nın ilk uçuşunun VİDEOSUNU yayımlayıb .....                     Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib .....                     Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: .....                     Peşə təhsili müəssisələrinə sənəd qəbulunun son günüdür .....                     Erməni qadının qeyri-adi etiraz aksiyası .....                     Bakıda 27 yaşlı qız itkin düşdü .....                     Orxana aylıq 100 manat və pulsuz yemək veriləcək .....                     Tikinti icazələri üzrə "Bir pəncərə" sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi müzakirə olunur .....                     Sosial ədalətdən UZAQ SAHİLlər... .....                     Saakaşvilidən Paşinyana cavab: .....                     Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib .....                     Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: .....                     MDB xəttilə axtarışa verilən İran vətəndaşı Azərbaycanda saxlanılıb .....                     İrəvanda etirazlar: .....                     “Azərbaycan diversantları o vaxt bizim bir postumuzu ələ keçirdi...” .....                     Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib .....                     İqbal Məmmədovun mandatı əlindən alına bilərmi? .....                     Bu il mobil operatorların gəlirləri yarım milyard manata çatıb .....                 

Təcili Tibbi Yardım xidmətinə ayrılan dərmanlar belə mənimsənilir... - İTTİHAM
Tarix: 8-08-2019, 12:09 | Çap et
Təcili Tibbi Yardım xidmətinə ayrılan dərmanlar belə mənimsənilir...

“Hürriyyət”in redaksiyasına səhiyyə sistemindəki problemlərlə bağlı şikayət məktub daxil olub. Məlum səbəblərdən adının gizli qalmasını istəyən peşəkar, təcrübəli həkimin bizə ünvanladığı həmin məktubu olduğu kimi oxucularımıza çatdırırıq:

“Mən peşəkar həkiməm, terapevtəm. 1976-cı ildən Təcili Tibbi Yardım xidmətində çalışıram.Təcili yardımda işləmək həm ağır, həm də məsuliyyətlidir. Fiziki xəsarət, yaxud ölümlə nəticələnən bədbəxt (eləcə də kriminal) hadisə yerinə ilk gələn polislə yanaşı, məhz təcili yardım maşını olur. Əslində təcili yardım əməkdaşları hər an təhlükə ilə üz-üzədirlər, getdikləri məkanda istənilən sürprizlə qarşılaşa bilərlər.

Bütün bunları nəzərə alaraq, Təcili Tibbi Yardım xidməti əməkdaşlarının maaşları digər sahələrdə çalışan tibb işçilərinə nisbətən həmişə daha yüksək olub. Odur ki, maaş sarıdan şikayətimiz yoxdur.

Qarşılaşdığımız ən böyük problem dövlət tərəfindən Təcili Tibbi Yardım xidmətinə ayrılan dava-dərmanın həkimlərə gəlib çatmamasıdır. Ən yaxşı halda ayrılan 10 adda dərmandan yalnız biri təcili yardım həkimlərinə gəlib çatır, özü də bir qutu yox, cəmi bir ampul. Bir ampul dərmansa bir xəstənin belə dərdinə əlac deyil. Bu səbəbdən məcbur qalıb öz maddi vəsaitimizlə lazım olan dərmanları alırıq ki, bizdən imdad gözləyən insanlara təcili yardım göstərə bilək.

Onu da qeyd edim ki, Təcili Tibbi Yardım xidmətində dərman problemi Azərbaycanda Birinci Avropa Oyunları keçiriləndən sonra yarandı, bu günədək də davam edir.

Bundan əlavə, işin düzgün planlaşdırılmaması nəticəsində təcili yardım maşınları çağırışlara vaxtında yetişə bilmir, bu da çox vaxt insan ölümünə səbəb olur.

Bir faktı nəzərinizə çatdırım. 3 ildir ki, Masazır ərazisində yerləşən yaşayış binalarından birində qaz sıması baş verir. Bunun səbəbi isə müəmmalı olaraq qalır. Əslində o binanın sakinləri çoxdan ordan köçürülməliydi, amma nədəbsə hələ də həmin qəzalı binada yaşamaq məcburiyyətindədirlər. Halbuki, istənilən vaxt binada partlayış baş verə bilər. 3 ildir həmin ərazidə fövqəladə vəziyyət elan olunub və təcili yardım həkimləri daim orda növbə çəkir. Növbədə olan həkimlərdən birinin ora getməyi isə həm digər həkimin iş yükünü artırır, həm də təcili yardımın işinə neqativ təsir göstərir. Çünki bir həkim eyni vaxtda iki ünvanda ola bilmir, bu isə ağır vəziyyətdə olan xəstələrin həyatını təhlükəyə atır. Sonucda qınanan, suçlandırılan da məhz biz, həkimlər oluruq.

Əslində Fövqəladə Hallar Nazirliyi öz öhdəsinə düşən vəzifəni Təcili Tibbi Yardım Xidmətinin üzərinə yıxmamalıdır. Nazirliyinin tibb biriqadası var və məhz həmin briqada fövqəladə hallarla bağlı olaylara cavabdehdir. Amma təəssüf ki, Masazırda növbə çəkmək də, dənizdə hər hansı təbii fəlakət, yaxud bədbəxt hadisə nəticəsində baş verən hadisə yerinə yetişmək də də təcili yardım briqadalarının öhdəsindədir.

Problemlərdən biri də Təcili Tibbi Yardım xidmətinin yarımstansiyalarında (Bakı şəhərində təxminən 39 yarımstansiya var) dispetçerlər ştatının ləğv edilməsidir.

Aydınlıq gətirmək üçün deyim ki, Bakı şəhərində yerləşən hər bir rayonun öz yarımstansiyası var. Hər bir yarımstansiyanın da öz telefon nömrəsi vardı. Təcili yardım çağırmaq istəyən şəhər sakinləri birbaş onların ərazisində fəaliyyət göstərən yarımstansiyaya zəng vururdu və həmin ərazini yaxşı tanıyan dispetçer dərhal zəngə cavab verib təcili yardım briqadasını ünvan başına yönləndirirdi və təcili yardım maşını yubanmadan xəstəyə yetişirdi.

Amma son 4 ildir Təcili Tibbi Yardım xidməti mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərir. Artıq heç bir yarımstansiyada dispetçer yoxdur (bununla həkimləri nüfuzdan salmaq, insan həyatını təhlükəyə atmaq bahasına büdcəyə qənaət edirlər), yalnız bir mərkəzi stansiyada hardasa 10 dispetçer zənglərə cavab verir, məhz onlar çağırışları qəbul edib yarımstansiyalara, həkimlərə çatdırır (yarımstansiyalarda zənglərə birbaşa həkimlər cavab verir, təbii ki, həmin vaxt çağırışda olmasalar). Hər an Bakı şəhərinin hər yerindən ora (103 nömrəsinə) zənglər daxil olur deyə dispetçerlər vaxtında çağırışlara cavab verə bilmirlər. Nəticədə zərər çəkən çox, vaxtını, hətta həyatını itirən isə bütün ümidini təcili yardım briqadasının köməyinə bağlayan xəstələr olur. Bu yubanmalara görə qınanan, hətta bəzi hallarda söyülüb-döyülən isə biz həkimlər oluruq. Dəfələrlə çağırışa gedib çatanda əsəbdən özünə yer tamayan insanlarla qarşılaşmışam, gözünün önündə ağrıdan qovrulan əzizi bizim yolumuzu gözləyən, bizi görəndə isə bütün hirsini, hikkəsini üstümüzə tökən bu insanları qınamağa nə haqqımız var?! Axı bəzən təcili yardım briqadası 1,5 saat, 2 saat çağırışa yubanır.

İnanın ki, təcili yardım briqadaları çox gərgin şəraitdə işləyir. Bəzən səhərdən axşamadək bir stəkan çay belə içməyə vaxtımız olmur. İlin bütün fəsillərində, qızmar günəş altında, soyuqda, şaxtada, yağışda, qarda gecə-gündüz yol üstəyik. Yarımstansiyada 10-ca dəqiqə oturub dincimizi almağa vaxt tapmırıq. Bir çağırışdan digərinə tələsirik. Həkim qıtlığı təkcə xəstələrə deyil, elə bizim özümüzə də çox böyük ziyan vurur, sağlamlığımızı itiririk.

Amma şikayət etmirik. Vətəndaşların sağlamlığının keşiyində dayanmaq, onlara təcili ilkin yardım göstərmək bizim vəzifə borcumuzdur. Bu peşəni özümüz seçmişik və sevə-sevə icra edirik. Amma bütün səylərinə rəğmən, xəstə həyatını itirəndə, yaxud vəziyyəti daha da ağırlaşanda, üstəlik buna görə heç bir günahın olmadığı halda qınanıb suçlananda özünü çox pis hiss edirsən. Sanki bütün dünyanın ağırlığı çiyinlərinə çökür.

Elə buna görə də “Hürriyyət”in redaksiyasına məktub yazmaq qərarına gəldim. Bu məktubu təkcə öz adımdan deyil, bütün həmkarlarımın adından yazıram. Ümid edirəm, qəzetiniz vasitəsilə səsimiz aidiyyati qurumlara çatacaq və sadalanan problemlər ən tez zamanda öz həllini tapacaq”.

P.S. İnanırıq ki, aidiyyati qurumlar, ilk növbədə Səhiyyə Nazirliyi bu vicdanlı, peşəsinə hörmətlə yanaşan təcrübəli həkimin harayını eşidəcək, səsinə səs verəcək.

Biz də öz növbəmizdə aidiyyati qurumlarla əlaqə saxlayıb, sözügedən məsələyə münasibətlərini öyrənməyə çalışacağıq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Bu gün, 18:10
"Zəka, ağıl, düşüncə, istedad təəssüf ki, hamımıza eyni miqdarda paylanmadı"
Bu gün, 18:04
Azərbaycan vətəndaşı Rusiyaya 3 milyon rubl keçirmək istəyərkən saxlanılıb
Bu gün, 17:57
Bakıda qayınana ilə gəlinin mübahisəsi ölümlə nəticələnib
Bu gün, 17:54
Tramp 10-cu dəfə baba olub
Bu gün, 17:48
İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL
Bu gün, 17:48
Nail Naiboğlu avtomobil qəzasına düşüb - FOTO
Bu gün, 17:44
Bakıxanov Çörək Zavodunun maşını qəzaya düşüb, xəsarət alanlar var - VİDEO
Bu gün, 17:42
Su üstündə ƏJDAHA... - Aygün Muradxanlı yazır...
Bu gün, 17:38
“Relaks” hadisəsinə görə hakimiyyəti ittiham etmək nə dərəcədə doğrudur? - Elman Babayev yazır...
Bu gün, 17:36
Qaradağ Rayon İcra Hakimiyyətində məhərrəmlik ayı ərəfəsində müşavirə keçirilib
Bu gün, 17:30
Lavrov dolayı yolla Türkiyəni ittiham etdi
Bu gün, 17:23
Vilayət Eyvazov Elena Aymone Sesseranı qəbul edib - FOTO
Bu gün, 17:15
Xaçmazda istirahət mərkəzində meyit tapılıb
Bu gün, 17:10
Ağdaşda nikah yaşına çatmamış üç qız hamilə qalıb
Bu gün, 17:03
Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi
Bu gün, 17:01
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Bina yandı, "Sputnik Azərbaycan"ın qadın əməkdaşı özünü balkondan atdı - FOTO
Bu gün, 16:50
Ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
Bu gün, 16:48
Aslan İsmayılov hansı məmura zəng edərək pul istəyib? - İTTİHAM
Bu gün, 16:41
Tanınmış aparıcı ailəsi ilə TƏHLÜKƏDƏ – Dəmir yolunda yanğın
Bu gün, 16:32
Ermənistanda qarayara xəstəliyi aşkarlanıb
Bu gün, 16:29
“Natura” meyvə şirəsi sağlamlığımıza TƏHLÜKƏDİRMİ?
Bu gün, 16:28
"ŞƏRURLU İSFƏNDİYAR"IN "CƏNNƏT MƏKANI"NIN KÜLLİ MİQDARDA DÖVRİYYƏSİ OLSA DA... - Vergidən yayınan daha bir iş adamı
Bu gün, 16:25
“VERGİ MÜFƏTTİŞLƏRİ HOLDİNQLƏRİN HEÇ HƏNDƏVƏRİNƏ DOLANA BİLMƏZLƏR…” – “Büdcəyə hətta qəpiklər ödəyən şirkətlərin sayı minlərlədir”
Bu gün, 16:23
“Expressbank”da təyinat
Bu gün, 16:16
Rusiya yeni hərbi kəşfiyyat PUA-nın ilk uçuşunun VİDEOSUNU yayımlayıb
Bu gün, 16:13
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib
Bu gün, 16:12
Şirkət rəhbərlərinin 5 milyon dollarlıq dələduzluğu: - daha bir mənzil fırıldağı
Bu gün, 16:05
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun son günüdür
Bu gün, 15:49
Erməni qadının qeyri-adi etiraz aksiyası - Bir vedrə su ilə...
Bu gün, 15:47
Bakıda 27 yaşlı qız itkin düşdü
Bu gün, 15:38
Orxana aylıq 100 manat və pulsuz yemək veriləcək
Bu gün, 15:37
Tikinti icazələri üzrə "Bir pəncərə" sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi müzakirə olunur
Bu gün, 15:34
Sosial ədalətdən UZAQ SAHİLlər... - GİLEY
Bu gün, 15:32
Saakaşvilidən Paşinyana cavab: - Qarabağ Azərbaycandır!
Bu gün, 15:25
İradənin qardaşı Abbas Bağırova pul "atıb" - MƏHKƏMƏ İŞİ
Bu gün, 15:21
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
Bu gün, 15:18
Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: - “Heç bir əxlaqa sığmır”
Bu gün, 15:15
MDB xəttilə axtarışa verilən İran vətəndaşı Azərbaycanda saxlanılıb
Bu gün, 15:13
İrəvanda etirazlar: - Parlament binası mühasirəyə alındı
Bu gün, 15:12
Müğənnidən möhtəşəm addım: - Təhsil haqqını mən verəcəm
Bu gün, 15:10
“Azərbaycan diversantları o vaxt bizim bir postumuzu ələ keçirdi...” - KƏŞFİYYAT RƏİSİ OLMUŞ GENERAL KARAPETYAN
Bu gün, 15:07
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib
Bu gün, 15:04
İqbal Məmmədovun mandatı əlindən alına bilərmi?
Bu gün, 15:02
Bu il mobil operatorların gəlirləri yarım milyard manata çatıb
Bu gün, 15:01
Nazənin onu polisə verməkdən vaz keçdi: - "Atası məndən üzr istədi"
Bu gün, 15:00
Azərbaycanlı müğənninin ektrasenslə biabırçı görüntüləri: - "Əli ilə arxasına..."
Bu gün, 14:57
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Bu gün, 14:55
"Əcəb edirəm, baxmayın, həzz alıram"
Bu gün, 14:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru