DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ .....                     Dərman qıtlığı daha da DƏRİNLƏŞİB .....                     İranın PSİXİ PROBLEMİ... .....                     Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə .....                     Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, .....                     İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... .....                     Çevik Polis Alayına komandir təyin edilib .....                     Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. .....                     2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... .....                     Erməni politoloqdan gülməli iddia: .....                     Erməni saytı İrəvanı ifşa etdi: .....                     Xoya yardım edən futbolçunun hesabı bloklandı .....                     İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis .....                     Abşerona polis rəisi təyin edilib .....                     MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi .....                     “PSG Finans” BOKT .....                     “Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” .....                     Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər .....                     “Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur” .....                     Xətai rayonudan qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb .....                     Türkiyə-Naxçıvan sərhədi açılıb .....                     "Böyük etibarsızlıq nümunəsisiniz, Rabitabank!" .....                     ANAMA sədrinə birinci müavini .....                     İqtisadiyyat Nazirliyinin ləğvini tələb etdiyi tenderi "udan" şirkət kimindir? .....                     Qarabağdakı rus hərbçiləri ilə Avropanın patrulları arasında qarşıdurma qaçılmazdır .....                     Bakıda minlərlə sənədsiz ev söküləcək: .....                     Hadrutdan qaçan iş adamı Əsgəranda .....                     Milli Məclisdə İranla bağlı çağırış: .....                     "EuroHome"dakı yanğına görə icarəçilərə 16,5 milyon ziyan dəyib .....                     Dövlət qurumu “Azəriqaz”ı .....                     İsrail də Azərbaycandan yana narahatdır .....                     “Bizdəki dindarlar deyir ki, Sistani ağa dini liderimizdir: .....                     Dələduzluqda ittiham olunub bəraət alan şəxslə bağlı hökm ləğv edilib .....                     "Azəriqaz" sahibkara BELƏ DİVAN TUTUR... .....                     "Evimi `Azərlotoreya` YIXDI..." .....                     İsveçin NATO-ya üzvlüyünə "hə" deməyəcəyik .....                     Ukraynadan bizim məmurlara böyük pislik .....                     "Dövlət heçnə etmədi, bizə yardım edən Təbriz oldu" .....                     "Haqqında meyxana deyilən it keçən il Azərbaycanın çempionu olub" .....                     Sayğacın çox yazdığından şikayətlər var: .....                 

"Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir?" - Partiya sədri
Tarix: 7-08-2021, 09:04 | Çap et
"Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir?"
Son günlər sosial şəbəkələrdə feministlər, bir sıra ictimai fəallar qadın qətllərinin siyasi anlam daşıdığına dair paylaşımlar edirlər.

Onların fikrincə, ailədə zorakılıq halları ilə qarşılaşan qadınların polisə müraciətinin cavabsız qalması, daha doğrusu, polisin bu mövzularda barışdırıcı mövqedən çıxış etməsi hökumətin bu sahədə apardığı siyasətin bir parçasıdır. Bəs görəsən, partiya sədrlərinin bu məsələyə münasibəti necədir? Onlar qadın qətlləri siyasi hesab edirlərimi? Partiyalar qadınların ictimaiyyətdə rolunun artırılmasına dair hansı tədbirlər görür? Günümüzdə qadınlar partiya daxilində necə təmsil olunur?

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Cebhe.info-ya deyib ki, qadınların cəmiyyətdə rolu çox mühüm olsa da, bu qətllərin heç biri siyasi deyil.

Partiya sədrinin fikrincə, bu, sadəcə cəmiyyətin mədəni səviyyəsinin aşağı olmasından irəli gələn problemdir:

“Qadınların böyük əksəriyyəti təhsil almaq imkanlarından məhrum olduğuna görə onların iqtisadi azadlıqlarını təmin etmək, öz hüquqlarını qorumaq səviyyəsi xeyli aşağı düşür. Əslində biz Azərbaycanın gələcəyini düşünürüksə, “savadlı ana” modeli istiqamətində islahatlar aparmalıyıq”.

Onun sözlərinə görə, qadınların əksəriyyəti erkən yaşlarında ailə həyatı qurduğundan özlərini “ev qulluqçusu” səviyyəsində görməyə məcbur olurlar:

“Kişilər arasında da təhsil səviyyəsinin aşağı olması, alkoqol istifadəçilərinin artması da sonda qadınların “başında çartlayır””.

Fazil Mustafa bildirib ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır: “Ona görə də bu məsələni siyasiləşdirmək əvəzinə, sosiallaşdırmaq lazımdır”. Qadınların partiyalarda yer tutması məsələsinin də çətinliyini vurğulayan Fazil Mustafa söyləyib ki, Azərbaycanda lider qadın olmaq, proseslərin önündə getmək böyük cəsarət tələb edir:

“Ölkədə 50-dən çox partiya olsa da, faktiki olaraq sədri qadın olub proseslərdə aktiv iştirak edən bircə partiya da yoxdur. Bu, o deməkdir ki, cəmiyyətimizdə qadınların sözünü deməsi üçün münbit şərait yoxdur. Düzdür, Azərbaycanda bu sahədə müsbət nümunələr də var. Məsələn, ölkənin Birinci vitse-prezidenti, parlamentin spikeri kifayət qədər yenilikçi, intellektual xanımlardır. Sadəcə cəmiyyət daha çox pis nümunələri önə çəkir”. Sədr söyləyib ki, rəhbəri olduğu partiyanın qadın üzvləri olsa da, heç biri partiyada aparıcı mövqeyə gəlməyə maraq göstərmir: “Müqayisə etsək, qadın üzvlərimizin sayı heç 10%-i keçməz. Bu, çox aşağı göstəricidir. Ən azı, hər partyida ümumi üzvlərin 40%-i qadın olmalıdır. Bu da bizim günahımız deyil”.

Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu isə deyib ki, qadın qətllərini siyasi adlandırmaq axmaqlıqdan başqa bir şey deyil:

“Mahatma Qandinin məşhur bir sözü var. Deyir ki, qeyri-siyasi olanları siyasiləşdirməyə ehtiyac yoxdur. İstənilən qeyri-siyasi hadisənin siyasi nəticələri var. Bu isə məişət zəminində baş verən hadisədir. Dünyanın dörd bir yanında belə zəmində qətllər törədilir. Bir çox yerlərdə kişilər qadınları öldürür”.

Partiya sədri sual edir: “Belə çıxır, dövlət ailələrə göstəriş verir ki, hərə öz arvadını öldürsün?” Onun fikrincə, hakimiyyətin belə bir siyasət apardığını düşünmək gülüncdür: “Kimin başının altından belə axmaq fikirlər çıxır? Mənim başım çıxmır”. Polisin səssizliyi məsələsinə gəlincə, Sərdar Cəlaloğlu söyləyib ki, bu, özündə siyasi yox, sadəcə polisin öz vəzifəsinin öhdəsinin gələ bilməməsi faktını ehtiva edir.

O, ADP-də qadınların həddən artıq az təmsil olunduğunu da diqqətə çatdırıb: “Amma hüquq bərabərliyi hər bir halda təmin olunur. Ümumilikdə Azərbaycanda siyasi sferada bir süstlük hökm sürür. Bu vəziyyət qadınları da əhatə edir. Lakin qadınlar həm də milli mentalitet məsələsinə görə siyasətdə aktiv iştirak edə bilmirlər”.

Ağ Partiya sədri Tural Abbaslı isə hesab edir ki, bu məsələ ümumiyyətlə, şişirdilir. Onun fikrincə, insan qətlindən, zorakılıqdan danışmaq lazımdır:

“Basqını cinsiyyətə, irqə, milliyətə, dinə görə bölmək mənasızdır. Son günlərdə qadın qətlləri artdığı kimi, kişi qətllərinin də sayı artıb. Bunun statistikasını aparan varmı? Siyasi qətl siyasi motivin olduğu qətldir. Məsələn, Elmar Hüseynovun qətli siyasi idi. Məişət zəminində törədilən qətllər isə siyasi deyil. Sadəcə olaraq cəmiyyətə Avropadakı bəzi cərəyanların təsiri var”.

“Bəs polisin məsələyə səssiz qalması iddiasına nə deyirsiniz?” sualına gəlincə, partiya sədri qeyd edib ki, polisin hər hansı bir şikayətə onu məhz qadın edib deyə baxmaması inandırıcı görünmür: “Mən elə bir halla qarşılaşmamışam ki, polis qadına “get, ərin gəlsin” desin. Əgər belə bir hal varsa, bizə həmin polis idarəsinin adını desinlər. Biz də xüsusi şəkildə tələb edək. Əgər polis şikayətə məsuliyyətsiz yanaşıbsa, bu, həmin idarənin günahıdır”.

Tural Abbaslı Ağ Partiyada qadınların təmsilçiliyinə də toxunub: “Bəlkə də Azərbaycanda qadınların ən çox müraciət etdiyi partiyalardan biriyik. Amma onların siyasi sferada aktivliyi özlərindən aslıdır. Biz zorla hamını aktiv siyasi fəaliyyətə cəlb edə bilmərik axı”. O, sonda hələlik Ağ Partiya daxilində xanımların fəaliyyətindən şikayətçi olmadığını söyləyib: “Hər şey cəmiyyətdə necədirsə, bizdə də ona adekvatdır”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə feministlərin səsləndirdikləri sloqanları məntiqəuyğunsuz hesab edir. O sual edir:

“Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir? Dövlət hər bir ailəyə polismi ayırmalıdır? Onda deyilməyəcəkmi ki, ölkə polis rejimi ilə idarə olunur?”

Ağasif Şakiroğlu bildirib ki, səsləndirilən fikirlər məqsədyönlüdür:

“Dövlət nə zamandan qatil subyekti olub? Anlamıram. Absurd fikirlərdir. Dövlət qatildirsə, deməli, dövlətə qulluq edən milli ordunun zabitləri də qatildir. Yanğınsöndürmədə xidmət edən əməkdaş da qatildir. Bu, yalnız dövlətə, Azərbaycanın dövlətçiliyinə qarşı hücumdur”.

Partiya sədrinin qənaətincə, feminist xanımlar qadınların öz hüquqlarını bilməsi istiqamətində maarifləndirmə işləri ilə məşğul olsalar, daha faydalı iş görmüş olarlar: “Dövlətin qanunları var. Qanun qarşısında isə hər kəs bərabərdir. Düzdür, xanım polisə müraciət edib. Polis nə etməli idi? Həmin şəxsi törətmədiyi cinayətə görə həbs etməli idi? Təbii ki, yox. Ola bilsin ki, polis onların barışacaqlarını düşünüb. Hər bir ailədə münaqişə olur. Nə bilsin ki, onun əri qətl törədəcək?”

Ağasif Şakiroğlu söyləyib ki, zorakılıq hadisəsi olduqada məhkəməyə müraciət edilməli idi:

“Polis adam boşayan deyil. Mən dünənki aksiyanı da əvvəldən sona qədər izlədim. Xəzər rayon polis bölməsi əməkdaşlarının verdiyi rəsmi açıqlamaya görə, öncə faktla bağlı araşdırma apararaq işi məhkəməyə yollayıblar. Məhkəmə də ailəyə barışıq üçün möhlət verib”. Onun fikrincə, problemin siyasiləşdirilməsi məsələnin həlli yolu deyil, əksinə, düşünüb ən optimal variantları tapmaq lazımdır.

GAP sədri təmsil olunduğu partiyada qadınların aktiv siyasi fəaliyyət göstərdiklərini deyib: “Partiyamızın İdarə Heyətinin üçdə biri, Ali Məclsinin təxminən 40%-i xanımlardan ibarətdir. Gənclər Komitəsinin İdarə Heyətinin 11 üzvündən 5-i xanımdır. Gələcək Azərbaycan Partiyası bəlkə də, Azərbaycanda yeganə partiyalardan biridir ki, gender bərabərliyi tam təmin olunur. Onlarla üzvümüz isə eyni zamanda müxtəlif ictimai birliklərin QHT-lərində ictimai fəaliyyətlə məşğuldurlar”.
Cebhe.info






 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ - KÜTLƏVİ HƏBS VƏ...
Bu gün, 16:55
Dərman qıtlığı daha da DƏRİNLƏŞİB – Məsələ niyə həll OLUNMUR?
Bu gün, 16:47
İranın PSİXİ PROBLEMİ... - NƏ ETMƏLİ?
Bu gün, 16:38
Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə - NARAZILIQ VAR!
Bu gün, 16:37
Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
Bu gün, 16:33
İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... - Ekspert danışır
Bu gün, 16:30
Çevik Polis Alayına komandir təyin edilib - AÇIQLAMA
Bu gün, 16:26
Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. - 21-ci əsrdir eee...
Bu gün, 16:24
2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... - BU DA FAKT!!!
Bu gün, 16:22
Erməni politoloqdan gülməli iddia: - “Səfirlikdəki terroru Britaniya Turan layihəsinə görə törədib”
Bu gün, 16:20
Erməni saytı İrəvanı ifşa etdi: - "Xankəndidə naringi də satılır, yerkökü də"
Bu gün, 16:17
Xoya yardım edən futbolçunun hesabı bloklandı - Bu da onların MÜSƏLMANÇILIĞI...
Bu gün, 16:15
İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis TƏYİN OLUNDU
Bu gün, 16:13
Abşerona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 16:12
MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi - Məzələnirlər?..
Bu gün, 16:01
“PSG Finans” BOKT - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 15:59
“Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” - ÇAĞIRIŞ
Bu gün, 15:57
Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər - "Ayrılan müavinətdən yararlana bilməmişik..."
Bu gün, 15:53
“Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur” - deputat
Bu gün, 15:49
Xətai rayonudan qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün, 15:45
Türkiyə-Naxçıvan sərhədi açılıb - MÜJDƏ
Bu gün, 15:43
"Böyük etibarsızlıq nümunəsisiniz, Rabitabank!" - NARAZILIQ VAR!
Bu gün, 15:41
ANAMA sədrinə birinci müavini TƏYİN OLUNDU
Bu gün, 15:35
İqtisadiyyat Nazirliyinin ləğvini tələb etdiyi tenderi "udan" şirkət kimindir? - 385 minlik qalmaqal
Bu gün, 15:34
Qarabağdakı rus hərbçiləri ilə Avropanın patrulları arasında qarşıdurma qaçılmazdır - Yeni təhlükə
Bu gün, 15:24
Bakıda minlərlə sənədsiz ev söküləcək: - “Kupça” əvəzinə pul verilir?
Bu gün, 15:15
Hadrutdan qaçan iş adamı Əsgəranda yeni çaxır zavodu TİKİR
Bu gün, 15:10
Milli Məclisdə İranla bağlı çağırış: - “Əlaqələrə son qoyulsun!”
Bu gün, 15:05
"EuroHome"dakı yanğına görə icarəçilərə 16,5 milyon ziyan dəyib - Direktorla bağlı qərar verildi
Bu gün, 15:00
Dövlət qurumu “Azəriqaz”ı – MƏHKƏMƏYƏ VERİB
Bu gün, 14:58
İsrail də Azərbaycandan yana narahatdır - NƏ BAŞ VERİR?
Bu gün, 14:56
“Bizdəki dindarlar deyir ki, Sistani ağa dini liderimizdir: - Ondan imtina olunmalıdır”
Bu gün, 14:52
Dələduzluqda ittiham olunub bəraət alan şəxslə bağlı hökm ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 14:42
"Azəriqaz" sahibkara BELƏ DİVAN TUTUR... - GİLEY
Bu gün, 14:41
"Evimi `Azərlotoreya` YIXDI..." - Dövlət BUNA SUSMALI DEYİL...
Bu gün, 14:37
İsveçin NATO-ya üzvlüyünə "hə" deməyəcəyik - Ərdoğan
Bu gün, 14:31
Ukraynadan bizim məmurlara böyük pislik - AXI NİYƏ?
Bu gün, 14:00
"Dövlət heçnə etmədi, bizə yardım edən Təbriz oldu" - Etiraz dalğası böyüyür
Bu gün, 13:08
"Haqqında meyxana deyilən it keçən il Azərbaycanın çempionu olub" - Mehman Əhmədli
Bu gün, 13:04
Sayğacın çox yazdığından şikayətlər var: - Abonent sayğacın dəyişdirilməsini tələb edə bilər?
Bu gün, 13:00
İrəvandan rəsmi etiraf: - "İran döyüşlərdə bizə kömək etdi"
Bu gün, 12:58
İrandan "yatmış hücrələr"ə mesaj: Yeni terror dalğası – Hədəf Zəngəzur dəhlizidir
Bu gün, 12:56
Rayonlara da gediş-gəliş bahalaşdı: - Yeni qiymətlər...
Bu gün, 12:51
“Zeytun Pharmaceuticals" yanğın təhlükəsizliyi qaydalarını pozmağa görə - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 12:50
Putin Baydeni necə tələyə saldı? - İNCƏLƏMƏ...
Bu gün, 12:47
"O aktyor çörək yeməsin? Ac qalsın?" - ETİRAZ
Bu gün, 12:43
Bakıdakı İran Bankı bağlanacaq? - AÇIQLAMA
Bu gün, 12:42
Fevral ayında hava NECƏ OLACAQ?..
Bu gün, 12:40
Bakcell Bakının mərkəzi ərazilərində 5G-ni təqdim etdi!
Bu gün, 12:38
Deputatdan "Karabakh Telecom"la bağlı HAQLI TƏLƏB
Bu gün, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru