Almaniyada çevrilişə cəhd edənlər hakimiyyəti şahzadəyə ötürmək istəyirmişlər .....                     “Meqalizinq " şirkəti .....                     Məktəblərdə printer almaq üçün pul yığılır .....                     EKOLOJİ MUXTARLIQ: Ana Təbiətin NANKOR ÖVLADLARI... .....                     Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? .....                     Azərbaycanda iki rayona polis rəisi təyin edilib .....                     Balıq ovçuları nazirlik əməkdaşlarının qayığını yandırıblar .....                     “EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... .....                     Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir .....                     Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? .....                     "Başqa ittifaqlara ehtiyacımız yoxdur... .....                     Xocalı qatili Balasanyan Volkovla Xocalıdakı görüşümüzdə “koordinator”luq etdi?.. .....                     SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... .....                     ““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” .....                     Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı .....                     Toivo Klaar Ermənistana səfərə gedir .....                     Büdcənin yükü: bir Naxçıvan deyil… .....                     Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı .....                     Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək .....                     Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR .....                     Arutyunyan Avropanı necə gəzə bilir? .....                     Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI .....                     Ermənistan müdafiə naziri Rusiyaya səfər edib .....                     Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... .....                     "Azərsun" xörəyimizə HANSI DUZU QATIR? .....                     Gələn il hansı banklar bağlana bilər? .....                     "350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" .....                     Ucarda quldurluq edən üç nəfər saxlanılıb .....                     Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? .....                     Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir .....                     Laçın dəhlizindəki müəmma .....                     Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... .....                     NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... .....                     Ermənistanın QARABAĞ HİYLƏSİ... .....                     Göyçə mahalında eşidilən AZAN SƏSİ erməniləri DƏLİ ETDİ .....                     Naxçıvanın hər qarışında YEYİNTİ VAR .....                     İran: Daxili qırğın və xaricdəki həyəcan .....                     Cəlilabadda vətəndaşların şikayəti bitmək bilmir... .....                     Balakəndə spirtli içkilər oğurladığı mağazanı yandırmaq istəyən şəxs tutulub .....                     Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar... .....                 

“Hakimiyyət bir neçə yüksək çinli məmuru yola salmaqla “beşinci kolon”u bitmiş saydı” - HƏQİQƏTƏN DƏ...
Tarix: 21-11-2022, 14:48 | Çap et
“Hakimiyyət bir neçə yüksək çinli məmuru yola salmaqla “beşinci kolon”u bitmiş saydı”
Rusiyanın Baş naziri Mixail Mişustin ötən həftə Azərbaycanda səfərdə olub. Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edən Rusiya hökumətinin başçısı Prezident İlham Əliyev və azərbaycanlı həmkarı Əli Əsədovla görüşüb.

Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşdiyi bir dövrdə Mişustinin Bakı səfəri ciddi müzakirələrə səbəb olub. Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artdığı və Ukrayna cəbhəsində Moskvanın öz mövqelərini itirdiyi bir zamanda Kremlin postsovet ölkələrinə nəzarəti artırmağa çalışdığı və son səfərin də məhz bundan qaynaqlandığı iddia olunur.

Mişustinin Bakıda olduğu dönəmdə Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul etməsi, Azərbaycanın Avropa ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğuna dair bəyanatı da diqqətdən yayınmır. Bu, öz növbəsində ölkəmizin müstəqil və balanslaşdırılmış xarici siyasət kursunu davam etdirəcəyini söyləməyə əsas yaradır. DİA.AZ bildirir ki, Aydınlar Partiyası sədrinin birinci müavini, politoloq Qorxmaz İbrahimli AYNA-ya müsahibəsində Azərbaycanda və regionda baş verən son olaylar barəsində danışıb.

- Rusiyanın Baş naziri Mixail Mişustinin Bakıya səfəri ciddi müzakirə mövzusudur. Regional konfliktlərin artdığı bir şəraitdə Mişustinin Bakıya səfərini müxtəlif aspektlərdən şərh edirlər. Rusiya Baş nazirinin Azərbaycana səfərini necə qiymətləndirirsiniz?

- Göründüyü kimi, Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana səfəri qəfil baş verdi. Hansı ki, adətən bu cür səfərlər barədə bir neçə həftə öncədən müəyyən məlumatlar yayılır. Bu dəfə isə bu baş vermədi. Bu da öz növbəsində haqlı sualların meydana çıxmasına səbəb olur. Azərbaycanın siyasi və ictimai elitası bu səfərin proqramı barədə məlumatsızdır. Yalnız səfərlə bağlı rəsmi məqamlar verilib ki, bu da yetərli sayıla bilməz. Bu səbəbdən mövqeyimizi ehtimallar üzərində qurmağa məcburuq.

Hesab edirəm ki, Mişustinin səfəri Azərbaycan-Fransa, Azərbaycan-Rusiya, Rusiya-Ermənistan münasibətləri zəminində ortaya çıxan bir səfərdir. Bu səfərdən müsbət nəticələr gözləmirəm. Nəinki Mişustinin, Rusiya rəsmilərinin Azərbaycana səfərlərindən ciddi nəticələr gözləməyə dəyməz. Çünki Rusiya hər zaman postsovet məkanını, habelə Azərbaycanı təzyiq altında saxlmağa çalışıb. Baxmayaraq ki, Sovet İttifaqının süqutunun üzərindən 30 ildən vaxt keçir, Moskva hələ də imperialist siyasətində əl çəkə bilmir.

Məlumdur ki, Azərbaycanın əsas tələbi Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdən çıxarılmasıdır. 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanatda da bu məqam öz əksini tapıb. Lakin Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Təbii ki, Moskva istəsəydi, çoxdan buna nail olardı. Görünən odur ki, onlar bunu istəmirlər və belə bir ölkənin hökumət başçısının Azərbaycana səfəri də xeyrimizə yönələ bilməz.

- “Birinci kanal”da ölkəmiz əleyhinə təbliğatın ardınca Xankəndidə Moskvanın dəstəyilə təşkil olunan aksiya Azərbaycanla Rusiya arasında münasibətləri yenidən gərginləşdirib. Sizcə, Rusiya postsovet məkanında nəyə nail olmaq istəyir?

- Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 10 noyabr tarixində imzaladıqları üçtərəfli bəyanatda razılıq əldə olunsa da, buna riayət olunmur. Çünki qeyd etdiyim kimi, Rusiya bu dəhlizin açılmasında maraqlı deyil. Əgər maraqlı olsaydı, Ermənistanı buna təhrik edə bilərdi. Rusiya qoşunları 1993-cü ildə Azərbaycandan çıxarıldıqdan sonra Moskva ölkəmizə əsas təsirini itirmişdi. Kremlin Azərbaycana yalnız siyasi təsir rıçağı var idi.

Lakin artıq iki ildir ki, Rusiyanın Azərbaycana həm də hərbi təsir imkanları mövcuddur. Mövcud hakimiyyətin apardığı yanlış siyasətin nəticəsidir ki, hökumətin daxilində olan “beşinci kolon”u tamamilə zərərsizləşdirmək mümkün olmayıb. Yalnız bu qüvvələrin başında duran bir neçə yüksək çinli məmuru yola salmaqla bu işi bitmiş saydılar. Ancaq bu gün də hökumətin daxilində “beşinci kolon” fəaliyyətini davam etdirir. Bunu etiraf etmək lazımdır.

Son parlament seçkilərində Milli Məclisin bu qüvvələrdən təmizlənəcəyi gözlənilsə də, bu, həyata keçmədi. Bu gün də onlar ali qanunverici orqanda əhəmiyyətli təsir imkanlarına malikdirlər. Məhz elə bu səbəbdən Rusiya və İrana qarşı mübarizədə asılı duruma düşmüşük. Zamanında Azərbaycanda siyasi müxalifətin formalaşmasına imkan verilməməsi və Rusiyadan yönələn təzyiqləri neytrallaşdırmaq üçün “bufer zona”nın formalaşmaması da burada qeyd olunası əsas məqamlardandır. Əgər biz şimaldan və cənubdan gözlənilən təzyiqləri zərərsizləşdirmək istəyiriksə, ilk növbədə “beşinci kolon”u tamamilə sıradan çıxarmalıyıq. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycana qarşı təzyiqlərini həm də bu qüvvələrin dəstəyilə həyata keçirməyə müvəffəq olur.

- Azərbaycanla İran arasında da münasibətlər kəskinləşib. İranda başlanan kütləvi etirazlardan sonra molla rejiminin ölkəmizi hədəfə almasını və Ermənistana dəstəyi artırmasını doğuran səbəblər nədir?

- Azərbaycanla İran arasında heç zaman xoş münasibətlər olmayıb. Baxmayaraq ki, diplomatik normalara görə, bəzən bu görüntü yaradılıb, əslində isə heç zaman münasibətlər xoş olmayıb. Hətta vaxtilə mərhum Prezident Heydər Əliyevin İrana səfəri zamanı Azərbaycan bayrağındakı yaşıl rəngi dəyişməyə çalışmışdılar. Bu təzyiq siyasəti hər zaman davam edib. İşğal dövründə Ermənistana yardım ediblər, onlara dəstək göstəriblər. İran Azərbaycanda öz “emissar ordusunu” formalaşdırıb və onların əli ilə ölkəmizə qarşı ciddi siyasi təsir aləti əldə edib. Onlar bu gün də həmin qüvvələrdən Azərbaycana qarşı məharətlə istifadə edirlər.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra isə molla rejimi təşviş keçirməyə başladı. Zəngəzur dəhlizinin açılması istiqamətində müzakirələr fars rejiminin aqressiyasını daha da artırdı. Prezident İlham Əliyevin İrana ünvanladığı siyasi mesajlar bir dövlət olaraq bizim prinsipial mövqeyimizi ortaya qoyur. Unutmaq lazım deyil ki, İranda onmilyonlarla türk yaşayır və fars rejiminin Azərbaycana qarşı təzyiqləri mümkün deyil. Bunu onlar da başa düşürlər. Anlayırlar ki, belə bir addım atsalar, ciddi nəticələri ilə üz-üzə qalacaqlar. İran daxilində yaşayan türklər ortaya qəti iradə qoyublar və Prezident İlham Əliyevin fotolarını nümayiş etdirirlər. Bu, çox ciddi mesajdır. İran çıxılmaz durumdadır və Azərbaycana qarşı təzyiqlərinin arxasında da məhz bu amil dayanır. Lakin bir daha deyirəm ki, bu məkrli siyasət faydasızdır və yekunda molla rejiminin öz əleyhinə yönələcək.

- Göründüyü kimi, region həssas bir mərhələyə qədəm qoyub. Beynəlxalq münasibətlər sistemində də böhran yaşanır. Sizcə, belə bir həssas şəraitdə Azərbaycan hansı addımları atmalıdır?

- Mən bu suala qısa cavab vermək istəyirəm. Baxmayaraq ki, bu suala cavab vermək üçün geniş danışmaq, müxtəlif ehtimallar irəli sürmək mümkündür. Əgər biz Rusiya, İran, Fransa və digər dövlətlərin Azərbaycana qarşı təzyiqlərinin qarşısını almaq istəyiriksə, daxildə milli birliyə və həmrəyliyə nail olmalıyıq. Necə ki, 44 günlük Vətən müharibəsində milli həmrəylik tarixi qələbənin əldə olunmasında müstəsna əhəmiyyət kəsb etdi, beynəlxalq təzyiqlərə qarşı da birləşməliyik. Bu əsnada hakim partiya müxalif siyasi qüvvələrlə əməkdaşlığı artırmalı, sağlam siyasi dialoqa nail olunmalıdır. Yalnız bu yolla ölkəmizi daxildən və xaricdən gözləyən təhlükə və təzyiqlərdən qorunmaq olar.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Almaniyada çevrilişə cəhd edənlər hakimiyyəti şahzadəyə ötürmək istəyirmişlər - TƏFƏRRÜAT
Bu gün, 10:34
“Meqalizinq " şirkəti MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 10:30
Məktəblərdə printer almaq üçün pul yığılır - FOTO
Bu gün, 10:29
EKOLOJİ MUXTARLIQ: Ana Təbiətin NANKOR ÖVLADLARI... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:24
Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? – Məhkəmə ilə MTK arasında qalan zərərçəkəndən ŞİKAYƏT
Bu gün, 10:14
Azərbaycanda iki rayona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 10:11
Balıq ovçuları nazirlik əməkdaşlarının qayığını yandırıblar - Məhkəmə başlayır
Bu gün, 10:09
“EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... - NARAZILIQ VAR!
Bu gün, 10:08
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - MN
Bu gün, 10:04
Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? - FOTO
Bu gün, 10:00
"Başqa ittifaqlara ehtiyacımız yoxdur... - İndi Turan istiqamətinə gedirik"
Bu gün, 09:56
Xocalı qatili Balasanyan Volkovla Xocalıdakı görüşümüzdə “koordinator”luq etdi?.. - BU NƏDİ BELƏ?
Bu gün, 09:53
SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... - Bu da RUSİYANIN ASTAR ÜZÜ...
Bu gün, 09:48
““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” - Elşad Miri
Bu gün, 09:41
Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı – Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir
Bu gün, 09:38
Toivo Klaar Ermənistana səfərə gedir
Bu gün, 09:35
Büdcənin yükü: bir Naxçıvan deyil… - Ekspert ÇÖZƏLƏYİR...
Bu gün, 09:28
Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı - NƏ BAŞ VERİR?
Bu gün, 09:25
Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək - Başqa yolu YOXDUR!
Bu gün, 09:24
Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR - ARAŞDIRMA
Bu gün, 09:23
Arutyunyan Avropanı necə gəzə bilir? - AKTUAL
Bu gün, 09:21
Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI - Yoxlamalarla bağlı
Bu gün, 09:19
Ermənistan müdafiə naziri Rusiyaya səfər edib - MƏXFİDİR?
Bu gün, 09:17
Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... - İSLAHAT ZƏRURƏTİ
Bu gün, 09:16
"Azərsun" xörəyimizə HANSI DUZU QATIR? - XƏBƏRİNİZ VARMI?
Bu gün, 09:10
Gələn il hansı banklar bağlana bilər? - AÇIQLAMA
Bu gün, 09:06
"350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" - ETİRAZ
Bu gün, 09:04
Ucarda quldurluq edən üç nəfər saxlanılıb
Bu gün, 09:02
Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? - GƏLİŞMƏ
Bu gün, 09:01
Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir - NƏ ETMƏLİ?
Bu gün, 08:59
Laçın dəhlizindəki müəmma - Hələlik bir şey məlumdur ki, heç nə məlum deyil...
Bu gün, 08:57
Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... - GİLEY
Bu gün, 08:54
NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... - Görünəni budur...
Bu gün, 08:52
Ermənistanın QARABAĞ HİYLƏSİ... - Atəşi ona görə açırlar ki...
Bu gün, 08:44
Göyçə mahalında eşidilən AZAN SƏSİ erməniləri DƏLİ ETDİ - VİDEO
Bu gün, 08:38
Naxçıvanın hər qarışında YEYİNTİ VAR - Daha bir FAKT
Bu gün, 08:35
İran: Daxili qırğın və xaricdəki həyəcan - İNCƏLƏMƏ...
Bu gün, 08:32
Cəlilabadda vətəndaşların şikayəti bitmək bilmir... - MÜRACİƏT
Bu gün, 08:30
Balakəndə spirtli içkilər oğurladığı mağazanı yandırmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 08:27
Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar... - "Keçən il bu vaxtı 24 manat idi..."
Bu gün, 08:25
İcbari Tibbi Sığorta xidmətin Covid-19 KORRUPSİYASI... - İTTİHAM VAR!
Bu gün, 08:18
Culfa gömrüyü hələ də ÖZÜNƏ YIĞIŞMIR... - ÖZBAŞINALIQ!
Bu gün, 08:14
Heydər Əliyev Azərbaycanın gənclər siyasətinin banisidir - MƏQALƏ
Bu gün, 08:06
Bu gün dollar neçəyə olacaq?
Bu gün, 08:04
Naxçıvanda nələr olacaq? - “Rəhbər Vasif olsun, Ağasif olsun, kim olursa olsun...”
Dünən, 19:00
"Baş nazirlərin müavinləri dəmir yolu ilə bağlı nəticə əldə etməyiblər" - Paşinyan
Dünən, 18:10
Talıbov Bakıya 200 “desant”ı niyə göndərmişdi? - İLGİNC
Dünən, 18:08
İlin sonuna qədər Azərbaycan XİN başçısı ilə görüşə dair razılıq var - Mirzoyan
Dünən, 18:06
Azərbaycanda 39 milyonluq kompüter və noutbuk tenderi - BU SİRKƏT QALİB GƏLDİ
Dünən, 17:48
“İranı beynəlxalq məhkəməyə verməli, rus hərbçilərini ərazilərimizdən çıxarmalıyıq” - ekspertdən UYARI
Dünən, 17:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru