ABŞ vəziyyəti daha da gərginləşdirir: .....                     "Toplumun ədəbiyyatdan qırılması, fasilələrin yaranması elə-belə faktlar deyil" .....                     Deputatın bir aylıq MMC-si Klinik Xəstəxanadan 154 min uddu .....                     Məmurların əhalidən oğurladıqları haqq: Ədalət yerini tapmalıdır! .....                     Zəfər Rəisoğlunun “beynəlxalq standart”ları .....                     Bərdənin icra başçısı DÖVLƏTƏ MEYDAN OXUYUR... .....                     Azərbaycan Mərkəzi Bankının daha bir departamentinin adı .....                     Qaradağda yolların yenidən qurulmasına 5,3 milyon manat ayrılıb .....                     “Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi .....                     “Çətin müttəfiqdir, həm Putin, həm Rəisi ilə görüşür, həm də...” .....                     Səfər Mehdiyev də HƏBS OLUNA BİLƏR... .....                     Zəngəzurda Meğri-Ağarak yolunda yeni nəzarət-buraxılış məntəqəsi QURULDU .....                     Çavuşoğlu Azərbaycan səfirliyinə hücumdan danışıb: .....                     Yol polisi Səfər Mehdiyevi saxladı .....                     Şah Abbasın tarixi PORTRETİ .....                     Rayonlarda UN QITLIĞI yarandı .....                     Belə görünür ki, erməniləri ancaq Azərbaycan ordusu yola gətirə bilir... .....                     `Lənkəran XANI` BAZAR AÇDI... .....                     Sülhməramlılar erməni jurnalistləri dəhlizdən geri qaytarırlar .....                     “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ittiham oldunduğu maddələr bilinib .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Müdafiə Nazirliyi Gülər Məmmədova ilə bağlı AÇIQLAMA YAYDI .....                     “Selin şəklini çəkəndə su onları aparıb” .....                     Bu ermənilər niyə Azərbaycan vətəndaşı olmaq istəyir? .....                     61 bağça müdiri İŞDƏN ÇIXARILIB .....                     Elçin Quliyevin kantorunun NAĞIL KİMİ TENDERİ... .....                     “Müstəntiq məndən 25 min manat istədi” .....                     Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB: .....                     “Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil” .....                     "Özünü döymək, qan çıxarmaq, zəncir vurmaq Aşura ənənələrinə ziddir" .....                     "Cavid Qurbanov o zaman etiraz etsə də..." .....                     “Xankəndi, Xocavənd və Ağdərə şəhərləri tam olaraq ordumuzun nəzarəti altındadır” .....                     “Kiminsə Nardaranda, “Sea Breaze” məhəlləsinə yaxın bağ evi varsa...” .....                     Çavuşoğlu Ermənistanı təxribatlar törətməkdən çəkinməyə çağırıb .....                     Zaqatalada keçmiş məhkumdan 9 kiloqrama yaxın narkotik vasitə götürülüb .....                     Qarabağ erməniləri İrəvanda etiraza qalxdı .....                     Ermənilər Zabuxda arxiv sənədlərini yandırdılar .....                     "Qarabağ seyrinə çıxdım..." .....                     Ağalar Vəliyevin şirkəti vətəndaşları ömürlük tora salır .....                     Bir vandalizmin pərdəarxası .....                 

Həmkarları Tahir Kərimliyə haqq qazandırır - yerlərdə vəzifəlilər əhalini narazı salırlar
Tarix: 14-10-2021, 08:18 | Çap et
Həmkarları Tahir Kərimliyə haqq qazandırır
Parlamentin son iclasında millət vəkili Tahir Kərimli nazirlərin və məmurların müraciətlərə cavab verməməsindən şikayətlənib. Deputat bildirib ki, seçicinin hansısa problemi ilə bağlı nə Səhiyyə, nə də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxlaya bilir. Parlament üzvü məmurların deputatları saymadığını söyləyib: “Səhiyyədən danışırıq, səhiyyə naziri cavab vermir. Prezident sizi vəzifəyə qoyub ki, işləyin, üzərinizə düşəni edin, islahatlar keçirin! Nə vaxta kimi xalqdan qaçacaqsınız?!

Camaata deməyə sözümüz yoxdur”. T.Kərimli büdcə müzakirələrində iştirak edən hökumət nümayəndələrinin biganəliyindən də gileylənib. Vurğulayıb ki, dövlət qurumlarının təmsilçiləri deputatların çıxışına çox etinasız yanaşırlar: “Qarşıdan büdcə müzakirələri gəlir. Hökumət üzvləri yenə Milli Məclisə gələcək, məruzə edəcək, ora-bura baxacaqlar və çıxıb gedəcəklər”. Xatırladaq ki, Tahir Kərimlinin gündəmə gətirdiyi problem mütəmadi olaraq digər həmkarları tərəfindən səsləndirilir. Plenar iclaslarda çıxış edən millət vəkilləri dövlət orqanlarına ünvanladıqları suallara standart cavab verildiyini, problemin isə həll edilmədiyini vurğulayırlar.

Millət vəkili Elman Məmmədov “Şərq”ə açıqlamasında həmkarı Tahir Kərimlinin emosional çıxış etdiyini söyləsə də, haqsız olmadığını bildirib. Parlament üzvü qeyd edib ki, əksər deputatın məqsədi öz seçicilərinin problemlərinin həllinə nail olmaqdır:

“Millət vəkilləri məhz bu məqsədlə hansısa dövlət qurumuna, nazirə, məmura müraciət edir. Əhalidən daxil olan şikayətləri, problemləri müvafiq orqanların diqqətinə çatdırırıq. Bəzən məktub yazır, bəzən isə telefonla xahiş edirik ki, vətəndaşın problemi həll olunsun. Mən Yeni Azərbaycan Partiyasının təmsilçisiyəm, iqtidar partiyasının nümayəndəsiyəm. Bu gün yüksək vəzifədə olanların hamısını Prezident İlham Əliyev təyin edib. Dövlət başçısı eyni zamanda YAP-ın sədridir. Ölkə rəhbəri nazirləri, məmurları vəzifəyə təyin edəndə onlara ciddi tövsiyələr verir, xalqın qulluğunda durmağı tapşırır. Vurğulayır ki, o, özünü xalqın xidmətçisi hesab etdiyi kimi təyin etdiyi bütün məmurlar da eyni yolu getməlidir. Vətəndaşların problemlərinə laqeyd yanaşmamalı, yerlərdə narazılıq yaratmamalıdırlar. Müxtəlif bölgələri, minlərlə seçiciləri təmsil edirik. İnsanların problemləri kifayət qədər çoxdur. Yol, işıq, su, qaz, səhiyyə, təhsil, əhalinin dolanışığı, pensiya, sosial müavinət və s. çətinliklərlə bağlı seçicilərdən yüzlərlə şikayət məktubu alırıq. Bunları hökumət üzvlərinin nəzərinə çatdırır, tədbir görülməsi üçün çağırış edirik. Tahir Kərimli də bunu istəyir. Əgər yerlərdə xırda məmurlar vətəndaşların problemlərini həll etsələr, narazılıq böyüməz, mərkəzə çatmaz. Bu gün Prezidentin, Birinci Vitse-prezidentin, Baş nazirin, Milli Məclis Sədrinin ünvanına ona görə çoxsaylı müraciətlərin daxil olmasının səbəbi onların yerlərdə həll olunmamasıdır”.

E.Məmmədov bildirib ki, müraciətlərə müsbət cavab verən məmurlarla yanaşı, problemlərə göz yumanlar da var:

“Parlamentdə Şuşa, Xocalı və Xocavəndi təmsil edirəm. 15 minə qədər də Ağdam rayonundan seçicim var. Ümumən, 45 min insan mənə səs verib. Bu da uşaqlı-böyüklü problemli kateqoriyaya aid 100 min məcburi köçkün deməkdir. Onlar bizə, biz də müvafiq qurumlara müraciət edirik. Deməzdim ki, bütün müraciətlərimiz cavabsız qalır, hamısına laqeyd yanaşılır. Elə söyləsək, ədalətsizlik etmiş olarıq. Məsuliyyətli nazirlər, komitə rəhbərləri, icra başçıları çoxdur. Həllini tapan problemlərimiz də saysız-hesabsızdır. Təbii ki, hələ də həllini tapmayanlar var. Başa düşürük, elə məsələlər var ki, həqiqətən həlli çətindir, bəzi dövlət qurumlarını qınamıram. Lakin müraciətlərimizə şablon cavablar verənlər az deyil. Məsələn, bir sıra ali təhsil müəssisəsinə müraciət edirik ki, məcburi köçkün gəncin təhsil haqqına güzəşt edilsin. Bəzi üzdəniraq rektorlarımızın adından hazır, şablon cavab gəlir ki, “maliyyə sahəsində problemlər olduğuna görə bunu etmək imkan xaricindədir”. Bu artıq “başdaneləmə”dir. Yaxud bir neçə qazimizin işlə təmin olunması haqqında komitələrə məktub göndərirəm. Cavabında “qəbul dövlət proqramı əsasında olduğu üçün həmin şəxs dövlət qulluğuna imtahan verməlidir” deyilir. Mən də bildirirəm ki, qazilərimiz canını Vətən uğrunda qurban verməyə gedərkən, qəhrəmanlıq göstərərkən öz imtahanlarını veriblər. Əfsuslar olsun ki, belə arzuolunmaz mənzərələrə də rast gəlirik”.

Digər millət vəkili Razi Nurullayev də “Şərq”ə açıqlamasında bəyan edib ki, bütün müraciətlərin kütləvi olaraq cavabsız qaldığını demək olmaz. Deputatın qənaətincə, məmurlar bütün millət vəkillərinə etinasız yanaşmır:

“Ayrı-ayrı məmurların münasibətləri də fərqli olur. Ya da ola bilər ki, deputatlar arasında fərq qoyurlar. Millət vəkilinin səlahiyyəti və sözünü deməsi üçün tribuna var. Sualı cavabsız qalan deputat konkret ad çəkməklə özünə qarşı hörmətsizlik edən məmuru məsuliyyətli olmağa səsləyə bilər. Nəzərə alaq ki, tənqidi çıxışlardan sonra adıçəkilən qurumlara və ya məmurlara cəmiyyətin baxışı da dəyişir. Hətta ölkə rəhbərliyində də həmin məmurlara qarşı münasibət dəyişmiş olur. Öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, əksər məmurlar deputatlarla qarşıdurmaya getməməyə çalışır. Amma elə məsələlər var ki, məsələn, pensiyaların və sosial müavinətlərin kəsilməsi, işlə təmin olunmaq və s. mövzularda deputatlar problemlə üzləşirlər. Müraciətlərimizə imtina cavabı gəlir. Anlayırıq ki, bütün tələblərə müsbət cavab verilməsi mümkün deyil. Yəni Tahir müəllimin qaldırdığı problem bəzi hallarda kəskin formada qarşımıza çıxır”.

Parlament üzvü qeyd edib ki, bəzən məsələ qaldırılsa da, problem həll edilmir:

“Nazirlər, komitə rəhbərləri bizi çox qəşəng dinləyir, xoş münasibət göstərirlər, amma sonda nəticə olmur. Şablon cavablarla kifayətlənirlər ki, “hələlik imkan yoxdur, sonra müraciət edin”. Bizim üçün isə konkret nəticə lazımdır. Çünki deputat seçici ilə işləyir. Seçici birbaşa deputata müraciət edir və bizi hədəf alır. Hətta bəzən kobud şəkildə deputatın üzərinə gəlirlər. Deputatları başa düşmək lazımdır. Seçicinin problemi həll olunmayanda növbəti seçki kampaniyasında deputatı daşa basır, fəaliyyətsizlikdə ittiham edir. Ona görə də deputatlar həyəcan təbili çalırlar. Millət vəkilləri məmurlarla vətəndaş arasında təhlükəsizlik buferi, körpü rolunu oynayır. Bu körpünü dağıtmaq lazım deyil. Bəzən məmurlar bu körpüdən keçmək istəmir”.

R.Nurullayev həmkarı T.Kərimlinin büdcə müzakirələri ilə bağlı iradına da münasibət bildirib:

“Keçən il büdcə müzakirələrində bütün deputatalara çıxış üçün imkan yaradıldı. Sözü olan millət vəkillərinin hamısı danışdı. Parlament sədri builki müzakirələrdə də hər kəsə şərait yaradılacağını vurğulayıb. Büdcə müzakirələri geniş çərçivədə aparılmalı, deputatlara sual vermək imkanı yaradılmalıdır. Ümid edirik, bununla bağlı problem yaşamayacağıq”.






 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ vəziyyəti daha da gərginləşdirir: - Türkiyəyə “yox” deyib Yunanıstana 20 “F-35” vermək istəyirlər
Bu gün, 14:11
"Toplumun ədəbiyyatdan qırılması, fasilələrin yaranması elə-belə faktlar deyil" - Elçin Mirzəbəyli
Bu gün, 14:04
Deputatın bir aylıq MMC-si Klinik Xəstəxanadan 154 min uddu - İLGİNC FAKTLAR
Bu gün, 14:02
Məmurların əhalidən oğurladıqları haqq: Ədalət yerini tapmalıdır! - AKTUAL
Bu gün, 14:02
Zəfər Rəisoğlunun “beynəlxalq standart”ları və ya Şeyx Nəsrullahın “Misli” cadusu…
Bu gün, 14:00
Bərdənin icra başçısı DÖVLƏTƏ MEYDAN OXUYUR... - FOTOFAKT
Bu gün, 13:55
Azərbaycan Mərkəzi Bankının daha bir departamentinin adı DƏYİŞDİRİLDİ
Bu gün, 13:52
Qaradağda yolların yenidən qurulmasına 5,3 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 13:47
“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi
Bu gün, 13:45
“Çətin müttəfiqdir, həm Putin, həm Rəisi ilə görüşür, həm də...” - “Politico”
Bu gün, 13:18
Səfər Mehdiyev də HƏBS OLUNA BİLƏR... - AÇIQLAMA
Bu gün, 13:16
Zəngəzurda Meğri-Ağarak yolunda yeni nəzarət-buraxılış məntəqəsi QURULDU - Rusların nəzarəti ALTINDA
Bu gün, 13:13
Çavuşoğlu Azərbaycan səfirliyinə hücumdan danışıb: - Bu cür təxribatlara boyun əyəcək millət deyilik
Bu gün, 13:10
Yol polisi Səfər Mehdiyevi saxladı - VİDEO
Bu gün, 13:08
Şah Abbasın tarixi PORTRETİ – “İskit, türk şahı...”
Bu gün, 13:05
Rayonlarda UN QITLIĞI yarandı – “Oktyabr ayında daha kəskin özünü göstərəcək”
Bu gün, 13:02
Belə görünür ki, erməniləri ancaq Azərbaycan ordusu yola gətirə bilir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:59
`Lənkəran XANI` BAZAR AÇDI... - Köməkçisinin atası idarə edir
Bu gün, 12:57
Sülhməramlılar erməni jurnalistləri dəhlizdən geri qaytarırlar - FOTO
Bu gün, 12:52
“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ittiham oldunduğu maddələr bilinib - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim şimal-qərb küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:45
Müdafiə Nazirliyi Gülər Məmmədova ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
Bu gün, 12:43
“Selin şəklini çəkəndə su onları aparıb” - İcra nümayəndəsi
Bu gün, 12:37
Bu ermənilər niyə Azərbaycan vətəndaşı olmaq istəyir? - Onlara inanmaq olar?
Bu gün, 12:34
61 bağça müdiri İŞDƏN ÇIXARILIB - Elm və Təhsil Nazirliyi
Bu gün, 12:30
Elçin Quliyevin kantorunun NAĞIL KİMİ TENDERİ... - Qalib şirkət elandan sonra yaranıb
Bu gün, 12:29
“Müstəntiq məndən 25 min manat istədi” - Klinika rəhbərindən İLGİNC İDDİA
Bu gün, 12:23
Təhsil Nazirliyindən müəllimlərin ittihamlarına CAVAB: - Əlavə vaxt verildi
Bu gün, 12:16
“Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil” - RƏSMİ ANKARA
Bu gün, 12:14
"Özünü döymək, qan çıxarmaq, zəncir vurmaq Aşura ənənələrinə ziddir" - QMİ sədri
Bu gün, 12:13
"Cavid Qurbanov o zaman etiraz etsə də..." - deputat
Bu gün, 12:10
“Xankəndi, Xocavənd və Ağdərə şəhərləri tam olaraq ordumuzun nəzarəti altındadır” — ŞƏRH
Bu gün, 12:04
“Kiminsə Nardaranda, “Sea Breaze” məhəlləsinə yaxın bağ evi varsa...” - Tanınmış memardan ETİRAZ
Bu gün, 12:01
Çavuşoğlu Ermənistanı təxribatlar törətməkdən çəkinməyə çağırıb
Bu gün, 11:58
Zaqatalada keçmiş məhkumdan 9 kiloqrama yaxın narkotik vasitə götürülüb
Bu gün, 11:53
Qarabağ erməniləri İrəvanda etiraza qalxdı - NƏ İSTƏYİRLƏR?
Bu gün, 11:51
Ermənilər Zabuxda arxiv sənədlərini yandırdılar - VİDEO
Bu gün, 11:47
"Qarabağ seyrinə çıxdım..." - VİDEO
Bu gün, 11:43
Ağalar Vəliyevin şirkəti vətəndaşları ömürlük tora salır - "Kristal Abşeron"-da fantastik qiymətlər...
Bu gün, 11:37
Bir vandalizmin pərdəarxası - və ya mahnıdan sözləri çıxara bilməzsən
Bu gün, 11:33
İrəvanın Bakının şərtlərini qəbul etməkdən başqa yolu yoxdur - deputat
Bu gün, 11:29
Sabah bağçalara işə qəbul üçün qeydiyyat başa çatacaq - Diqqət!
Bu gün, 11:20
“Filmdə çəkilə-çəkilə hərbi xidmətə çağrıldım, Həsən Seyidbəyliyə görə möhlət verdilər”
Bu gün, 11:19
Vaqif Abdullayevin DÖVLƏTDƏN OĞURLADIQLARI... - DÖVLƏTƏ QAYIDACAQMI?
Bu gün, 11:14
"Zaporojye AES-ə hücum intihar aktıdır" - Quterreş
Bu gün, 11:05
Naxçıvan polisi qətl hadisəsinin üstünü açdığı üçün cəzalandırılır – “Dərəbəylik” qanunlarına əsasən
Bu gün, 11:04
Zeynal Tarquliyev HƏBSİN ASTANASINDA... - Səfər Mehdiyevin yaxınları HƏDƏFDƏ
Bu gün, 10:57
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır - Diqqət!
Bu gün, 10:50
Röyadan şəhidlərə hörmətsizlik? - “Balaca bir şeyi şişirdib...”
Bu gün, 10:42
Səhiyyə naziri üçün VACİB SUAL... - Dİ, CAVAB VER...
Bu gün, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru