Şəmkirdə vətəndaş DAD DEYİR... .....                     Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb .....                     Aİ Azərbaycandan qaz tədarükünü artırmağı istəyəcək .....                     "4 aydır ət üzünə həsrətik, ailəm xəstədir, soyuducuda yeməyə heç nə yoxdur" .....                     Azərbaycanda daha 3 564 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb .....                     "Yasmin"dəki sahibkarlar DƏRD İÇİNDƏ... .....                     Qırğız-tacik savaşı yenidən qızışır .....                     "Baxın, BƏRBAD HALDADIR, BAXAN YOXDUR" .....                     Rusiya veteranları faşist Njde haqqında film çəkən Rusiya Erməniləri İttifaqına qarşı çıxıblar .....                     Bərdədə şagirdlərlə görüş keçirilib .....                     “Bu, savadsız və cahil bir toplum üçündür” .....                     "Ağlım sığortalanmağa layiqdir" .....                     Füzuli rayonunda traktor minaya düşüb .....                     Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib .....                     Murad Dadaşovun Kardaşyan TUTQUSU .....                     Xaçmazda polis əməkdaşları məktəblilərin qonağı olublar .....                     Sərhəd qarşıdurması, yoxsa KTMT-ni xilas planı? .....                     Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə .....                     Şərqşünas virtual həcc ziyarətini dəstəkləmir: .....                     Hər binada 4 nömrəli mənzil alıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Oğlunun gözü önündə arvadına 30 bıçaq vurdu: .....                     YAP-da görəv alanlar .....                     Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb .....                     Salyan rayon sakini itkin düşüb .....                     İki deputat YAP-dakı .....                     YAP rayon təşkilatlarına yeni sədrlər təyin olunub .....                     Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı .....                     Tibbi sığortanın uğursuzluğu və Niyazi-Zəbur tandeminin zəlil gününə qoyduğu səhiyyə sistemi .....                     Hava şəraiti dəyişəcək, güclü külək əsəcək .....                     Şabranda polis əməkdaşları məktəblilərlə görüşüblər .....                     Sabunçu rayonunda 7000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb .....                     Vilayət Eyvazov bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARDI .....                     "Sezen Aksu demişkən, bu ağılla yesinlər sizi!" .....                     Tərtər rayonunda indiyədək vətəndaşlara 106 min 286 doza vaksin vurulub .....                     Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb .....                     İki nəhəng inhisarçı qurum birləşir: .....                     Pensiya yaşından tez ölənlərin pulu varisə veriləcək? .....                     Bizə Vahid Dövlət İmtahanı lazımdırmı? .....                     Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? .....                 

“Toylarda israfçılığı aradan qaldıra biləcəyimizi düşünmürəm, çünki...” - deputat
Tarix: 14-10-2021, 08:38 | Çap et
“Toylarda israfçılığı aradan qaldıra biləcəyimizi düşünmürəm, çünki...”
Toy mövsümü bərpa olundu. Elə onunla birgə israfçılıq da. Belə görünür ki, azərbaycanlılar istər kasıb olsun, istər zəngin, dəbdəbəli toylardan imtina etməyəcək. Pandemiya da bu məsələdə bizə yardımçı ola bilmədi. Halbuki israfçılıq toy (yer) qiymətini avtomatik kəllə-çarxa qaldırır ki, bu da ən çox toy sahibi və toya dəvət edilənlərin ziyanınadır.

Bəs azərbaycanlılar nədən sadə toy məclisi təşkil edə bilmirlər? Bu tilsimi necə qırmaq olar? Qırmaq mümkün olacaqmı? Dinimiz isə deyir ki, Allah israfı və ifrata varanları sevməz.

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Azərbaycanın böyük əksəriyyəti toya şöhrətpərəstlik və pul yığmaq adəti kimi baxırlar. Ona xoşbəxtlik mənbəyi, xoşbəxtliyin başlanğıcı anlayışı kimi yanaşırmırlar. İnsanlar sabahkı günü düşünüb addım atmağa çox da maraqlı deyillər, çünki gələcəyin proqramlaşdırılması haqda təsəvvürləri yoxdur.

Diqqət edirsinizsə, daha çox keçmiş üzərində başımızı çox yorur, oradan qəhrəman axtarırıq. Hamısı gələcək barəsinə düşüncələrin olmaması ilə bağlıdır. Toy məsələsinə baxışımız da bu cürdür. Yəni gələcək ailə necə yaşayacaq, nəyin üzərində qurulacaq, gələcək perspektivi necə olacaq deyə düşünmürlər. Maraqlı burasındadır ki, şöhrətpərəstliyə təkcə varlı insanlar aludə deyil. Diqqət edəndə görürük ki, daha çox yoxsul insanlar göstərişli tədbirlərə üstünlük verir və nəticə olaraq özlərini çox çətin vəziyyətə salırlar. Sonra isə məlum olur ki, boşanma hallarının sayı ildən-ilə 2-3 dəfə artmağa başlayıb. Ona görə də Azərbaycanda bu kimi məsələlərə düzəliş etmək çox çətin olacaq".

Fazil Mustafa qeyd edib ki, məsələyə düzəlişlər etmək üçün onun alternativlərini həyata keçirmək lazımdır: “Məsələn, şadlıq evləri modelində deyil, hansısa restoran modelində az sayda insanlarla gözəl bir toy axşamı keçirmək mümkündür. Həmçinin yemək bolluğundan imtina edərək, 1-2 növ yeməklə kifayətlənərək, bir az da daha çox səviyyəli musiqilərlə, hay-küydən, qışqırıqdan uzaq şəkildə toyu keçirmək daha məqsədəuyğun olardı. Bunun üçün də yalnız alternativlər düşünmək lazımdır. Alternativlər olanda insanlar tədricən özünün cahilliyindən, şöhrətpərəstliyindən, toyun mahiyyətinə fərqli baxışdan uzaqlaşacaqlar. Bunu düşünmədikcə insanların düşüncəsini dəyişə bilmərik. Məsələn, dini yönümdə insana nə qədər ağıllı söz deyirsən de, kafasında oturmuş bütü sındırmaq olmur.

Lakin toylarımızda israfçılığı aradan qaldıra biləcəyimizi düşünmürəm. Çünki bu sahə həm də biznes sahəsidir və acınacaqlı tərəf ondan ibarətdir, onun içərisində əksər dövlət məmurları, vəzifəli şəxslər, yüksək vəzifə daşıyan insanlar var, hansı ki, onların da biznes şəbəkəsi bununla qidalanır. Ona görə də toylarla bağlı “yuxarıdan” hər hansı bir şəkildə sadələşdirilmə, situmullaşdırıcı amillər yoxdur. Halbuki dövlət səviyyəsində müəyyən dərəcədə bu işi sadələşdirməklə israfçılığın qarşısını almaq olar.

Xatırlayısınızsa, illər öncə Azərbaycanda ən yaxşı sayılan sahə şadlıq evləri ilə bağlı idi, hansı ki, bu gün həmin sahə çöküb. Şadlıq sarayları indi öz xərclərini ödəyə bilmir. Normal iqtisadçılar da bildirir ki, şadlıq evləri uzun müddət indiki vəziyyətində işləyə bilməz. Pandemiya başlayanda artıq sübut olundu ki, bu qədər məkanda böyük kapital yatırmağın mənası yox idi".

İlahiyyatçı Emil Rasimoğlu isə qeyd edib: “Bizdə ”qonşudan geri qalma" prinsipi artıq yaşayışımızın əsas hissəsinə çevrilib. Bu təkcə toy məsələlərinə aid deyil, demək olar ki, bütün sahələrdə belədir. Bəhsə-bəhs yaşayırıq. Həm də bu israfçılıq toydan öncə başlayır. Elçiliyin səhəri günündən tutmuş, ta ki, toya qədər oğlan evi soğan qabığı kimi soyulur. İkitərəfli yüklənmə gedir. Oğlan evi də qız evinə hansı cehizləri gətirəcəyi barəsində sifarişlər verir. Çox gülməlidir. Əvvəla, İslam dinində cehizlik üçün bir dəst yorğan-döşək və yüngül zəruri əşyalar nəzərdə tutulur. Qalan nə varsa oğlan alıb evi doldurmalıdır. Digər cəhətdən, hər iki tərəfin bir-birilərinə sifarişlər etməsi etik görünmür. Xoşbəxtlik və səadətə səbəb olan amillərdən az danışılır. Səmimiyyət əvəzinə, toydan öncəki narazılıqlar başlayır. Bu da gənclərin gələcəyinə mənfi təsir edir".

İlahiyyatçı da bildirdi ki, toylarda baş verən israfçılığın aradan qalxacağına inanmır: “Çünki burada restoran sahibləri də maraqlıdır. Təbii ki, restoranlar da sadə menyu ilə stolun birinə 50 manat deyə bilməyəcəklər. Desələr də sadə menyuya heç kəs 50 manat verməyəcək və beləcə bu məsələ davam edəcək. Problem ancaq qanunla tənzimlənə və format təyin edə bilər. Bu da nə qədər hüquqla ziddiyyət təşkil edəcək, onu deyə bilmərəm. İslam dininin tövsiyəsi daim sadə yaşamaqla bağlı olub. İnsanları sadə yaşayıb dərin düşünməyə, xoşbəxt yaşamağa dəvət edib. Həmçinin bu gün də bu kimi tövsiyələr bildirilir. Sadəcə, qalıb bizim əməl etməyimiz”.





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmkirdə vətəndaş DAD DEYİR... - MÜRACİƏT
Dünən, 19:00
Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Dünən, 18:47
Aİ Azərbaycandan qaz tədarükünü artırmağı istəyəcək - KİV
Dünən, 18:45
"4 aydır ət üzünə həsrətik, ailəm xəstədir, soyuducuda yeməyə heç nə yoxdur" - II qrup ƏLİLİN ETİRAZI
Dünən, 18:40
Azərbaycanda daha 3 564 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb
Dünən, 18:39
"Yasmin"dəki sahibkarlar DƏRD İÇİNDƏ... - NƏ ETSİNLƏR?
Dünən, 18:37
Qırğız-tacik savaşı yenidən qızışır - 11 min nəfər bölgədən təxliyə edildi
Dünən, 18:31
"Baxın, BƏRBAD HALDADIR, BAXAN YOXDUR" - Lənkaran tibb məntəqəsinin ACINACAQLI DURUMU
Dünən, 18:28
Rusiya veteranları faşist Njde haqqında film çəkən Rusiya Erməniləri İttifaqına qarşı çıxıblar
Dünən, 18:23
Bərdədə şagirdlərlə görüş keçirilib
Dünən, 18:18
“Bu, savadsız və cahil bir toplum üçündür” - deputat
Dünən, 18:14
"Ağlım sığortalanmağa layiqdir" - Elza Seyidcahan
Dünən, 18:09
Füzuli rayonunda traktor minaya düşüb
Dünən, 17:54
Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib - ƏMR
Dünən, 17:45
Murad Dadaşovun Kardaşyan TUTQUSU - Xəzər TV prezidentinin erməni sevgisi haradandır?
Dünən, 17:43
Xaçmazda polis əməkdaşları məktəblilərin qonağı olublar
Dünən, 17:34
Sərhəd qarşıdurması, yoxsa KTMT-ni xilas planı? - İNCƏLƏMƏ...
Dünən, 17:29
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib
Dünən, 17:26
Şərqşünas virtual həcc ziyarətini dəstəkləmir: - “Bu, ziyarət sayılmır”
Dünən, 17:24
Hər binada 4 nömrəli mənzil alıb - 30 MİLYONLUQ ƏMLAK SİYAHISI
Dünən, 17:20
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:18
Oğlunun gözü önündə arvadına 30 bıçaq vurdu: - “Yalvarıram, məni öldürmə”
Dünən, 17:16
YAP-da görəv alanlar - SİYAHI
Dünən, 17:14
Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb
Dünən, 16:49
Salyan rayon sakini itkin düşüb - FOTO
Dünən, 16:48
İki deputat YAP-dakı vəzifələrini itirdilər
Dünən, 16:43
YAP rayon təşkilatlarına yeni sədrlər təyin olunub
Dünən, 16:39
Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı SƏRƏNCAM İMZALAYIB
Dünən, 16:32
Tibbi sığortanın uğursuzluğu və Niyazi-Zəbur tandeminin zəlil gününə qoyduğu səhiyyə sistemi - “Naxçıvan harayı”
Dünən, 16:31
Hava şəraiti dəyişəcək, güclü külək əsəcək - Belə deyirlər...
Dünən, 16:24
Şabranda polis əməkdaşları məktəblilərlə görüşüblər
Dünən, 16:19
Sabunçu rayonunda 7000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:17
Vilayət Eyvazov bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARDI
Dünən, 16:14
"Sezen Aksu demişkən, bu ağılla yesinlər sizi!" - deputat
Dünən, 16:07
Tərtər rayonunda indiyədək vətəndaşlara 106 min 286 doza vaksin vurulub
Dünən, 16:02
Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Dünən, 16:00
İki nəhəng inhisarçı qurum birləşir: - alqışlayanlar da var, daha ziyanlı sayanlar da
Dünən, 15:59
Pensiya yaşından tez ölənlərin pulu varisə veriləcək? - "Ölüm haqq, miras halal"
Dünən, 15:54
Bizə Vahid Dövlət İmtahanı lazımdırmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47
Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? - FOTOFAKT
Dünən, 15:43
Şabran sakini evində olan odlu silahı polisə təhvil verdi
Dünən, 15:38
Azərbaycanda 5 şirkət - “PMD Group”a QOŞULUR
Dünən, 15:37
AMEA-nın Coğrafiya İnstitunda tualet yoxdur - Direktor
Dünən, 15:33
Agentlikdən vətəndaşın əlillik təyinatı ilə bağlı şikayətinə CAVAB
Dünən, 15:28
Ermənistan ordusunun acınacaqlı aqibəti: - otuz illik böyük yalan və terror
Dünən, 15:26
“Milli Broker” şirkətinə yeni direktor təyin edilib
Dünən, 15:23
Abdin Fərzəliyev Masazır, Novxanı və Saray qəsəbələrindəki şəhidlərin məzarlarını ziyarət edib, onların ailə üzvləri ilə görüşdü
Dünən, 15:22
Səməd Seyidov AŞPA-nı tənqid edib
Dünən, 15:20
"OBA" marketin qabağında insanları söyən şəxs bir nəfəri öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:18
"Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru