Kim Kardaşyan oğurluqda günahlandırılır .....                     Bakıda qar yağacaq .....                     Jurnalistikada hərşeyşünaslardan imtina olunmalı, .....                     “Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər... .....                     “O gənclər Vətən müharibəmizin qədərini təyin etdilər” .....                     "Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" .....                     İki erməni hərbçinin meyiti qarşı tərəfə verilib .....                     Ermənistan üzərindən yeni yol: Gürcüstanın əhəmiyyəti azalmır, amma... .....                     "Əli Həsənov və Ramiz Mehdiyev təcili həbs edilməlidir" .....                     Qarabağda hərbi hissələrə və şəhərciklərə .....                     "BakuBus"a yeni direktor təyin edilib .....                     "Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb" .....                     "Rüstəm Muradov öz rəhbərliyindən erməniləri himayə və müdafiə etmək əmrini alıb" .....                     Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? .....                     Ukraynada rus dili QADAĞAN OLUNDU .....                     Şəhid ailəsini incidən kimdir? .....                     Azərbaycan 4 milyon doza “CoronaVac” vaksini alıb, .....                     "Çoxallahlılıq dövründə ermənilərin Allahları “Anait” olub, bu da fahişəlik ilahəsidir...” .....                     “Xaricə səfər zamanı test tələbi hələlik mütləqdir” .....                     Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib .....                     Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb .....                     Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz .....                     Operatib Qərargahdan məktəblərlə bağlı açıqlama .....                     Kəlbəcərin Hacıkənd kəndindən görüntülər .....                     Azərbaycanda 8-9 milyon insan koronavirusa yoluxmayıb, ona görə də vaksinasiya vacibdir .....                     Status “gorbagor” oldu, bəs Moskva üçün? .....                     Vaksin təhlükəsizdir .....                     Şuşada da vaksinasiya məntəqəsi qurulub .....                     COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb .....                     Xəstəxanalarda və reanimasiyada çarpayı yeri xeyli boşalıb .....                     “Koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib” .....                     “Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi bizə müəyyən yumşalmalara getməyə əsas verir” .....                     “Əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizə də davam edir” .....                     Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu .....                     Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb .....                     Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək .....                     Gürcüstanda son sutkada 24 nəfər koronavirusdan ölüb .....                     Bütün qapalı və açıq məkanlarda maska məcburidir .....                     Giriş-çıxışa qadağa qoyulan şəhər və rayonlarda hərəkət qaydası belə olacaq .....                     Yas yerlərində iştirakla bağlı qərar açıqlanıb .....                 

İki müxalifət partiyası birgə etiraz bəyanatını imzalamadı - Reaksiya
Tarix: 27-11-2020, 08:33 | Çap et
İki müxalifət partiyası birgə etiraz bəyanatını imzalamadı
Fransa senatının səs çoxluğu ilə hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərarına Azərbaycanın müxalifət partiyaları da sərt mövqe bildirib.

Qeyd edək ki, bu məsələ hələ Senatda müzakirəyə çıxarılan zaman artıq bir sıra partiyalar, o cümlədən Azərbaycan Xalq Partiyası etiraz bəyanat ilə çıxış etmişdi. Daha sonra isə ölkədə fəaliyyət göstərən 50-yə yaxın siyasi partiya birgə bəyanat yaydılar. Müsavat və AXCP isə bu dəfə də birgə bəyanata imza atmaqdan kənarda qaldı. Yalnız bir gün sonra AXCP sosial şəbəkədə Milli Şuranın qətnaməyə etiraz bəyanatını yaydı. Müsavat Partiyası isə hələlik susqun mövqedədir.

Ağ Partiya lideri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Bu, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq, beynəlxalq hüquqa tüpürmək və ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu münaqişədə artıq tərəfsiz olmadığını açıq-aşkar, həyasızcasına nümayiş etdirmək deməkdir. Eyni zamanda bu, BMT-nin qəbul etdiyi 4 qətnaməyə zidd qərardır, hansı ki, həmin qətnamələrin qəbul edilməsində Fransa da səs vermişdi”.

Partiya lideri qeyd edib ki, bir bəyanatla kifayətlənmək olmaz, Fransaya qarşı daha sərt addımlar atılmalıdır: “Təbii ki, düşünmürəm ki, bir bəyanatla kifayətlənməliyik. Burada əsasən rəsmi dövlət qurumları tərəfindən addımlar atılmalıdır. Bu baxımdan dövlət ilk olaraq Fransa ilə humanitar layihələri dondurmalı, Azərbaycanın Fransadakı səfirini müvəqqəti də olsa, ən azından məsləhətləşmə xarakteri olaraq geri çağırmalı, Fransanın Azərbaycandakı səfirinə nota verməli, Senatın addımı ilə bağlı açıqlama tələb olunmalı, eyni zamanda adekvat addım olaraq Fransanı bir neçə, o cümlədən Afrika ölkələrində soyqırım törətməsinə siyasi qiymət verilməsi ilə bağlı müvafiq qanun layihələri üzərində işləməyə hazırlaşmalıdır ki, adekvat cavab verilsin”.

Tural Abbaslı onu da vurğuladı ki, indiki vəziyyətdə Azərbaycanın həm iqtidarı, həm də müxalifəti Fransaya qarşı etiraz tədbirlərində həmrəylik nümayiş etdirməlidir: “Hazırda pandemiyadır, yoluxmanın ən pik həddini yaşayırıq. Belə bir halda kütləvi aksiyaların keçirilməsi məqsədəuyğun deyil. Lakin belə bir aksiyalar keçirilsə belə, mən bunun iqtidarlı-müxalifətli birgə keçirilməsinin tərəfdarıyam. Çünki bu artıq ümummilli məsələdir. Yəni bütün partiyalar birgə etirazını bildirməlidir ki, beləliklə Azərbaycan cəmiyyətinin elitasının bu məsələdə həmrəyliyi görünsün, bilinsin”.

Ağ Partiya lideri bəyanata qoşulmayan partiyalar haqqında da mövqeyini bildirib: “Sözün düzü, mən bu məsələnin texniki tərəflərindən məlumatsızam. Yəni mənə məlum deyil ki, onların da bu bəyanatda iştirak etmələri üçün təklif olunub, ya yox. Bildiyiniz kimi, təşəbbüskar kimi adətən YAP və yaxud hökumət çıxış edir. İndi təşəbbüskar təşkilatlar onlara da müraciət edibmi, bunu deyə bilmərəm. Əgər onlara da təklif olunubsa və adıçəkilən partiyalar imtina edibsə, bu başqa yanaşma, yox, əgər təklif edilməyibsə, ona görə də həmin partiyaların imzası yoxdursa, bu da başqa yanaşma tələb edir. İstənilən halda, heç bir partiya Fransa senatının bu addımını təqdir edə bilməz. Əgər təqdir edən varsa, bunun da bir adı var - vətən xaini”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də qeyd etdi ki, Fransa senatının məlum qətnaməsi şübhəsiz ki, tövsiyə xarakteri daşısa da bunun özü çox pis addımdır və davamı ola bilər: “Bu, faktiki olaraq ATƏT-in Minsk Qrupunun üzvü olan ölkənin ali qurumu tərəfindən qəbul edilmiş qətnamədir. Ona görə də çox ciddi narahatlıq törədir. Faktiki olaraq Fransa ATƏT-in Minsk Qrupunun üzvü kimi tərəf nümayiş etdirir, yəni Ermənistanın tərəfini saxlayır, bitərəf mövqedən çıxış etmir. Təəssüflər olsun ki, Fransa rəhbərliyində olan şəxslər, eləcə də bu ölkənin prezidenti də Vətən müharibəsi zamanı da tərəf nümayiş etdirdi və ermənilərin mövqeyini əks etdirən bəyanatlarla çıxış etdi. Şübhəsiz ki, bu, Fransada erməni lobbisinin seçkilərə təsiri və Fransa rəhbərliyinə təsiri ilə bağlıdır. Amma bütövlükdə bu məsələ Fransanın demokratik imicinə və Fransa-Azərbaycan münasibətlərinə çox böyük zərbədir. Məlum olduğu kimi, Fransa və Azərbaycan arasında iqtisadi bağlılıqlar var. 50-yə yaxın Fransa şirkəti Azərbaycanda investisiya qoyub, müxtəlif sahələr üzrə fəaliyyət göstərir, gəlir götürür. Həmçinin Azərbaycan Fransada bir sıra abidələrə, kilsələrə yatırımlar edib, xeyriyyə işləri görüb. Təəssüflər olsun ki, Fransa senatının bu addımı bütün bu işlərin üzərindən xətt çəkmiş olur. Beləliklə, Fransa senatının bu addımı tərəfimizdən şiddətlə qınanılır. Məlum olduğu kimi, ölkəmizin 50-yə yaxın partiyası bu addıma qarşı birgə etiraz bəyanatı imzalayıb. Artıq bizim partiyanın ayrıca etiraz bəyanatı hazırlanır və biz bunu ictimaiyyətə açıqlayacağıq.
//“Yeni Müsavat”//


 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kim Kardaşyan oğurluqda günahlandırılır
Dünən, 13:07
Bakıda qar yağacaq - Belə deyirlər...
Dünən, 13:05
Jurnalistikada hərşeyşünaslardan imtina olunmalı, - rəqabətli media mühiti yaradılmalıdır
Dünən, 13:02
“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər... - İLGİNC
Dünən, 12:59
“O gənclər Vətən müharibəmizin qədərini təyin etdilər” - deputat
Dünən, 12:55
"Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" - Əlil maşınlarına kəsilən cəzlar
Dünən, 12:54
İki erməni hərbçinin meyiti qarşı tərəfə verilib
Dünən, 12:51
Ermənistan üzərindən yeni yol: Gürcüstanın əhəmiyyəti azalmır, amma... - Gürcülərdən İLGİNC REAKSİYA
Dünən, 12:49
"Əli Həsənov və Ramiz Mehdiyev təcili həbs edilməlidir" - AÇIQLAMA
Dünən, 12:43
Qarabağda hərbi hissələrə və şəhərciklərə nə qədər vəsait xərclənəcək?
Dünən, 12:42
"BakuBus"a yeni direktor təyin edilib
Dünən, 12:39
"Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb" - Şahmar Möhsümov
Dünən, 12:30
"Rüstəm Muradov öz rəhbərliyindən erməniləri himayə və müdafiə etmək əmrini alıb" - ekspert
Dünən, 12:27
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Dünən, 12:23
Ukraynada rus dili QADAĞAN OLUNDU - Rusca danışan 224 dollar cərimə ödəyəcək
Dünən, 12:21
Şəhid ailəsini incidən kimdir? - GİLEY
Dünən, 12:11
Azərbaycan 4 milyon doza “CoronaVac” vaksini alıb, daha 2 milyon doza alacaq
Dünən, 12:08
"Çoxallahlılıq dövründə ermənilərin Allahları “Anait” olub, bu da fahişəlik ilahəsidir...”
Dünən, 12:06
“Xaricə səfər zamanı test tələbi hələlik mütləqdir” - Prezidentin köməkçisi
Dünən, 12:01
Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib
Dünən, 11:55
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - Polisdən əməliyyat
Dünən, 11:46
Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz - Xalq artisti
Dünən, 11:44
Operatib Qərargahdan məktəblərlə bağlı açıqlama - Diqqət!
Dünən, 11:41
Kəlbəcərin Hacıkənd kəndindən görüntülər - VİDEO
Dünən, 11:40
Azərbaycanda 8-9 milyon insan koronavirusa yoluxmayıb, ona görə də vaksinasiya vacibdir - TƏBİB
Dünən, 11:39
Status “gorbagor” oldu, bəs Moskva üçün? - TƏHLİL
Dünən, 11:37
Vaksin təhlükəsizdir - Səhiyyə Nazirliyi
Dünən, 11:32
Şuşada da vaksinasiya məntəqəsi qurulub
Dünən, 11:24
COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb - Diqqət!
Dünən, 11:21
Xəstəxanalarda və reanimasiyada çarpayı yeri xeyli boşalıb - TƏBİB
Dünən, 11:17
“Koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlamağa qərar verilib” - Azərbaycan Prezidentinin köməkçisi
Dünən, 11:14
“Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi bizə müəyyən yumşalmalara getməyə əsas verir” - Şahmar Mövsümov
Dünən, 11:10
“Əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizə də davam edir” - Prezidentin köməkçisi
Dünən, 11:07
Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu
Dünən, 11:06
Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb
Dünən, 11:05
Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək
Dünən, 11:02
Gürcüstanda son sutkada 24 nəfər koronavirusdan ölüb
Dünən, 11:01
Bütün qapalı və açıq məkanlarda maska məcburidir
Dünən, 11:00
Giriş-çıxışa qadağa qoyulan şəhər və rayonlarda hərəkət qaydası belə olacaq
Dünən, 10:58
Yas yerlərində iştirakla bağlı qərar açıqlanıb
Dünən, 10:58
Bərbərxana və gözəllik salonları açılır
Dünən, 10:58
Ermənistanda koronavirusdan gəbərənlərin sayı 2 987-yə çatıb
Dünən, 10:57
Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət qüvvədə saxlanılıb
Dünən, 10:45
İş yerlərinin fəaliyyətinə icazə verilir
Dünən, 10:44
Azərbaycanda "SMS" icazə ləğv olunur - Operativ Qərargah
Dünən, 10:43
Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur
Dünən, 10:42
Metronun fəaliyyəti yenə də BƏRPA OLUNMADI - NK
Dünən, 10:41
Fevralın 1-dən kafe, restoran və digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur - QƏRAR
Dünən, 10:38
Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimi ilə bağlı yeni qaydalar açıqlayıb - Diqqət!
Dünən, 10:35
"Başıma da meyvəni ssenariyə görə qoymuşdular"
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru