Gürcüstan məqbul sayılacaq dialoq məkanlardan biridir .....                     Azərbaycanda onkoloji xəstələrin sayı niyə artır? .....                     Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər? .....                     Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir .....                     İran radikal dəyişiklik təklif etdi .....                     Erməni təxribatlarına cavab: .....                     Qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb .....                     Varşava və Berlin arasında münasibətlər qızışır: .....                     “Yelo bank” müştərinin cibinə belə girir .....                     Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb .....                     Hüquq müdafiəçiləri həbs qərarını siyasi sifariş sayır .....                     İcra hakimiyyətlərinin səlahiyyəti bələdiyyələrə verilsə, xalq “ağ gün“ə çıxacaq? .....                     Ermənistanı böyük sülhə vadar etməyin .....                     Qaradağ rayonunda sanitar günü keçirilib .....                     "Ağakərimə layiqli diqqət ayrılmır" .....                     Azərbaycan Brüssel görüşündən imtina edə bilər? .....                     Rusiyadan Azərbaycana ekstradisiya edilən qəssab məhkəmə zalından azadlığa buraxılıb .....                     Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb .....                     “O məmurlardan hamı narazıdır, papaqlarını qabaqlarına qoyub fikirləşsinlər...” .....                     "Səfirlərimiz artıq sülh dövrünün açılması üçün kömək istəyirlər" .....                     Türkiyə S-400 sistemlərini yerləşdirib? .....                     Qarabağın bərpası və “kubik” məsələsi: .....                     İrəvan danışıqlardan niyə imtina etdi? .....                     Arabir güclənən cənub-qərb küləyi əsəcək .....                     Salyanda işlədiyi mağazadan 63.000 manat pul oğurlayan şəxs saxlanılıb .....                     Fazil Məmmədovdan 1 MİLYARDIN HESABI SORULACAQMI? .....                     Zərdabda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb .....                     Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb .....                     Beynəlxalq Bank kartlardan pul OĞURLAYIR .....                     Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB .....                     “Televiziyalarımızın rəhbərləri özlərini şəhid ailələrinin yerinə qoysalar, onda bilərlər ki...” .....                     Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib .....                     Bakıda ümumşəhər sanitar günü keçirildi .....                     YAŞAT Fondu Qazimizə PUL TAPA BİLMİR? .....                     “Orada Ermənistanla sərhədə dair 1 sm-də 10 m dəqiqliklə xəritələr var” .....                     Şəmkirdə 51 yaşlı kişi özünə bıçaq xəsarəti yetirib .....                     Məxfi məlumatlar oğurlanıb .....                     Gürcüstanda koronavirusa 3 950 yeni yoluxma qeydə alınıb, .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 7669-a çatıb .....                     Şəkidə rayon rəhbərliyi vətəndaşın BAŞINA OYUN AÇIBLAR... .....                 

"Polyaniçko dedi ki, Şuşa kimdə olacaqsa, o, udacaq..." - Sadir Məmmədov
Tarix: 22-11-2021, 08:42 | Çap et
"Polyaniçko dedi ki, Şuşa kimdə olacaqsa, o, udacaq..."
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində xalqımızın başına gətirilən ən ağır faciələrdən biri də 20 Noyabr vertolyot terroru oldu. 1991-ci il noyabrın 20-də sülh missiyasıyla uçan hava gəmisinin vurulması nəticəsində Azərbaycanın görkəmli dövlət xadimləri və ziyalıları şəhid oldu. Faciənin üzərindən 30 il ötməsinə rəğmən terroru törədənlər, onun təşkilatçıları cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmayıb. Və hadisənin detallarında hələ də bir sıra qaranlıq məqamlar var... 1990-1991-ci illərdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışmış, istefada olan polis polkovniki Sadir Məmmədov hafta.az əməkdaşı ilə bu dəfəki söhbətində 20 Noyabr faciəsi ərəfəsində və sonra Xankəndində, Ağdamda və faciə yerində şahidi olduğu bir sıra məqamlardan ətraflı bəhs etdi, terror olayı zamanı həlak olmuş dövlət xadimləri haqda xatirələrindən danışdı...

-Sadir müəllim, artıq üzərindən 30 il ötən və görkəmli dövlət xadimləri və ziyalılarımızın şəhid olmasıyla nəticələnən 20 noyabr vertolyot faciəsi zamanı siz Xankəndində mühüm vəzifələrdən birini daşıyırdınız. Həmin terror olayı baş verəndə isə Ağdamda dövlət rəhbərliyinin Qarabağdakı durumla bağlı keçirdiyi iclasda iştirak etmisiz. Və rəhmətlik o vaxtkı Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Daxili İşlər naziri Məhəmməd Əsədov və digərlərini vertoloyotla Qarakəndə yola salanlardan biri də siz olmusuz. O müdhiş faciədən öncə nələr baş verdi, əsas hansı ciddi məqamlar yadınızda qalıb?

- 20 Noyabr çox ağır bir faciə oldu Azərbaycan xalqı üçün... Öncə başda həmin terror hadisəsi nəticəsində həlak olanlarımızın ailələrinə, doğma və əzizləri olmaqla xalqımıza baş sağlığı diləyir, “Allah rəhmət eləsin” deyirəm... 30 il öncəki o dəhşətli gündən danışanda öncə şəhid Baş prokurorumuz İsmət Qayıbovu xatırlayıram...

...1991-ci il noyabrın 14-də erməni terrorçuları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayət Prokuronun müavini olan Şükür Rzayevi girov götürdülər. Onun xilası üçün çalışmağa başladıq. O vaxt rəsmən “Mardakert” adlanan keçmiş Ağdərə rayonunun prokuror köməkçisinin arvadı və oğlu ilə Şükür bəyin dəyişdirilməsinə razılaşdıq. Noyabrın 16-da Baş prokuror İsmət Qayıbov Ağdama gəldi və israr etdi ki, Şükür Rzayevi girovluqdan qurtarmaq əməliyyatına bilavasitə rəhbərlik etmək üçün Xankəndinə getmək istəyir. Mənə dedi ki, onu Xankəndinə aparım. Etiraz etdim ki, İsmət müəllim, mən sizi apara bilmərəm, vəziyyət o qədər qarışıqdır ki, hər şey ola bilər. Doğrudan da o vaxt erməni “bayevik”ləri Məhəmməd Əsədova və İsmət Qayıbova qarşı çox aqressiv idi. Onların da, mənim də başımıza pul qoyulmuşdu. Amma Qayıbovu yola gətirə bilmədim. Dedi ki, yaxşı, sən pis vəziyyətdə qalmayasan deyə, kağız yazım qoyum, hər hansı hadisə baş versə, səni günahlandırmasınlar... Xülasə, onu vertolyotla Xocalıya, oradan isə komendantın maşını ilə Xankəndinə, sovet hərbçiləri olan yerə apardım... Rəhmətlik Qayıbov çox mərd adam idi, Ermənilərlə danışıqlar zaman dedi ki, azərbaycanlılar heç vaxt qadını girov saxlamaz. Biz onu sizə veririk... Mən ayağına vurdum ki, bizi aldadırlar, belə etmə. Ancaq İsmət müəllim dediyindən dönmədi və həmin gecə hərbçilər vasitəsi ilə erməni qadın və uşağı geri verdik. Təəssüf ki, dediyim kimi də oldu, ermənilər Şükür Rzayevi bizə qaytarmadılar. İsmət Qayıbova dedim ki, onlardan kişilik gözləməyə dəyməz, bizi aldatdılar. Bu vaxt noyabr ayının 18-də mənə məlumat gəldi ki, o vaxt “Martuni” adlanan indiki Xocavənd rayonunun Qaradağlı kəndinin camaatı amansızlıqla deportasiya olunub, hamısı Ağdamdadır. İsmət Qayıbova Ağdama getməli olduğumu dedim.

-İsmət Qayıbov da sizinlə getdi Ağdama?

-Xeyr, o ertəsi gün -19 noyabr axşam saatlarında Ağdama gəldi. Mənimlə görüşəndə dedi ki, Bakıya getməliyəm. Amma az sonra məlum oldu ki, sabah, yəni 20 noyabr 1991-ci il tarixində Bakıdan dövlət nümayəndə heyəti Ağdama gələcək. Ona görə də Qayıbov Ağdamda gecələməli oldu və qeyd etdi ki, elə həmin nümayəndə heyəti ilə Bakıya qayıdacaq ki, girov məsələsini həll etsin. Biz razılaşmışdıq ki, mən də onunla Bakıya gedim və dəyişdirilən erməniləri təyin olunan yerə gətirim. Ertəsi gün, yəni 20 noyabrda səhər saat 11 radələrində təyyarə Ağdamın hava limanına endi və dövlət katibi mərhum Tofiq İsmayılovun başçılıq etdiyi heyət o vaxt Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olan mərhum Xuraman Abbasovanın xidməti otağına yığıldı...

Tofiq İsmayılov bütün nümayəndə heyəti və təşkilat komitəsinin üzvlərinin müşavirədə iştirak etməsini tələb etdi. O, çox əsəbi halda Dağlıq Qarabağ Muxtar Vilayətinin komendatını soruşdu. O, iclasa gecikirdi. Təxminən 15-20 dəqiqədən sonra vilayətin hərbi komendantı Jinkin Nikolay Vladimiroviç, Daxili İşlər İdarəsinin rəisi Kovolyov Vladimir Vladimiroviç, prokuror Plavski İqor Aleksandroviç və Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey Semyonoviç otağa daxil oldu. Mərhum Tofiq İsmayılov çox emosional tərzdə azərbaycanlıların Qaradağlıdan necə köçürüldüyünü və qarşısının alınmamasının səbəbini soruşdu... O, gözlənilmədən Jinkin və Kovalyovu ayağa qaldıraraq dedi ki, bütün bu cür vəziyyətin yaranmasına siz şərait yaratmısınız, sizin və digər günahkarlar haqqında ciddi tədbir görüləcəkdir. Bu minvalla müşavirə saat 13:00-a qədər davam etdi və Tofiq İsmayılov qəflətən üzünü komendant Jinkinə tutaraq “mən bu gün Qaradağlı camaatını öz evlərinə qaytarmalıyam, həmin kəndə getməliyik”- dedi. “Sizin hava nəqliyyatınız varmı?”- deyə soruşdu. Jinkin “bəli, bir döyüş vertolyotum var”- cavabını verdi. Həmin vertolyotun yanacaq çəni tam doldurulanda 14 nəfər tuturdu. Bir anda mərhum Tofiq İsmayılov əlini masaya vuraraq "getdik"- deyə ayağa qalxdı. Bütün nümayəndə heyəti onun arxasınca hava limanına yollandı. Artıq vertolyota minik başlandı. Mən də minmişdim. Amma Məhəmməd Əsədov pilotun adam sayının çox olmasıyla bağlı etirazını nəzərə alaraq vertolyotdan düşməyimi istədi. Nazirin məni düşürtdüyünə görə pərt oldum. Çünki ən azından bölgəni yaxşı bilən biri kimi bələdçilik edə bilərdim...

-Sadir müəllim, şəhid dövlət katibi Tofiq İsmayılov başda olmaqla nümayəndə heyəti aeroporta yollananda Tamerlan Qarayev hansı səbəbdən qaldı Ağdamda, bilmədiniz ki?

-Yadımdadır ki, Tofiq İsmayılov əlini masaya çırpıb “Getdik” dediyi vaxt Tamerlan müəllim nəsə yazırdı. Hamı ayağa qalxanda o da durub çıxmaq istədi. Ancaq Tofiq müəllim ona dedi ki, sən bizimlə gəlmə, qal, verilmiş tapşırığı tamamla. Tamerlana verilmiş tapşırığın konkret nədən ibarət olduğunu bilmədim...

-Sizin özünüzün də həmin vertolyota minməməyiniz haqqında müxtəlif fikirlər səslənir. Halbuki, bildiyimizə görə, siz Qaradağlı kəndi camaatını ermənilər tərəfindən qovulmasıyla bağlı yaradılmış komissiyanın sədr müavini olmusuz?

-Bəli, doğrudur, dediyiniz məqsədlə yaradılmış komissiyanın sədri rəhmətlik Zülfü Hacıyev, müavinləri isə mərhum Qurban Namazəliyev və mən idik. Aeroprta getdiyimiz vaxt sürücüm nədənsə ləngidi və mən vertolyotun yanına çatanda artıq şəhid generalımız Məhəmməd Əsədov sonuncu adamları yerləşdirirdi. Məni görən kimi qolumdan yapışdı ki, Sadir, sən qal, onsuz da yer yoxdur. Gerçəkdən eşitdim ki, komandir-pilot Kotov və heyət üzvü Domov vertolyotun 14 nəfər üçün nəzərdə tutulduğu, lakin sərnişinlərin sayının həddindən artıq çox olmasından gileylənirdilər. Məhəmməd müəllimin göstərişindən sonra mən geri qayıdanda rəhmətlik İsmət müəllim qaça-qaça gəlirdi və məni görəndə dedi ki, Sadir, hara gedirsən, gəl görək. Mən rəhmətliyə izah etdim ki, Məhəmməd Əsədov getməyimi məsləhət görmədi. O isə “Yaxşı, qal. Biz də tez qayıdacağıq, axşam birlikdə Bakıya uçub danışdığımız məsələni həll edərik...”

-Vertolyot havaya qalxandan sonra siz hara getdiniz və faciə haqda nə vaxt və kimdən xəbər tutdunuz?

-Yadımdadır ki, vertolyot havaya qalxanda artıq saat 13:48 idi. Özü də həmin günü səma çox təmiz, günəş parlaq idi. Hətta Qarabağın uzaqda görünən dağ yamacları açıq-aydın görünürdü. Vertolyot uzaqlaşandan sonra biz şəhərə qayıtdıq. İki saata yaxın vaxt keçdi. Rəhmətlik Xuraman Abbasova bərk narahat idi və tez-tez məndən “Bəs vertolyot niyə qayıtmadı, Sadir”- deyə soruşurdu. Özü də rəhmətlik nümayəndə heyəti üçün süfrə-filan hazırlatmışdı. Artıq saat 16 radələri idi. Mən Xuraman xanımla Ağdam rayon partiya komitəsi binasının qarşısında dayanmışdıq. Elə bu vaxt vilayət hərbi komendantı V.İ. Kuşnarikin Vidadi adlı sürücüsü məni kənara çəkib dedi ki, Kuşnarik ratsiya ilə hərbi hissəyə təcili tapşırıq yollayıb. Tapşırıq verib ki, Sadir Məmmədova deyin ki, bütün təcili yardım maşınlarını Martuni(yəni Mərziliyə) postuna yığsın. Deyəsən, nümayəndə heyəti gedən vertolyot vurulub...

-Siz hadisə yerində ola bildinizmi?

-Bəli. Xəbəri eşidəndən dərhal sonra mən həmkarım mərhum Mehman Nəzər oğlu Hüseynovla Ağdam Rayon Polis şöbəsinə gələrək Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə, Kərim adlı (hazırda xidmət edir) növbətçiyə məlumat verdim ki, ermənilər nümayəndə heyəti ilə Xocavəndə uçan vertolyotu vurublar. Mən hadisə yerinə gedirəm. Təkrar olaraq ratsiya ilə Ağsu dolamasındakı növbətçi avtomobil müfəttişliyinin postuna da eyni qaydada məlumat verdim.

...Biz Mehman Hüseynovla Mərzili postuna çatanda artıq qaranlıq idi. Hərbçilər ratsiya vasitəsilə məni Kuşnariklə bağladılar, o dedi ki, heç kim sağ qalmayıb, vertolyot parçalanıb, güclü alov var. Mən təkid etdim ki, mütləq hadisə yerinə baxmalıyam. Onun göstərişi ilə 2 nəfər əsgər bizim avtomobilə əyləşdi və biz avtomobilin işığı sönülü vəziyyətdə alova tərəf getdik. Artıq bir neçə yerdə parça-parça alov yanırdı. Sanki zülmət gecədə bütün dağ yanırdı. Bizi qarşılayan Kuşnarik “onsuz da vertolyota yaxın düşmək mümkün deyil və bir nəfərin da sağ qalmaq ehtimalı yoxdur”- dedi. O, hadisə yerinə dairəvi post qoymuşdu... Biz geri –Ağdama qayıtmalı olduq və ertəsi gün səhər saatlarında Bakıdan Azərbaycanın keçmiş 2-ci katibi V.Polyaniçko başda olmaqla prokurorluq əməkdaşları, jurnalistlər gəldi. Biz onlarla bir yerdə bilavasitə hadisə yerində olduq...

-Son illər müxtəlif qəzet və internet materiallarında belə bir versiyalar da səslənir ki, guya Azərbaycanın istintaq qrupu faciə yerinə gələnədək vertolyotun dağıntıları arasında qalmış müəyyən əşyalar qarət edilib. Məsələn, deyilənə görə, Məhəmməd Əsədovun, İsmət Qayıbovun üzərlərindəki tabel silahları, telejurnalist Alı Mustafayevin video-kamerasının qalıqları da tapılmayıb...

- Bilirsiz, o günün gərginliyini təsəvvür etmək çox çətindir. Mənim başım əsasən cəsədlərin toplanmasını təşkil etməyə qarışmışdı... Bu məsələləri prokurorluğun ekspertləri, eləcə də o zaman istintaq qrupunun rəhbəri olmuş Adil Ağayev dəqiq bilər....

- Bir yaddaşınızı eşələyin, bəlkə rəhmətliklərdən kiməsə məxsus hansısa əşya gözünüzə sataşıb?..

- Vallah, elə bir şey görmədim... Hə... Amma o yadımdadır ki, deyəsən, rəhmətlik Alı Mustafayevin yanındakı videokameranın futlyarı boş idi... Daha onu dəqiq deyə bilmərəm ki, kamera yanıb, vertolyot yerə düşəndə kənara atılıb, yoxsa... Ancaq belə bir epizod yadımda qalıb...

- Dediniz ki, Qarabağdakı Təşkilat Komitəsinin sədri olmuş Azərbaycanın keçmiş 2-ci katibi V.Polyaniçko da sizinlə bərabər faciə yerində oldu. Onunla faciə barədə söhbətiniz oldumu? Axı Polyaniçko Kremlin ən məlumatlı adamlarından biri idi...

- Polyaniçko haqqında müxtəlif ziddiyyətli fikirlər səslənir, amma mən onu daim erməni separatçı və yaraqlılarına qarşı mübarizə aparan əqidəli bir sovet məmuru kimi görmüşdüm. Ermənilər onun özünə neçə dəfə qəsd etmişdilər... Bu barədə ayrıca geniş danışarıq... Vertolyot faciəsi vaxtı öncə dediyim kimi, Polyaniçko ertəsi gün noyabrın 21-də bizimlə bərabər faciə yerində oldu. Yadımdadır ki, o, bir az yuxarıda təpədə dayanıb tüstülənən vertolyot dağıntısına baxırdı. Onun fikrini öyrənmək üçün yaxınlaşıb soruşdum:”Viktor Petroviç, bundan sonra nə olacaq?”. Polyaniçko təmkinlə cavab verdi: “Nə olacaq? İndi yalnız Şuşa qalır... Şuşa kimdə olacaqsa, o, udacaq. Sizin xalq niyə yatır?!..”

-Sadir müəllim, 1-ci Qarabağ savaşı zamanı “Ala Yaqub”, yaxud “Qatır Məmməd” ləqəbi ilə tanınan “Qarabağ şahinləri” könüllü taborunun komandiri Yaqub Rzayevi tanıyırdınızmı?

- Əlbəttə, tanıyırdım. Müharibədən əvvəl o, Ağdamda qəbir daşları düzəltməklə məşğul idi...

- Bildiyiniz kimi, on illərdir ki, Azərbaycan siyasi meydanında tanınmış bir neçə şəxs vertolyotun guya Tamerlan Qarayevin göstərişi ilə “erməni vertolyotu” adıyla məhz “Ala Yaqub” tərəfindən vurulmasını iddia edirlər. Bu barədə nə deyə bilərsiz?

- Əvvəla, Tamerlan Qarayevin həmin prosesdə iştirakı haqqında söz-söhbəti növbəti bir cəfəngiyyat, kimlərinsə qərəzli, məqsədyönlü uydurması hesab edirəm. İkinci də, mərhum Yaqub Rzayev həmin vertolyotu haradan vura bilərdi. Yazığı o vaxtı da incitdilər, indi də ruhunu incidirlər. Tamamilə ağ yalan, qurama, ağlasığmaz bir söhbətdir. Yaqubun dəstələrinin yerləşdiyi məkan Qarakənddən çox uzaqda, Ağdamın yaxınlığındakı, Əsgəran yolundakı Qarağacı qəbiristanlığının yanında idi. Vertolyot isə 18-20 km aralıda Xocavənd ərazisində vurulub...

- Yaqub Rzayevin həmin istiqamətdə başqa dəstəsi var idimi?

- Xeyr, qətiyyən. O tərəflərdə Yaqubun heç bir dəstəsi yox idi. Qarakəndə Ağdamın ən yaxın kəndi Mərzili idi. Yolla gedəndə Mərzili solda qalırdi, irəli dağın döşü ilə Xocavəndin məşhur Çartaz kəndi istiqamətində 7-8 km getməli idin ki, Qarakəndə çıxasan... Bir daha deyirəm, Yaqub istəsə belə, həmin vertolyotu deyilən yerdə vura bilməzdi...

-Sadir müəllim, yadınızdadırsa, ilk dəfə Azərbaycanın rəsmi xəbərlərində də dedilər ki, guya vertolyot dumanlı havada dağa dəyib?..

- Bəli, yadımdadır. O da çox güman ki, ermənilər tərəfindən izi azdırmaq üçün qəsdən yayılmış informasiyaya əsaslamnırdı... Amma əvvəlcə dediyim kimi, mən özüm noyabrın 20-i saat 16:00 radələrində DİN-ə məlumat vermişəm ki, vertolyot vurulub. Həmin telefon danışığının yazısı da, çox güman ki, DİN-in növbətçi hissəsinin arxivində saxlanılır...

Nə isə... Bütün hallarda ortalıqda bir gerçəklik var... Qəhrəman dövlət xadimlərimiz, ziyalılarımız şəhid edildi. O vertolyotda... Rəhmətlik Tofiq müəllim, İsmət müəllim, Məhəmməd Əsədov... İsmət müəllim haqqında xeyli danışdıq... Rəhmətlik prokuror kimi erməni yaraqlılarına, terrorçularına qan uddururdu... General Məhəmməd Əsədov da Qarabağdakı erməni terrorçu bazalarının axırına çıxmaqdaydı... Rəhmətlik “OMON”u bu işdən ötrü yaratmışdı. Buna Moskvadan icazə almaq üçün nə qədər əziyyət çəkdi. Rəhmətliklə çox ünsiyyətimiz olub. Qarabağ ərazisindəki çox işləri mənə tapşırırdı. O qədər zəhmli, şəxsiyyətli bir general idi ki, mən Xankəndində, Ağdamda kabunetdə oturub işləyəndə elə bilirdim, Məhəmməd Əsədov başımın üstündə dayanıb...

Yeri gəlmişkən, qeyd edim ki, keçən 30 il ərzində 20 Noyabr vertolyot faciəsi ilə bağlı kim necə gəldi, danışır və media da belələri üçün meydana çevrilir. Bir çoxları şəxsi, qərəzli məqsədlər güdərək ayrı-ayrı tanınmış şəxsləri ləkələməyə çalışırlar. Xahiş edirəm, təvəqqe edirəm ki, kimsə özünü reklam etmək xatirinə 20 Noyabrdan danışır, yazırsa, ehtiyatlı olsun. Çünki söhbət həm də o faciədə həlak olmuş neçə-neçə insanın ailələrindən, övladlarından, doğmalarından gedir.Vertolyot faciəsinin KİV-də qeyri-peşəkar müzakirəsi həlak olanların ruhuna sayğısızlıq, onların əzizlərinin, qohum-əqrəbalarının onsuz da unudulmayan dərdlərinin, qaysaq bağlamış yaralarının qoparılmasından başqa bir şey deyil...

Bir daha Qarabağ savaşlarındakı bütün şəhidlərimiz kimi 20 Noyabr şəhidlərinə də Allahdan rəhmət diləyirəm...





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstan məqbul sayılacaq dialoq məkanlardan biridir - ŞƏRH
Dünən, 15:18
Azərbaycanda onkoloji xəstələrin sayı niyə artır? - AÇIQLAMA
Dünən, 15:11
Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər? - AKTUAL
Dünən, 15:04
Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir - GƏLİŞMƏ
Dünən, 15:00
İran radikal dəyişiklik təklif etdi – Qərb təəccübləndi
Dünən, 13:18
Erməni təxribatlarına cavab: - “Azərbaycan antiterror əməliyyatı həyata keçirəcək”
Dünən, 13:11
Qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 13:02
Varşava və Berlin arasında münasibətlər qızışır: - Kaçinski dördüncü reyx haqda danışdı...
Dünən, 13:01
“Yelo bank” müştərinin cibinə belə girir - GİLEY
Dünən, 12:55
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb
Dünən, 12:49
Hüquq müdafiəçiləri həbs qərarını siyasi sifariş sayır - "Minasyan işi" böyüyür
Dünən, 12:34
İcra hakimiyyətlərinin səlahiyyəti bələdiyyələrə verilsə, xalq “ağ gün“ə çıxacaq? - Partiya sədri
Dünən, 12:30
Ermənistanı böyük sülhə vadar etməyin TƏK YOLU
Dünən, 12:26
Qaradağ rayonunda sanitar günü keçirilib
Dünən, 12:24
"Ağakərimə layiqli diqqət ayrılmır"
Dünən, 12:22
Azərbaycan Brüssel görüşündən imtina edə bilər? - AÇIQLAMA
Dünən, 12:20
Rusiyadan Azərbaycana ekstradisiya edilən qəssab məhkəmə zalından azadlığa buraxılıb - TƏFƏRRÜAT
Dünən, 12:16
Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
Dünən, 12:15
“O məmurlardan hamı narazıdır, papaqlarını qabaqlarına qoyub fikirləşsinlər...” - Rəşid Mahmudov
Dünən, 12:13
"Səfirlərimiz artıq sülh dövrünün açılması üçün kömək istəyirlər" - Sarkisyan
Dünən, 12:06
Türkiyə S-400 sistemlərini yerləşdirib? – Akar açıqladı
Dünən, 12:03
Qarabağın bərpası və “kubik” məsələsi: - zəngin ehtiyatlar, “Karyer Qasım”, gözlənilən bahalaşma...
Dünən, 12:02
İrəvan danışıqlardan niyə imtina etdi? - Paşinyanın parlamentdə gərgin müzakirələri
Dünən, 11:57
Arabir güclənən cənub-qərb küləyi əsəcək - Belə deyirlər...
Dünən, 11:54
Salyanda işlədiyi mağazadan 63.000 manat pul oğurlayan şəxs saxlanılıb
Dünən, 11:50
Fazil Məmmədovdan 1 MİLYARDIN HESABI SORULACAQMI? - İLGİNC GƏLİŞMƏ
Dünən, 11:49
Zərdabda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb
Dünən, 11:44
Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb
Dünən, 11:42
Beynəlxalq Bank kartlardan pul OĞURLAYIR - İDDİA
Dünən, 11:40
Bu metrostansiyanın ətrafı döyüş meydanına ÇEVRİLİB - FOTO
Dünən, 11:39
“Televiziyalarımızın rəhbərləri özlərini şəhid ailələrinin yerinə qoysalar, onda bilərlər ki...” - ETİRAZ
Dünən, 11:35
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Dünən, 11:34
Bakıda ümumşəhər sanitar günü keçirildi
Dünən, 11:32
YAŞAT Fondu Qazimizə PUL TAPA BİLMİR? - Qazimizin qardaşı HARAY ÇƏKDİ
Dünən, 11:31
“Orada Ermənistanla sərhədə dair 1 sm-də 10 m dəqiqliklə xəritələr var” – ANONİM EKSPERT
Dünən, 11:28
Şəmkirdə 51 yaşlı kişi özünə bıçaq xəsarəti yetirib
Dünən, 11:26
Məxfi məlumatlar oğurlanıb - Casus proqramı 10 diplomatın gizli danışıqlarını dinləyib
Dünən, 11:24
Gürcüstanda koronavirusa 3 950 yeni yoluxma qeydə alınıb, 40 nəfər ölüb
Dünən, 11:23
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 7669-a çatıb
Dünən, 11:19
Şəkidə rayon rəhbərliyi vətəndaşın BAŞINA OYUN AÇIBLAR... - ŞOK İTTİHAMLAR
Dünən, 11:18
“Aprel döyüşləri” şəhidinin anası vəfat etdi
Dünən, 11:11
"DİN-ə taksi sürücüləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur" - Ehsan Zahidov
Dünən, 11:10
Xankəndidə “heykəlçilik kampaniyası” əsəblərimizlə oynamaqdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08
Uşaq bağçasına dönən ordu: - Papikyan kütləvi ixtisarlara hazırlaşır
Dünən, 11:06
Qarabağda məhv edilən “çoban” əslində kimdir? - İNCƏLƏMƏ...
Dünən, 11:05
İcra hakimiyyətlərinin ləğvinə doğru və ya idarəetmənin Qarabağ modeli - Bəlkə yaxşısı elə MÖVCUD OLANIDIR...
Dünən, 11:04
“300 manat başa düşmüşəm, sən demə 3 min deyibmiş...” - COVİD-HOSPİTALDA VİP-PALATA VƏ RÜŞVƏT SÖHBƏTLƏRİ
Dünən, 11:03
“Ermənilərin Ermənistana qaytarılması prosesi uğursuzluğa düçar oldu” - Baş komissar Sinanyan
Dünən, 11:00
Kriminal aləmin üzvləri olduğunu deyib külli miqdarda pul alıblar - TƏFƏRRÜAT
Dünən, 10:59
“Holcim-Azərbaycan” rəsmən AZƏRBAYCANA QARŞI... - TƏHLÜKƏLİ FRANSIZ ƏTİRİ...
Dünən, 10:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru