Əsgərimiz niyə şəhid oldu? .....                     Fransalı deputatlar İmarət qəbiristanlığını və İmarət stadionunu ziyarət ediblər .....                     "Kreml dominantlığını itirib" .....                     XİN cəbhədəki gərginliklə bağlı .....                     Əhali banklardakı əmanətlərini geri çəkib: .....                     "Zamanında bu qrup Azərbaycanın razılığı ilə yaranıb, indi də ondan birtərəfli qaydada imtina olunmalıdır" .....                     “Ermənistan və bəzi xarici şirkətlər təzminat ödəməlidir” .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi .....                     Vüqar Səfərlinin məhkəmə zalından .....                     Bilgəhdə dənizdə bir nəfər batıb .....                     Balakəndə yol polisi reyd keçirib .....                     “Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” .....                     “Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib .....                     Putin-Paşinyan danışığında Minsk qrupu müəmması: .....                     "Vəziyyəti ağır olan əhalini əzirlər, rüşvət almadığım üçün..." .....                     "Nişanlı olduğu üçün görünüşündən narahat idi" .....                     5 G Azərbaycanda niyə QORXU ilə qarşılanır? .....                     Sərhəddə GƏRGİNLİK: Ermənilər ƏSGƏRİMİZİ ÖLDÜRDÜ... .....                     Füzulidə daha 4 erməni hərbçisinin qalıqları aşkar olunub .....                     Büdcəni talayan məmurlarla mübarizə... .....                     "Ürəyimin odu sönüb, közü isitmir" .....                     “Patı” əməliyyatları... .....                     Zelenski xarici kəşfiyyatı elmlər doktoruna tapşırdı .....                     26 iyulda dollar neçəyə olacaq? .....                     “Molla rejimi bu gün də Xankəndinə silah yollayır” .....                     Xalq artistinin qardaşı qızının ŞOK SƏS YAZISI .....                     “Yekun sülh müqaviləsi gec-tez imzalanacaq” .....                     Əbülfəs Qarayevin həyat yoldaşı DANIŞDI .....                     “Mətbuatda “ələnmə” prosesi gedəcək” .....                     “Kərim Vəliyev Vətən müharibəsində mərdlik göstərdi” .....                     "Ruslar Ermənistanı qoruyur, o isə Fransa və Amerikaya doğru baxır" .....                     Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb .....                     Bakıda Qarabağ Qazisinin BAŞINA AÇILAN MÜSİBƏT .....                     Külli miqdarda dələduzluqda ittiham olunan şəxsə hökm oxundu .....                     Ermənistana sərmayə qoyan İran şirkətləri sırasında azərbaycanlılar da var .....                     “İranın itirilməsi bizim üçün fəlakət ola bilər” .....                     Vətən müharibəsinin iştirakçısı olan yeni Baş Qərargah rəisi... .....                     AZPROMO-nun nizamnaməsi və strukturu təsdiqlənib .....                     "Allah eləsin qapanma olmasın, insanlarımız qaydalara riayət etsinlər" .....                     Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib .....                 

"Həbslərə münasibətim normaldır və doğru hesab edirəm" - Keçmiş icra başçısı
Tarix: 14-06-2021, 08:12 | Çap et
"Həbslərə münasibətim normaldır və doğru hesab edirəm"
Nəsib Məhəməliyevi Azərbaycan ictimaiyyəti uzun illər icra hakimiyyəti başçısı işlədiyi üçün tanıyırdı. Qeyd edək ki, o, 2000-2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Nəsib Məhəməliyev 2015 və 2020-ci illərdə keçirilən seçkilərdə 109 saylı Balakən seçki dairəsindən Milli Məclisə deputat seçilib.

Maraqlıdır, uzun illər icra hakimiyyətində vəzifə tutan Nəsib Məhəməliyevin qanunverici orqana seçilməsinin, həm də bu seçimi hansı zərurətdən etməsinin səbəbi nə olub?

Nəsib Məhəməliyev Reyting.az-a müsahibəsində bu və digər sullara cavab verib.

- Siz Balakəndə və Bakının Nəsimi rayonunda uzun illər icra hakimiyyəti başçısı işləmisiniz. Son illər bir neçə icra başçısı həbs olunub. Onlara qarşı müxtəlif ittihamlar isrəli sürülüb. Bu həbslərə münasibətinizi öyrənmək istərdik...

- Həbslərə münasibətim normaldır və doğru hesab edirəm. Ancaq təəssüfləndirici hal odur ki, həbslərin motivlərindəki elementlər hər bir normal insanı qəzəbləndirir, qıcıqlandırır. Çünki ilyarımdan çoxdur ki, pandemiya şəraitində yaşayırıq, bu müddətdə bir çox karantin məhdudiyyətləri həyata keçirilib və insanlar məcburiyyət qarşısında təcridolunma şəraitində qalıblar, iqtisadi fəallıq aşağı düşüb. İqtisadi fəallığın aşağı olduğu halda sosial problemlərin də özünü qabarıq şəkildə göstərməsi təbiidir. Belə olan halda dövlət başçısının bilavasitə yerlərə, insanlara həm işsizliyin aradan qaldırılması, həm də əhalinin imkansız təbəqələrinin məşğulluq problemlərinin həll olunması üçün ayırdığı iş yerlərinin, əməkhaqqı kartlarının mənimsənilməsi - bütün bunlar nəinki icra başçısı, eyni zamanda istənilən ən kiçik ranqlı məmur üçün biabırçılıqdır. Bunu heç kim normal qəbul edə bilməz. Belə halların olması adamı ağrıdır. Ələlxüsus, nəzərə almaq lazımdır ki, neqativ halların aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyev dəfələrlə publik şəkildə xəbərdarlıq etmişdi.

Hesab edirəm ki, biz cəmiyyət olaraq özünü təmizləmə prinsipini həyata keçirməliyik. Bu, olduqca vacib məsələdir.

- Müsahibələrinizin birində demisiniz ki, icra başçılarının özlərini kral kimi aparmasını qəbul etmirsiniz. Belə icra başçıları indi də var? Onların özlərini kral kimi aparması nədən irəli gəlir?

- Təbii ki, var. Mən, hər zaman icra hakimiyyəti başçısının özünü ağa kimi hiss etməsinin əleyhinə olmuşam. Hər birimiz Allah və qanun qarşısında bərabərik, uzun illər mənimlə işləyən insanlar da bunu təsdiqləyə bilər, cüzi də olsa belə hallara yol verməmişəm. Hər zaman bu məsələlərə xüsusi diqqətlə yanaşmışam, heç vaxt imkan verməmişəm ki, icra hakimiyyətində çalışan, yaxud bilavasitə icra hakimiyyətinə müraciət edən insanlar özlərini hansısa məqamda təhqir olunmuş, şəxsiyyətlərinin alçaldığını hiss etməsinlər.

Vəzifəsinin öhdəsindən gəlməyən və yaxud sui-istifadə edən məmurun işdən azad olunması, qanunlara uyğun olaraq cəzalandırılması qorxusu, məsuliyyət hissi olmalıdır. Ancaq heç bir məmurun şəxsiyyətinin alçaldılması qorxusu olmamalıdır. Ona görə şəxsi nümunəmə əsaslanaraq tam məsuliyyətlə deyə bilərəm ki, bu yaşa qədər heç vaxt heç kimin şəxsiyyətini alçaldacaq hərəkətə yol verməmişəm.

- Sizin icra başçılarına iradlarınızdan da biri bəzilərinin cangüdənlərlə gəzməsidir. İcra başçısı işləyəndə mühafizəçiniz olmayıb?

- Yox, qətiyyən.

- Nəsimi Bakının böyük rayonlarından biridir. Özünüzə bu qədər güvənli olmusunuz ki, cangüdənsiz gəzmisiniz?..

- Azərbaycanda oturuşmuş ictimai-siyasi sabitlik mövcuddur. Kriminal durum nəzarətdədir. İcra başçısı, nazir və yaxud istənilən məmur, həyatını elə yaşamalıdır ki, cangüdənə ehtiyac olmasın. İcra başçısı elə bir xüsusi dövlət əhəmiyyətli subyekt deyil ki, hər birinin yanında cangüdən olsun. Hesab edirəm ki, bu, absurddur.

- Nəsib müəllim, icra başçısı postundan imtina edib deputatlığı seçməyiniz öz qərarınızdır? Hansı səbəbdən bu qərara gəldiniz?

- Tam səmimi deyəcəyəm, ilkin qərar özümündür. Eyni zamanda qeyd etmək lazımdır ku, münasib şərait yetişdi və yeri gəlmişkən Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezidentə verdiyi dəstəyə görə təşəkkür edirəm. Çünki, mən əvvəllər də bir neçə dəfə belə arzumun olduğunu rəhbərliyə bildirmişdim. Ümumiyyətlə, hesab edirəm ku, təmsil olunduğun komandanın rəhbərliyi harada çalışmağı məsləhət görürsə, orada da əmrə müntəzir əsgər kimi fəaliyyət göstərməlisən. Daha doğrusu, mütəşəkkil komanda ruhu olmalıdır.

Azərbaycan kimi ölkələrdə hər şeyi kütlənin tələbi ilə qəbul etmək olmaz. Biz mövcud obyektiv gerçəklikləri, geosiyasi reallıqları mütləq nəzərə almalıyıq. Bunu nəzərə alan dövlət başçısıdır, yəni Konstitusiyaya görə dövlətin ərazi bütövlüyünün, onun müstəqilliyinin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi onun məsuliyyətidir. Allah eləməsin, sabah hər hansı bir ciddi problem yarananda, milyonlarla insan deyəcək ki, hara baxırdı? Bu baxımdan, dövlət başçısı o məsuliyyəti dərk edir. Keçdiyimiz tarixi yol da sübut etdi ki, Prezident İlham Əliyev dünyadakı geosiyasi reallıqları kifayət qədər peşəkarlıqla mənimsəmiş insandır. Prezidentin intellektual səviyyəsi, savadı, peşəkarlığı, dünyaya baxışları, tarixi prosesləri gözəl bilmə qabiliyyəti onu 44 günlük müharibədə müzəffər Ali Baş Komandan statusuna qaldırdı. 200 ildən bəri itirdiklərimizi 44 gündə geri qaytarmaq dünya tarixində çox nadir insanlara nəsib olmuş bir hadisədir. Xüsusilə nəzərə alsaq ki, nə qədər təbii sərvətlərimiz olsa da, bu, başımıza bəladır. Amerikadan tutmuş Avropanın, şimal, cənub qonşularımızın bu məmləkətdə tarixən gözü olub, bu məmləkətin inkişaf etməsini istəməyən qüvvələr kifayət qədər çoxdur. Ətrafımızda yaşayan düşmənlərimizin belə acınacaqlı vəziyyətini qəbul etməyən, həzm etmək istəməyən qüvvələr də kifayət qədərdir.

Belə olan halda özünüqoruma instinkti güclü olur və populizmdən əl çəkmək lazımdır.

- Seçiciləriniz təbii ki, sizə müxtəlif problemlərlə, müxtəlif məsələlərlə bağlı müraciət edirlər. Əvvəl icra hakimiyyəti orqanında, indi də deputat kimi qanunverici orqanda təmsil olunan bir şəxs kimi seçicilərinizin problemləri ilə bağlı müraciətlərinizə necə reaksiya verirlər?

- Ümumilikdə müsbət. Çünki əvvəllər uzun müddət icra strukturlarında çalışdığım üçün insanların bir çoxu şəxsən tanıyır, şəxsi hörmətləri olduğu üçün bir çox müraciətlərə, zənglərə müsbət cavab verilir. Ancaq təəssüf ki, deputatların sorğularına, müraciətlərinə laqeyd yanaşan məmurlar da yox deyil. Deputat, ya icra orqanlarının nümayəndəsi fərq etməz. Hər birimiz xalqa, dövlətə xidmət edirik. Fərdi xahişləri yerinə yetirməsinlər. İctimai problemlərin həllinə məsuliyyətlə yanaşmağa borcludurlar.

- Siz əvvəlcə Kuybışev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda Dəmiryol nəqliyyatında “Daşınma prosesinin idarə olunması” ixtisası üzrə təhsil almısınız. 1995-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitiribsiniz. İkinci ixtisas kimi hüquqşünaslığı seçiməyinizin səbəbi nə idi?

- Əslində orta məktəbi qurtarandan belə bir arzum vardı. O vaxtlar hüquq fakültəsinə qəbul məhdud sayda idi və xüsusi imtiyazların olmalı idi. Mənim də o imkanlarım olmayıb. Sovet İttifaqı Kommunist Partiyasının 21-ci qurultayının qərarları ilə tanış olanda, gördüm ki, Azərbaycan SSR üzrə iri layihələrin sırasında Yevlax-Balakən dəmir yolunun tikintisi nəzərdə tutulmuşdur. Bu layihə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə, beşillik plana salınmışdı və Şimal-Qərb bölgəsinin inkişafında əhəmiyyətli rol oynamışdır. O vaxt Balakəndə bu sahə üzrə, ümumiyyətlə, mütəxəssis yox idi. Ona görə həmin institutda təhsil almaq qərarına gəlmişdim.

1990-91-cı illərdə dəmir yolu stansiyasının rəisi işləyirdim. O vaxtlar dəmir yolu dövlət içində bir dövlət idi. Özünün prokurorluq sistemi, nəqliyyat milisi, yanğından mühafizə, sosial təminat, maliyyə, bir sözlə, bütün sahələr üzrə ayrıca qurumları vardı. SSRİ dağılmamışdı. Qərar qəbul olunmuşdu ki, dəmir yolunun hüquq sahəsi üzrə də öz mütəxəssisləri hazırlansın. Bu səbəbdən bizi təhsil almaq üçün Bakı Dövlət Universitetinin hüquq fakültəsinə göndərdilər. Universiteti bitirəndən sonra dəfələrlə, hüquq-mühafizə orqanlarında çalışmaq üçün təkliflər olsa da, imtina etdim.

- Nəsib müəllim, Siz həm də Azərbaycan-Litva parlamentlərarası dostluq qrupunun rəhbərisiniz. 44 günlük müharibədəki qələbəmizdən sonra da ölkəmizə təzyiqlər edilir, ermənilər minalanmış ərazilərin xəritələrini tam olaraq vermirlər və s. Dostluq qrupunun rəhbəri kimi litvalı həmkarlarınızla bu istiqamətdə hansı işləri görməyi planlaşdırırsınız?

- Litva parlamentinə ötən ilin dekabr ayında seçkilər keçirilib, bu il martın 30-da fəaliyyətə başlayıb. Litva Seymində Azərbaycanla parlamentlərarası dostluq qrupu kifayət qədər geniş tərkibdə formalaşıb, iki keçmiş nazir təmsil olunur, kifayət qədər nüfuzlu qrupdur. Pandemiyaya görə onlarla canlı görüşməyə imkanımız olmayıb. Ancaq mən iki dəfə Litvanın Azərbaycandakı səfiri ilə görüşmüşəm, telefonla danışıqlarımız olub, keçən il Tovuz hadisələrindən sonra fikir mübadiləsi aparmışıq. Litva Seymi martın 30-da formalaşsa da, bizim onlarla fevralın 25-də onlayn formatda hər iki dövlətin səfirlərinin iştirakı ilə video-görüşümüz oldu. Mən, Xocalı soyqırımına görə görüşün məhz fevralın 25-də keçirilməsini xahiş etdim. Çünki Litva qondarma erməni soyqırımını tanımış ölkədir və orada erməni lobbisi çox güclüdür. Seymin fəaliyyətə başlamamasına baxmayaraq, fevralın 25-də onlayn formatda görüşə razılıq verdilər. Həmin görüşdə Xocalı soyqırımı ilə bağlı kəskin çıxışlarımız oldu. Həmin axşam dostluq qrupu ermənilərin Xocalıda törətdikləri vəhşilikləri pisləyən qərar qəbul etdi və bu Seymin press-relizində də öz əksini tapdı. Biz litvalı dostlarımızın ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını, münasibətlərin dərinləşməsi istiqamətində istək gördük.

Biz onları Azərbaycana dəvət etmişik. Qarşılıqlı əməkdaşlıq üçün geniş potensial var. İstəyirik ki, Dostluq qrupunun nümayəndələrinin Qarabağa səfərini təşkil edək. Sadəcə, pandemiya problemlər yaradır.

Litva ilə bağlı bir məsələni də xüsusi vurğulamaq istəyirəm, bu ölkə Avropa strukturlarının fəal üzvlərindən biridir. Avropa İttifaqının təşkil etdiyi bir çox layihələr üzrə tenderlərin qalibi Litvadır. Tvinninq proqramının 11 layihəsini bu ölkə udub və Azərbaycanda da məhz litvalılar tərəfindən həyata keçirilir.

Bizim Litva ilə təhsil, mədəniyyət, turizm, regional əməkdaşlıqla bağlı çox ciddi əməkdaşlıq potensialımız var.

Litva Baltik Assambleyasının çox fəal üzvüdür. Litvanın burdakı səfiri də Azərbaycana çox müsbət münasibəti olan insandır.

- Sosial şəbəkələrdə belə bir təbliğat aparılır guya Azərbaycanda əlillərin hüquqları pozulur, şəhid ailələrinə qayğı yüksək deyil və s. Təbii ki, probemlərlə yanaşı, iddialarda şişirtmələr də var. Balakəndə bu sahədə vəziyyət necədir? Şəhid ailələrinin, Qarabağ qazilərinin problemlərinin həllinə kömək edə bilirsinizmi?

- “Şəhid” müqəddəs sözdür. Hər birimizin cəmiyyətdə tutduğumuz statusdan asılı olmayaraq şəhid ailələrinə vəfa borcumuz var. Balakənə gəldikdə, etdiklərimi heç vaxt reklam etməyi xoşlamamışam. Yalnız onu deyə bilərəm ki, şəhidlərin ailələri və qazilərin müalicəsi ilə bağlı bütün məsələləri nəzarətdə saxlayıram. Pandemiya başlayandan bəri hər bir kasıb, imkansız adam da diqqətimizdə olub. Mən və ətrafımda olan insanlar, 30 ildir bunu edirik, yəni deputat kimi etmirəm. Bu, mənim xarakterimdir. Mən Balakəndə icra başçısı vəzifəsində çalışmışam və istənilən evin qapısını çəkinmədən döyə bilirəm.





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əsgərimiz niyə şəhid oldu? - AKTUAL ŞƏRH
Dünən, 18:23
Fransalı deputatlar İmarət qəbiristanlığını və İmarət stadionunu ziyarət ediblər
Dünən, 18:21
"Kreml dominantlığını itirib"
Dünən, 18:12
XİN cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI
Dünən, 18:10
Əhali banklardakı əmanətlərini geri çəkib: - Bir aya 200 milyon manat
Dünən, 18:07
"Zamanında bu qrup Azərbaycanın razılığı ilə yaranıb, indi də ondan birtərəfli qaydada imtina olunmalıdır" - Minsk Qrupu ilə NƏ ETMƏLİ?
Dünən, 18:01
“Ermənistan və bəzi xarici şirkətlər təzminat ödəməlidir” - GƏLİŞMƏ
Dünən, 17:58
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM
Dünən, 17:55
Vüqar Səfərlinin məhkəmə zalından EKSKLÜZİV GÖRÜNTÜLƏRİ
Dünən, 17:54
Bilgəhdə dənizdə bir nəfər batıb
Dünən, 17:47
Balakəndə yol polisi reyd keçirib
Dünən, 17:42
“Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” – Elçibəyin oğlu
Dünən, 17:38
“Yol-patrul xidməti haqqında Təlimat”da dəyişiklik edilib
Dünən, 17:36
Putin-Paşinyan danışığında Minsk qrupu müəmması: - İki rəsmi mənbə niyə fərqli xəbər yaydı?
Dünən, 17:34
"Vəziyyəti ağır olan əhalini əzirlər, rüşvət almadığım üçün..." - Ağsudan Şikayət
Dünən, 17:29
"Nişanlı olduğu üçün görünüşündən narahat idi" - Tibb bacısı 44 günlük müharibənin dəhşətlərindən danışır
Dünən, 17:24
5 G Azərbaycanda niyə QORXU ilə qarşılanır? - AÇIQLAMA
Dünən, 17:20
Sərhəddə GƏRGİNLİK: Ermənilər ƏSGƏRİMİZİ ÖLDÜRDÜ... - NƏ BAŞ VERİR?
Dünən, 17:18
Füzulidə daha 4 erməni hərbçisinin qalıqları aşkar olunub
Dünən, 17:15
Büdcəni talayan məmurlarla mübarizə... - “Gəlir deklorasiyası mütləq reallaşmalıdır”
Dünən, 17:12
"Ürəyimin odu sönüb, közü isitmir" - 80 yaşını qeyd edən Flora Kərimova
Dünən, 17:08
“Patı” əməliyyatları... - Problemin köklü həlli üçün yol göstərildi
Dünən, 17:07
Zelenski xarici kəşfiyyatı elmlər doktoruna tapşırdı
Dünən, 17:06
26 iyulda dollar neçəyə olacaq?
Dünən, 17:04
“Molla rejimi bu gün də Xankəndinə silah yollayır” – Laçın koridorunda yaranan TIXAC
Dünən, 16:58
Xalq artistinin qardaşı qızının ŞOK SƏS YAZISI - VİDEO
Dünən, 16:56
“Yekun sülh müqaviləsi gec-tez imzalanacaq” - Keçmiş spiker
Dünən, 16:48
Əbülfəs Qarayevin həyat yoldaşı DANIŞDI - "Əbülfəs müəllim yaxşı olmağa çalışır..."
Dünən, 16:48
“Mətbuatda “ələnmə” prosesi gedəcək” - AÇIQLAMA
Dünən, 16:46
“Kərim Vəliyev Vətən müharibəsində mərdlik göstərdi” – Hərbi ekspert
Dünən, 16:43
"Ruslar Ermənistanı qoruyur, o isə Fransa və Amerikaya doğru baxır" - Mixeyev
Dünən, 16:42
Xaçmazda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
Dünən, 16:40
Bakıda Qarabağ Qazisinin BAŞINA AÇILAN MÜSİBƏT - ÖLÜM AYAĞINDADIR...
Dünən, 16:38
Külli miqdarda dələduzluqda ittiham olunan şəxsə hökm oxundu
Dünən, 16:34
Ermənistana sərmayə qoyan İran şirkətləri sırasında azərbaycanlılar da var - SİYAHI
Dünən, 16:28
“İranın itirilməsi bizim üçün fəlakət ola bilər” - Erməni mediası
Dünən, 16:26
Vətən müharibəsinin iştirakçısı olan yeni Baş Qərargah rəisi... - DOSYE
Dünən, 16:24
AZPROMO-nun nizamnaməsi və strukturu təsdiqlənib - FƏRMAN
Dünən, 16:23
"Allah eləsin qapanma olmasın, insanlarımız qaydalara riayət etsinlər"
Dünən, 16:21
Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib
Dünən, 16:17
Anar Mahmudov vətəndaşın obyektinə basqın təşkil edib - ELDAR MAHMUDOV “DİRİLİR”
Dünən, 16:16
"Göygöl Beton" MMC-də İŞÇİ HAQQI YEYİLİR... - GİLEY
Dünən, 16:12
Vüqar Səfərlinin məhkəməsi TƏXİRƏ SALINIB
Dünən, 16:10
Yerli turizmin OD TUTAN QİYMƏTLƏRİ... - Vətəndaşlar üçün əlçatanlıq niyə təmin edilmir?
Dünən, 16:09
“Məmurların çoxu o qədər harınlayıb ki, prezident xəbərdarlığının ciddiliyini başa düşmürlər” - İTTİHAM
Dünən, 16:08
“Dağlıq Qarabağ ifadəsini işlədən mərkəzlərə təzyiq etməliyik” - Partiya sədri
Dünən, 16:06
Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Ordunun Baş Qərargah rəisi təyin edilib - SƏRƏNCAM
Dünən, 16:03
Xankəndinin şəhər statusu ləğv edilə bilər: - Şuşanın tabeliyinə verilməsi mümkündür
Dünən, 16:02
“Peyvənd kabusu”: Həqiqətən öldürür? - Azərbaycanlı həkimlər bir-birini təkzib edir
Dünən, 16:01
“Rus hərbi komandanlığı Azərbaycanın qara kürüsündən yeyib, lal olublar” - Ermənistan KİV
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru