Xaricə daşınan korrupsiya pulları təhlükədə .....                     Rəsmi Vaşinqton Ermənistanı küncə sıxışdırır... .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Eldar Mahmudovu nişan verən milyardlar .....                     Soçi sazişindəki “vaxt” bitdi: Rusiya hansı addım atacaq? .....                     “Kitabımda yazmışdım ki, “Nəhayət bu şər imperiyasının qanunvericilik orqanının son sessiyasında iştirak etmək mənə qismət oldu” .....                     Arif Qaraşovun oğlundan bahalı alış-veriş... .....                     Neftçalanın baş memarına qarşı ittiham .....                     Bu gün dollar neçəyədir? .....                     ABŞ səfirinin İrəvan çıxışı Zaxarovanı əsəbiləşdirdi .....                     Milyonlarla dollar dövlət məmurunun... qolunda .....                     4800 şəhid ailəsinin “qanpulu” ala bilməməsinin günahkarı “Azərsığorta”dır, yoxsa?.. .....                     Türkmənistan xarici işlər naziri Azərbaycana səfərə gəlib .....                     Tərtər rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib .....                     Azərbaycan boksçusu olimpiadada bürünc medal qazanıb .....                     Amerikalıların yalnız 2 faizi Rusiyanı ABŞ-ın müttəfiqi sayır .....                     “Ad günümü heç vaxt qeyd etmirəm” .....                     Azərbaycanın gənc cüdoçusu dünya çempionu olub .....                     Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü qeyd olunur .....                     Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən .....                     AMEA-nın həqiqi və müxbir üzvlərinin maaşları artırılıb .....                     Prezident İlham Əliyev Şəkidə yol tikintisinə .....                     Badamdarda sürüşmə sahəsində çatlar genişlənib .....                     Eldar Mahmudovun iş ortağının məhkəməsində iki dövlət qurumu mülki iddia qaldırıb .....                     "Krımdakı partlayışın səbəbləri ətraflı araşdırılır" .....                     Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığı öz əksini tapıb .....                     Bakıda yolun çökməsinə səbəb olan şirkətin adı .....                     “Ayıq sürücü” Bakıda iri biznesmenin oğlunun pulunu oğurladı .....                     Putin Türkiyəyə səfər edəcək .....                     “Ermənistan cəbhədə ciddi gərginlik yaradıb, arxasında dura bilməz” .....                     Ramil Usubov İcra Hakimiyyətinə sahibsiz itlərə yer ayrılması ilə bağlı .....                     Abramyanın qardaşı 5 milyona azadlığa çıxdı .....                     Çin yuanının ucuzlaşması Azərbaycandan bu ölkəyə qeyri-neft məhsullarının ixracını zəiflədə bilər .....                     “Qlobal Enerji Azərbaycan” LTD öhdəsinə götürdüyü müqaviləni yerinə yetirirmi? .....                     Səudiyyə Ərəbistanı Türkiyədəki səfirini vəzifəsindən uzaqlaşdırdı .....                     "Lotu Quli" məhkəmə qarşısına çıxarılır: .....                     "Azərbaycanda "Yehovanın Şahidləri"nin fəaliyyətinin məhdudlaşdırılması barədə məlumatlar yalandır" .....                     Bakıda vətəndaşları aldadan şirkət rəhbərinin məhkəməsi başladı .....                     Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib .....                     Krımda teraktı törətmiş gəncin fotoşəkli yayıldı .....                 

Fitosanitar Nəzarəti Xidmətinə “əl gəzdiriləcək” - İnam Kərimovun islahatları Camal Quliyevi hədəfə gətirir
Tarix: 11-06-2018, 09:15 | Çap et
Fitosanitar Nəzarəti Xidmətinə “əl gəzdiriləcək”
Bir neçə gün öncə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub. Nazir İnam Kərimovun əmri ilə Bayandur Rzayev Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi təyin edilib. Bildirək ki, baytarlıq xidməti kənd təsərrüfatı nazirliyində adı daha çox qalmaqalda hallanan qurumlardan idi. Amma yeni nazirin islahatlarının bununla bitəcəyini düşünmək olmaz, çünki kənd təsərrüfatı nazirliyində xeyli rəhbər şəxsin vəzifəsi ilə vidalaşacağı şübhə doğurmur.
Kənd Təsərrüfatı Nazirliyi yanında nəyə yaraması heç kimə bəlli olmayan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) fəaliyyəti də bütünlüklə korrupsiyalaşmışdır. Dövlət Fitosanitar Nəzarəti Xidmətinə Camal Quliyev rəhbərlik edir. Bu şəxslə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rastlaşdığımız məlumatlarda bildirilir ki bu şəxsin həyata keçirdiyi qeyri-qanuni işlər nəticəsində sözügedən qurumun fəaliyyəti tamamilə iflic olub. Qeyd edək ki, Dövlət Fitosanitar Nəzarəti XidmətininAğstafa rayon, Bakı-Abşeron, Balakən, Şabran, Füzuli, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Biləsuvar, Şəki, Şirvan, Tovuz, Yevlax rayonlararası Bitkilərin Karantini Məntəqələri mövcuddur.
Xidmətin 57 rayonda bitki mühafizəsi mərkəzləri, daha 16 rayonda mobil bitki mühafizə dəstələri fəaliyyətdədir.
Rayonlararası (rayon) Bitkilərin Karantini Məntəqələri idxal və ixrac olunan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12.2006-cı il tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları”na əsasən həyata keçirirlər. Göstərilən xidmətlərin tarifləri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 01 avqust 2014-cü il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərlə tənzimlənir. Bundan əlavə, Xidmətin tərkibində Respublika Karantin Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Qurumun saytında verilən izahatdan aydın olur ki, Mərkəzin əsas funksiyaları ölkə daxilində istehsal edilən və xarici dövlətlərdən idxal olunan bitki və bitkilərin toxumlarından, əkin materiallarından, bitkilərin hissələrindən (çilik, soğanaq, kök yumruları, meyvələr və s.), karantin nəzarərində olan digər məhsullardan nümunələr götürmək, onları bitki mühafizə və karantini nöqteyi nəzərindən laboratoriya ekspertizasından keçirmək və şəhadətnamə verməkdir.
Mərkəzin tərkibində Yevlax, Xaçmaz və Şirvanda Entomologiya, Fitopatologiya, Herbologiya, Fitohelmintologiya və Molekulyar diaqnostika laboratoriyaları mövcuddur və müvafiq olaraq entomoloji, mikoloji, bakterioloji, virusoloji, herboloji və fitohelmintoloji ekspertizalar aparılır. Xidmətin daha bir strukturu Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzidir. Mərkəzin əsas funksiyaları pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyin olunması, bitki və bitkiçilik məhsullarında, yemlərdə, torpaqda, suda, ətraf mühit obyektlərində pestisidlərin, ağır metalların, nitrat və nitritlərin, mikotoksinlərin və digər zəhərli birləşmələrin təyin edilməsi sahəsində dövlət nəzarətinin təşkili, dövlət qeydiyyatından keçməyən, mənşəyi məlum olmayan pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyədən çıxarılması prosesində iştirakın təmin edilməsi, istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin və qablarının inventarlaşdırılması və zərərsizləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsidir. Mərkəzin tərkibində Şirvan, Yevlax və Xaçmazda Pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının təyini, Ağır metalların təyini, Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfıyyət göstəricilərinin təyini və Mikotoksinlərin təyini laboratoriyaları mövcuddur.
Bunlardan əlavə olaraq, Dövlət Xidməti 5 bölgədə rayonlararası bioloji laboratoriyalara da malikdir.
Göründüyü kimi, tabeliyində yüzdən yuxarı nəzarət funkisyası daşıyan strukturu olan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin gördüyü işlər də çoxsaylıdır. Əlbəttə, fitosanitar nəzarətin effektiv təşkili hər bir dövlət üçün vacib şərtlərdən biridir. Lakin bu vacibliyi Azərbaycanda bu sahəyə baxan məmurlar hələ də qəbul etmək istəmirlər.
Ölkəyə bitkiçilik məhsulları (meyvə-tərəvəzdən, güldən tutmuş taxta-şalbana qədər) idxal edən shaibkarların böyük əksəriyyəti məhz C.Quliyev və onun tabeliyində bir çox məmurların ciddi basqıları altında fəaliyyət göstərməkdədirlər. Onlardan aldığımız məlumata görə, karantin nəzarətində olan idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün Tarif Şurasının müəyyənləşdirdiyi tariflər sahibkarlar üçün əsl arzuya çevrilib: “Çox ciddi problemləri yaşayırıq taxta-şalban, meyvə-tərəvəz, hətta buğda idxalı zamanı. Meyvə-tərəvəz, bildiyiniz kimi, yaş məhsul sayılır və qısa müddətdə bazara çıxarılmadıqda məhv olur, ona çəkilən bütün xərclər batır. Karantin xidmətindəkilər də bunu yaxşı bilirlər. Gətirilən məhsula karantin baxışını keçirib müvafiq sənədi vermək üçün dövlətin müəyyənləşdirdiyindən bəzən 10-20 qat artıq pul istəyirlər. Toxum və əkin materiallarının 1 tonu üçün tarif 10 qəpikdir. Amma gəl görüm sən hər ton üçün 2 manatdan aşağı məbləğə lazım olan sənədi ala bilərsənmi? Eyni vəziyyət bütün növ fitosanitar karantin baxışına cəlb olunan məhsullara aiddir. İstədikləri məbləği vermədikdə, gətirdiyin malda nəsə “tapırlar”, göndərirlər səni laboratoriyalara. Onlar da süründürüb-süründürüb, göndərir zərərsizləşdirməyə. Ən yaxşı halda 1 aya canını qurtara bilmirsən.O vaxta qədər ya gətirdiyin məhsul xarab olur, ya da vaqonlarda, maşınlarda saxlamaq üçün ödədiyin pullar onun dəyərini kəllə-çarxa çıxardır.”
Proseslər haqda məlumatlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə Azərbaycanda satışa çıxarılan kənd təsərrüfatı məhsullarının tərkibindəki pestisid, nitrat və sair kimi insan orqanizminə zərərli maddələrin xüsusi çəkisinin artıq olmasına dair narahatlıq hər zaman olub, bu gün daha çoxdur. Bu xidmətin fəaliyyəti yarıtmaz olduğu üçün insanların yetərli hissəsinin sağlamlığı ciddi təhlükə qarşısındadır. Xidmətin rəhbərliyi ancaq qazanc haqda fikirləşdiyinə görə ərzaq təhlükəzliyi arxa plana keçib. Bildirilir ki, qurumun əməkdaşları rəhbərliyin bilavasitə tapşırığı ilə rayonlarda «reydlər» keçirir, fermerləri cərimə ilə qorxudaraq əslində onlara növbəti qanunsuzluq üçün imkan yaratmış olurlar. Fermerlər istehsal etdikləri məhsulun keyfiyyətinə yox, daha çox kəmiyyətinə üstünlük verdiklərindən meyvə-tərəvəzin tərkibindəki nitritlərin yol verilən həddən daha artıq olması demək olar ki, artıq qaydaya çevrilib və bunun qarşısını almalı olan qurumun rəhbərliyi ancaq öz mənafeyini düşündüyündən vəziyyətin düzəldilməsi istiqamətində heç bir fəaliyyət göstərmir. Əvəzində fermerlər akt və cərimə ilə qorxudularaq külli miqdarda nəysə verməyə vadar edilir.
Sahibkarın bildirdiyinə görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və qurumun digər məsul şəxsləri sahibkarlardan idxal icazəsi üçün idxal karantin sertifikatının verilməsinə görə qanunsuz pul tələb edirlər. İstədikləri məbləğdə pulu vermədikdə isə müxtəlif bəhanələrlə sertifikatın verilməsinin mümkün olmayacağını və növbəti gün müraciət etməyi bildirirlər. Növbəti gün də rüsumun ödənilməsi haqda qəbzi təqdim etməsinə baxmayaraq yenə də əsassız bəhanələr gətirərək sertifikatı verə bilməyəcəklərini deyirlər. Beləliklə sahibkarlar məcburən onların diqtə etduikləri məbləği ödəməyə məcbur olurlar.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaricə daşınan korrupsiya pulları təhlükədə
Bu gün, 09:08
Rəsmi Vaşinqton Ermənistanı küncə sıxışdırır... - Azərbaycanla anlaşma və İranla bağlı seçim tələb edir...
Bu gün, 09:05
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:02
"O qıza minnətdaram, amma aqibətindən xəbərim yoxdur"
Bu gün, 09:01
Eldar Mahmudovu nişan verən milyardlar - GƏLİŞMƏ
Bu gün, 08:57
Soçi sazişindəki “vaxt” bitdi: Rusiya hansı addım atacaq? - TƏHLİL
Bu gün, 08:54
“Kitabımda yazmışdım ki, “Nəhayət bu şər imperiyasının qanunvericilik orqanının son sessiyasında iştirak etmək mənə qismət oldu”
Bu gün, 08:50
Arif Qaraşovun oğlundan bahalı alış-veriş... - Hələ sərgiyə dünən çıxmışdı...
Bu gün, 08:45
Neftçalanın baş memarına qarşı ittiham - VİDEO
Bu gün, 08:43
Bu gün dollar neçəyədir?
Bu gün, 08:41
ABŞ səfirinin İrəvan çıxışı Zaxarovanı əsəbiləşdirdi
Bu gün, 08:40
Milyonlarla dollar dövlət məmurunun... qolunda - KORRUPSİONERİN İFŞASI
Bu gün, 08:39
4800 şəhid ailəsinin “qanpulu” ala bilməməsinin günahkarı “Azərsığorta”dır, yoxsa?.. - NARAZILIQ
Bu gün, 08:32
Türkmənistan xarici işlər naziri Azərbaycana səfərə gəlib
Bu gün, 08:30
Tərtər rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
Bu gün, 08:29
Azərbaycan boksçusu olimpiadada bürünc medal qazanıb
Bu gün, 08:26
Amerikalıların yalnız 2 faizi Rusiyanı ABŞ-ın müttəfiqi sayır
Bu gün, 08:25
“Ad günümü heç vaxt qeyd etmirəm”
Bu gün, 08:23
Azərbaycanın gənc cüdoçusu dünya çempionu olub
Bu gün, 08:22
Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü qeyd olunur
Bu gün, 08:20
"Gedib torpaqda iş görəcəm, taksi sürəcəm" — İzzət əsəbiləşdi
Dünən, 18:22
Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən geri çağırılıb
Dünən, 18:13
AMEA-nın həqiqi və müxbir üzvlərinin maaşları artırılıb - SƏRƏNCAM
Dünən, 18:09
Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 20,08 milyon manat ayırıb
Dünən, 18:06
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
Dünən, 18:04
ATV-nin efirindəki doğuş rəzalətinə reaksiyalar: - “Yaxşı ki, cinsi münasibəti göstərmirlər”
Dünən, 17:45
Eldar Mahmudovun iş ortağının məhkəməsində iki dövlət qurumu mülki iddia qaldırıb
Dünən, 17:42
"Krımdakı partlayışın səbəbləri ətraflı araşdırılır"
Dünən, 17:39
Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığı öz əksini tapıb - deputat
Dünən, 17:34
Bakıda yolun çökməsinə səbəb olan şirkətin adı AÇIQLANDI
Dünən, 17:33
“Ayıq sürücü” Bakıda iri biznesmenin oğlunun pulunu oğurladı
Dünən, 17:25
Putin Türkiyəyə səfər edəcək
Dünən, 17:23
Leyla Əliyeva uşaqlıq fotosunu paylaşdı - FOTO
Dünən, 17:21
“Ermənistan cəbhədə ciddi gərginlik yaradıb, arxasında dura bilməz” - General Aydəmirov
Dünən, 17:18
Ramil Usubov İcra Hakimiyyətinə sahibsiz itlərə yer ayrılması ilə bağlı müraciət edib
Dünən, 17:15
Abramyanın qardaşı 5 milyona azadlığa çıxdı
Dünən, 17:09
Çin yuanının ucuzlaşması Azərbaycandan bu ölkəyə qeyri-neft məhsullarının ixracını zəiflədə bilər - TƏHLİL
Dünən, 17:05
“Qlobal Enerji Azərbaycan” LTD öhdəsinə götürdüyü müqaviləni yerinə yetirirmi? - İTTİHAM
Dünən, 17:04
Səudiyyə Ərəbistanı Türkiyədəki səfirini vəzifəsindən uzaqlaşdırdı
Dünən, 16:49
"Lotu Quli" məhkəmə qarşısına çıxarılır: - SON QƏRAR
Dünən, 16:48
“Savaşçı” serialında Turan ordusu qurulur
Dünən, 16:45
"Azərbaycanda "Yehovanın Şahidləri"nin fəaliyyətinin məhdudlaşdırılması barədə məlumatlar yalandır" - Səyavuş Heydərov
Dünən, 16:42
Bakıda vətəndaşları aldadan şirkət rəhbərinin məhkəməsi başladı
Dünən, 16:35
Azərbaycanlı xanəndə Gülnar İsayeva TRT Musiqi kanalının “Könül bağı” proqramında qonaq olub
Dünən, 16:32
Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib
Dünən, 16:29
Krımda teraktı törətmiş gəncin fotoşəkli yayıldı - FOTO
Dünən, 16:26
Krımda baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb - VİDEO
Dünən, 16:23
Badamdarda quyuların qazılması yolu ilə qrunt suları çıxarılsa, sürüşmə dayanacaq - Coğrafiya İnstitutu
Dünən, 16:11
Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM
Dünən, 16:09
ABŞ səfirinin təəccüb doğuran Qarabağ açıqlaması - TƏHLİL
Dünən, 16:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru