Qonşun səndən şikayət etsə, 30 manat CƏRİMƏ verəcəksən .....                     Bakı apteklərində ŞOK .....                     Xəzər Universitetində Elvin Arifoğlunun "Sükutla Danışanlar" kitabının təqdimatı keçirilib .....                     Daxili işlər orqanlarında yeni təyinat olub .....                     Vardanyan QATIQLADI: SAVAŞ İSTƏYİR... .....                     Azərbaycan və Türkiyə Respublikalarının Prezidentləri "Qardaş yumruğu" təlimində iştirak edən heyəti təbrik ediblər .....                     Zakir Sultanov Ali Məhkəməyə müraciət edib .....                     “Moskva Minsk Qrupuna qayıtsa, Qarabağla bağlı vəziyyət dəyişəcək” .....                     Azərbaycan hərbçiləri Laçın yolunun nəzarətə götürülməsini hədəfləyir .....                     “Azərelektrik Tikinti Quraşdırma" .....                     "Naxçıvandakı sement zavodunun yarım milyon ton məhsulu hər il "qara yolla" satılıb" .....                     Ermənistan sülh sazişi layihəsi ilə bağlı Azərbaycandan təkliflər alıb .....                     Soyğunçuluğa görə saxlanılan şəxs .....                     Azərbaycanlıların Xankəndiyə girə bilməsi çox şeydən xəbər verir .....                     "Qardaş yumruğu" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib .....                     Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib .....                     “Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik" .....                     Qarabağda beş günlük hərbi əməliyyat mümkündür .....                     Azərbaycanda qorxulu qrip yayılıb: .....                     "Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" .....                     Azərbaycan Ordusunun əsgəri özünü güllələyib .....                     Tehran rejiminin Əliyevin suallarına “cavabı” .....                     “Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti .....                     İran: "Biz bu TURAN yoluna qarşıyıq" .....                     Səhhət Həbibbəylinin taleyi necə olacaq? .....                     Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN .....                     “Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” .....                     Rus rublu əlimizdə qalıb, banklar götürmür .....                     Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib .....                     Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? .....                     Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb .....                     "Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" .....                     İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib .....                     Bakıda bu gecə də SOYUQ OLACAQ .....                     "Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" .....                     “İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və .....                     Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: .....                     “Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” .....                     Növbəti erməni TƏXRİBATI: .....                     Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... .....                 

"Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir?" - Partiya sədri
Tarix: 7-08-2021, 09:04 | Çap et
"Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir?"
Son günlər sosial şəbəkələrdə feministlər, bir sıra ictimai fəallar qadın qətllərinin siyasi anlam daşıdığına dair paylaşımlar edirlər.

Onların fikrincə, ailədə zorakılıq halları ilə qarşılaşan qadınların polisə müraciətinin cavabsız qalması, daha doğrusu, polisin bu mövzularda barışdırıcı mövqedən çıxış etməsi hökumətin bu sahədə apardığı siyasətin bir parçasıdır. Bəs görəsən, partiya sədrlərinin bu məsələyə münasibəti necədir? Onlar qadın qətlləri siyasi hesab edirlərimi? Partiyalar qadınların ictimaiyyətdə rolunun artırılmasına dair hansı tədbirlər görür? Günümüzdə qadınlar partiya daxilində necə təmsil olunur?

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Cebhe.info-ya deyib ki, qadınların cəmiyyətdə rolu çox mühüm olsa da, bu qətllərin heç biri siyasi deyil.

Partiya sədrinin fikrincə, bu, sadəcə cəmiyyətin mədəni səviyyəsinin aşağı olmasından irəli gələn problemdir:

“Qadınların böyük əksəriyyəti təhsil almaq imkanlarından məhrum olduğuna görə onların iqtisadi azadlıqlarını təmin etmək, öz hüquqlarını qorumaq səviyyəsi xeyli aşağı düşür. Əslində biz Azərbaycanın gələcəyini düşünürüksə, “savadlı ana” modeli istiqamətində islahatlar aparmalıyıq”.

Onun sözlərinə görə, qadınların əksəriyyəti erkən yaşlarında ailə həyatı qurduğundan özlərini “ev qulluqçusu” səviyyəsində görməyə məcbur olurlar:

“Kişilər arasında da təhsil səviyyəsinin aşağı olması, alkoqol istifadəçilərinin artması da sonda qadınların “başında çartlayır””.

Fazil Mustafa bildirib ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır: “Ona görə də bu məsələni siyasiləşdirmək əvəzinə, sosiallaşdırmaq lazımdır”. Qadınların partiyalarda yer tutması məsələsinin də çətinliyini vurğulayan Fazil Mustafa söyləyib ki, Azərbaycanda lider qadın olmaq, proseslərin önündə getmək böyük cəsarət tələb edir:

“Ölkədə 50-dən çox partiya olsa da, faktiki olaraq sədri qadın olub proseslərdə aktiv iştirak edən bircə partiya da yoxdur. Bu, o deməkdir ki, cəmiyyətimizdə qadınların sözünü deməsi üçün münbit şərait yoxdur. Düzdür, Azərbaycanda bu sahədə müsbət nümunələr də var. Məsələn, ölkənin Birinci vitse-prezidenti, parlamentin spikeri kifayət qədər yenilikçi, intellektual xanımlardır. Sadəcə cəmiyyət daha çox pis nümunələri önə çəkir”. Sədr söyləyib ki, rəhbəri olduğu partiyanın qadın üzvləri olsa da, heç biri partiyada aparıcı mövqeyə gəlməyə maraq göstərmir: “Müqayisə etsək, qadın üzvlərimizin sayı heç 10%-i keçməz. Bu, çox aşağı göstəricidir. Ən azı, hər partyida ümumi üzvlərin 40%-i qadın olmalıdır. Bu da bizim günahımız deyil”.

Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu isə deyib ki, qadın qətllərini siyasi adlandırmaq axmaqlıqdan başqa bir şey deyil:

“Mahatma Qandinin məşhur bir sözü var. Deyir ki, qeyri-siyasi olanları siyasiləşdirməyə ehtiyac yoxdur. İstənilən qeyri-siyasi hadisənin siyasi nəticələri var. Bu isə məişət zəminində baş verən hadisədir. Dünyanın dörd bir yanında belə zəmində qətllər törədilir. Bir çox yerlərdə kişilər qadınları öldürür”.

Partiya sədri sual edir: “Belə çıxır, dövlət ailələrə göstəriş verir ki, hərə öz arvadını öldürsün?” Onun fikrincə, hakimiyyətin belə bir siyasət apardığını düşünmək gülüncdür: “Kimin başının altından belə axmaq fikirlər çıxır? Mənim başım çıxmır”. Polisin səssizliyi məsələsinə gəlincə, Sərdar Cəlaloğlu söyləyib ki, bu, özündə siyasi yox, sadəcə polisin öz vəzifəsinin öhdəsinin gələ bilməməsi faktını ehtiva edir.

O, ADP-də qadınların həddən artıq az təmsil olunduğunu da diqqətə çatdırıb: “Amma hüquq bərabərliyi hər bir halda təmin olunur. Ümumilikdə Azərbaycanda siyasi sferada bir süstlük hökm sürür. Bu vəziyyət qadınları da əhatə edir. Lakin qadınlar həm də milli mentalitet məsələsinə görə siyasətdə aktiv iştirak edə bilmirlər”.

Ağ Partiya sədri Tural Abbaslı isə hesab edir ki, bu məsələ ümumiyyətlə, şişirdilir. Onun fikrincə, insan qətlindən, zorakılıqdan danışmaq lazımdır:

“Basqını cinsiyyətə, irqə, milliyətə, dinə görə bölmək mənasızdır. Son günlərdə qadın qətlləri artdığı kimi, kişi qətllərinin də sayı artıb. Bunun statistikasını aparan varmı? Siyasi qətl siyasi motivin olduğu qətldir. Məsələn, Elmar Hüseynovun qətli siyasi idi. Məişət zəminində törədilən qətllər isə siyasi deyil. Sadəcə olaraq cəmiyyətə Avropadakı bəzi cərəyanların təsiri var”.

“Bəs polisin məsələyə səssiz qalması iddiasına nə deyirsiniz?” sualına gəlincə, partiya sədri qeyd edib ki, polisin hər hansı bir şikayətə onu məhz qadın edib deyə baxmaması inandırıcı görünmür: “Mən elə bir halla qarşılaşmamışam ki, polis qadına “get, ərin gəlsin” desin. Əgər belə bir hal varsa, bizə həmin polis idarəsinin adını desinlər. Biz də xüsusi şəkildə tələb edək. Əgər polis şikayətə məsuliyyətsiz yanaşıbsa, bu, həmin idarənin günahıdır”.

Tural Abbaslı Ağ Partiyada qadınların təmsilçiliyinə də toxunub: “Bəlkə də Azərbaycanda qadınların ən çox müraciət etdiyi partiyalardan biriyik. Amma onların siyasi sferada aktivliyi özlərindən aslıdır. Biz zorla hamını aktiv siyasi fəaliyyətə cəlb edə bilmərik axı”. O, sonda hələlik Ağ Partiya daxilində xanımların fəaliyyətindən şikayətçi olmadığını söyləyib: “Hər şey cəmiyyətdə necədirsə, bizdə də ona adekvatdır”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə feministlərin səsləndirdikləri sloqanları məntiqəuyğunsuz hesab edir. O sual edir:

“Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir? Dövlət hər bir ailəyə polismi ayırmalıdır? Onda deyilməyəcəkmi ki, ölkə polis rejimi ilə idarə olunur?”

Ağasif Şakiroğlu bildirib ki, səsləndirilən fikirlər məqsədyönlüdür:

“Dövlət nə zamandan qatil subyekti olub? Anlamıram. Absurd fikirlərdir. Dövlət qatildirsə, deməli, dövlətə qulluq edən milli ordunun zabitləri də qatildir. Yanğınsöndürmədə xidmət edən əməkdaş da qatildir. Bu, yalnız dövlətə, Azərbaycanın dövlətçiliyinə qarşı hücumdur”.

Partiya sədrinin qənaətincə, feminist xanımlar qadınların öz hüquqlarını bilməsi istiqamətində maarifləndirmə işləri ilə məşğul olsalar, daha faydalı iş görmüş olarlar: “Dövlətin qanunları var. Qanun qarşısında isə hər kəs bərabərdir. Düzdür, xanım polisə müraciət edib. Polis nə etməli idi? Həmin şəxsi törətmədiyi cinayətə görə həbs etməli idi? Təbii ki, yox. Ola bilsin ki, polis onların barışacaqlarını düşünüb. Hər bir ailədə münaqişə olur. Nə bilsin ki, onun əri qətl törədəcək?”

Ağasif Şakiroğlu söyləyib ki, zorakılıq hadisəsi olduqada məhkəməyə müraciət edilməli idi:

“Polis adam boşayan deyil. Mən dünənki aksiyanı da əvvəldən sona qədər izlədim. Xəzər rayon polis bölməsi əməkdaşlarının verdiyi rəsmi açıqlamaya görə, öncə faktla bağlı araşdırma apararaq işi məhkəməyə yollayıblar. Məhkəmə də ailəyə barışıq üçün möhlət verib”. Onun fikrincə, problemin siyasiləşdirilməsi məsələnin həlli yolu deyil, əksinə, düşünüb ən optimal variantları tapmaq lazımdır.

GAP sədri təmsil olunduğu partiyada qadınların aktiv siyasi fəaliyyət göstərdiklərini deyib: “Partiyamızın İdarə Heyətinin üçdə biri, Ali Məclsinin təxminən 40%-i xanımlardan ibarətdir. Gənclər Komitəsinin İdarə Heyətinin 11 üzvündən 5-i xanımdır. Gələcək Azərbaycan Partiyası bəlkə də, Azərbaycanda yeganə partiyalardan biridir ki, gender bərabərliyi tam təmin olunur. Onlarla üzvümüz isə eyni zamanda müxtəlif ictimai birliklərin QHT-lərində ictimai fəaliyyətlə məşğuldurlar”.
Cebhe.info






 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qonşun səndən şikayət etsə, 30 manat CƏRİMƏ verəcəksən – Qanunun TƏFƏRRÜAT
Bu gün, 15:47
Bakı apteklərində ŞOK – 15 manatlıq dərman 75 manata satılır
Bu gün, 15:28
Xəzər Universitetində Elvin Arifoğlunun "Sükutla Danışanlar" kitabının təqdimatı keçirilib
Bu gün, 15:24
Daxili işlər orqanlarında yeni təyinat olub - ƏMR
Bu gün, 15:19
Vardanyan QATIQLADI: SAVAŞ İSTƏYİR... - Deyəsən, ÇOX SUSDUQ...
Bu gün, 15:17
Azərbaycan və Türkiyə Respublikalarının Prezidentləri "Qardaş yumruğu" təlimində iştirak edən heyəti təbrik ediblər - VİDEO
Bu gün, 15:15
Zakir Sultanov Ali Məhkəməyə müraciət edib - DETALLAR
Bu gün, 15:13
“Moskva Minsk Qrupuna qayıtsa, Qarabağla bağlı vəziyyət dəyişəcək” - Stanislav Tarasov
Bu gün, 15:11
Azərbaycan hərbçiləri Laçın yolunun nəzarətə götürülməsini hədəfləyir - Başqa yolu YOXDUR!
Bu gün, 15:03
“Azərelektrik Tikinti Quraşdırma" – MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 15:00
"Naxçıvandakı sement zavodunun yarım milyon ton məhsulu hər il "qara yolla" satılıb" - YEYİNTİ İTTİHAMI...
Bu gün, 14:58
Ermənistan sülh sazişi layihəsi ilə bağlı Azərbaycandan təkliflər alıb - Eduard Ağacanyan
Bu gün, 14:54
Soyğunçuluğa görə saxlanılan şəxs Təranə Səmədovanın əri imiş
Bu gün, 14:53
Azərbaycanlıların Xankəndiyə girə bilməsi çox şeydən xəbər verir - Arşakyan
Bu gün, 14:50
"Qardaş yumruğu" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO
Bu gün, 14:48
Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib
Bu gün, 14:38
“Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik" - Hulusi Akar
Bu gün, 14:35
Qarabağda beş günlük hərbi əməliyyat mümkündür - Hərbi ekspertdən İLGİNC AÇIQLAMALAR
Bu gün, 14:00
Azərbaycanda qorxulu qrip yayılıb: - “Xəstəni aldadır, hətta ölüm...”
Bu gün, 13:10
"Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" - AÇIQLAMA
Bu gün, 13:08
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tehran rejiminin Əliyevin suallarına “cavabı” - İNCƏLƏMƏ...
Bu gün, 13:02
“Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti – MƏHKƏMƏYƏ VERİB
Bu gün, 13:00
İran: "Biz bu TURAN yoluna qarşıyıq" - Farslar FÜRSƏT gözləyir?
Bu gün, 12:59
Səhhət Həbibbəylinin taleyi necə olacaq? - atası onu QURTARA BİLƏCƏKMİ?
Bu gün, 12:56
Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN - GƏLİŞMƏ
Bu gün, 12:54
“Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” - Aftandil İsrafilovun qızı
Bu gün, 12:48
Rus rublu əlimizdə qalıb, banklar götürmür – Bu QANUN pozuntusudurmu?
Bu gün, 12:45
Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib - ADLAR
Bu gün, 12:42
Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? - Qazancdan imtina, yoxsa…
Bu gün, 12:38
Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb - “Hraparak”
Bu gün, 12:36
"Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" - ŞƏRH
Bu gün, 12:33
İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib - FOTO
Bu gün, 12:31
Bakıda bu gecə də SOYUQ OLACAQ - Belə deyirlər...
Bu gün, 12:30
"Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" - deputat
Bu gün, 12:27
“İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və soyğunçuluq edən şəxslər saxlanılıblar
Bu gün, 12:26
Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: - "Bizi heç vaxt bağışlamayacaqlar..."
Bu gün, 12:21
“Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” - Hrant Mikaelyan
Bu gün, 12:19
Növbəti erməni TƏXRİBATI: - Bu dəfə Azərbaycan mediası HƏDƏFDƏ
Bu gün, 12:18
Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... - HARINLIĞIN SON HƏDDİ...
Bu gün, 12:14
“Yeni evimdə ərimlə qalacam”
Bu gün, 12:09
"Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" - GİLEY
Bu gün, 12:05
Səhiyyə Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 12:03
Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin SƏDRİ SEÇİLDİ
Bu gün, 12:02
"'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı – SENSASİON GƏLİŞMƏ
Bu gün, 12:00
Bakı şəhər İcra Hakimiyyəti 1-Cİ YERDƏDİR... - BUNA GÖRƏ...
Bu gün, 11:58
Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... - Ona dəxli var, ya yox?..
Bu gün, 11:56
"Tərtər işi" ilə bağlı azadlığa buraxılan 19 nəfərin SİYAHISI
Bu gün, 11:49
Türkiyədə böyük neft yatağı tapıldı – Xoş xəbəri Ərdoğan AÇIQLAYACAQ
Bu gün, 11:48
İnterpolla aradığımız Arayik Fransaya səfər etdi... - FOTO
Bu gün, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru