"Gürcüstan sərhədçiləri təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar" .....                     Mnatsakanyan ABŞ-a gedir .....                     Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı .....                     Gəncədə zavodda faciə: .....                     Şahdağa yürüş edənlərdən biri sürüşüb öldü .....                     Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü .....                     Azərbaycanda 6 rayonun sakinini aldadan falçı ilə bağlı .....                     “Stratfor” S-400-lərin qüsurundan yazdı .....                     Tanış olduğu qadını evə saldı, qapını bağlayıb zorladı .....                     “Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini tezliklə bərpa edəcək” .....                     Azərbaycanda inanılmaz hadisə .....                     “İcra başçısının müavini narazılığı görüb qaçdı” .....                     İcra başçısı birinci müavini ilə bağlı XƏBƏR.... .....                     "Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim" .....                     Məşhur iş adamı Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib .....                     Sabah dollar neçəyə olacaq? .....                     Bakı Atatürk Liseyində narazılıq .....                     Kənd təsərrüfatı məhsullarının qiyməti nəzərəçarpacaq dərəcədə ucuzlaşacaq .....                     Mərhum generalın oğlu DSX-də xidmətə başlayıb .....                     Gəncə sakininin ölümü ilə bağlı cinayət işi başlanıb .....                     Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin rəhbərlik etdiyi geniş nümayəndə heyətini qəbul edib .....                     “Ermənilər görəcəklər ki, bu bekar söhbətlərdir” .....                     Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib .....                     Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitlərə tövsiyə və tapşırıqlar verib .....                     Müəllimlərin işə qəbulu üzrə imtahanlarda qeydə alınan pozuntular .....                     “Azərişıq”da yeni TƏYİNATLAR .....                     Duqindən sensasion 15 iyul açıqlaması: .....                     S-400 komponentlərini daşıyan 12-ci təyyarə Ankaraya enib .....                     Angela Merkel himni yenə oturaraq dinləyib .....                     “Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham olunur... .....                     “Vüsal Nuriyev nə qanun sayır, nə fərman…” .....                     Bakı metrosunda sevgilisini öldürmək istəyən şəxs hökmdən şikayət verib .....                     Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? .....                     “Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” .....                     Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başlayıb .....                     Azərbaycanda “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb .....                     Ermənistanda kəndlilər hökumət binası qarşısında oturaq aksiya keçiriblər .....                     “Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər... .....                     Elinanın anası Xalidə Bayramova ilə üzləşmək istəyir .....                     Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq .....                 

Göydə uçan təyyarə biletləri - Fantastik bahalaşmanın pərdəarxası
Tarix: 13-09-2018, 11:18 | Çap et
Göydə uçan təyyarə biletləri
Azərbaycanda hava nəqliyyatının fantastik qiymətə olması heç kəsə sirr deyil.

Hava nəqliyyatı o qədər baha başa gəlir ki, Azərbaycandan Avropaya uçmaq istəyən şəxslər, Tiflisə getməyə üstünlük verirlər.

Qiymətlərin baha olması bir yana, sərnişinlər təyyarələrin köhnə olmasından və xidmətdən da şikayətçidirlər.

Faktiki olaraq, İstanbul və Moskva ən çox səfərlərin edildiyi yerlərdir. Bu reyslerdə onsuz da müştəri olur deyə, köhnə təyyarələr uçuşa buraxılır. Qiymət uçuş kilometrinə görə, ABŞ və Avropaya uçmaqla təxminən eynidir. Təkcə AZAL deyil, “Türk Hava Yolları” da həm bahadır, həm də Avropa uçuşlarında göstərdiyi xidmətin onda birini Azərbaycan üçün etmir. Qiymətin baha olması təbii ki, turistlərin ölkəyə gəlişinə də əngəl yaradır.

Hava nəqliyyatının baha qiyməti və bunun səbəbləri barədə iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlama verib.

Natiq Cəfərli bildirib ki, istər “Türk Hava Yolları”nın, istərsə də, digər xarici şirkətlərin sərnişindaşıma xidmətini baha qiymətə həyata keçirməsinin əsas günahkarı AZAL-dır:

“AZAL birgə reyslərin olmasında israrlıdır. Həmin reyslərdən böyük payı və gəliri var. Bundan başqa bizim hava limanında xidmət haqqı kifayət qədər bahadır. Heydər Əliyev adına hava limanı dünyanın ən baha xidmət göstərən hava limanlarından biridir. İstər təhlükəsizlik xidməti olsun, istər təmizlik xidməti, istərsə də təyyarələrin yanacaqla doldurulması kifayət qədər bahadır. Xidmət haqqının baha olması qiymətlərə də təsir göstərir. “Türk Hava Yolları”na məxsus təyyarələr Tiflis-İstanbul reysini Bakı-İstanbul reysindən 2-3 dəfə ucuz qiymətə həyata keçirir. Bu da Tiflis hava limanı xidmətlərinin Bakıya nisbətən ucuz olmasının nəticəsidir”.

AZAL-a gəldikdə isə ekspert bildirib ki, AZAL yeganə, hegemon, inhisarçı şirkətdir:

“AZAL digər şirkətlərin Azərbaycana gəlməsinə imkan vermir. AZAL inhisarçılıq mövqeyindən istifadə edərək, qiymətləri diqtə edir. Qiymətlərin baha olmasının ən böyük səbəbi rəqabətsizlik mühitidir. Nə qədər ki ölkədə, əsasən də, hava daşımacılığında rəqabət mühiti yoxdur, turistlərin Azərbaycana gəlməsinə və Azərbaycan vətəndaşlarının xaricə səfər etməsinə şərait yaranmayacaq. Gürcüstanda aparılan araşdırma onu göstərdi ki, son 5 ildə Gürcüstan hava limanlarının daha ucuz şərtlərlə işləməsi və dünyaca məşhur 12 şirkətin Gürcüstan bazarında iştirakına hökumətin icazə verməsi turistlərin sayında kəskin artıma səbəb olub. 5 il öncə ildə 3 milyon turist qəbul edən Gürcüstan hazırda artıq 7 milyon turist qəbul edir. Hətta bu il turist sayının 8 milyon olacağı gözlənilir. Gürcüstan dünyada turist qəbulunun ən çox artdığı 5 ölkədən biri olub. Bu da hava limanının işləmə qaydalarından və Gürcüstan hökumətinin rəqabətli mühitin yaradılmasında maraqlı olmasından irəli gəlir. Azərbaycanda turizmin ləng inkişaf etməsinin əsas səbəblərindən biri məhz AZAL-ın inhisarçı mövqedə olmasıdır. Ona görə də, bu aviaşirkət biletləri kifayət qədər baha qiymətlərlə satır”.

AZAL-ın bu qədər baha qiymətə bilet satmasına rəğmən hələ də ziyanla işləməsinə gəldikdə isə Natiq Cəfərli bunları deyib:

“Şəffaflığın olmaması, xidmətlərin, satınalmaların şişirdilməsi, korrupsiya faktları ehtimalının yüksək olması maya dəyərinə təsir göstərir və şişirdilmiş maya dəyəri də şirkətin ziyanla işləməsinə səbəb olur. Əslində isə AZAL dövlətdən ən çox dəstək görən şirkətlərdən biridir. Həm təyyarələrin alışı və təmiri, həm də hava limanının tikinti və təmiri dövlət büdcəsi hesabına aparılır. AZAL-ın tez-tez vergi və kommunal borcları silinir. Bütün bunlara baxmayaraq, AZAL rəsmi rəqəmlərə görə, hələ də ziyanla işləyən şirkətlərdən biridir. Bu da AZAL-da idarəetmənin kökündən pis olduğunun bariz sübutlarından biridir”.

Hazırkı durumdan çıxış yolu barədə danışan ekspert qeyd edib ki, bazara müstəqil oyunçular və sayılıb-seçilən şirkətlərin daxil olmasına, onların burada çalışmasına imkan verilməlidir:

“Azərbaycana bir neçə şirkətlər gəlib, ancaq AZAL-ın inhisarçılığına və qiymətlərə görə ölkədən getməyə məcbur olublar. Bazar tam açılmalıdır. Hava limanının xidməti AZAL-dan alınmalı və tamamilə ayrı şirkətin nəzdində olmalıdır ki, rəqabət yaransın, nəticədə keyfiyət dəyişikliyi baş versin”.

AZAL-ın özəlləşdirilməli olduğunu deyən Natiq Cəfərli bildirib ki, şirkət dövlətin belində ağır yük kimi qalıb:

“AZAL həm dövlətdən böyük həcmdə vəsait alır, həm də qeyri-effektiv fəaliyyət göstərir. AZAL-ın özəlləşdirilməsi sadaladığım digər məsələlərlə birgə paralel aparılsa, 1-2 ildən sonra Azərbaycanda rəqabətli bir mühit yarana və Azərbaycan vətəndaşlarının Gürcüstan üzərindən xaricə uçmasının qarşısı alına bilər”.

Qeyd edək ki, rəsmi rəqəmlərə görə il ərzində Gürcüstandan xaricə səfər edənlərin 15-20%-ni Azərbaycan vətəndaşları təşkil edir.

Əlavə olaraq bildirək ki, prezident İlham Əliyev də AZAL-da bilet qiymətlərinin baha olmasını vurğulayaraq, bunları deyib:
“Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.
www.yenicag.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gürcüstan sərhədçiləri təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar" - Xələf Xələfov rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
Dünən, 18:24
Mnatsakanyan ABŞ-a gedir
Dünən, 18:22
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Dünən, 18:15
Gəncədə zavodda faciə: - ölən var
Dünən, 18:14
Şahdağa yürüş edənlərdən biri sürüşüb öldü
Dünən, 18:05
Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü
Dünən, 17:51
Azərbaycanda 6 rayonun sakinini aldadan falçı ilə bağlı - Qərar
Dünən, 17:49
“Stratfor” S-400-lərin qüsurundan yazdı - Moskvadan cavab
Dünən, 17:48
Tanış olduğu qadını evə saldı, qapını bağlayıb zorladı — MƏHKƏMƏ
Dünən, 17:46
“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini tezliklə bərpa edəcək” - Baş nazir
Dünən, 17:39
Azərbaycanda inanılmaz hadisə - Evə gəlib qayınanasına təcavüz etdi
Dünən, 17:37
“İcra başçısının müavini narazılığı görüb qaçdı” - Saatlıda ETİRAZ
Dünən, 17:35
İcra başçısı birinci müavini ilə bağlı XƏBƏR.... DÜZ ÇIXMADI...
Dünən, 17:27
"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim" - məhkəmə işi
Dünən, 17:19
Məşhur iş adamı Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib - FOTO
Dünən, 17:16
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:00
Bakı Atatürk Liseyində narazılıq - VİDEO
Dünən, 16:57
Kənd təsərrüfatı məhsullarının qiyməti nəzərəçarpacaq dərəcədə ucuzlaşacaq - NƏ VAXT?
Dünən, 16:49
Mərhum generalın oğlu DSX-də xidmətə başlayıb - FOTO
Dünən, 16:47
Gəncə sakininin ölümü ilə bağlı cinayət işi başlanıb
Dünən, 16:44
Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin rəhbərlik etdiyi geniş nümayəndə heyətini qəbul edib
Dünən, 16:41
"Mənə dedi ki, özünə Şəbnur, Şəbtac adını qoy" - Şəbnəm Tovuzlu Şəbnəm Tapdıqdan danışdı
Dünən, 16:37
“Ermənilər görəcəklər ki, bu bekar söhbətlərdir” - Deputatlar Konqresin qərarını ŞƏRH ETDİ
Dünən, 16:34
Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib
Dünən, 16:32
Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitlərə tövsiyə və tapşırıqlar verib
Dünən, 16:24
Müəllimlərin işə qəbulu üzrə imtahanlarda qeydə alınan pozuntular - qulaqcıqla gələn də, başqasının yerinə imtahan vermək istəyən də var
Dünən, 16:18
"Həyat yoldaşımdan çox razıyam" - Arif Babayev
Dünən, 16:14
“Azərişıq”da yeni TƏYİNATLAR
Dünən, 16:07
Duqindən sensasion 15 iyul açıqlaması: - Putindən üzr...
Dünən, 16:02
S-400 komponentlərini daşıyan 12-ci təyyarə Ankaraya enib
Dünən, 15:58
Angela Merkel himni yenə oturaraq dinləyib
Dünən, 15:56
“Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham olunur... - Müraciət
Dünən, 15:55
Azərbaycanlı aparıcı ərindən ayrılsa da, boşanmayıb
Dünən, 15:50
“Vüsal Nuriyev nə qanun sayır, nə fərman…” - Gömrükdə daha bir qalmaqal
Dünən, 15:47
Bakı metrosunda sevgilisini öldürmək istəyən şəxs hökmdən şikayət verib
Dünən, 15:44
Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? - VİDEO
Dünən, 15:41
“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - ERMƏNİSTAN PARLAMENTİNİN SPİKERİ VAŞİNQTONDA YALVARDI
Dünən, 15:38
Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başlayıb
Dünən, 15:32
Azərbaycanda “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsi hazırlanıb
Dünən, 15:23
Ermənistanda kəndlilər hökumət binası qarşısında oturaq aksiya keçiriblər
Dünən, 15:09
“Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər... – “Avtobusa kim öz pisliyini etdi?”
Dünən, 15:07
Elinanın anası Xalidə Bayramova ilə üzləşmək istəyir - VƏKİLLƏRDƏN TƏLƏB
Dünən, 14:57
Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - Belə deyirlər...
Dünən, 14:54
Azərbaycanlılar üçün kinoteatrda film izləmək maraqlıdırmı? - ARAŞDIRMA
Dünən, 14:52
Rusiya AB-nin Türkiyəyə qarşı sanksiyalarına qarşı çıxır
Dünən, 13:06
İki gün əvvəl Xəzərdə batan 32 yaşlı kişinin meyiti tapılıb
Dünən, 13:01
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi körpə ölümünə reaksiya verdi - Həkimlərin izahatları alınıb
Dünən, 12:57
Müsavatda saxta sənəd qalmaqalı: - Partiya rəhbərliyi bir-birini sərt ittiham etdi
Dünən, 12:50
Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb
Dünən, 12:46
"Türkiyə tərəfi Rusiyadan razılıq alıb ki, gələcəkdə bu raketlərin istehsalında müəyyən qədər rol oynasın"
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru