Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun! .....                     İstirahət bizim də haqqımızdır... .....                     “Azneft”ə yeni mətbuat katibi təyin edilib .....                     Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb .....                     Gülay Zeynallının həyat yoldaşı salon işçilərini təhqir etdi: .....                     Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq .....                     Prezidentə ŞOK MÜRACİƏT .....                     “Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır .....                     Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi .....                     Mehin Hümbətovadan tənqidlərə cavab: .....                     "Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yeri tutur" .....                     Bakıda anasını telefon almadığına görə öldürən gəncə hökm oxunub .....                     Saakaşvili “Qarabağ Azərbaycandır” dedi .....                     "Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb" .....                     Dənizdə batanlar bu il niyə çox oldu? .....                     Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb .....                     “Mühacir biznesi”: insanlar necə aldadılır? .....                     Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” .....                     Yaqub Zurufçu Bakıda solo-konsert verəcək .....                     “Məmurlara kurs keçib, onlara adamlıq öyrədəsi deyillər ki...” .....                     "Hələ restoranı batırmayıb?" .....                     Rəqqasə Fatimə bikinidə alış-verişə çıxdı .....                     Məmurlara ÇAĞIRIŞ .....                     Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıb .....                     Zakir Qaralova sözü olanların .....                     "O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda..." .....                     "Baksol" yolunda taxta anbarı yanır .....                     "Bəs niyə həkimlər xəstədən rüşvət alır..." .....                     İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri .....                     Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi .....                     Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır" .....                     "Məhərrəm Qurbanov Azərbaycanın Yevgeni Leonovu idi" .....                     Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır .....                     Atasını qətlə yetirən oğulun etirafı: .....                     Atasını qətlə yetirən oğulun etirafı: .....                     Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb .....                     Dia.az-a haker hücumu olub .....                     "Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi" .....                     Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb .....                     “Bu, biznesmen məmurlar üçün başağrısıdır” .....                 

Tariximizə özümüz sahib çıxmayanda gürcü şizofreniklərinin hədəfi olacağıq... - PROBLEM!!!
Tarix: 1-05-2019, 12:50 | Çap et
Tariximizə özümüz sahib çıxmayanda gürcü şizofreniklərinin hədəfi olacağıq...
Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarət Keşikçidağ (David Qareci) monastır kompleksi ətrafında son günlər yaranmış söz-söhbətlər bizi Qədim Albaniyanın tarixinə və bu tarixə aid dini məbədlərə nəzər salmağa vadar edib. İstər erməni qonşularımız olsun, istərsə də gürcü qonşularımız, daim Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasını bəhanə gətirərək, buradakı xristian abidələrini öz adlarına çıxır, türklərin bu yerlərə gəlmə olduğunu iddia edirlər. Erməni və gürcü tarixçilərin bu uydurma ehtimalları çox vaxt onların Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsinə gətirib çıxarır.

Şəki-Balakən bölgəsi xristian abidələri ilə zəngindir. Azərbaycan alban dövrünün yadigarı olan bu abidələrə sahib çıxmadıqca, bədnam qonşularımız onları dünyaya özününkü kimi təqdim etməyə çalışır. Siz Gürcüstanda dərc edilmiş məlumat xarakterli xeyli kitab və kitabçalara rast gələ bilərsiniz ki, orada Şəki-Balakən bölgəsindəki abidələr "Qədim Gürcüstan" ərazilərindəki xristian kilsələri kimi qeyd olunub. Sputnik Azərbaycan-ın əməkdaşı Balakənin qədim alban məbədləri ilə zəngin olan yerlərini ziyarət edərək, oradakı hər bir tarixi abidə barədə məlumat toplamağa, onu ictimaiyyətlə bölüşməyə çalışır. O, AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ilə Balakən rayonunun Qullar kəndi ərazisində yerləşən "Qullar" məbədi barədə söhbətləşib.

"Azərbaycanın Şimal-Qərb bölgəsində antik dövrdən başlayaraq, orta əsrlərin sonunadək qədim türk tarixini izləməyə imkan verən abidələrə rast gələ bilərik. Ulu babalarımızın yadigarı olan abidələr bizə keçmişimizdən xəbər verir. Ümummilli lider Heydər Əliyevin təbiri ilə desək, "Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir". Daha bir milli sərvətimizi Qullar məbədini tanıyaq. V-IX əsrlərə aid bu abidə Balakən rayonunun Qullar kəndində yerləşir. Qullar məbədi Azərbaycan elmi ədəbiyyatında "Aşağı Qullar" məbədi adlanır" - deyə Akif Məmmədli məbədlə bağlı söhbətə körpü salıb.

"Bundan 20 il əvvələ qədər bu kəndin ərazisində 5-6 abidə vardı. Bu gün onların sadəcə bünövrələri qalıb. Qullar məbədinin şimalında - təxminən 3 km yuxarıda onun analoqu olan daha bir abidə var. Hələlik 2 abidə qismən salamatdır" - o bildirib.

Tarixçi təəssüflə qeyd edib ki, əhali arasında maarifləndirmə işi aparılmadığı üçün insanlar abidənin təyinatını, tikilmə məqsədini, tariximizdəki yerini və rolunu bilməyiblər: "İnsanların bir qismi sanki bir müsəlman təəssübkeşliyi üzündən, müsəlmanlığa daha çox sahib çıxmaq adı ilə xristianlıq dövrünə aid abidələri sıradan çıxarıblar".

Barəsində danışdığımız abidə bir nefli ibadət zalından ibarətdir. Abidənin tikintisində yerli əhəmiyyətli tikinti materialları - daş, çay daşı, kərpic və yapışdırıcı məhsul kimi isə kirəcdən istifadə olunub. A.Məmmədlinin qənaətinə görə, onun tikintisində istifadə edilən kirəc indiki kimi yox, daha fərqli olub: "Deyilənə görə, onun tərkibinə yumurta sarısı qatılıb. Bu fikir özünü doğruldur. Çünki 1500 il tarixi olan bu abidə bu qədər dağıntılara sinə gərib qalıbsa, deməli, burada bir həqiqət var. Məbədin mehrab hissələri, mehrabın üzərindəki tağ, bir də girişdəki tağ onu xüsusi qoruyur. Yəni, bu kilsə memarlığında tağ tikilisi onun üst hissəsini daha yaxşı qoruya, möhkəmliyini təmin edə bilirdi. Eyni zamanda yan divarları da qoruyurdu. Abidənin şərqinə doğru baxsaq, yenə də əsas görüntü qalmaqdadır, mehrab da yerindədir".

Alimin sözlərinə görə, burada 3 pəncərənin olduğu məlumdur: "Yəni, alban xristianlığına görə bu, İsa Peyğəmbərin üç simasını ifadə edir - Ata Allahı, Oğul Allahı və Müqəddəs Ruhu. Bu məbəddə zaman-zaman dəyişikliklər olub. Amma ən vacibi odur ki, bu, erkən orta əsrlərə - xristianlığın erkən dövrünə, zəng qülləsinin meydana gəlməsinə qədər tikilmiş məbədlərdən biridir".

Yunan tarixçisi və coğrafiyaçısı Strabonun "Mən dünyanın heç yerində bu qədər məbəd görmədim" sözünü xatırladan tarixçi, haqqında bəhs etdiyimiz bölgəni "açıq səma altında muzey" adlandırır.

"Təkcə Qullar kəndində son 30 ilə qədər qalıqları qalan 6 məbəd gördüm və bunlardan ikisi salamatdır. Rayonun Gərəkli kəndində 10-dək məbəd var. O məbədlərdən 3-ü qismən salamatdır, 7-8-nin isə bünövrələri qalmaqdadır. Düşünəndə hər bir obanın, hər bir tabunun (tabun - qədim türklərin at ilxılarının saxlandığı binə yerləri, onun yanında özlərinin yaşayış yeri olan sahə - red.) ən azı 5-10 dənə özünəməxsus bir icma məbədi olub. Ümumilikdə götürsək, təkcə Balakəndə məbədlərin sayı 100-ü keçmiş olur".

Tarixçi alim bu abidələrin dünyada tanıdılması ilə bağlı arzularını dilə gətirib: "Gələcəkdə bütün abidələri araşdıraraq sonunda bir turizm marşrutuna düzə bilsək, dünyaya təqdim edə bilsək, Azərbaycanın şimal-qərb bölgəsini, Avropanın hələ bələd olmadığı, bilmədiyi qədim xristian mədəniyyətini dünyada tanıda bilərik. Həmyerlilərimizə səslənirəm ki, abidələri qorusunlar. Bununla biz həm də bölgəmizin turizm sektorunu inkişaf etdirə bilərik".








 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!
Dünən, 07:06
İstirahət bizim də haqqımızdır... - Tezliklə işimizin başında olacağıq...
23-08-2019, 08:05
“Azneft”ə yeni mətbuat katibi təyin edilib
22-08-2019, 18:02
Şəmkirdə 31 yaşlı kişi bıçaqlanıb
22-08-2019, 18:00
Gülay Zeynallının həyat yoldaşı salon işçilərini təhqir etdi: - “Ayda altı-yeddi oğlan..."
22-08-2019, 17:58
Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq
22-08-2019, 17:51
Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...
22-08-2019, 17:47
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
22-08-2019, 17:28
Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi
22-08-2019, 17:13
Mehin Hümbətovadan tənqidlərə cavab: - "Mən milyoner deyiləm"
22-08-2019, 17:04
"Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yeri tutur" - deputat
22-08-2019, 16:58
Bakıda anasını telefon almadığına görə öldürən gəncə hökm oxunub
22-08-2019, 16:54
Saakaşvili “Qarabağ Azərbaycandır” dedi - Azərbaycanlı deputat onu “populist” adlandırdı
22-08-2019, 16:53
"Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb" - Əli Əhmədov
22-08-2019, 16:51
Dənizdə batanlar bu il niyə çox oldu? - İlginc səbəbi açıqlandı
22-08-2019, 16:47
Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb
22-08-2019, 16:45
“Mühacir biznesi”: insanlar necə aldadılır? - RƏYLƏR
22-08-2019, 16:43
Mingəçevirdə şəhid adına hörmətsizlik: “Heç kim maraqlanmır” - VİDEO
22-08-2019, 16:41
Yaqub Zurufçu Bakıda solo-konsert verəcək
22-08-2019, 16:37
“Məmurlara kurs keçib, onlara adamlıq öyrədəsi deyillər ki...” - deputat
22-08-2019, 16:21
"Hələ restoranı batırmayıb?" - Samir Niyamı ələ saldı
22-08-2019, 16:19
Rəqqasə Fatimə bikinidə alış-verişə çıxdı - FOTO
22-08-2019, 16:17
Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."
22-08-2019, 16:07
Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıb
22-08-2019, 15:57
Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ
22-08-2019, 15:57
"O, antisovet təbliğatı ilə əlaqədar təqib olunanda..." - deputat
22-08-2019, 15:54
"Baksol" yolunda taxta anbarı yanır
22-08-2019, 15:41
"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM
22-08-2019, 15:40
İdlib: Yeni lokal gərginliyin qlobal səbəbləri - TƏHLİL
22-08-2019, 15:38
Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz”
22-08-2019, 15:33
Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"
22-08-2019, 15:29
"Məhərrəm Qurbanov Azərbaycanın Yevgeni Leonovu idi"
22-08-2019, 15:26
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır
22-08-2019, 15:24
Atasını qətlə yetirən oğulun etirafı: - "Kartı vermədiyinə görə öldürdüm"
22-08-2019, 15:22
Atasını qətlə yetirən oğulun etirafı: - "Kartı vermədiyinə görə öldürdüm"
22-08-2019, 15:21
Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb
22-08-2019, 15:14
Dia.az-a haker hücumu olub
22-08-2019, 14:16
"Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi" - Əli Həsənov
22-08-2019, 12:27
Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb
22-08-2019, 12:26
“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü
22-08-2019, 12:24
Gürcüstan vətəndaşı Bakıda homoseksuallara siqaret vermədi, döyüldü
22-08-2019, 12:21
Qondarma "DQR"-in daha bir hesabatı BMT-nin saytında yerləşdirilib - Azərbaycana qarşı növbəti təxribat
22-08-2019, 12:19
Azərbaycanlı aparıcı Rusiyadakı torpaq sahəsini satdı
22-08-2019, 12:18
Bakıda 20 min manatlıq təkər oğurlayanlar saxlanılıb
22-08-2019, 12:14
Azərbaycan nefti bahalaşıb
22-08-2019, 12:13
İdarə rəisini intim videoları ilə şantaj etməkdə suçlanan iş adamı azadlığa buraxılmadı
22-08-2019, 11:57
Azərbaycanlı jurnalist gürcü oliqarxa boyun əymədi... - FOTO
22-08-2019, 11:55
Üç uşaq anası evdən niyə qacıb? - “O hadisəyə görə izahatı alınmışdı”
22-08-2019, 11:52
"Bu ər söhbətini bağlayaq?" - Ərinin sevgilisini döydüyü deyilən azərbaycanlı müğənni əsəbiləşdi
22-08-2019, 11:50
Bank 14-yaşlı uşağa böyük məbləğdə krediti necə verib? - İLGİNC
22-08-2019, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru