"Şimşək” MTK .....                     Ermənistan Azərbaycana qarşı səhvlərini təkrarlayır .....                     İran Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə TƏMİNAT VERƏ BİLMİR... .....                     Bakıdakı tıxacların səbəblərindən biri də UBER taksi şirkətidir... .....                     Astana Ticarət Nümayəndəliyini qapadır .....                     İRAN..: TURAN YOLUNDA BİR KƏSƏKDİR... .....                     Hara gedir eee belə qalxa-qalxa?! .....                     İrana qarşı koalisiya: Azərbaycan qoşulanlar siyahısında olacaq? .....                     MTN generalı və onunla birlikdə ittiham olunan şəxslər barəsində olan hökm dəyişdirilib .....                     İsrail müdafiə nazirinin Həsənov və Quliyevə telefon zəngindəki sirlər .....                     Azərbaycanlı doğulub, əqidəsinə görə fars olanlar .....                     Od tutub yanan "qaraj" qiymətləri: .....                     İrəvanda daha bir ETİRAZ .....                     "Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır" .....                     Ukraynada Rusiya ordusunun 2 mayoru öldürülüb .....                     YTP məhkəmə qərarını icra etmir .....                     Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib .....                     Gənclər üçün Prezident mükafatları verilib .....                     Vasif Talıbov və Natiq Sadıqov arasında nələr baş verir… .....                     İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: .....                     "Əli Həsənovun oğlu işçilərin gözü önündə "Xəzər TV"nin kafesində qəlyan çəkirdi" .....                     GÜNÜN BAXIŞ BUCAĞI... .....                     Ermənistanda bu dəfə nazir unitaz mövzusu ilə .....                     “Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə .....                     "Sem-Az" şirkəti .....                     Zeynəb Dostəliyeva .....                     Erməni "Telegram" kanallarının növbəti "fake"i .....                     Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB... .....                     Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə .....                     Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub .....                     Gültəkin Hacıbəyliyə bəraət verildi .....                     Sabah dollar neçəyə olacaq? .....                     Taksilərin də QİYMƏTİ QALXIR? .....                     Azərbaycanda banklar bağlanır? .....                     DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ .....                     Dərman qıtlığı daha da DƏRİNLƏŞİB .....                     İranın PSİXİ PROBLEMİ... .....                     Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə .....                     Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, .....                     İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... .....                 

""Tərtər işi" ilə bağlı həbslərdə qəsdən adam öldürmə ittihamı yoxdur" - ETİRAZ
Tarix: 23-01-2023, 09:37 | Çap et
""Tərtər işi" ilə bağlı həbslərdə qəsdən adam öldürmə ittihamı yoxdur"
“13 aydan sonra Tərtərdə 2017-ci ildə törədilmiş qətliama dair başladılan təkrar istintaq başa çatır və iş tezliklə məhkəməyə göndəriləcək. Bu haqda zərəçəkmişlərə Baş Prokurorluqdan rəsmi məlumat verilib. İttihamların hansı maddələrlə verilməsi də artıq aydındır.
İttihamda göstərilən maddələri sadalamadan bildirim ki, həbs olunmuş cinayətkarların heç birinə AR CM-nin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) üzrə ittiham verilməyib. Burdan da belə qənaətə gəlmək olur ki, öldürülmüş 14 hərbçimizin hamısı ya ehtiyatsızlıq üzündən, ya da elə durduqları yerdə ölüblər”.
DİA.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu özünün feysbuk hesabında yazıb.

“Təbii ki, dövlətə xəyanət, cinayətkar dəstə və ya birlik yaratmaq, terrorçuluq və soyqırım ittihamlarından isə heç söhbət belə gedə bilməz. Halbuki dəfələrlə qeyd etdiyim kimi Azərbaycan ordusuna, onun hərbçilərinə, xalqına qarşı törədilmiş "Əsrin cinayətində" bütün bu əməllərin əlamətləri var.
Bəlkə də kimsə soyqırım ittihamına skeptik yanaşa bilər, odur ki, çalışıb buna aydınlıq gətirək. Qatillərin işgəncələrə məruz qalan hərbçilərimizin mütləq əksəriyyətini müxtəlif alətlərlə zorlaması, onların cinsiyyət orqanlarına davamlı şəkildə elektrik cərəyanı verməsi zərəçəkmişlərin çoxunun sonsuzluğuna səbəb olub.
Bunun isə alman faşistlərinin işğal etdikləri bəzi ərazilərdə insanları sterilləşdirməsindən heç bir fərqi yoxdur. Yeganə fərq tətbiq olunan metodlardadır. Hər iki halda məqsəd insanları reproduktiv funksiyadan məhrum etmək olub. Bunun adı isə soyqırımdır. Yəni, müəyyən əhali qrupunun artımının qarşısını məqsədli şəkildə almaq.
Bəli, Tərtər qətliamı zamanı Azərbaycan xalqına qarşı mənəvi və fiziki soyqırım aktı törədilib. Törədilmiş vəhşiliklər haqqında da azı son iki il ərzində zərəçəkmişlərin öz dilindən ölkə əhalisinin heç olmazsa tən yarısı eşidib. Bu da artıq kiminsə nəsə yazması və ya danışması deyil. Odur ki, onların üzərində dayanmağa ehtiyac qalmır”, - Ə. Oruclu bildirib.
Ekspertin fikrincə, cinayət işinə dair həbs olunanlar arasında iki yüksək rütbəli zabitdən (general-mayor Bəkir Orucov və polkovnik Vüsal Ələsgərov) savayı qalanlarının hamısı sıradan icraçılardır:
“Halbuki həmin siyahıda ən azı Tərtər qətliamının törədilməsində açar fiqurlar olan Hikmət Həsənov və Xanlar Vəliyev mütləq olmalı idi.
Mən hələ müdafiə naziri Zakir Həsənovu, Baş Qərargah rəisi Nəcməddin Sadıkovu, digər generalları və keçmiş Baş Prokuror Zakir Qaralovu, onun birinci müavini olmuş Rüstəm Usubovu demirəm. Amma sadalanan şəxslərdən biri də nəinki həbs olunmadı, hətta istintaq tərəfindən sorğulanmadı da.
Halbuki onlarla yanaşı cinayətin törədilməsinə yol açmış 7 may 2017-ci il tarixli dörd qurum (MN, Baş Prokurorluq, DTX və DİN) tərəfindən verilmiş bəyanata görə onların rəhbərləri də sorğulanmalı idi. Haşiyə çıxım ki, sadalanan işlərin görülməməsi heç də Baş Prokurorluğun və onun istintaq qrupunun günahı deyil.
Onlara qarşı ittihamlar yalnız qanunun aliliyi təmin olunduğu şəraitdə irəli sürülə bilərdi. Bu qurumlar isə üzərlərinə düşən işi görüblər. Daha doğrusu, siyasi hakimiyyət tərəfindən onların üzərinə qoyulan işi. Bəli, hüquq mexanizmlərinin işləmədiyi şəraitdə bütün səlahiyyətlər yalnız siyasi hakimiyyətə məxsus olur.
Amma tək səlahiyyətlər deyil, onlara görə məsuliyyət də. Başqa sözlərlə, bundan sonra Tərtər qətliamının hüquqi yolla həll edilməməsinə, Azərbaycan qanunlarının sabotaj edilməsinə, xalqa və onun ordusuna qarşı törədilmiş cinayətlərə (o cümlədən soyqırıma) görə məsuliyyət yalnız siyasi hakimiyyətin üzərinə düşür.
Bu da öz növbəsində o deməkdir ki, "Tərtər işi" siyasiləşir. Daha doğrusu siyasiləşdirilir və bunu edən də siyasi hakimiyyətin özüdür. Amma bu, vəziyyəti aydınlaşdırmaqla yanaşı yüngülləşdirmir, daha da ağırlaşdırır. Çünki əvvəlki ehtimal və mülahizələrdən fərqli olaraq bu gün tam aydın olur ki, qatilləri himayə edən siyasi hakimiyyətdir.
Bunun səbəbləri haqda ayrıca danışılacaq və yazılacaq. İlk gündən Tərtər qətliamının istintaqının qanun çərçivəsində və ədalətli aparılacağına inam yox idi, amma ümid vardı ki, məhz həmin siyasi hakimiyyət ölkə tarixində törədilmiş ən qanlı və ən iyrənc cinayətin hüquqi yolla çözülməsində maraqlı olacaq.
Çox sadə səbəbdən: Tərtər qətliamı hüquqi qiymətini almadıqca o, siyasi hakimiyyətin aktivində qalan açılmamış çoxsaylı cinayətlərdən biri olacaq. Amma digərlərindən fərqli olaraq həm də soyqırım, xəyanət və terror əlamətləri olan cinayət kimi. Görünür, hakimiyyət bununla razılaşdı. Anlaşılandır, islanmışın yağışdan qorxusu olmaz”.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Şimşək” MTK - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 20:00
Ermənistan Azərbaycana qarşı səhvlərini təkrarlayır - FAKT BUDUR!
Bu gün, 19:55
İran Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə TƏMİNAT VERƏ BİLMİR... - BELƏ ÇIXIR...
Bu gün, 19:48
Bakıdakı tıxacların səbəblərindən biri də UBER taksi şirkətidir... - GİLEY
Bu gün, 19:44
Astana Ticarət Nümayəndəliyini qapadır - NƏ BAŞ VERİR?
Bu gün, 19:32
İRAN..: TURAN YOLUNDA BİR KƏSƏKDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:23
Hara gedir eee belə qalxa-qalxa?! - SORĞU
Bu gün, 19:14
İrana qarşı koalisiya: Azərbaycan qoşulanlar siyahısında olacaq? - GƏLİŞMƏ
Bu gün, 19:00
MTN generalı və onunla birlikdə ittiham olunan şəxslər barəsində olan hökm dəyişdirilib
Bu gün, 18:34
İsrail müdafiə nazirinin Həsənov və Quliyevə telefon zəngindəki sirlər - İNCƏLƏMƏ...
Bu gün, 18:10
Azərbaycanlı doğulub, əqidəsinə görə fars olanlar - DƏRD BUDUR EEE...
Bu gün, 18:08
Od tutub yanan "qaraj" qiymətləri: - 1 maşın yeri üçün nə qədər istəyirlər?
Bu gün, 18:06
İrəvanda daha bir ETİRAZ - "Çörək məsələsidir, sonadək gedəcəyik"
Bu gün, 18:01
"Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır" - BU NƏDİ BELƏ?
Bu gün, 17:58
Ukraynada Rusiya ordusunun 2 mayoru öldürülüb
Bu gün, 17:56
YTP məhkəmə qərarını icra etmir - Rezidentlə texnopark arasında qalmaqal davam edir
Bu gün, 17:49
Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:47
Gənclər üçün Prezident mükafatları verilib - SİYAHI
Bu gün, 17:45
Vasif Talıbov və Natiq Sadıqov arasında nələr baş verir… - İKİNCİNİN ÖLKƏDƏN QAÇDIĞI BİLDİRİLİR…
Bu gün, 17:43
İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: - “Xoruza, keçiyə olar, itə olmaz?”
Bu gün, 17:41
"Əli Həsənovun oğlu işçilərin gözü önündə "Xəzər TV"nin kafesində qəlyan çəkirdi"
Bu gün, 17:37
GÜNÜN BAXIŞ BUCAĞI... - HƏ... BELƏDİR...
Bu gün, 17:35
Ermənistanda bu dəfə nazir unitaz mövzusu ilə gündəmə çevrildi
Bu gün, 17:30
“Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə - ŞİKAYƏT EDİB
Bu gün, 17:25
"Sem-Az" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 17:21
Zeynəb Dostəliyeva ÖLÜM AYAĞINDADIR
Bu gün, 17:18
Erməni "Telegram" kanallarının növbəti "fake"i - Gəncədə hərbi hissədə yanğın məlumatı yalandır
Bu gün, 17:12
Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB... - İDDİA
Bu gün, 17:11
Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə - GƏLİŞMƏ
Bu gün, 17:03
Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub - DETALLAR
Bu gün, 17:02
Gültəkin Hacıbəyliyə bəraət verildi
Bu gün, 17:01
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Taksilərin də QİYMƏTİ QALXIR? - AÇIQLAMA
Bu gün, 16:58
Azərbaycanda banklar bağlanır? - “Bu gündən qoyulan yeni qayda...”
Bu gün, 16:57
DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ - KÜTLƏVİ HƏBS VƏ...
Bu gün, 16:55
Dərman qıtlığı daha da DƏRİNLƏŞİB – Məsələ niyə həll OLUNMUR?
Bu gün, 16:47
İranın PSİXİ PROBLEMİ... - NƏ ETMƏLİ?
Bu gün, 16:38
Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə - NARAZILIQ VAR!
Bu gün, 16:37
Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
Bu gün, 16:33
İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... - Ekspert danışır
Bu gün, 16:30
Çevik Polis Alayına komandir təyin edilib - AÇIQLAMA
Bu gün, 16:26
Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. - 21-ci əsrdir eee...
Bu gün, 16:24
2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... - BU DA FAKT!!!
Bu gün, 16:22
Erməni politoloqdan gülməli iddia: - “Səfirlikdəki terroru Britaniya Turan layihəsinə görə törədib”
Bu gün, 16:20
Erməni saytı İrəvanı ifşa etdi: - "Xankəndidə naringi də satılır, yerkökü də"
Bu gün, 16:17
Xoya yardım edən futbolçunun hesabı bloklandı - Bu da onların MÜSƏLMANÇILIĞI...
Bu gün, 16:15
İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis TƏYİN OLUNDU
Bu gün, 16:13
Abşerona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 16:12
MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi - Məzələnirlər?..
Bu gün, 16:01
“PSG Finans” BOKT - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru