"Liderlər arasında olmaq çox maraqlıdır" .....                     Əbülfəs Qarayev Avropa Şurasının Şimal-Cənub Təşkilatın rəhbəri ilə görüşüb .....                     “Kürdlərin ABŞ-a meyillənməsi Rusiya ilə Türkiyəni daha da yaxınlaşdırır” .....                     Ərdoğan tvitterdə 20 Yanvar Şəhidlərindən yazdı: .....                     Roma papasını aparan avtomobilin təkəri deşildi .....                     Aynurənin ərinin gecə növbəsinə işə getdi: Nemət gizli həyətə gəldi .....                     Salyan sakini bıçaqlanıb .....                     Dino Ndlovdan təşəkkür mesajı .....                     Türk generaldan Afrin açıqlaması: .....                     Suriyada avtomobildə partlayış olub .....                     20 Yanvar şəhidləri yad edildi .....                     Ermənistan ordusu Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub .....                     Demokratların Senatdakı lideri Donald Trampı qurumların bağlanmasında ittiham edib .....                     Corc Soros ona qarşı olan dövlətlərə meydan oxudu: .....                     Qaçırılan avtomobillər qısa zamanda tapıldı .....                     Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib .....                     ...gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq .....                     Bu rayona yeni icra başçısı göndərilir .....                     Ərdoğana sürpriz: AKP getdikcə zəifləyir .....                     Rabitə sistemində peşəkar kadr problemi .....                     Afrində terrorçuların sığınacaqları vuruldu .....                     Ağcabədi sakininin evindən silah-sursat tapıldı .....                     ABŞ-da aktiv neft quyularının sayı azalıb, Kanadada isə artıb .....                     Ölkəyə investisiya axınını gücləndirəcək sərəncam .....                     Qulinin adamları hərəkətə keçdi .....                     Füzulidə silahlı insident .....                     Tanınmış şairə ağır itki .....                     Həlak olan Azərbaycan əsgəri bu sözləri ilə YADIMIZDA QALACAQ .....                     Xaçmazın icra başçısı uşaqların sağlamlığı ilə çilingağac oynayır .....                     Atanı öldürüb, oğulu yaralayan qatil .....                     “Bu qədər insanın öldürüləcəyini heç Vəzirov da təsəvvür etmirdi” .....                     YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib .....                     İndi hamını günahlandıran Ayaz Mütəllibov şənbə gecəsi harada idi? .....                     Azərbaycanda 2 bağlanmış banka məxsus avtomobillər hərracda satılıb .....                     Evə gorən oğrular ər və arvadın əl-qollarını bağladılar və... .....                     Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək .....                     “Mən Xalq Cəbhəsini 20 Yanvara görə günahlandıra bilmərəm...” .....                     Azərbaycan nefti 1%-dən çox ucuzlaşıb .....                     Şəhidimiz dəfn olundu .....                     Bakının mərkəzindəki yanğın söndürüldü .....                 

“İnstitutun direktoru məni iki dəfə qəbul etdi və dedi ki…” - QALMAQAL
Tarix: 11-10-2017, 11:55 | Çap et
“İnstitutun direktoru məni iki dəfə qəbul etdi və dedi ki…”
Xəbər verdiyimiz kimi, bu gün (dünən-red.) AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclasında qalmaqal yaşanıb və Şuranın iclası pozulub… Belə ki, İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə 2012-ci ildə Fransada apardığı elmi araşdırma ilə bağlı yazdığı elmi əsərin Şuranın gündəliyinə salınmasına dair təklifi səsə qoyularkən İnstitutun Həmkarlar Təşkilatının saxta sədri Abuzər Ələkbərov qalmaqal yaradıb və Şuranın işi pozulub.
Bəs əslində nə baş verir? Baş verənlərlə bağlı elə gənc alim Anar Ağalarzadə ilə söhbət etdik:
-Anar bəy, bu gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclasında sizin 2012-ci ildə Fransada apardığınız elmi araşdırma ilə bağlı məsələnin Şuranın gündəliyinə salınması müzakirə olunarkən İnstitutun Həmkarlar Təşkilatının saxta sədri Abuzər Ələkbərovla aranızda qalmaqal yaşanıb. Bu münaqişənin kökü nədədir?
-Məsələ Abuzər Ələkbərovun mənə qarşı əsassız iddialarının nəticəsidir. Söhbət ondan gedir ki, biz ikimiz də 2012-ci ilin dekabr ayında Fransanın Sen-Jermen Milli Arxeologiya muzeyindən dəvət almışdıq və hər ikimizə ayrı-ayrılıqda 1250 avro məbləğində qrant ayrılmışdı. Mən həmin qrantın sayəsində Fransaya getmişəm. Sen Jermen muzeydə Azərbaycanla bağlı qiymətli arxeoloji materiallar saxlanılır. Belə ki, Azərbaycanın Lənkəran-Lerik bölgəsində hələ XIX əsrin sonlarında fransız arxeoloqu Jak De Morqan və onun qardaşı Henri de Morqan arxeoloji qazıntılar aparıblar. Həmin işlərin nəticəsi olaraq son Tunc və İlk Dəmir dövrünə aid daş qutu qəbirlər və xeyli sayda qiymətli arxeoloji materiallar üzə çıxarılıb və Fransaya aparılıb. Bu tapıntılar hazırda Sen-Jermen muzeyində yüksək səviyyədə saxlanılır. Onu da deyim ki, hələ Sovetlər dövründə akademik İqrar Əliyev qeyd edirdi ki, Azərbaycanın cənub bölgəsindən vaxtilə XIX əsrin sonlarında Morqan qardaşlarının qazıb Fransaya apardığı arxeoloji materiallar xalqımızın qədim tarixinin əsas səhifələrindən biridir. Bunun davamı olaraq tarix elmləri doktoru Əsədulla Cəfərov isə 2001-2003-cü illərdə Fransada Beynəlxalq İNTAS proqramı çərçivəsində tədqiqatlar aparan zaman iki dəfə Sen Jermen Muzeyinə getmiş, burada saxlanılan Azərbaycanın maddi-mədəniyyət nümunələri ilə tanış olmuş və ilk dəfə olaraq qeyd etmişdir ki, muzeyin arxeoloji fondunda 2500-dən artıq tapıntılar saxlanılır. Alim bir neçə il bundan əvvəl təklif də etmişdi ki, bu tapıntıların orijinalları gətirilə bilməsə də onların mulyajları hazırlansın və Azərbaycan tədqiqatçıları elmi işlərində bunlardan faydalana bilsinlər. Onun sözlərinə görə, elmdə sərhəd yoxdur, hər kəs öz elmi fikrini bildirə və elmi ictimaiyyətin buna münasibətini öyrənə bilər. Mən də orada olanda muzeyin əməkdaşları ilə görüşüb ətraflı söhbət etmişəm. Onlar da yaxşı bilirlər ki, bu qiymətli eksponatlar Azərbaycan xalqının maddi mənəvi sərvətidir, tarixidir. Sadəcə həmin o illərdə özbaşınalıq idi və Morqan Azərbaycanda qazıntı aparıb bu eksponatları Fransaya daşımışdı. Muzey əməkdaşları özləri də həvəs göstərirlər ki, Azərbaycanlı alimlər Fransaya gəlsinlər və bu barədə yazsınlar, araşdırma aparsınlar, göstərsinlər ki, Fransanın bu tarix muzeyi Azərbaycanın maddi mədəni irsinə və tarixinə aid eksponatları necə qoruyub saxlayır və s. Mən muzeydən qayıdandan sonra bir neçə məqalə hazırlayıb ingilis dilində çap etdirdim və çaplarımı onlara göndərdim ki, görüm onların münasibəti necə olacaq. Mənə Fransadan sadəcə minnətdarlıq gəldi ki, təsəvvür etməzsiniz. Məsələ ondadır ki, bu tapıntılar orada ölü material kimi qalmaqdadır, tədqiq olunmalı və öyrənilməlidir. Ancaq mən bu materialların çox cüzi bir hissəsini diriltdim, ictimailəşdirdim…
“Abuzər Ələkbərovun saxta layihəsini 1 saata ləğv etdirdik”-ETNOQRAFİYA İNSTİTUNDA QALMAQAL
-Bəs sizin kimi oraya getmiş, eyni məbləğdə qrant almış Abuzər Ələkbərov necə, nəsə yazıb hesabat verdimi?
-Yox… O, heç bir iş görmədi. Hətta Fransanın Mədəniyyət Nazirliyinin Abidələrin Mühafizəsi Departamenti 3 ay sonra elektron məktub yazıb tələb edirdi ki, yaxşı, biz sizə qrant ayırdıq, pul verdik, gəldiniz, nə iş gördünüz, niyə bizə hesabat yazıb təqdim etmirsiniz? Mən şəxsən öz qrantımın nəticəsi olaraq ingilis dilində hesabat yazıb Fransaya göndərdim və onlar məmnun oldular. Bildirdim ki, yəni mən bu tədqiqatları apardım, bu da elmi araşdırmam və izahım. Sonra həmin rəsmi qurum mənə yazdı ki, bəs sizinlə bərabər buraya gəlmiş, qrant almış Abuzər Ələkbərov niyə hesabatı göndərmir? Xahiş edirik ona məlumat verin! Bu adam ikicə səhifəlik bir hesabatı yazmadı. Mən nə deyə bilərəm?! Mən başladım Fransa səfərim barədə dövrü məcmuələrdə məqalələr yazmağa... Məgər cinayət etmişəm? Mən səndən icazə almalı idim, Abuzər Ələkbərov? Sənə də dəvətnamə gəlmişdi və mənə də. Özü də ayrı-ayrılıqda. Sən yaza bilmirsən, mən neyləyim?! Bəlkə bunu gözləyirdin! Xeyr! Mən elə saxtakarlıq edə bilmərəm. Mən tanınmış jurnallarda məqalələrimi çap etdirdim. Biri də bu yaxınlarda adını çəkməyəcəyim jurnalların birində çapa gedəcək və Sen-Jermen Milli Arxeologiya Muzeyinin 150 illik yubileyinə həsr olunacaqdır. Orada 2800-dən çox Azərbaycandan aparılmış arxeoloji materiallar vardır. Həmin materialların fotosunu o da çəkib, mən də çəkmişəm.

“Abuzər, sən son on ildə dövlətin külli miqdarda vəsaitini götürüb qazıntı adı ilə getmisən cənub bölgəsinə, lakin…”
-Bu nə deməkdir?
-Mən də sual verirəm, bu nə deməkdir, Abuzər Ələkbərov? Deyir ki, mənim icazəm olmadan cənub bölgəsinə kimsə gedə bilməz və getmək istəyən də mütləq icazə almalıdır. Demişəm ki, cənub bölgəsinin tunc dövrü abidələri mənim elmi işimdir və mən o doktorluğu mütləq müdafiə edəcəyəm və buna tam əminəm. Hətta özünə də demişəm ki, sən bu elmi problemdən uzaqsan. Arxeoloji abidələr Azərbaycan xalqının və dövlətinin milli sərvətidir. Elmdə polemika, mübahisə ola bilər, amma bu adam isə mənimlə açıq-aşkar düşmənçilik aparır.
-Abuzər Ələkbərovun vəzifəsi nədir?
-O, özünün dediyi kimi, guya Cənub-Şərqi Azərbaycanın arxeoloji tədqiqi ekspedisiyasının rəhbəridir. Əslində isə özü orta əsrlər dövrü arxeologiyasının araşdırılması ilə məşğul olmalıdır. Amma bu adam saxtakarcasına hər yerə müdaxilə edir. Əsl alim bir sahə ilə və peşəkarlıqla məşğul olmalıdır. O, hesab edir ki, cənub bölgəsi onun şəxsi torpaqlarıdır. Demişəm ki, son 10 ildə dövlətin yüz min manatlarla vəsaitini götürüb qazıntı adı ilə getmisən. Cəlilabad rayonunun tarixçi-ziyalıları deyirlər ki, Abuzər Ələkbərov gəlib camaatdan əllərində olan eksponatları toplayır və sonra qazıntı nümunəsi kimi sənədləşdirir. Təsəvvür edirsinizmi?! İnstitutda da bu tapıntıları ekspedisiyanın işi kimi təqdim edir. Əgər ədalətli araşdırılma aparılsa onun cənub bölgəsində heç bir abidədə qazıntı aparmadığı bəlli olacaq. Heç olmasa bu cinayətinə görə sus, başını aşağı sal!…
-Bu günkü Elmi Şurada nə qalmaqal idi sizinlə bağlı?
-Mənim elmi işimin adı “Azərbaycanın arxeoloji materialları Fransanın Sen-Jermen muzeyində” adlanır. Balaca bir kitabçadır. Mən onu Elmi Şuranın rəyi ilə çap etdirmək üçün təqdim etmişdim. Müstəqil tədqiqatdır, orada mən Sen Jermendə olan arxeoloji materialların çox cüzi bir hissəsini çap edirəm. Əsas məqsədim bölgənin həmin dövr abidələrinin öyrənilmə tarixi, xronologiya məsələləri və elmi təhlillərdir. Sen Jermen Muzeyində olan materialların hamısını çap eləmək çox çətin işdir və bu ayrıca olaraq kataloq kimi gələcəkdə dövlət səviyyəsində hazırlanmalı işdir. Siz təsəvvür edirsiniz ki, burada söhbət 2500-dən artıq tapıntılardan gedir. Özünə də demişdim ki, Abuzər Ələkbərov sən də yaz, bəlkə sən daha yaxşı yazacaqsan, təhlil apara biləcəksən! Hətta yalan da deyir ki, guya o, Fransaya getmiş ekspedisiyanın rəhbəri olub. Bu ağ yalandır, orada heç bir rəhbərdən söhbət getmirdi və mənim özümə şəxsən dəvətnamə göndərilmişdi… Onun mənimlə bütün münaqişəsi bununla bağlıdır. İstəyir ki, hamı onunla hesablaşsın. Bəs direktor kimdir? Biz onun əmrinə uyğun iş görürük… Əslində, bu məsələnin kökü lap dərindir. O, keçən il Elmin İnkişafı Fonduna bu məsələ ilə bağlı təxminən 187000 manatlıq layihə vermişdi. Mənim daha əvvəllər 2013-cü ildə verdiyim layihənin eyni adlısı… Mən o zaman Fondun rəhbərliyinə, şəxsən Elçin Babayevə elektron məktub göndərib yazdım ki, axı mən bir müddət əvvəl eyni adlı layihə vermişdim və 4000 manat büdcəsi var idi. Lakin nə səbəbdənsə keçmədi. Olsun! Amma qaydalara görə geri qaytarılmış layihənin eyni adla təkrar verilməsi qəti qadağandır və bu Fondun Əsasnaməsinə ziddir. Dedim ki, Abuzər Ələkbərovun bu layihəsi saxtadır, əgər təcili olaraq Fondun müzakirəsindən çıxarılmasa, mən bu məsələni ölkədə ictimailəşdirəcəyəm…
-Nəticəsi necə oldu?
-Bir saat keçməmiş, Elmin İnkişafı Fondunun həmin dövr üçün müsabiqəsində onun layihəsi ləğv edildi. Özü də mən eyni layihəni 4000 manat büdcə ilə vermişdim, o isə 187000. Təsəvvür edirsinizmi? Bu layihənin keçirilməsi dövlətə, elmə və elmi ictimaiyyətə xəyanət idi!
-Sonuncu sual: bəs İnstitutun direktoru Maisə Rəhimova niyə Abuzər Ələkbərovla bağlı məsələni yoluna qoymur?
- Bunun səbəblərini çoxsaylı elmi heyət olaraq biz də bilmirik. Niyə görə Maisə xanım vaxtilə bu dövlətə, millətə və xalqa xəyanət etmiş və hazırda haqlı cəzasını çəkən Əli İnsanovun yaxın adamının İnstitutda "söz sahibi" olması iddialarına son qoymur?! Hesab edirik ki, əgər Abuzər Ələkbərovun İnstitutdakı özbaşınalıqlarına AMEA rəhbərliyi səviyyəsində son qoyulmasa betər qalmaqallar hələ çox olacaq…
-Suallara ətraflı cavab verdiyiniz üçün təşəkkür edirik.
\\tezadlar.az\\






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Liderlər arasında olmaq çox maraqlıdır"
Dünən, 18:04
Əbülfəs Qarayev Avropa Şurasının Şimal-Cənub Təşkilatın rəhbəri ilə görüşüb
Dünən, 18:00
“Kürdlərin ABŞ-a meyillənməsi Rusiya ilə Türkiyəni daha da yaxınlaşdırır”
Dünən, 18:00
Ərdoğan tvitterdə 20 Yanvar Şəhidlərindən yazdı: - “Hər zaman Azərbaycanın yanındayıq”
Dünən, 17:51
Roma papasını aparan avtomobilin təkəri deşildi
Dünən, 17:38
Aynurənin ərinin gecə növbəsinə işə getdi: Nemət gizli həyətə gəldi - Cəlilabadda şok hadisə
Dünən, 17:36
Salyan sakini bıçaqlanıb
Dünən, 17:19
Dino Ndlovdan təşəkkür mesajı — Siz həmişə qəlbimdə qalacaqsınız
Dünən, 17:17
Türk generaldan Afrin açıqlaması: - Rusiya mane olsa...
Dünən, 17:14
Yanan binada tanınmış aparıcı da olub: - "Pəncərədən alovu görüb..."
Dünən, 17:09
Suriyada avtomobildə partlayış olub - terrorçu YPG-nin üç başçısı ölüb
Dünən, 17:04
20 Yanvar şəhidləri yad edildi - Tərtərdə
Dünən, 17:01
Ermənistan ordusu Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub
Dünən, 16:57
Demokratların Senatdakı lideri Donald Trampı qurumların bağlanmasında ittiham edib
Dünən, 13:10
Corc Soros ona qarşı olan dövlətlərə meydan oxudu: - "Ölənə qədər sizinlə varam”
Dünən, 13:06
Qaçırılan avtomobillər qısa zamanda tapıldı
Dünən, 13:03
Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib
Dünən, 12:52
...gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq - Belə deyirlər...
Dünən, 12:51
Bu rayona yeni icra başçısı göndərilir - Hazırki başçı isə...
Dünən, 12:49
Ərdoğana sürpriz: AKP getdikcə zəifləyir
Dünən, 12:42
Rabitə sistemində peşəkar kadr problemi - GƏLİŞMƏ
Dünən, 12:40
Afrində terrorçuların sığınacaqları vuruldu
Dünən, 12:25
Ağcabədi sakininin evindən silah-sursat tapıldı
Dünən, 12:24
"Sarı gəlin" mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir - Səfir
Dünən, 12:22
ABŞ-da aktiv neft quyularının sayı azalıb, Kanadada isə artıb
Dünən, 12:20
Ölkəyə investisiya axınını gücləndirəcək sərəncam - TƏHLİL
Dünən, 12:19
Qulinin adamları hərəkətə keçdi - Daha bir ölkədə avtoritet savaşları qızışır
Dünən, 12:16
Füzulidə silahlı insident - Qohumunu yaraladı...
Dünən, 12:14
Tanınmış şairə ağır itki
Dünən, 12:04
Həlak olan Azərbaycan əsgəri bu sözləri ilə YADIMIZDA QALACAQ - “Allah bizi şəhidliyə layiq bilsin...”
Dünən, 12:03
Xaçmazın icra başçısı uşaqların sağlamlığı ilə çilingağac oynayır - GİLEY
Dünən, 12:01
Atanı öldürüb, oğulu yaralayan qatil HƏBS OLUNDU
Dünən, 11:57
“Bu qədər insanın öldürüləcəyini heç Vəzirov da təsəvvür etmirdi” - Keçmiş MTN işçisi
Dünən, 11:56
"20 yanvar dəhşətini formal qəbul etməyə başlayıblar. Elə bil heç bu zülm olmayıb" - Xalq artisti
Dünən, 11:52
Təranə Qumrala həbs yolu görünür: - "Özünü öldürmək dərəcəsinə çatıb"
Dünən, 11:41
YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib
Dünən, 11:38
İndi hamını günahlandıran Ayaz Mütəllibov şənbə gecəsi harada idi? - 28 il əvvəlin QANLI BAKISI
Dünən, 11:37
Azərbaycanda 2 bağlanmış banka məxsus avtomobillər hərracda satılıb
Dünən, 11:35
Evə gorən oğrular ər və arvadın əl-qollarını bağladılar və... - Şamaxıda QULDURLUQ
Dünən, 11:34
Televiziyanın öz təbliğat gücünü saxlamasının 8 səbəbi
Dünən, 11:29
Fevralda Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək
Dünən, 11:27
“Mən Xalq Cəbhəsini 20 Yanvara görə günahlandıra bilmərəm...” - Ayaz Mütəllibov
Dünən, 11:26
Azərbaycan nefti 1%-dən çox ucuzlaşıb
Dünən, 11:24
Ordunun qarşısına əliyalın çıxan xalq heç vaxt əzilməsinə imkan verməz
Dünən, 11:23
Şəhidimiz dəfn olundu
Dünən, 11:20
Bakının mərkəzindəki yanğın söndürüldü
Dünən, 11:19
Azərbaycana unikal “Skif” raketləri gətirildi - VİDEO
Dünən, 11:18
Daha bir məmurun gedişi gözlənilir - Belə deyirlər...
Dünən, 11:15
Azərbaycan və Rusiya arasında dövlət sərhəd nişanlarının qoyuluş mərasimi fevralda keçiriləcək
Dünən, 11:13
Hacı Zeynalabdin qəsəbəsi şəhidləri belə andı - FOTO
Dünən, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru