ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən .....                     Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb .....                     Burulğan Eldar şamını kökündən çıxarıb .....                     SOCAR karbamid zavodunun məhsulu üç ölkəyə ixrac olunacaq .....                     Ədliyyə məmuruna qarşı dələduzluq edilib .....                     Erməni Azərbaycanla sərhəddə minaya düşdü .....                     Azərbaycanda dövlət idarəçiliyi sistemində islahatlar: məqsəd və nəticə .....                     Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2 yeni şirkət yaradıb .....                     Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu .....                     Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb .....                     Kəskin hava şəraiti ilə bağlı xəstəxanaya müraciət edən olmayıb .....                     Moskvada Azərbaycan məscidi ətrafında nə baş verir? .....                     Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib .....                     Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi Türkiyə vətəndaşlarının sayı məlum olub .....                     Bakını Moskva ilə üz-üzə qoymaq planı... .....                     Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək .....                     Çoxmənzilli binaların idarə edilməsi qaydalarının pozulmasına görə cəzaları müəyyən edən qanun qüvvəyə minib .....                     "Mən bu məsələni Rusiyadan olan bir neçə rəsmi şəxslərlə müzakirələrdə söyləmişəm" .....                     Rusiya kanallarının yayımı profilaktik tədbirlərə görə dayandırılıb .....                     Milli Məclisin 63 üzvünün səsi ilə deputat mandatı ləğv ediləcək .....                     AzTV-nin sabiq sədri nələrin hesabatını verməli? .....                     Bakıda külək dayanacağın damını uçurdu .....                     Azərbaycan nefti 2% bahalaşıb .....                     Sırada hansı dövlət qurumudur? .....                     Yaponiya Rusiyaya etiraz notası göndərdi .....                     Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib .....                     Sərəncam ölkədə kitabxana sisteminin yenidən qurulmasına imkan yaradacaq .....                     Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın obyekt cərimələnib .....                     “Ötən il 98 dini icma qeydiyyata alınıb, 22-nin qeydiyyatından imtina olunub” .....                     Eldar Mahmudovun həbsdəki qohumu şikayətini geri götürdü RABİTƏ İŞİ .....                     AQTA araşdırmalara başlayıb, qeydiyyatından keçməyən 50-ə yaxın sahibkar cərimələnib .....                     Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib .....                     AMEA Yüksək Texnologiyalar Parkında yeni direktor təyin olunub .....                     Yol polisi bütün qüvvələri səfərbər edəcək .....                     Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb .....                     Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi .....                     Sabah dollar neçəyə olacaq? .....                     BP dənizdəki neftçiləri təxliyə etməyəcək .....                     Paytaxta gətirilən yeni zibil qutusu yandı .....                     "ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir" .....                 

Eldar Mahmudov seçkidən sonra həbs edilə bilər
Tarix: 11-04-2018, 10:10 | Çap et
Eldar Mahmudov seçkidən sonra həbs edilə bilər
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qeyri-müəyyənliyin seçkidən sonra aradan qalxacağı haqda məlumatlar yayılıb. 2015-ci ilin oktyabrında, parlament seçkilərinə 2 həftə qalmış vəzifəsindən qəfil alınan Eldar Mahmudovun taleyinə 2018-ci il prezident seçkisindən sonra aydınlıq gətirilə bilər.

Bu günə qədər sabiq nazirin həbs ediləcəyi ilə bağlı xeyli məlumat yayılıb. Eldar Mahmudovun hələ “MTN işi”nin ilk günlərində dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar yayılmışdı. Onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi deyilirdi. Bu iddiaların heç biri rəsmi şəkildə təkzib olunmayıb. Belə iddialar var ki, aprelin 11-də keçiriləcək prezident seçkisindən sonra Eldar Mahmudovu cəzalandıracaqlar. Onun azadlıqda qalması istər ictimaiyyətdə, istərsə də hakimiyyət daxilində də ciddi narazılıq yaradıb. İctimaiyyət, xüsusən də bu və ya digər şəkildə yolu “mahmudovçularla” kəsişmiş sahibkarlar, məmurlar onun cəzasız qalmasını özlərinə təhlükə olaraq hiss etməkdədirlər. Hakimiyyətdə də bunu bilməmiş deyillər. Üstəlik, böyük bir güc nazirliyini rüşvət və korrupsiya yuvasına çevirmiş, dövlətin onurğa sütununa zərbə vurmuş bir nazirin azadlıqda qalması ilk növbədə dövlətin ziyanına işləyən amildir.

Ötən ilin noyabrında Eldar Mahmudovun saxlanılmasına cəhd oldu. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bir neçə dəfə çağırdılar. Məlum oldu ki, Eldar Mahmudovu cinayət işi üzrə dindiriblər. Bu dindirmədən əvvəl isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudovu həbs etmişdilər. Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu olmaqla bərabər onun köməkçisi olaraq sahibkarlardan aylıq toplanan xəracın bank hesablarına yerləşdirilməsi ilə məşğul olan biri kimi ad çıxarıb.

Vüqar Mahmudovla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumat da bu iddiaların həqiqliyini təsdiqləyirdi. Rəsmi açıqlamalarda vurğulanırdı ki, Vüqar Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan edilib.

Vüqar Mahmudovun gözlənilmədən həbsi, bunun ardınca isə sabiq nazirin işdən çıxarılandan sonra ilk dəfə olaraq istintaqa çağırılması belə əminlik yaratmışdı ki, tezliklə Eldar Mahmudov da həbsdə çarpışan komandasının yanına göndəriləcək. 2017-ci ilin noyabrından ötən müddət ərzində bu əminlik öləziyib. Amma hələ də sabiq nazirin həbs olunacağı haqda iddialar səngimir. Bu da səbəbsiz deyil. Çünki ortada xeyli danılmaz faktlar var.

Maraqlı bir məqam da o idi ki, Vüqar Mahmudovun da həbsinə qədər adı bir çox məhkəmə işlərində keçirdi. O, məhkəmələrə dəvət ediləndə özünü arxayın aparır, təkzibolunmaz faktlara baxmayaraq, yaxasını istintaqçıların əllərindən kənar saxlaya bilirdi. Belə görünürdü ki, onun arxayınlığı əmisi oğlunun əlaqələrinə köklənib. Bununla belə, həbs edilməməsi də ciddi suallar doğururdu. Bildirilirdi ki, Eldar Mahmudovu “qoruyan əllər” möhkəm olduğundan onun ən yaxın adamını da həbs etmək mümkün olmur. Lakin bir müddət keçdi, Vüqar Mahmudovun da yaxası istintaqçıların əlinə keçdi.

MTN-in az qala bütün rəhbərliyi, general heyəti həbs olunduğu halda Eldar Mahmudovun istintaqdan kənar qalması bu gün də çox ciddi suallar doğurur. Üstəlik, 2017-ci ilin iyununda MTN-in sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatanda hakim Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərmişdi. Həmin qərardadın 2 aydan sonra ili də çıxacaq, amma prokurorluqdan səs çıxmır.

Ötən ilin noyabrında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiq etmişdi ki, Eldar Mahmudovun istintaq idarəsinə çağırılması köməkçisinin cinayət işi ilə bağlıdır. Hələ o dövrdə də bəlli idi ki, Eldar Mahmudovun istintaqa çağırılması bir müstəntiqin və ya bir idarənin qərar verəcəyi iş deyil. 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst düzəyindən verilib. Lakin sonradan Eldar Mahmudovla bağlı proses dayandırıldı.

Həmin günlərdə belə xəbərlər dolaşırdı ki, Eldar Mahmudov Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən küllimiqdarda vəsait çıxarıb və istintaqa çağırılandan sonra həmin pulları qaytarmağa söz verib. Cahangir Hacıyevin özü də “Beynəlxalq Bank işi” başlayandan bir neçə ay sonra azadlıqda qaldı. Həmin günlərdə də bunun səbəbi dövlət bankından oğurladıqları pulları qaytarmaq vədi ilə izah olunurdu. Amma pulun yalnız cüzi bir miqdarı qaytarıldı. Cahangir Hacıyevin də taleyi məlumdur. Onu 15 il müddətinə azadlıqdan məhrum ediblər. Eyni ssenarinin Eldar Mahmudova da münasibətdə təkrarlanacağı haqda fikirlər səslənib. Lakin görünən odur ki, Eldar Mahmudov istintaqçılar üçün o qədər də asan “ov” deyil. Mümkündür ki, o, nazir vəzifəsində çalışdığı dövrdə əlində cəmlənən kompromat materialları hərəkətə keçirə bilib. Belə xəbərlər vardı ki, sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkə xaricində saxlayıb. Yeri gələndə kompramat məlumatların ən ziyansız hissəsini gündəmə gətirməklə əlində çox ciddi faktların olması ilə şantaj mövqeyini nümayiş etdirir. İstisna deyil ki, şantaj edilən tərəflər də Eldar Mahmudovun əlində ola biləcək kompromat “bomba”larının hansı gücdə olmasını, nələri dəyişə biləcəyini göz önünə gətirməkdə elə də çətinlik çəkmirlər. Görünən də odur ki, sabiq nazirin qurduğu kompromat “qalası” hazırda onun olduğu statusunu qoruyub saxlamasına imkanlar açır. Bütün bunlara rəğmən Eldar Mahmudovun toxunulmazlığı əbədi deyil. 1 qərarla vəzifəsindən ala biliblərsə, digər qərarla azadlığını da almaq gücü qalır...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən AÇIQLAMA
Bu gün, 11:24
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb
Bu gün, 11:22
Burulğan Eldar şamını kökündən çıxarıb
Bu gün, 11:21
SOCAR karbamid zavodunun məhsulu üç ölkəyə ixrac olunacaq
Bu gün, 11:20
Ədliyyə məmuruna qarşı dələduzluq edilib
Bu gün, 11:19
Erməni Azərbaycanla sərhəddə minaya düşdü - Ayağı amputasiya olundu
Bu gün, 11:18
Azərbaycanda dövlət idarəçiliyi sistemində islahatlar: məqsəd və nəticə - TƏHLİL
Bu gün, 11:16
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2 yeni şirkət yaradıb
Bu gün, 11:15
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Bu gün, 11:14
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Bu gün, 11:12
Kəskin hava şəraiti ilə bağlı xəstəxanaya müraciət edən olmayıb - Səhiyyə Nazirliyi
Bu gün, 11:11
Moskvada Azərbaycan məscidi ətrafında nə baş verir? - TƏHLİL
Bu gün, 11:10
Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib
Bu gün, 11:08
Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi Türkiyə vətəndaşlarının sayı məlum olub - SİYAHI
Bu gün, 11:08
Bakını Moskva ilə üz-üzə qoymaq planı... - iki paytaxt arasında əsəb savaşını kim körükləyir?
Bu gün, 11:06
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
Bu gün, 11:05
Çoxmənzilli binaların idarə edilməsi qaydalarının pozulmasına görə cəzaları müəyyən edən qanun qüvvəyə minib
Bu gün, 11:04
"Mən bu məsələni Rusiyadan olan bir neçə rəsmi şəxslərlə müzakirələrdə söyləmişəm" - deputat
Bu gün, 11:03
Rusiya kanallarının yayımı profilaktik tədbirlərə görə dayandırılıb - KATV 1
Bu gün, 11:01
Milli Məclisin 63 üzvünün səsi ilə deputat mandatı ləğv ediləcək
Bu gün, 11:00
AzTV-nin sabiq sədri nələrin hesabatını verməli? - İTTİHAM
Bu gün, 10:59
Bakıda külək dayanacağın damını uçurdu
Bu gün, 10:57
Azərbaycan nefti 2% bahalaşıb
Bu gün, 10:56
Sırada hansı dövlət qurumudur? - Stuktur islahatları davam edir
Bu gün, 10:56
Yaponiya Rusiyaya etiraz notası göndərdi - Balıqçılara görə
Bu gün, 10:54
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib - SİYAHI
Bu gün, 10:52
Sərəncam ölkədə kitabxana sisteminin yenidən qurulmasına imkan yaradacaq - Nazirlik
Dünən, 18:30
Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın obyekt cərimələnib
Dünən, 18:26
“Ötən il 98 dini icma qeydiyyata alınıb, 22-nin qeydiyyatından imtina olunub”
Dünən, 18:12
Eldar Mahmudovun həbsdəki qohumu şikayətini geri götürdü RABİTƏ İŞİ - GƏLİŞMƏ
Dünən, 18:09
Azərbaycanlı aparıcının da əməliyyatı canlı yayımlanıb - Süd vəzisini kiçildir
Dünən, 18:04
AQTA araşdırmalara başlayıb, qeydiyyatından keçməyən 50-ə yaxın sahibkar cərimələnib
Dünən, 17:51
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib
Dünən, 17:49
AMEA Yüksək Texnologiyalar Parkında yeni direktor təyin olunub
Dünən, 17:41
Yol polisi bütün qüvvələri səfərbər edəcək - Havaya görə
Dünən, 17:39
Təranə Səmədova qadın koloniyasına köçürüldü
Dünən, 17:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb
Dünən, 17:27
Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi
Dünən, 17:20
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:18
BP dənizdəki neftçiləri təxliyə etməyəcək - İş dayandırılmayacaq
Dünən, 17:11
Paytaxta gətirilən yeni zibil qutusu yandı
Dünən, 17:09
"ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir" - Amerikalı diplomat
Dünən, 17:03
Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
Dünən, 16:59
“20 yanvar Tarixin Qan Yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
Dünən, 16:50
Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır - Əflatun Amaşov
Dünən, 16:45
Tanınmış jurnalistə vəzifə verildi
Dünən, 16:35
"Qırmızı Körpü" gömrük postunun işdən çıxarılan inspektoru barəsində cinayət işi başlanılıb
Dünən, 16:30
Eldar Əzizov hava şəraiti ilə əlaqədar Bakının icra başçılarına tapşırıqlar verib
Dünən, 16:17
Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq - “Azəriqaz”
Dünən, 16:16
“Dövlətə yük olan qurumların hamısı ləğv edilməlidir”
Dünən, 16:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru