Bayden "düymə"yə basdı: .....                     Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI .....                     "Bu, hüquqi müstəvidə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına da son qoyacaq" .....                     İran qarışdı: Meydanlarda dinc əhaliyə atəş açılır .....                     Tibbi sosial ekspert QƏSSABLARI .....                     Polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə .....                     “Paşinyan ürəyində Qarabağdan çoxdan imtina edib” .....                     “Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir .....                     "Ermənistan uzun illər sonra Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq" .....                     Mənsum İbrahimovun qızına XİN-də yüksək vəzifə verildi .....                     Prezident İlam Əliyev əvvəllər olduğu kimi qalib görünürdü .....                     Qəza nəticəsində ağır yaralanaraq kliniki ölüm keçirən əməkdar artist sağalıb .....                     Abşeron rayonunda karantin qaydalarını pozan kafe aşkarlanıb .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Onlayn yolla narkotik vasitələrin satışını həyata keçirən şəxs saxlanılıb .....                     Şirvanda "avtoş" polisə müqavimət göstərdi .....                     Anbarda gözətçinin ölümü ilə bağlı hökm çıxarıldı .....                     Ukraynada NƏ BAŞ VERİR? .....                     Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda .....                     Bakıda şadlıq sarayında işçilər arasında dava düşüb, .....                     Paşinyan Soçidən sonra Brüsseldə başqa söz desə... .....                     Ermənistan ordusunda yeni HƏBSLƏR: .....                     Bakıda marşrut avtobusuna hücum olub, .....                     Bakı sakini arvadını izləmək üçün gizli kamera quraşdırdı, özünə cinayət işi açıldı .....                     "1 il əvvəl evim, maşınım yox idi və külli miqdarda borcum var idi" .....                     Putinin zeytun hədiyyəsində gizlənən .....                     "İrəvanla birgə işləməyə imkanlar var, bu imkanlardan maksimum istifadə etməliyik" .....                     Ermənistanda koronavirusdan gəbərənlərin sayı 7485-ə çatıb .....                     Bakıda bir uşaq bağçası .....                     Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub .....                     Baş redaktordan “zəfər mükafatları” paylayanlara və “laureatlar”a ETİRAZ: .....                     Bakıda direktorun evini qarət edən dayə .....                     “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq keçiriləcək .....                     Bakıda 3 xəstəxana .....                     Vətən müharibəsi qazisi Türkiyədən Füzuliyə qayıtdı .....                     Fransa Avropa İttifaqında sədrliyə gəlir .....                     Gürcüstanda koronavirusa yoluxanların sayı 835 mini ötüb .....                     ABŞ və Britaniya Rusiyaya qarşı ordu toplayır .....                     Ermənistan Zəngəzurdakı mövqelərdən necə geri çəkilib? .....                     ANS AÇILACAQMI? .....                 

"Bu problem yanvar ayına qədər davam edəcək" - deputat
Tarix: 15-10-2021, 08:28 | Çap et
"Bu problem yanvar ayına qədər davam edəcək"
Ölkəmizdə koronavirusa yoluxma halları ilə bərabər uşaqlar arasında yayılan digər respirator infeksiyalar narahatlıq doğurur. Yay aylarında artıq həkimlər xəbərdar etmişdilər ki, payızda koronavirusla digər infeksiyalar bir-birinə qarışacaq. Hazırda verilən bu proqnozlar özünü doğruldur. İnsanlar bilmir, koronavirusa, yoxsa adi mövsümi qripə yoluxublar. Məktəblərdə isə vəziyyət gərginləşib. Uşaqların əksəriyyəti dərsdə iştirak edə bilmir. Valideynlər uşaqların qızdırma, ishal, boğaz ağrısı kimi əlamətlərinin olmasından şikayət edirlər.

Baş pediatr Erkin Rəhimov da açıqlamasında deyib ki, uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunur. O qeyd edib ki, məktəb və bağçalar açıldığından xəstəlik daha geniş vüsət alıb. Onun sözlərinə görə, bu dönəmdə uşaqlar arasında ciddi şikayətlər olarsa, onlardan COVİD-19-a görə PCR testi götürülməlidir. E. Rəhimov əlavə edib ki, valideynlər uşaqlarını qripə qarşı peyvənd etdirməklə də viruslardan qoruya bilərlər.

Qeyd edək ki, Azərbaycan Pedaqoji Universitetinin (ADPU) 2 qrupunda tələbələr arasında koronavirus aşkarlanıb. Bu səbəbdən həmin qruplar 14 gün müddətində distant təhsilə keçib. Universitetdən bildirilib ki, yoluxma halı fizika və riyaziyyat fakültələrinin tələbələri arasında baş verib.

Bizimlə söhbətdə infeksionist Nicat Əzimli son günlər insanları narahat edən məqamlara aydınlıq gətirib: “Doğrudur ki, son zamanlar müraciətlər arasında qeyri-COVİD halları ilə qarşılaşırıq. Bunlar arasında bəzən qrip, bəzən digər yuxarı tənəffüs yolu xəstəlikləri olur. Hansı ki, simptomlar COVİD-in başlanğıc simptomları ilə oxşarlıq təşkil edir. Nəzərə alsaq ki, payız mövsümündəyik və bütün müəssisələr açıqdır, insanlar arasında sıx kontakt var, bu infeksiyaların ortaya çıxması təbii haldır. Belə olan halda, həkim infeksionist tərəfindən xəstəliklərin differensial diaqnostikası aparılır və hər xəstəliyin özünə spesifik müalicəsi təyin olunur”.

İnfeksionist onu da əlavə edib ki, vaksinasiya yaşının aşağı endirilməsi bir çox ölkələrdə sınaqdan keçirilib: “Artıq bu, nəzəriyyədə yox, praktik olaraq qəbul olunmuş profilaktik addımdır. Lakin bilirik ki, uşaqlar xəstəlikdə ağırlaşma ehtimalı ən aşağı olan yaş qrupunu təşkil edir. Burada əsas məqsəd uşaqlar arasında ağırlaşmaların qarşısını almaq deyil, onlar arasında yoluxma saylarını azaldaraq, təhsil müəssisələrinin açıq qalmasını təmin etməkdir”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu günə qədər 357 nəfər yeniyetmə vaksinasiyada iştirak edib: “Onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəri olduğu halda və hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər. Bu günə qədər ümumilikdə 20 minə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar”.

Digər tərəfdən, “Delta” ştammının fəsadları vaksinin qüvvətləndirici üçüncü dozasını da aktullaşdırıb. Dünyada müşahidə olunan tendensiyalar COVİD-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini zəruri edir. Mütəxəssislər hesab edir ki, peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Vaksinasiya nəticəsində müxtəlif fəsadların olması ehtimalı risklidir. Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVİD-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nevroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür.

Tədqiqatlara görə, buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. Buster peyvəndin gücləndirici dozasıdır. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə 3-cü peyvənd dozası - buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a bildirib ki, mövsümi qrip fonunda koronavirusa yoluxmada artım müşahidə olunur və bu proses çox qısa bir müddət çəkəcək: “Məktəblərin bağlanmasını öncədən demək olmaz. Amma mən düşünürəm ki, epidemioloji vəziyyət belə getməyəcək. Çünki peyvənd olunanların sayı gündən-günə artır. Payız mövsümünün gəlməsi, havanın soyuması ilə əlaqədar olaraq qrip və digər virus infeksiyaları çoxalır. Bunun da fonunda koronavirusa yoluxmada artım müşahidə olunur. Eyni zamanda, demək olar ki, bütün sahələrdə ənənəvi iş rejiminə keçməsi yoluxmanın artımına təkan verdi. Bu keçici bir dövrdür. Bununla yanaşı, məktəblərdə nəzarət gücləndirilməlidir. Təkcə məktəbin kollektivi tərəfindən yox, digər nəzarətedici orqanlar da bu işə qoşulmalıdır. Polis, səhiyyə əməkdaşları bu məsələni nəzarətdə saxlamalıdır”.

Komitə sədri dekabr ayınadək əhalinin peyvəndlənməsinin 80%-ə çatacağını, yoluxmanın yanvar ayından sonra aşağı enəcəyini təxmin edir: “Temperaturun ölçülməsi, maska rejiminin gözlənilməsinə həm təhsil işçiləri, həm də şagirdlər əməl etməlidir. Çox təəssüf ki, əksər məktəblər buna əməl etmir, uşaqlar xüsusilə tənəffüslərdə maskasız gəzirlər. Ən əsas məsələ odur ki, uşaqların böyük bir qismi xəstəliyin ya daşıyıcısı olur, ya da çox yüngül keçirir. Amma evdəki insanlara yoluxdurduqları zaman nəticəsi ağır olur. Mən düşünürəm ki, bu problem yanvar ayına qədər davam edəcək. Ondan sonra artıq yoluxma dinamikası azalacaq. Çünki ilin sonuna qədər əhalimizin 80%-dən çoxunu vaksinləşdirəcəyik. Bir sözlə, insanlara səslənirəm ki, indiki hal mövsümi xarakter daşıyır. Təşvişə düşməyə ehtiyac yoxdur. Sadəcə, ciddi karantin qaydalarına əməl etsinlər”.
//musavat.com//





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
Dünən, 13:15
Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR
Dünən, 13:09
"Bu, hüquqi müstəvidə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına da son qoyacaq" - deputat
Dünən, 13:05
İran qarışdı: Meydanlarda dinc əhaliyə atəş açılır - VİDEO
Dünən, 13:03
Tibbi sosial ekspert QƏSSABLARI - NARAZILIQ!
Dünən, 12:57
Polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə - Diqqət!
Dünən, 12:54
“Paşinyan ürəyində Qarabağdan çoxdan imtina edib” - Markov
Dünən, 12:50
“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı
Dünən, 12:41
"Ermənistan uzun illər sonra Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq" - Soçi görüşü ilə bağlı AÇIQLAMA
Dünən, 12:30
Mənsum İbrahimovun qızına XİN-də yüksək vəzifə verildi - ƏMR
Dünən, 12:28
Prezident İlam Əliyev əvvəllər olduğu kimi qalib görünürdü - "Kommersant" Soçi görüşü barədə
Dünən, 12:25
Qəza nəticəsində ağır yaralanaraq kliniki ölüm keçirən əməkdar artist sağalıb
Dünən, 12:24
Abşeron rayonunda karantin qaydalarını pozan kafe aşkarlanıb
Dünən, 12:23
Mülayim cənub-qərb küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:22
Onlayn yolla narkotik vasitələrin satışını həyata keçirən şəxs saxlanılıb - VİDEO
Dünən, 12:21
Şirvanda "avtoş" polisə müqavimət göstərdi
Dünən, 12:19
Anbarda gözətçinin ölümü ilə bağlı hökm çıxarıldı - Maddə dəyişdi
Dünən, 12:03
Ukraynada NƏ BAŞ VERİR? - GƏLİŞMƏ
Dünən, 12:02
Xarici ulduzlar "Sədərək" rəhbərinin oğlunun toyunda - Bu qədər ulduzu gətirmək əvəzinə...
Dünən, 12:00
Bakıda şadlıq sarayında işçilər arasında dava düşüb, bıçaqlanan var
Dünən, 11:55
Paşinyan Soçidən sonra Brüsseldə başqa söz desə... - NƏ ETMƏLİ?
Dünən, 11:53
Ermənistan ordusunda yeni HƏBSLƏR: - Zəngəzurdakı döyüşdən qaçan komandirlər saxlanıldı
Dünən, 11:46
Bakıda marşrut avtobusuna hücum olub, sürücüyə xəsarət yetirilib
Dünən, 11:44
Bakı sakini arvadını izləmək üçün gizli kamera quraşdırdı, özünə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 11:41
"1 il əvvəl evim, maşınım yox idi və külli miqdarda borcum var idi"
Dünən, 11:36
Putinin zeytun hədiyyəsində gizlənən ŞİFRƏLƏR
Dünən, 11:31
"İrəvanla birgə işləməyə imkanlar var, bu imkanlardan maksimum istifadə etməliyik" - Natiq Cəfərli
Dünən, 11:21
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 7485-ə çatıb
Dünən, 11:16
Bakıda bir uşaq bağçası BAĞLANDI
Dünən, 11:15
Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunub - FOTO
Dünən, 11:12
Baş redaktordan “zəfər mükafatları” paylayanlara və “laureatlar”a ETİRAZ: - “Möhtəkirlər...”
Dünən, 11:07
Bakıda direktorun evini qarət edən dayə HAKİM QARŞISINDA
Dünən, 11:05
“Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq keçiriləcək
Dünən, 11:03
Bakıda 3 xəstəxana BİRLƏŞDİRİLDİ
Dünən, 11:02
Vətən müharibəsi qazisi Türkiyədən Füzuliyə qayıtdı
Dünən, 11:00
Fransa Avropa İttifaqında sədrliyə gəlir - “kiçik bacı” siyasəti davam etdiriləcək?
Dünən, 10:59
Gürcüstanda koronavirusa yoluxanların sayı 835 mini ötüb
Dünən, 10:57
ABŞ və Britaniya Rusiyaya qarşı ordu toplayır – Poliqon Ukrayna
Dünən, 10:44
Ermənistan Zəngəzurdakı mövqelərdən necə geri çəkilib? - Qubernatordan AÇIQLAMA
Dünən, 10:43
ANS AÇILACAQMI? - AÇIQLAMA
Dünən, 10:37
Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: - "İngilis dilinə üstünlük verməliyik"
Dünən, 10:33
Bakı ilə Moskvanın ARASI NECƏDİR? - GƏLİŞMƏ
Dünən, 10:19
Sahil Babayev KİMLƏRİN QƏSDİNƏ DURUB?.. - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 10:18
6 rayonun deputatsız qalması seçicilərə hörmətsizlikdir - ÇAĞIRIŞ
Dünən, 10:15
Neft yenidən ucuzlaşıb
Dünən, 10:11
“Hayastan” Fondu bir telemarafonda 12,3 milyon dollar topladı
Dünən, 10:07
Bakıda 35 nəfər HAKİM QARŞISINDA: - Hədə-qorxu ilə silah əldəetmə...
Dünən, 10:02
Paytaxtda qanunsuz küçə ticarəti ilə bağlı reydlər keçirilir - FOTO
Dünən, 09:59
GERÇƏK MƏNZƏRƏ: Soçi bəyanatında nələr var? - XEYRİMİZƏ VƏ ƏLEYHİMİZƏ OLAN MƏQAMLAR...
Dünən, 09:57
Əməkdar artist xalq şairinin “şit diringi” iradına mansibət bildirdi
Dünən, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru