İngilis mediası “Qarabağ”ı lağa qoydu .....                     "Biz Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə qərarlıyıq" .....                     “Qarabağ əlili Səlim Müslümova müavin təyin olunsun” .....                     Deputat Saakaşvilini efirdə döymək istədi, aparıcı mane oldu .....                     İcra başçısı məşhur şairin adına parkı ləğv etdirir? .....                     Polis "Qarabağ"-"Çelsi" oyununda necə DAVRANDI? .....                     Orta aylıq əməkhaqqı qaldırılır .....                     1 manatlıq əsginaslar dəmir pullarla əvəz oluna bilər .....                     Azərbaycan və NATO arasında yaxşı əməkdaşlıq tarixi var .....                     Azərbaycanda hava qeyri-sabit keçəcək, intensiv yağış, qar yağacaq, yollar buz bağlayacaq .....                     "Plansız o qədər tədbirlər olur ki..." .....                     Spiker xanım deputata irad tutdu .....                     “Buta Airways”a qarşı İTTİHAM .....                     Milli Məclisin saxlanması üçün 24 milyon manat vəsait ayrılıb .....                     FED-in protokolları dolların ucuzlaşmasına səbəb olub .....                     İstifadəsinə icazə verilməyən antiradar satanlar tutulub .....                     "Qarabağ münaqişəsi ilə postsovet məkanında separatizm və millətlərarası qarşıdurmanın əsası qoyulub" .....                     Vaxtsız ölən azərbaycanlı jurnalistlər .....                     21 yaşlı 4 uşaq anası: “Ərim məndən başqa 5 qız qaçırıb” .....                     Bakıda tanışını döyərək öldürən şəxs: .....                     Kişi həyat yoldaşını ölümcül bıçaqladı .....                     "Bank of Baku" gənc yazıçının maaşına şərik çıxdı .....                     Bakı metrosunda "Qarabağ - Çelsi" oyunu zamanı sərnişin artımı olub .....                     “Qarabağ” – “Çelsi” matçı rekord vurub .....                     Ana onu qonşusu ilə yataqda tutan 10 yaşlı oğlunu yastıqla boğdu .....                     “Azərbaycan Beynəlxalq Bankı”nın taleyi BƏLLİ OLDU .....                     Natiq Qədimov bu gün torpağa tapşırılacaq .....                     İstanbulun Atatürk hava limanında törədilən terrorun təkilatçısı .....                     Məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq .....                     Aqrar sahənin inkişafı qiymətlərdən asılıdır .....                     UEFA-dan hakim ədalətsizliyinin qurbanı olan "Qarabağ"a jest .....                     Xəzərin o tayında vuran isti ürəklər .....                     Brüssel sammiti: Putin xofu altında... .....                     Hillari Klinton prezident seçkilərindəki məğlubiyyətində Obamanı günahlandırıb .....                     "AMAY Abdulla"nın "arvadı" ilə tutulan şəxs azaldığı çıxdı, .....                     SOCAR "Super" markalı benzinin satışına başlayıb .....                     Soçidə Türkiyə və İran nümayəndələri arasında İNSİDENT .....                     “Gələn il iqtisadiyyata veriləcək əlavə stimullar iqtisadi aktivliyi artıracaq” .....                     Natiq Əliyevsiz ad günü .....                     "Azərbaycan iqtisadiyyatında de-dollarizasiya meyilləri müşaiyət olunur" .....                 

“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib? – ARAŞDIRMA
Tarix: 11-01-2017, 09:53 | Çap et
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
Ölkəmizdə əkin sahələrinin məhsuldarlığını artırmaq məqsədilə mütəmadi olaraq bir sıra dövlət sənədləri qəbul olunur. Bu baxımdan Prezident İlham Əliyevin “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” 4 iyul 2016-cı il tarixli sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Sərəncama əsasən, ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədilə müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 12 milyon manat vəsait ayrılıb. Həmçinin, qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı ölkəmizdə aqrar bölməsinin dirçəldilməsində mühüm rol oynayıb (xalqqazeti.com).
Göründüyü kimi, ərzaq təhlükəsizliyi ölkə rəhbərliyinin prioritet bildiyi məsələlərdəndir və Azərbaycana müxtəlif ölkələrdən keyfiyyətli toxumların gətirilməsi üçün, külli miqdarda vəsait də ayrılır. Lakin vaxtaşırı olaraq, bəzi sahibkarların şikayətlərindən belə qənaətə gəlmək olar ki, hansısa məmurlar və ya işbazlar üçün ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli toxumla təminatı şəxsi maraqlardan daha az əhəmiyyət kəsb edir. Bu günlərdə LEGİON-a müraciət edən Arif Süleymanov adlı sahibkar bildirib ki, Tovuz rayonunda icarəyə götürdüyü 200 hektar torpaq sahəsində qarğıdalı əkiniylə məşğul olaraq ölkə iqtisadiyyatına töhfə vermək istəyib, lakin “Azərtoxum” rəhbərliyinin qərəzli münasibəti ucbatından külli miqdarda zərərə uğrayıb. “Mən bir neçə ay əvvəl “Azərtoxum”un baş direktoru Məzahir Qasımova razılaşdım ki, mənim Tovuz rayonunda icarəyə götürdüyüm 200 hektar ərazidə şərikli qaydada qarğıdalı əkiləcək, məhsul yığımının 50 faizini onlar götürəcək, 50 faizini də mən. Eyni zamanda, mən öz payıma düşən məhsulu onlara sata bilərdim.
“Azərtoxum” mütəxəsisləri gəldi, onların tələbi ilə, mən ancaq 127 hektar ərazini şumlatdırdım. Mənə kiloqramı 16 manatdan olan “Pioner” toxumlarının səpiləcəyini dedilər. Sonradan mən olmayanda “Azərtoxum” nümayəndələri gəlib 69 hektarlıq sahəyə toxum səpdilər. Toxum səpinindən əvvəl Məzahir müəllim mənə demişdi ki, “şəxsən, zəmanət verirəm, bu toxumlar ABŞ-dan gətirilib və hər hektara ən az 10 ton məhsul yığılacaq. Hər hektardan 4-5 ton məhsul yığılsaydı belə, mənə bəs edərdi.
Çünki mən 43 min, “Azərtoxum” isə Məzahir müəllimin iddiasına görə 45 min manat pul qoymuşdu. Qarğıdalının bir tonunu 300 manata hesablasaq, 690 ton qarğıdalı 207 min manata yaxın pul demək idi. Sonradan isə öyrəndim ki, sən demə, tarlaya kiloqramı 16 manatdan olan toxumlar yox, yerli bazarda 30 qəpiyə satılan keyfiyyətsiz toxumlar səpilib. Bu toxumlardan alıb səpməyə öz imkanım da çatardı. Mən aldadıldığımı bildikdə Məzahir Qasımov suallarımı cavablandırmaq istəmədi. Lakin oktyabr ayında məhsul yığımı zamanı 9 hektarlıq sahədən 11 ton qarğıdalı yığıldığını gördükdə, məhsul yığımını dayandırdım və “Azərtoxum” nümayəndələrinin gəlməsini tələb etdim. Çünki bizə dəyən ziyanın səbəbləri öyrənilməliydi.
Məzahir müəllim isə ziyanı aydınlaşdırmaq əvəzinə məni tutduracağı ilə hədələyirdi, və mənim bir daha ona zəng etməməyimi tələb edirdi. Mən müqavilənin şərtlərini ona başa salanda o mənlə danışmaqdan imtina elədi. Keyfiyyətsiz toxuma və az məhsula görə, “Azərtoxum” məsuliyyət daşıyırdı. Lakin mütəxəssislər gəlmədi, o zaman mən özüm Kənd Təsərrüfatı Nazirliyinin Tovuzdakı toxumçuluq mütəxəssislərini dəvət etdim, çəkiliş aparıldı, akt bağlandı. Uzun təkiddən sonra sahəyə gələn Məzahir müəllim bir çox insanların yanında yenidən mənə hədə-qorxu gələrək, gah tutduracağını, gah da rayona buraxdırmayacağını deyirdi.
Tez-tez də “Azərtoxum”un arxasında Zeynal Əliyevin durduğunu deyir, mənə hədə-qorxu gəlirdi. Biz onunla razılaşa bilmədik. Lakin “Azərtoxum” rəhbərliyi inadla gəlib məhsul yığımını sonlandırdı, mənə cəmi 11 ton 700 kiloqram qarğıdalı qaldı. “Azərtoxum” isə 100 ton qarğıdalını özü götürdü. Beləliklə, mənim çəkdiyim 43 min manatlıq zəhmətdən mənə cəmi 3300 manat qayıtdı. “Azərtoxum”da heç kim mənə dəymiş ziyanın hesabını vermək istəmir, dəymiş ziyanı qəbul etmir. Bilmirəm, keyfiyyətsiz toxum səpməkdə “Azərtoxum” nümayəndələri hansı məqsəd güdüblər, onlara belə işləmək sərf edir, ya yox… Amma sahibkarları müflis etməklə, “Azərtoxum” rəhbərliyi ölkə iqtisadiyyatına amansız zərbə vurur. Ona görə də oxucuların diqqətinə çatdırmaq istərdim ki, 2016 və 2017-ci illər ərzində “Azərtoxum” şirkəti ilə əlaqəli toxum səpənlər, “Azərtoxum”un rəhbərliyi ilə toxum müqaviləsi bağlasın, toxumun sertifikatını tələb etsinlər ki, sonra mənim kimi çətinliklə üzləşməsinlər. Sizdən xahiş edirəm, problemi araşdıraraq, ictimailəşdirməkdə və ölkə rəhbərliyinin diqqətinə çatdırmaqda, mənə yardım edəsiniz”, – deyə A.Süleymanov Qafqaznews.az-a bildirib.
O, həmçinin qeyd edib ki, M.Qasımov bundan əvvəl Bərdə RİH başçısının müavini olub, bir neçə il əvvəl isə vəzifəsindən azad olunub. Biz “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımovun mobil nömrəsini taparaq, onunla əlaqə saxladıq. Özümüzü təqdim etdiyimizdə Məzahir Qasımov qəfildən coşaraq, “nə istəyirsiz yazın” deyə bağırmağa başladı. “Məzahir müəllim, mən hələ sual verməmişəm axı…
“Azərtoxum” 2016-cı ili necə başa vurub?”, – deyə soruşduq. “Çox yaxşı, çox yüksək reproduksiya ilə başa vurmuşuq”, – deyə M.Qasımov bildirdi. “Arif Süleymanov adlı sahibkar isə bildirir ki, onun torpaq sahəsində keyfiyyətsiz toxumlar əkərək, ziyana salmısınız. O deyir ki, 43 min manat o xərcləyib, “Azərtoxum” isə 45 min…”, – deyə məlumat vermək istərkən, Məzahir Qasımov sözümüzü kəsdi. “Kimdir Arif? Gedin işinizlə məşğul olun, siz müstəntiqsiniz? Məni şantaj etdiyinizə görə cavab verməli olacaqsınız”- deyə M.Qasımov bağırdı. “Biz sizi şantaj edib nə dedik, nə istədik? Sadəcə, öyrənmək istəyirik, bəlkə, Arif Süleymanov sizə böhtan atır?”, – deyə izah elədik. “Arif Süleymanova görə, bizə 70 min ziyan dəyib”, “Belə çıxır ki, “Azərtoxum” ora 45 min yox, 70 min manat xərcləyib?”, – deyə maraqlandıq.
“Gedin işinizlə məşğul olun” deyən Məzahir Qasımov əsəbiləşməyə başladı. Biz “oldu” deyib dəstəyi asmağa hazırlaşarkən, hömsöhbətimiz “gedin s…”deyə bizə söyüş söyərək dəstəyi asdı. Biz bunu eşitdikdə, adı hallanan Zeynal Əliyevlə əlaqə saxladıq. “Azəryem” MMC-nin rəhbəri olduğunu deyən Zeynal Əliyev qeyd etdi ki, bu qalmaqaldan sonra, Arif Süleymanovla görüşüb. “Mən gördüm ki, onun əməllərində dələduzluq var, qovdum və dedim ki, bir daha qapıdan buraxmasınlar. O toxumların keyfiyyətinə söz ola bilməz. O toxumları mən İsveçrədən gətizdirirəm. Məzahir Qasımov işi düzgün görüb”, – deyə Z.Əliyev bildirdi. “Zeynal müəllim, hər halda, sahibkar da istərdi ki, 69 hektar torpaqdan 11 ton yox, daha çox məhsul götürsün. Eləcə də, “Azərtoxum” daha çox məhsul götürməkdə maraqlı olmalıdır. Sahibkar bizə video da təqdim edib. Hər halda, məsələ araşdırılmalı deyildimi?”, – deyə soruşduq. “Şikayətçiylə gəlin, araşdıraq, problemin həllində kömək etməyə çalışaq”, – deyə həmsöhbətimiz cavab verdi. “Bəs niyə bundan əvvəl problemi həll etmək mümkün olmadı”, – deyə soruşduq. “Çünki Arif Süleymanov haqlı deyildi”, – deyə Z.Əliyev cavab verdi.
Təxminən, yarım saat sonra, Məzahir Qasımov daha təmkinli səs tonuyla bizə zəng etdi və bildirdi ki, Arif Süleymanov onlara yararsız torpaqları “sırıyıb”, əkinə inandırıb. “Bəs əkindən əvvəl sizin mütəxəssizləriniz olmamışdı orda?” – deyə soruşduq. “Olmuşdu. Mütəxəssislər şübhəli yanaşdı. Gəncədəki laboratoriyamız da işləmirdi. Nə isə.. Gəlin, burda danışıb aydınlaşdıraq”, – deyə Məzahir Qasımov bildirdi. “Məzahir müəllim, o “nə isə” bizə maraqlı gəldi. Əgər o torpaqlar “şübhəli” idisə, niyə toxum səpdiniz?” – deyə soruşduq.
Elə bu anda hömsöhbətimiz yenidən əsəbiləşdi: “Gedin işinizlə məşğul olun… Mən sənə deyirəm ay kişi, başlamısan müstəntiq kimi suallar verməyə”. Məzahir Qasımovdan daha yeni söyüşlər eşitməmək üçün, sağollaşıb dəstəyi asdıq.

Amma araşdırmamız davam edir.


“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?
“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib?






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İngilis mediası “Qarabağ”ı lağa qoydu – FOTOFAKT
Bu gün, 13:59
"Biz Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə qərarlıyıq" - NATO baş katibi
Bu gün, 13:54
“Qarabağ əlili Səlim Müslümova müavin təyin olunsun” - Deputatdan təklif
Bu gün, 13:53
Deputat Saakaşvilini efirdə döymək istədi, aparıcı mane oldu - VİDEO
Bu gün, 13:39
İcra başçısı məşhur şairin adına parkı ləğv etdirir? - Prezidentə müraciət
Bu gün, 13:38
Müğənnilərimizin toy qiymətləri: - 1000 manatdan 16 min manata qədər
Bu gün, 13:26
Polis "Qarabağ"-"Çelsi" oyununda necə DAVRANDI? - FOTOLAR
Bu gün, 13:22
Orta aylıq əməkhaqqı qaldırılır
Bu gün, 13:16
1 manatlıq əsginaslar dəmir pullarla əvəz oluna bilər
Bu gün, 13:09
Azərbaycan və NATO arasında yaxşı əməkdaşlıq tarixi var - Prezident İlham Əliyev
Bu gün, 13:02
Azərbaycanda hava qeyri-sabit keçəcək, intensiv yağış, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bu gün, 12:37
"Plansız o qədər tədbirlər olur ki..." - Siyavuş Novruzov etiraz etdi
Bu gün, 12:36
Spiker xanım deputata irad tutdu
Bu gün, 12:33
“Buta Airways”a qarşı İTTİHAM - "...“ucuz bilet” təklif edəndə, belə məqamları da nəzərə alsınlar"
Bu gün, 12:32
Milli Məclisin saxlanması üçün 24 milyon manat vəsait ayrılıb
Bu gün, 12:23
Köhnə “Dəyirman”çı təcili xəstəxanaya yerləşdirildi – SƏHHƏTİ AĞIRDIR
Bu gün, 12:16
FED-in protokolları dolların ucuzlaşmasına səbəb olub
Bu gün, 12:13
İstifadəsinə icazə verilməyən antiradar satanlar tutulub - FOTOLAR
Bu gün, 12:08
“106.3 FM”- də aparıcı hakimə elə söz dedi ki... - Raqif Raufoğlu efiri "partlatdı"
Bu gün, 12:04
"Qarabağ münaqişəsi ilə postsovet məkanında separatizm və millətlərarası qarşıdurmanın əsası qoyulub" - Şeyxülislam
Bu gün, 11:59
Vaxtsız ölən azərbaycanlı jurnalistlər - FOTOLAR
Bu gün, 11:57
21 yaşlı 4 uşaq anası: “Ərim məndən başqa 5 qız qaçırıb” - VİDEO
Bu gün, 11:53
Bakıda tanışını döyərək öldürən şəxs: - "Onu sonra da döydüm, amma evimdən çıxmadı"
Bu gün, 11:45
Kişi həyat yoldaşını ölümcül bıçaqladı - Təfərrüat
Bu gün, 11:43
"Bank of Baku" gənc yazıçının maaşına şərik çıxdı - özünün xəbəri olmadan olmadan məhkəmə keçirilib
Bu gün, 11:39
Bakı metrosunda "Qarabağ - Çelsi" oyunu zamanı sərnişin artımı olub - 39 500 nəfər
Bu gün, 11:36
“Qarabağ” – “Çelsi” matçı rekord vurub
Bu gün, 11:34
"Toy adətlərimiz vəhşilik əmsalına görə liderdir” - deputat
Bu gün, 11:22
Ana onu qonşusu ilə yataqda tutan 10 yaşlı oğlunu yastıqla boğdu - DƏHŞƏT
Bu gün, 11:15
“Azərbaycan Beynəlxalq Bankı”nın taleyi BƏLLİ OLDU - 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq
Bu gün, 11:10
Natiq Qədimov bu gün torpağa tapşırılacaq
Bu gün, 11:06
İstanbulun Atatürk hava limanında törədilən terrorun təkilatçısı Tiflisdə məhv edilib
Bu gün, 10:56
“Dedim ki, yaxşı film verin çəkilim, sağalım” - Rasim Balayev
Bu gün, 10:51
Məzənnə sabitliyi 2018-ci ildə də nəzarətdə saxlanılacaq - Mərkəzi Bank
Bu gün, 10:47
Aqrar sahənin inkişafı qiymətlərdən asılıdır - TƏHLİL
Bu gün, 10:44
UEFA-dan hakim ədalətsizliyinin qurbanı olan "Qarabağ"a jest - FOTO
Bu gün, 10:43
Xəzərin o tayında vuran isti ürəklər – Sona Vəliyeva
Bu gün, 10:42
Brüssel sammiti: Putin xofu altında...
Bu gün, 10:40
Hillari Klinton prezident seçkilərindəki məğlubiyyətində Obamanı günahlandırıb
Bu gün, 10:34
"AMAY Abdulla"nın "arvadı" ilə tutulan şəxs azaldığı çıxdı, özü isə...
Bu gün, 10:28
SOCAR "Super" markalı benzinin satışına başlayıb - Hardam almaq olar?
Bu gün, 10:26
Soçidə Türkiyə və İran nümayəndələri arasında İNSİDENT - Prezidentlərin görüşü ləngidi
Bu gün, 10:24
“Gələn il iqtisadiyyata veriləcək əlavə stimullar iqtisadi aktivliyi artıracaq” - Vüsal Qasımlı
Bu gün, 10:23
Natiq Əliyevsiz ad günü - Yaşasaydı yubileyini qeyd edəcəkdi...
Bu gün, 10:19
"Azərbaycan iqtisadiyyatında de-dollarizasiya meyilləri müşaiyət olunur"
Bu gün, 10:08
Biz Dağlıq Qarabağı tanımırıq - Fransa XİN
Bu gün, 10:07
62 yaşlı kişi intihar etdi
Bu gün, 10:06
“UNEC-in zəngin təcrübəsindən yararlanmaq istəyirik” - Beynəlxalq Vizyon Universitetinin rektoru
Bu gün, 10:05
"Onu imzalayıb möhürlərimizlə təsdiq etdik" - GİLEY
Bu gün, 10:01
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər - İNFOQRAFİKA
Bu gün, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru