Baş nazir Qurban bayramı münasibətilə xalqı təbrik etdi .....                     Dollara tələb artır, Bakı nə etməlidir? .....                     İrəvanın Kremlə qarşı riskli taktikası: Qarabağı nə gözləyir? .....                     "Nokia"nın Rusiyadakı nümayəndəliyinə azərbaycanlı rəhbərlik edəcək .....                     Azərbaycan neftinin qiyməti cüzi azalıb .....                     Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti Qazaxda büdrəyib... .....                     Türkiyəyə fəhləliyə gedən Rauf Əhmədov quduzluqdan öldü .....                     AYB sədrindən prezidentə şikayət olundu .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     7 şəhər və rayonda plastik qabların toplanması üçün 20 konteyner yerləşdirilib .....                     “Aktau Konvensiyasını Xəzərin konstitusiyası adlandırmaq olar” .....                     Merkel Qafqazları “fəth” etməyə gəlir .....                     Qovlar internatının direktorundan daha bir şikayət: .....                     Bu gün dollar neçəyədir? .....                     “Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir .....                     Şəxsi həyatımıza soxulanları hansı cəza gözləyir? .....                     “Ordu ilə yanaşı, cəmiyyəti də müharibəyə hazırlamaq lazımdır” .....                     Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb .....                     Putin Paşinyanla müharibəyə başlayır .....                     ABŞ-da 2 iranlı casusluqda ittiham edilib .....                     İnam Kərimova olan inam itməkdədir... .....                     Hacıbala Abutalıbovun dövrü təftiş olunur... .....                     Qaxda 52 yaşlı qadını elektrik cərəyanı vurub .....                     Aygün Kazımova yeni duet üzərində çalışır .....                     Hədəfdə Elmar Məmmədyarovdur... .....                     Gəncədə Göygöl sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb .....                     Paytaxt küçələrinndə yeni texnika işləyəcək .....                     Azərbaycanda makulaturaya tələbat varmı? .....                     Tramp Rusiyaya qarşı sanksiyaların götürülməsi şərtini açıqlayıb .....                     Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb .....                     “Azərbaycanın addımları prezidentin Rusiyaya səfərinin nəticələrindən çox asılı olacaq” .....                     "Hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir" .....                     Neft Daşlarında müşavirə keçirilib .....                     Xaçaturyan qızlarını zorlayıbmış .....                     Ermənistanın müdafiə naziri Rusiyaya gedib .....                     Azərbaycanda zərərlə işləyən banklar .....                     Putin və Merkel Suriya məsələsini müzakirə etdi .....                     Fələstinli iş adamından Türkiyəyə DƏSTƏK: .....                     Azərbaycan millisinin futbolçusunun Rusiya vətəndaşı kimi göstərilməsinin səbəbi məlum olub .....                     Sabah dolar neçəyə olacaq? .....                 

58 yaşında müdafiə edib, 4 ilə professor olan rektor - Ondan ayın tarixini də soruşan yoxdur...
Tarix: 23-07-2018, 12:35 | Çap et
58 yaşında müdafiə edib, 4 ilə professor olan rektor
Müğənni Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi iddiası bir neçə gün ölkədə ən çox müzakirə edilən mövzuya çevrildi

Məsələ o qədər böyüdü ki, Ali Attestasiya Komissiyasının aparat rəhbəri Arif Quliyev açıqlama verərək, Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərləri təkzib etdi, “başdan-ayağa saxta bir şeydir” – deyə bəyan etdi.

Ancaq bu da müzakirələrə son qoymadı, sadəcə istiqamətini dəyişdi. Belə ki, Nazpəri Dostəliyevanın elmi dərəcə alması HƏLƏLİK saxta çıxsa da (müğənni müdafiəyə hazırlaşdığını bəyan edib-red.), ölkədə elmi adları heç də həqiqi alimlərin daşımadığına dair çoxsaylı faktlar mövcuddur. Heç bir elmi fəaliyyəti olmadığı halda, nəinki fəlsəfə doktoru elmi dərəcəsini (elmlər namizədi-red.) daşıyan, hətta professor titullu onlarla, bəlkə də bir neçə yüz şəxsin adını çəkmək olar.

Məsələn, bu günlərdə məlum oldu ki, 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyasını) bitirən Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev 2 ildən sonra namizədlik dissertasiyası müdafiə edib. Bununla da kifayətlənməyib, elmlər doktoru, professor adını da almağa nail olub.

Belə faktlar kifayət qədərdir. Azərbaycanda yüksək vəzifəli məmurların, nazirlərin, komitə sədrlərinin, eləcə də deputatların, icra başçılarının, imkanlı iş adamları və müğənnilərin adlarının qarşısına bir elmi dərəcə də əlavə etməsi dəb halını alıb. Səbəbi ayrı mövzudur, qalsın başqa bir yazıya.

Ancaq bu məsələ, əlbəttə yeni deyil, uzun illərdir mövcuddur. Hələ illər öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ciddi rezonans doğurmuş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” sərlövhəli məqaləsində bunu açıq və sərt şəkildə tənqid etmişdi. Sitat: “ELM bir BİZNESƏ ÇEVRİLİB və istənilən şəxs – dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Söz yox ki, bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz!…

…Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır”.

Belə faktlar təəssüf ki, Ramiz Mehdiyevin məqaləsindən sonra da azalmadı. Administrasiya rəhbərinin Azərbaycan elmində, elmi adların verilməsində yaranmış vəziyyəti çox dəqiq şəkildə ifadə edən sözügedən məqaləsi ölkədə ciddi rezonans doğursa da, elm və təhsil müəssələrində bir müddət geniş müzakirə edilsə də, konkret nəticəyə səbəb olmadı. İclaslarda “elmdə bazarı yığışdırmaq lazımdır” deyib gurultulu bəyanatlar verənlər, qısa müddətdən sonra “ənənəvi” üsulla elmi adları “bazara” çıxardılar.

Bu da müxtəlif səbəblərdən “titul acı” olanların “alim” adı almasına şərait yaradır. “Pulum var, imkanım var, niyə bir elmi adım da olmasın?” deyib baş vururlar Elmlər Akademiyasına və ya Dissertasiya Şurasının fəaliyyət göstərdiyi ali məktəblərdən, elmi mərkəzlərdən birinə. Orada adını dissertant və ya doktorant kimi qeydiyyata salaraq, formal bir mövzu götürürlər. Yüksək vəzifəlilər tapşırıqla ( “halallıq” üçün şirinlik verənləri də olur-red.), qalanları “bazarlıq” nəticəsində razılaşdırılan məbləği verməklə, heç bir elmi əhəmiyyəti olmayan dissertasiya işi yazdırırlar. Nə seminarlara çıxırlar, nə də müzakirələrə. Adlarından bir-iki məqalədə çap etdirib, alimlik dərəcəsini alırlar.

Bütün bu prosesi də qısa müddətdə yekunlaşdırırlar. Həqiqi elm adamları 2-3 ilə mövzusunun adını belə təsdiqlədə bilmədiyi halda, saxta və ya “imkanlı” alimlər 3-4 ilə hətta professor titulunu əldə edə bilirlər.

“AzPolitika.info”ya daxil olan məlumata görə, belə fantastik sürətlə professor adını alanların arasında hətta universitet rektoru olan da var. Söhbət Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdən gedir.

Əlbəttə biz, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Milli Məclisinin deputatı olan hörmətli Eldar müəllimin nə savadı, nə də elmi potensialı barədə hər hansı fikir söyləməkdən uzağıq. Sadəcə saytımıza daxil olan məlumatı və faktları təqdim etmək niyyətindəyik.

Belə ki, “AzPolitika.info”ya verilən məlumata görə, 1951-ci il təvəllüdlü Eldar Quliyev 58 yaşında, yəni 2009-cu ildə elmlər namizədi alimlik dərəcəsini alıb. Bundan 4 il sonra isə, yəni 2013-cü ildə elmlər doktoru, professor elmi dərəcəsini almağa nail olub. Necə deyərlər, gec başlayıb, amma çətin və məşəqqətli elm yolunu sürətli keçib. Ola bilsin ki, Eldar Quliyevin elmdə belə sürətlə irəliləməsinə səbəb 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru postunu tutması olub. Bəlkə də, Eldar Quliyev 30 ildən artıqdır “Azərittifaq”a rəhbərlik etdiyindən, elmi potensialını ortaya çıxarmağa vaxt tapmayıb. Yalnız “Azərittifaq” böyük ölçüdə dağılandan sonra fikrini elmə yönəldə bilib. Bilmirik…

Ancaq maraqlıdır ki, bu xəbəri dəqiqləşdirmək üçün müraciət etdiyimiz (Kooperasiya Universitetinə zənglərimizə cavab verən olmadı-müəl.) Açıq Ensiklopediya olan “Vikipediya”da Eldar Quliyev özü haqda verdiyi informasiyalarda nə zaman müdafiə etdiyi, nə zaman proffessor adı aldığı haqda məlumatları daxil etməyib.

“Vikipediya”da Eldar Quliyevin “Elmi və Siyasi Fəaliyyəti” bölməsində yazılıb: “1973-1974-cü illərdə Elmi-Tədqiqat İnstitutunda işləmişdir. 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir”.

Göründüyü kimi, nə vaxt alimlik adı aldığına dair bir cümlə belə yoxdur. Ancaq maraqlıdır, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant olan Eldar müəllim niyə məhz o dövrdə deyil, təxminən 25 il sonra müdafiə edib? O zaman Eldar Quliyevin öz elmi potensialını ortaya çıxarmasının qarşısını kimlər alıb? Niyə uzu illər ərzində dünya elmi Eldar Quliyevin elmi təfəkküründən məhrum edilib?

Bu sualları Eldar müəllimin cavablandıracağına ümid edərək, qayıdırıq “Vikipediya”dakı məlumatlara. Bundan sonrakı hissədə yazılanlar Eldar Quliyevin qısa müddətdə elmə verdiyi “töhfələrin” (Vikipediyada belə yazılıb) dünyada necə böyük REZONANS doğurduğunu nümayiş etdirir. Qısa müddətdə dünyanın az qala bütün “nüfuzlu” akademiyaları Eldar müəllimi özlərinə üzv etmək üçün növbəyə düzülüblər. Diqqət edin: “Geniş elmi fəaliyyətinə və iqtisad elminə verdiyi töhfələrə görə (?!-red.) Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir. Roma şəhərinin “Fəxri alimi”dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Qızıl Ulduz” medalı və “Atatürk Beynəlxalq” mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən “Taclı Xidmət” ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən “Avropa Xidmət Ordeni”, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Senator Ulduzu” və “Qızıl Qartal” ordenləri ilə təltif olunmuş, Almaniyanın Berlin şəhərində Leybnits adına medalla mükafatlandırılmaqla “Avropanın əməkdar elm xadimi” adına layiq görülmüşdür.”.

Yəqin razılaşarsız ki, ömrü boyu elmlə məşğul olanlar belə bu titulların yarısını əldə edə bilmir. Düzdür, Azərbaycanda yuxarıda adları çəkilən “nüfuzlu” akademiyalara müəyyən pul müqabilində (elə də böyük məbləğ tələb olunmur -red) üzv olmağın mümkünlüyü çoxlarına məlumdur. Ancaq Eldar Quliyevin də bu yoldan istifadə etdiyinə inanmırıq…

Sonrakı hissədə isə 60 yaşından sonra özündəki elmi potensalı kəşf edən Eldar müəllimin əsərlərinin dünyanı necə heyran qoyduğundan yazılıb. Onun “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının İtaliyada, İsveçrədə təqdimatının keçirildiyindən, Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edildiyindən bəhs olunur. “Professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına (?!-red.) görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilib” deyə qeyd edilir. Hətta əsərlərinə görə, E.Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim olunduğu deyilir.

İlk baxışda qibtə etməmək mümkün deyil. Əllbəttə, bəziləri pul hesabına hətta Harvard Universitetinin konfrans zalını icarəyə götürüb, 5-10 nəfəri yığıb nağıl kitabını belə samballı elmi əsər kimi nümayiş etdirməyin mümkün olduğunu iddia edəcəklər. Amma Eldar müəllimin əsərləri ilə bağlı bunu söyləmək üçün əlimizdə əsas yoxdur.

Qeyd edək ki, əsərlərindən Eldar müəllimin elmi fəaliyətinin çoxşaxəli olduğu görünür. Belə ki, ona aid olduğu bildirilən elmi əsərlərinin hərəsi bir sahəyə aiddir. Diqqət edin:
“1. Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2011.
2. Gömrük işinin təşkili. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2012.
3. Etibarlı ərzaq təminatı sistemi: Kooperasiya və İnteqrasiya problemləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Elm” nəşriyyatı, 2013.
4. Aqrar iqtisadiyyat. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2015.
5. “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” – monoqrafiya, Almaniya, Cologne, 2017″.

Belə görünür ki, Eldar müəllim həm aqrar sektoru, həm gömrük işinin təşkilini, həm xarici-iqtisadi fəaliyyətin tənzimlənməsini, həm də ərzaq təhlükəsizliyinin təşkili məsələlərini çox dərindən bilir. Əks halda bu sahələrlə bağlı ali məktəb tələbələri, mütəxəssislər üçün dərslik yaza bilməzdi.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baş nazir Qurban bayramı münasibətilə xalqı təbrik etdi
Bu gün, 10:13
Dollara tələb artır, Bakı nə etməlidir? - TƏHLİL
Bu gün, 10:11
İrəvanın Kremlə qarşı riskli taktikası: Qarabağı nə gözləyir? - TƏHLİL
Bu gün, 10:09
"Nokia"nın Rusiyadakı nümayəndəliyinə azərbaycanlı rəhbərlik edəcək
Bu gün, 10:03
Azərbaycanlı aktyor ölümlə hədələndi: - Metrodan çıxanda...
Bu gün, 09:59
Azərbaycan neftinin qiyməti cüzi azalıb
Bu gün, 09:51
Rəhman Rəhmanovun ailəsi - 2 xanımı bir arada
Bu gün, 09:48
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti Qazaxda büdrəyib... - İDDİA
Bu gün, 09:45
Türkiyəyə fəhləliyə gedən Rauf Əhmədov quduzluqdan öldü
Bu gün, 09:37
AYB sədrindən prezidentə şikayət olundu - “Qanuni mənzilimi özümə verin”
Bu gün, 09:37
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:34
7 şəhər və rayonda plastik qabların toplanması üçün 20 konteyner yerləşdirilib
Bu gün, 09:32
“Aktau Konvensiyasını Xəzərin konstitusiyası adlandırmaq olar” - deputat
Bu gün, 09:31
Merkel Qafqazları “fəth” etməyə gəlir - TƏHLİL
Bu gün, 09:28
Qovlar internatının direktorundan daha bir şikayət: - “Ölü canlar”, qanunsuz bufet...
Bu gün, 09:27
Bu gün dollar neçəyədir?
Bu gün, 09:22
“Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir - Ev sahibləri stress və sarsıntı məngənəsində
Bu gün, 09:21
Şəxsi həyatımıza soxulanları hansı cəza gözləyir? - Qanun
Bu gün, 09:18
“Ordu ilə yanaşı, cəmiyyəti də müharibəyə hazırlamaq lazımdır” - Keçmiş baş nazir
Bu gün, 09:15
“Cırıq şalvar geyənləri yox, niyə Cavanşir Məmmədovun kostyumunu gündəmə gətirirlər?”
Bu gün, 09:14
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bu gün, 09:12
Putin Paşinyanla müharibəyə başlayır – Bakının “Rus NATO-su”na qoşulması...
Bu gün, 09:07
ABŞ-da 2 iranlı casusluqda ittiham edilib
Bu gün, 09:04
İnam Kərimova olan inam itməkdədir...
Bu gün, 09:03
Hacıbala Abutalıbovun dövrü təftiş olunur... - GƏLİŞMƏ
Bu gün, 09:01
Qaxda 52 yaşlı qadını elektrik cərəyanı vurub
Bu gün, 08:58
Aygün Kazımova yeni duet üzərində çalışır
Bu gün, 08:57
Hədəfdə Elmar Məmmədyarovdur...
Bu gün, 08:56
Gəncədə Göygöl sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb
Bu gün, 08:53
Paytaxt küçələrinndə yeni texnika işləyəcək
Bu gün, 08:52
Azərbaycanda makulaturaya tələbat varmı? – 1 ton kağız gətirənə...
Bu gün, 08:51
Tramp Rusiyaya qarşı sanksiyaların götürülməsi şərtini açıqlayıb
Bu gün, 08:50
Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 18:10
“Azərbaycanın addımları prezidentin Rusiyaya səfərinin nəticələrindən çox asılı olacaq”
Dünən, 18:09
"Hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir" - Prezident xalqı TƏBRİK ETDİ
Dünən, 18:05
Neft Daşlarında müşavirə keçirilib
Dünən, 17:59
Xaçaturyan qızlarını zorlayıbmış
Dünən, 17:52
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
Dünən, 17:40
Azərbaycanda zərərlə işləyən banklar - SİYAHI
Dünən, 17:37
Rusiyanın əməkdar artisti Bakıda klip çəkdirib - VİDEO
Dünən, 17:22
Putin və Merkel Suriya məsələsini müzakirə etdi
Dünən, 17:16
Fələstinli iş adamından Türkiyəyə DƏSTƏK: - 800 min dollarını...
Dünən, 17:11
Azərbaycan millisinin futbolçusunun Rusiya vətəndaşı kimi göstərilməsinin səbəbi məlum olub
Dünən, 17:09
Sabah dolar neçəyə olacaq?
Dünən, 17:05
Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır
Dünən, 16:58
“140 min pul vermişəm...” - Həbib Axundovun zərərçəkmiş olduğu məhkəmədən
Dünən, 16:53
Avqustun 24-dək hava isti olacaq - Yay "qayıdır"
Dünən, 16:50
Azərbaycanlı müğənni Bakını işıqsız qoydu - Çəkilişdə görünməmiş hadisə
Dünən, 16:46
Xəstəxanada müəmmalı intihar: - “Dedi ki, tualetə gedirəm...”
Dünən, 16:41
"Qiymətlər artırsa, əmək haqqı da artırılmalıdır"
Dünən, 16:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru