“Bərdə soyqırımı növbəti erməni vandalizmidir” .....                     Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb .....                     "Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür" .....                     Əməkdar rəssam Faiq Abdullayev vəfat edib .....                     "Artıq söz yoxdur" .....                     “Ermənistanın mövcudluğu sual altına düşə bilər” .....                     “Ermənistanın timsah göz yazşlarına inanmayın” .....                     Biz İrəvanı niyə vurmuruq .....                     Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu .....                     "Bərdəyə hücumu lənətləyirik" .....                     "Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumlar ciddi təəssüf hissi doğurur" .....                     Ermənilər Tərtəri atəşə tutur, .....                     Son erməni təxribatları Moldova ictimaiyyətinə çatdırıldı .....                     Cinayətkarlar ədalətdən qaça bilməyəcək və məsuliyyət daşıyacaqlar .....                     Rəsmi Bakının cavabı sərt olacaq .....                     “Düşmənin hədəfi millətimizi ruhdan salmaqdır” .....                     Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var .....                     UNİCEF Ermənistanın həyata keçirdiyi hərbi cinayətlərə niyə göz yumur? .....                     Fərdi məlumatları ələ keçirirlər: .....                     Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcək .....                     ""Human Rights Watch", "Amnesty International" niyə susursunuz?" .....                     “Rəsmi Moskva yaxşı bilir ki, Qafqazda gərginliyin artması onun öz sərhədlərində uduzması deməkdir” .....                     Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı .....                     Ermənilər Fransada türklərə hücum etdilər .....                     Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti .....                     Sabah dollar neçəyə olacaq? .....                     Pakistan səfiri Bərdəyə hücumu sərt qınayıb .....                     "Bu hərbi cinayətlərə səssiz qalmaq təhrikə bərabərdir!" .....                     Ermənistan mülkiləri öldürməkdə davam edir .....                     Avropa Məhkəməsində araşdırma: .....                     "Bərdəyə raket atanlar Xocalı soyqırımını törədən xalqın nümayəndələridir" .....                     "Nə istəyirlər bizim günahsız körpələrdən?" .....                     Ermənilər dövlət qurumunun binasını da dağıtdı .....                     Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb .....                     Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı yeni dövrün başlanğıcı ola bilər .....                     Daha 13 kənd işğaldan AZAD EDİLDİ .....                     Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq .....                     Biz Şuşanı, Xankəndini bu cür vururuq? .....                     “Ermənilərin kökü kəsilməsə, mümkün deyil!“ .....                     Ermənilərin Bərdəyə atdıqları "Smerç" nədir? .....                 

“Dağlıq Qarabağdakı erməniəsilli azərbaycanlılar Ermənistanın girovuna çevriliblər” - Partiya sədri
Tarix: 17-10-2020, 09:35 | Çap et
“Dağlıq Qarabağdakı erməniəsilli azərbaycanlılar Ermənistanın girovuna çevriliblər”
Rəşadətli ordumuzun apardığı vətən müharibəsi, şəhidlərimizin qanı bahasına qazanılan zəfərlər qələbə gününün çox da uzaqda olmadığından xəbər verir. Hazırda Azərbaycan cəmiyyətində hər kəs vətən savaşına və qələbəyə köklənib.

Dağlıq Qarabağın və işğalda olan digər rayonların azad olunmasından sonra dövlətin orada görəcəyi böyük işlər, inkişaf proqramları, qaçqın və məcburi köçkünlərin məskunlaşması gözləniləndir. Lakin qarşıda duran əsas məsələlərdən biri də Dağlıq Qarabağın erməni əsilli əhalisi ilə azərbaycanlıların birgəyaşayışıdır.

“Yeni Müsavat”a açıqlamasında sabiq deputat Fərəc Quliyev vurğuladı ki, Azərbaycan Ermənistandan fərqli olaraq monoetnik dövlət deyil, cəmiyyətimizdə bütün etnoslara münasibətimiz bərabərdir: “Bizi bütün dünyada nümunə göstərirlər. Azərbaycanda bütün dinlərə də münasibət eynidir. Məscidlər də, kilsələr də, sinaqoqlar da eyni şərtlərlə fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, bir neçə gün öncə Gəncəyə raket atılanda erməni əsilli azərbaycanlı yaralandı. Bunu bilə-bilə azərbaycanlılar Azərbaycan vətəndaşı olan həmin ermənini xilas edib təcili yardıma aparıblar, ona qarşı hər hansı nifrət hissi də göstərməyiblər. Bu gün də Azərbaycanda ermənilər yaşayırlar. Azərbaycan prezidenti də, dövlətimiz də, xalqımız da belə düşünür ki, erməni əsilli azərbaycanlılar, burada doğulanlar, təbii ki, Azərbaycana qarşı silah qaldırmayanlar (bu faktor da araşdırılmalıdır), döyüşməyənlər qanunlarımıza və Konstitusiyamıza əməl etməklə normal vətəndaş kimi yaşaya bilərlər. Biz burada hər hansı problem görmürük”.

Onun sözlərinə görə, bu gün Dağlıq Qarabağda erməniəsilli azərbaycanlılar Ermənistanın girovuna çevriliblər: “Azərbaycan hazırda apardığı hərbi əməliyyatlarla onları da girov vəziyyətindən çıxarır. Bütün dünya bilməlidir ki, bizim savaşımız dinc əhali ilə yox, Ermənistanın işğalçı ordusu ilədir. Dəfələrlə də bildirmişik ki, dinc yolla bu ordu buradan çıxıb gedərsə, bizim heç bir ölkə ilə problemimiz yoxdur. Aparılan əməliyyatlar da sülhə məcburetmə əməliyyatlarıdır. Ermənistanın burada törətdiyi hadisələrə baxmayaraq Azərbaycanda yaşamış, doğulmuş erməni əsilli azərbaycanlılar digər vətəndaşlarla eyni hüquqla yaşaya bilərlər. Biz başqa millətlərə qarşı etnik təmizləmə işi görməyən bir dövlətik. Tarixən belə olub, türklər imperiya dövründə belə getdikləri torpaqlarda kilsələri də qoruyublar, insanlara da təhlükəsiz yaşamaq üçün hər cür şərait yaradıblar. Ona görə də, bizim bu savaşı bütün dünya normal qarşılamalıdır. Erməni vətəndaşların necə davranacağı artıq gələcəyin işidir. Millətindən asılı olmayaraq Azərbaycan dövlətinə qarşı kimsə separatçı hərəkət edərsə, qanunları pozarsa, qanun qarşısında cavab verəcək. Azərbaycan Daxili İşlər Nazirliyi , Dövlət Təhlükəsilik Xidməti və başqa orqanlar hər kəs üzərində olduğu kimi, erməni əsilli azərbaycanlılar üzərində də nəzarəti aparacaqlar. Gələcəkdə kimsə qanuna əməl etməzsə, buna cavab verəcək. Ancaq bizim indi bu məsələni başqa şəkildə qoymağımız doğru olmazdı”.

Deputat Fazil Mustafa da hesab edir ki, qələbədən sonra ermənilərin əvvəllər də sıx yaşadığı yaşayış məntəqələrində nümunəvi erməni məhəllələlərinin salınmasına şərait yaradılacaq: “Mənim fikrimcə, burada Azərbaycan qanunlarını tanıyan ermənilər azərbaycanlılarla bir şəhərdə yaşayacaqlar. Özlərinin kompakt yaşamlarını qorumaq istəsələr müəyyən məhəllələrdə məskunlaşa bilərlər. Hər hansı formada, dinc şəkildə bütün cəmiyyətlərdə necə əhali yaşayırsa, qaynayıb-qarışırlarsa, onlar da əvvəl-axır qaynayıb-qarışacaqlar. Vətəndaşa milliyyətinə, etnik xüsusiyyətinə görə, ayrıca qanun tətbiq olunmayacaq. Öz dillərində onlara təhsil imkanları da yaradıla bilər, məktəblərin erməni bölməsi də ola bilər, orada öz dillərində təhsil də ala bilərlər. Ancaq mütləq Azərbaycan dilini də öyrənmələri məcburi xarakter daşıyacaq. Çünki dövlət dili olacaq, bütün yazışmalar bu dildədir. Necə ki, Gürcüstanda yaşayan azərbaycanlılara bu qaydalar tətbiq olunur. Gürcü bilməyənlər orada hansısa vəzifədə təmsil olunmur. Onlara qarşı məsələni çətinləşdirən yox, daha çox asanlaşdıran şərtlər tətbiq edilə bilər. Bütün hallarda ermənilər Azərbaycan Konstitusiyasını tanıyırsa, terrora bulaşmayıbsa, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə sayğı göstərirsə, həmin ermənilər 50-60 il öncə necə yaşayıblarsa, indi də Azərbaycanın tərkibində elə yaşayacaqlar. Hər şey qanunla tənzimlənəcək, qanun hansısa xalqa görə dəyişmir. Dilimizi bilənlər dövlət orqanlarında da təmsilçilik əldə edə biləcəklər. Əsas şərt odur ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bərdə soyqırımı növbəti erməni vandalizmidir” - Susma, dünya!
Bu gün, 18:12
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dekabrın 1-dək dayandırılıb - Diqqət!
Bu gün, 18:06
"Hamımızın ürəyi Azərbaycanın ərazilərini azad etməsi üçün döyünür" - Türkiyə səfiri
Bu gün, 18:01
Əməkdar rəssam Faiq Abdullayev vəfat edib
Bu gün, 17:59
"Artıq söz yoxdur" - YUNESKO yanında Daimi Nümayəndəlik
Bu gün, 17:58
“Ermənistanın mövcudluğu sual altına düşə bilər” - deputat
Bu gün, 17:55
“Ermənistanın timsah göz yazşlarına inanmayın” - İtaliya mətbuatı
Bu gün, 17:51
Biz İrəvanı niyə vurmuruq – müharibənin mübahisəli sualları
Bu gün, 17:43
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO
Bu gün, 17:40
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Bu gün, 17:34
"Ermənistan tərəfindən mülki şəxsləri hədəf alan hərbi hücumlar ciddi təəssüf hissi doğurur" - İsrail səfiri
Bu gün, 17:29
Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb
Bu gün, 17:22
Son erməni təxribatları Moldova ictimaiyyətinə çatdırıldı - FOTO
Bu gün, 17:21
Cinayətkarlar ədalətdən qaça bilməyəcək və məsuliyyət daşıyacaqlar - XİN
Bu gün, 17:19
Rəsmi Bakının cavabı sərt olacaq – Arkov
Bu gün, 17:18
“Düşmənin hədəfi millətimizi ruhdan salmaqdır” - Zəlimxan Məmmədli
Bu gün, 17:15
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
Bu gün, 17:14
UNİCEF Ermənistanın həyata keçirdiyi hərbi cinayətlərə niyə göz yumur? - ETİRAZ
Bu gün, 17:13
Fərdi məlumatları ələ keçirirlər: - “Ayıq-sayıq olun”
Bu gün, 17:12
Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcək - Diqqət!
Bu gün, 17:11
""Human Rights Watch", "Amnesty International" niyə susursunuz?" - deputat
Bu gün, 17:10
“Rəsmi Moskva yaxşı bilir ki, Qafqazda gərginliyin artması onun öz sərhədlərində uduzması deməkdir” - ekspert
Bu gün, 17:08
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı - SİYAHI
Bu gün, 17:06
Ermənilər Fransada türklərə hücum etdilər - YARALILAR VAR
Bu gün, 17:04
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-dək uzadılıb
Bu gün, 17:02
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:01
Pakistan səfiri Bərdəyə hücumu sərt qınayıb
Bu gün, 17:00
"Bu hərbi cinayətlərə səssiz qalmaq təhrikə bərabərdir!" - Leyla Abdullayeva
Bu gün, 16:59
Ermənistan mülkiləri öldürməkdə davam edir - Türkiyə MN
Bu gün, 16:58
Avropa Məhkəməsində araşdırma: - İrəvanın hərbi cinayətləri
Bu gün, 16:55
"Bərdəyə raket atanlar Xocalı soyqırımını törədən xalqın nümayəndələridir" - AÇIQLAMA
Bu gün, 16:54
"Nə istəyirlər bizim günahsız körpələrdən?"
Bu gün, 16:52
Ermənilər dövlət qurumunun binasını da dağıtdı - FOTO
Bu gün, 16:42
Ötən gün Bərdənin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 5-ə çatıb - HÜZÜN!
Bu gün, 16:38
Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı yeni dövrün başlanğıcı ola bilər
Bu gün, 16:37
Daha 13 kənd işğaldan AZAD EDİLDİ - Prezidentdən MÜJDƏ
Bu gün, 16:35
Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq
Bu gün, 16:32
Biz Şuşanı, Xankəndini bu cür vururuq? - Düşmənin gözgörəsi HƏYASIZLIĞI
Bu gün, 16:28
“Ermənilərin kökü kəsilməsə, mümkün deyil!“ - Rasim Balayev
Bu gün, 16:25
Ermənilərin Bərdəyə atdıqları "Smerç" nədir? - AÇIQLAMA
Bu gün, 16:23
"Bərdə sakinlərinin qisası yerdə qalmayacaq" - Prezidentdən QƏTLİAMA REAKSİYA
Bu gün, 16:21
"Azərbaycan Laçın dəhlizinə nəzarət edirsə..." - Amerikalı hərbi ekspert
Bu gün, 16:20
Son sutkada 988 yeni yoluxma faktı qeydə alınıb - 11 nəfər COVID-19-dan vəfat edib
Bu gün, 16:18
Düşmənin daha bir neçə tankı hərbi qənimət kimi götürülüb - FOTO
Bu gün, 16:17
Ermənistan Tərtər rayonunun ərazisi yenidən atəşə tutub - Müdafiə Nazirliyi
Bu gün, 16:16
Azərbaycan beynəlxalq məhkəmədə uda bilər: - "Başqa ölkələrdən vəkillər cəlb olunmalıdır ki..."
Bu gün, 16:11
"İşğalçı dövlət dizini qatlayıb, papağını qarşısına qoyub düşünməlidir"
Bu gün, 16:09
Mülki əhali arasında xidmət aparan bir FHN əməkdaşı raket atəşi nəticəsində həlak olub
Bu gün, 16:08
Livan və Suriya erməniləri Qarabağdan QAÇIR
Bu gün, 16:07
DİN Bərdəyə əlavə qüvvə cəlb etdi - RƏSMİ
Bu gün, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru