Qarabağ ətrafında fəallıq: Sülh, yoxsa müharibə? .....                     “Bəziləri göstərmək istəyir ki, guya ən radikal onlardır” .....                     İntihar kabusu “Mavi balina” Azərbaycanda bloklanır? .....                     Bakıda qardaş bacının qanını tökdü .....                     Paşinyan Qarabağla bağlı nə etmək istəyir? .....                     "Dörd şəhid verən bir ana kimi Sizdən istəyim odur ki..." .....                     Paşinyanın planı niyə reallaşa bilməz? .....                     Cavanşir Feyziyev məsuliyyətdən necə yayınır... .....                     Tramp Liviya ilə bağlı sanksiyaların müddətini uzadıb .....                     Abutalıbovun meriyadakı "qol qanadı necə budanır"... .....                     Vergilər Nazirliyində Vüsal İsmayılov fenomeni... .....                     "Əgər torpaq satışını ancaq bələdiyyəyə tapşırsaq, orada sui-istifadə halları çoxalar" .....                     Ekologiya Nazirliyində iki təyinat oldu .....                     Nicat Fərəcov qara geyindi .....                     Müəllimlərin biabırçı Feysbuk yazışmaları .....                     ""Azəriqaz" bu fırıldağını tək mənə qarşı etməyib..." .....                     Münhendə nazirlərin görüşməmə səbəbi: nəticə nə ola bilər? .....                     Aygündən xanımlara 8 Mart hədiyyəsi .....                     Yaponiyanın bombardmançı təyyarəsi radarlardan itib .....                     “Novruz bayramında ənənəvi olaraq prezident əfv sərəncamı imzalayacaq” .....                     Tramp Cənubi Koreya prezidenti ilə Kim Çen Inla görüşünü müzakirə edib .....                     Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır .....                     Dövlət Departamenti: ABŞ Suriyanı parçalamaq istəmir .....                     Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya .....                     Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb .....                     Bu gün dollar neçəyədir? .....                     Tramp ABŞ Kosmik Qüvvələrinin yaradılması haqqında memorandum imzalayıb .....                     Nura Suri oxudu, Hadı Rəcəbli rəqs etdi .....                     "Azərbaycanla Çeçenistan arasında dostluğu pozmaq çətindir" .....                     Azərbaycanlı aparıcı qəfil vəfat etdi .....                     Dünyada hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır... .....                     ABŞ Ət-Tənəfi azad etməyə imkan vermir .....                     Nazpəri Dostəliyevanın evindən oğurluq edən şəxslərə hökm oxunub .....                     Burak Özçivit Özbəkistanda reklama çəkildi .....                     AXCP və "Milli Şura"da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar .....                     Masazırda 40 yaşlı Şəki sakini küçədə bıçaqlandı .....                     Azərbaycanlı-çeçen görüşü: kimlər iştirak edib? .....                     Azərbaycanda avtomobil benzini istehlakı artıb .....                     Rusiya neft hasilatında Səudiyyəni keçdi .....                     Ramil Usubov Türkiyədə səfərdədir .....                 

“Zaur Axundov elə adamların adını çəkirdi ki…” - Sabiq holdinq rəhbərindən Prezidentə şikayət
Tarix: 5-10-2018, 11:58 | Çap et
“Zaur Axundov elə adamların adını çəkirdi ki…”
Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunur. Lakin təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülsə də AZAL şefi pulları geri qaytarmır. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…

“Yazıb Sizə bildirmək istəyirəm ki, “Silk Way Holding” MMC-nin rəhbərliyi, bu yaxınlara qədər şirkətin prezidenti işləmiş Zaur Axundov tərəfindən 8 ildir ki, haqsızlığa, qanunsuzluğa məruz qalmışıq. Zaur Axundov bizim firma ilə “Silk Way Holding” MMC-nin strukturuna daxil olan şirkət arasında bağlanmış müqaviləni heç bir səbəb olmadan, əvvəlcədən xəbərdarlıq etmədən, tamamilə qanunsuz olaraq pozmuş, bununla da ailəmizə ağır maddi və mənəvi ziyan vurmuşdur”. Bu fikirlər “Məhəmmədəli” firmasının direktoru Ağamalı Baxşəliyevin həyat yoldaşı Zəminə Baxşəliyeva tərəfindən “Azpolitika.info”ya ünvanlanmış şikayət məktubundan götürülüb.

İndiyədək müəyyən səbəblərdən şikayətlərini ictimailəşdirməyən Baxşəliyevlər ailəsi bu yaxınlarda “Azpolitika.info”da Zaur Axundovun “Silk Way Holding” MMC-nin rəhbərliyindən uzaqlaşdırılması, fəaliyyətinin araşdırılması haqqında məlumatı oxuduqdan sonra saytımıza üz tutmaq qərarına gəliblər. Bununla Zaur Axundovun “qanunsuz əməlləri” barədə ölkə rəhbərliyini məlumatlandırmaq, hüquqlarının bərpa olunmasına nail olmaq istəyirlər.

Zəminə Baxşəliyevanın sözlərinə görə, əvvəllər Ukraynada yaşayıblar. Həyat yoldaşı Ağamalı Baxşəliyev orada mühəndis işləyib. Vaxtilə mərhum Prezident Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlı mütəxəssisləri ölkəyə dəvət etməsindən sonra 1997-ci ildə Azərbaycana gəliblər: “Azərbaycana qayıtdıqdan sonra burda sahibkarlıqla məşğul olmaq üçün şirkət qurdu. Həyat yoldaşımın qurduğu “Məhəmmədəli” firması 14.01.1998-ci il tarixində Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şöbəsində 521 saylı şəhadətnamə ilə qeydiyyata alındı. Həmin vaxta qədər Bakıdakı aeroportda ölkədən çıxarılan bağlamalar, əşyalar kağızla üzlənilirdi. Həyat yoldaşım bu işin Avropa standartlarına uyğun şəkildə qurulmasını təmin etməyi qərara aldı. Bu məqsədlə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovla görüşərək öz ideyasını ona bildirdi. Onun razılığını aldıqdan sonra bu işi həyata keçirmək üçün hər birinin dəyəri 85 min dollar olan avadanlıqları alaraq, Bakıya gətirdi. Əlavə olaraq da hər birinin daşınıb, quraşdırılmasına 10 min dollar xərclədi.

Həyat yoldaşımın yaratdığı firma ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL” QSC) arasında bağlanmış müqavilə əsasında Heydər Əliyev Beynəlxaq Aeroportunda fəaliyyət göstərməyə başladıq. 10 ildən artıq heç bir problemsiz fəaliyyət göstərdik. Sonra isə yeni bir qurum – “Silk Way Holding” MMC yaradıldı.

“AZAL” QSC-yə aid bir çox xidmətlər kimi Heydər Əliyev Beynəlxalq Aeroportunda bağlamaların, əşyaların üzlənməsi, bükülməsi xidməti də “Silk Way Holding” MMC-yə verildi. Holdinq ilə bizim firma arasında 10.02.2008-ci il tarixdə müqavilə bağlandı. Aerovağzal Kompleksinin “Cənub” terminalının ikinci mərtəbəsində 2 kv.m. və “Şimal” terminalının ikinci mərtəbəsində 2 kv.m. və Yerli Hava Xəttləri Terminalında 2 kv.m. yüklərin və əl çantalarının üzlənməsi üşün bükücü aparatlara yer ayırdılar. Firmamız da özünə məxsus olan avadanlıqlarla bu işi Avropa standartlarına uyğun şəkildə təşkil etdi.
Fəaliyyət göstərdiyimiz dövr ərzində həm AZAL, həm “Silk Way Holding” MMC, həm də büdcə qarşısında öhdəliklərimizi tam şəkildə yerinə yetirmişik, heç bir zaman qeyri-qanuni fəaliyyətə yol verməmişik. Ancaq buna baxmayaraq heç bir il keçməmiş, yəni müqavilənin müddəti bitməmiş “Silk Way Holding” MMC bizimlə əməkdaşlığa xitam verdi. Bunun səbəbini öyrəndikdə, Zaur Axundovun belə istədiyini dedilər. Gecə ilə bizi aeroportdan uzaqlaşdırdılar. Sonra da avadanlıqlarımızı çıxardılar.

Həyat yoldaşım bunun səbəbini öyrənmək üçün Zaur Axundovla görüşdü. O, heç bir izahat verməyərək, hər hansı səbəb göstərməyərək, sadəcə belə məsləhət olduğunu söyləyib. Üstəlik də “hara istəyirsən şikayət et” deyərək, heç kimdən çəkinmədiyini nümayiş etdirib.

O vaxtan bu günədək həyat yoldaşım işsiz qalıb. Dəfələrlə həm AZAL rəhbərliyinə, həm “Silk Way Holding” MMC-yə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bizə qarşı yol verilmiş qanunsuzluğa görə heç bir tədbir görülməyib”.

Z.Baxşəliyevanın sözlərinə görə, məhkəməyə müraciət etməmələrinin səbəbi Zaur Axundovun bu məsələdə bəzi hörmətli şəxslərin adını hallandırması olub: “O, elə adlar çəkirdi ki, biz məhkəməyə müraciət etməkdən çəkindik. Ancaq indi düşünürük ki, o, bunu qəsdən edib. Sadəcə bizi bu işdən kənarlaşdırmaq üçün kimlərinsə adından istifadə edib”.

Z. Baxşəliyevanın sözlərinə görə, ötən müddət ərzində qarşılaşdıqları qanunsuzluğu ölkə rəhbərliyinin də diqqətinə çatdırmağa çalışıblar: “8 il ərzində dəfələrlə möhtərəm Prezident İlham Əliyevə, I vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etmişik. Ancaq heç bir cavab almamışıq. Düşünürəm ki, müraciətlərimiz Prezidentimizə, I vitse-Prezident Mehriban xanım Əliyevaya çatdırılmır. Buna görə də Sizin saytınız vasitəsilə səsimizi ölkə rəhbərliyinə çatdırmaq istəyirik. Çünki artıq çox çətin vəziyyətlə üzləşmişik. Möhtərəm ölkə başçısının, hörmətli Mehriban xanımın diqqətinə çatdırmaq istəyirəm ki, 3 övladımız var. Uşaqlara görə mən də uzun illərdir ki, işləmirəm. Ailəmizin bütün yükü həyat yoldaşımın üzərindədir. Həyat yolaşımı isə Zaur Axundov artıq 8 ildir işsiz qoyub. Bu da bizim tam müflis olmağımıza gətirib çıxarıb.

Həyat yoldaşımın hər birinə 95 min dollar xərclədiyi avadanlıqlar dəyərsiz əşya kimi kənara atılıb. İşlədilmədiyindən xarab olub gedir. Bu avadanlıqlardan yalnız aeroportda istifadə etmək mümkündür. Həyat yoldaşım da bütün vəsaitini, hətta evlərimizi sataraq əldə etdiyi pulları əvvəlcə AZAL rəhbərliyi, sonra isə “Silk Way Holding” MMC ilə bağladığı müqaviləyə inanaraq bu avadanlıqlara yatırıb. Qanunsuz olaraq aeroportdan çıxarıldıqdan sonra, bu avadanlıqlarla hər hansı bir iş görmək mümkün olmadığından, tamamilə müflis olmuşuq. Hətta uşaqlarımızı normal böyütmək üçün hal-hazırda əlimdə heç bir imkanım yoxdur. Ailəmizdə heç kim işləmir, bu hadisələrdən sonra həyat yoldaşım ürək xəstəliyi tapıb, maddi durumumuz həddən artıq ağırdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev, hörmətli Mehriban xanım iş adamlarına hər zaman böyük dəstək olublar. Hər bir iş adamının ailəsi bunu bilir. Ona görə də biz Prezidentimizdən və Mehriban xanımdan kömək istəyirik.

“Silk Way Holding” MMC-nin keçmiş rəhbəri Zaur Axundovun qanunsuz qərarının ləğv olunmasını, həyat yoldaşımın avadanlıqları yenidən xidmət göstərmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşdirməsi üçün yer ayrılmasına göstəriş vermələrini xahiş edirik”.

Xatırladaq ki, bu yaxınlarda “Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov vəzifəsindən azad edilib. Bu haqda “AzPolitika.info”ya daxil olan məlumatda bildirilirdi ki, “Silk Way Holding” MMC-nin prezidenti vəzifəsi hələlik Zaur Axundovun müavininə tapşırılıb.

Cahangir Əsgərovun ailə şirkəti olan “Silk Way Holding” MMC-nin rəhbərliyindən Zaur Axundovu uzaqlaşdırmasının səbəbi kimi isə holdinqin fəaliyyəti üçün Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaranması göstərilir. Belə ki, “Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ancaq kredit bu günə qədər qaytarılmayıb. Ehtimal olunur ki, Beynəlxalq Bankdan verilən digər iri həcmli kreditlərdə olduğu kimi, burda da ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Ancaq Prezidentin fərmanı ilə Beynəlxalq Bankın problemli kreditlərinin “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə dövr edilməsi və onun rəhbərinə istənilən vasitə ilə pulların yığılmasını tapşırması vəziyyəti dəyişib.

Məlumata görə, hazırda Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunur. Lakin çox ciddi nağd pul problemi üzündən C.Əsgərov bu tələbi yerinə yetirə bilmir. Elə Cahangir Əsgərovun da buna görə, yəni Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasının məsuliyyətini “Silk Way Holding”in rəhbərliyinin üzərinə qoymaq üçün Zaur Axundovu vəzifəsindən azad etdiyi bildirilir. Hətta inandırıcı olsun deyə AZAL prezidentinin “Silk Way Holding”də təftiş başlatdığı da qeyd olunur.

Onu da qeyd edək ki, “Silk Way Holding” MMC-nin krediti qaytarmaması heç də maliyə problemləri ilə bağlı deyil. Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…

Şikayətdə göstərilənlərlə bağlı həm “Silk Way Holding” MMC-nin, həmdə Zaur Axundovun mövqeyini işıqlandırmağa hazırıq.
Mənbə: azpolitika.info





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ ətrafında fəallıq: Sülh, yoxsa müharibə? - TƏHLİL
Bu gün, 09:22
“Bəziləri göstərmək istəyir ki, guya ən radikal onlardır” - QALMAQAL
Bu gün, 09:21
İntihar kabusu “Mavi balina” Azərbaycanda bloklanır? - Belə deyirlər...
Bu gün, 09:19
Bakıda qardaş bacının qanını tökdü
Bu gün, 09:17
Paşinyan Qarabağla bağlı nə etmək istəyir? - TƏHLİL
Bu gün, 09:13
"Dörd şəhid verən bir ana kimi Sizdən istəyim odur ki..." - Prezidentə müraciət
Bu gün, 09:08
Paşinyanın planı niyə reallaşa bilməz? - Düşmən çətin durumda...
Bu gün, 09:04
Cavanşir Feyziyev məsuliyyətdən necə yayınır... - İDDİA
Bu gün, 09:01
Tramp Liviya ilə bağlı sanksiyaların müddətini uzadıb
Bu gün, 08:59
Abutalıbovun meriyadakı "qol qanadı necə budanır"... - GƏLİŞMƏ
Bu gün, 08:58
Vergilər Nazirliyində Vüsal İsmayılov fenomeni... - Mikayıl Cabbarovun gücü çatmır?
Bu gün, 08:55
"Əgər torpaq satışını ancaq bələdiyyəyə tapşırsaq, orada sui-istifadə halları çoxalar" - deputat
Bu gün, 08:51
Ekologiya Nazirliyində iki təyinat oldu
Bu gün, 08:48
Nicat Fərəcov qara geyindi
Bu gün, 08:45
Müəllimlərin biabırçı Feysbuk yazışmaları - Ekspertdən reaksiya
Bu gün, 08:42
""Azəriqaz" bu fırıldağını tək mənə qarşı etməyib..." - GİLEY
Bu gün, 08:40
Münhendə nazirlərin görüşməmə səbəbi: nəticə nə ola bilər? - TƏHLİL
Bu gün, 08:35
Aygündən xanımlara 8 Mart hədiyyəsi
Bu gün, 08:31
Yaponiyanın bombardmançı təyyarəsi radarlardan itib
Bu gün, 08:30
“Novruz bayramında ənənəvi olaraq prezident əfv sərəncamı imzalayacaq”
Bu gün, 08:29
Tramp Cənubi Koreya prezidenti ilə Kim Çen Inla görüşünü müzakirə edib
Bu gün, 08:28
Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır
Bu gün, 08:26
Dövlət Departamenti: ABŞ Suriyanı parçalamaq istəmir
Bu gün, 08:24
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya - GƏLİŞMƏ
Bu gün, 08:24
Azərbaycanda yeni çay, limon və naringi sortları yaradılıb
Bu gün, 08:22
Bu gün dollar neçəyədir?
Bu gün, 08:19
Tramp ABŞ Kosmik Qüvvələrinin yaradılması haqqında memorandum imzalayıb
Bu gün, 08:19
Nura Suri oxudu, Hadı Rəcəbli rəqs etdi - VİDEO
Dünən, 17:11
"Azərbaycanla Çeçenistan arasında dostluğu pozmaq çətindir" - Səfir
Dünən, 17:08
Azərbaycanlı aparıcı qəfil vəfat etdi
Dünən, 16:59
Dünyada hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır...
Dünən, 16:57
ABŞ Ət-Tənəfi azad etməyə imkan vermir - Suriyadan açıqlama
Dünən, 16:56
Nazpəri Dostəliyevanın evindən oğurluq edən şəxslərə hökm oxunub
Dünən, 16:53
Burak Özçivit Özbəkistanda reklama çəkildi
Dünən, 16:52
AXCP və "Milli Şura"da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar - Bəhruz Quliyev
Dünən, 16:47
Masazırda 40 yaşlı Şəki sakini küçədə bıçaqlandı
Dünən, 16:44
Azərbaycanlı-çeçen görüşü: kimlər iştirak edib?
Dünən, 16:39
Azərbaycanda avtomobil benzini istehlakı artıb
Dünən, 16:33
Rusiya neft hasilatında Səudiyyəni keçdi
Dünən, 16:24
Ramil Usubov Türkiyədə səfərdədir
Dünən, 16:20
Gürcüstan və Fransa prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Dünən, 16:18
İlham Əliyevin inqilabi fərmanı - “KUPÇA”SIZ MƏNZİL QALMAYACAQ
Dünən, 15:59
“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir
Dünən, 15:57
Məktəb direktoru əlavə korpus tikmək üçün valideynlərdən pul yığır – ŞOK İDDİA
Dünən, 15:54
Azərbaycanda sement istehsalı 7% artıb
Dünən, 15:50
ABŞ uyğur məsələsində Türkiyə XİN-i dəstəkləyib
Dünən, 15:49
Vidadi Bərdəlinin qətl törədən oğlundan YENİ XƏBƏR
Dünən, 15:48
Prezidentin vəzifə verdiyi diplomat Harvard məzunudur
Dünən, 15:45
Ayaz Salayev İbrahimovun Bakı səfərindən danışdı: - “O, dönsə də...”
Dünən, 15:42
Azərbaycanlı bəstəkar əcnəbi müğənni ilə evləndi
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru