Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb .....                     Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı .....                     "Həmsədrlərin 25 oktyabr bəyanatı işğalçı Ermənistanı xilas etməyə yönəlib" .....                     Təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik .....                     Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur .....                     Qubadlının inkişaf perspektivləri: Aqrar, tikinti, emal və hasilat sənayesi .....                     “Əsgərlərimiz arzularımızdan daha sürətli irəliləyirlər” .....                     "Mən xalqımızla fəxr edirəm" .....                     Düşmən Ağdam rayonunu atəşə tutur .....                     Uşaqlarını müharibəyə göndərən erməni analar bu amilləri nəzərə almalıdırlar .....                     Hədəf Laçın və Kəlbəcərdir .....                     Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib .....                     Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistan ərazisindən atəşə tutulub .....                     Əhaliyə tövsiyə: “Ehtiyatı əldən verməyin” .....                     "Vətən müharibəsinin əleyhinə danışan adamlar bizdən deyil" .....                     Düşmən bölmələrimizi atəşə tutur .....                     Səfir Paşinyanı Səddam Hüseynlə müqayisə etdi .....                     Göygöldə zəlzələ olub .....                     Qərəz dağarcığı Palkotun revanş haqqı .....                     "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür" .....                     "Xankəndinin dağılmasından və xarici dövlətlərin nə deyəcəyindən qorxmaq lazım deyil" .....                     ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub .....                     Atəşkəsi kim pozub: biz, yoxsa ermənilər? .....                     ERMƏNİLƏR AZƏRBAYCANDA YAŞAMAQ HAQQINI İTİRİBLƏR! .....                     Sabah Milli Məclisin iclası keçiriləcək .....                     Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün master-klass idi .....                     Neft yeni həftəyə bu qiymətlə başladı .....                     Ağstafada icra hakimiyyəti nəyə lazımdır? .....                     Sahil Babayevin nəzər-diqqətinə... .....                     "Neftçi"nin sabiq futbolçusu saxlanıldı .....                     "Geriyə 863 və 822 saylı qətnamələr qalıb" .....                     Ermənisayağı müstəqillik oyunları: .....                     Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur .....                     Atəşkəs qərarı Liviya-Türkiyə anlaşmalarını pozur? .....                     "Diplomatiyamız da yaxşı işləyir" .....                     “Ermənistanın baş naziri yenidən yalan danışır” .....                     "Nə Paşinyanı, nə də siyasətini izləmirəm" .....                     Düşmən Tərtər rayonunu atəşə tutub .....                     Zohrab Mnatsakanyan indi də Vaşinqtonu “su yolu”na döndərib .....                     Müharibədən sonrakı dövr: İrəvanı nə gözləyir? .....                 

“Müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər” - Qulamhüseyn Əlibəyli
Tarix: 26-09-2020, 09:44 | Çap et
“Müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər”
Azərbaycan müharibənin astanasındadır. Düşmənin hərbi aqressiyası və sülh danışıqlarının tamamilə donması savaş ehtimalını artırır. Cəbhə xəttindəki gərginlik və Ermənistanın Tovuz istiqamətindən həmlələrinin səngiməməsi geniş hərbi əməliyyatların başlanmasını şərtləndirir. Eyni zamanda, Azərbaycanın son günlərdə keçirdiyi hərbi təlimlər, cəmiyyətdəki ovqat və ən əsası prezident İlham Əliyevin açıqlamaları deməyə əsas verir ki, müharibə uzaqda deyil.

Elə sentyabrın 25-də prezident Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib ki, ciddi kəşfiyyat mənbələrimizdə məlumat var, hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir.

“Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”, - dövlət başçısı əlavə edib.

Belə olan halda müharibə başlasa, siyasi partiyalar, media və QHT-lər necə davranmalıdır, döyüş şəraitində öz fəaliyyətlərini məhdudlaşdırmalıdırlarmı?

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, iqtidar-müxalifət arasında bir sənəd imzalanmalıdır: “Bu sənəddə birgə razılaşma imzalanmalıdır ki, münaqişənin hansı yolla həllinin tərəfdarıyıq - müharibə, yoxsa sülh... Əgər müharibə yolu seçilibsə, dövlət hərbə hazırlaşmalıdır, siyasi təşkilatlar, vətəndaş cəmiyyətləri də insanları bu vəziyyətə hazırlamalıdırlar. Həmin dövrdə siyasi partiyalar öhdəlik götürə bilər ki, siyasi fəaliyyəti, müxalifətçiliyi məhdudlaşdırırıq. Müharibə dövründə görüşlər keçirə, izahatlar verə, könüllülük hərəkatı təşkil edə bilərik. Partiyalar üzvlərinə müraciət edə bilərlər ki, orduya könüllü yazılsınlar. Ümumilikdə həmin dördə müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər və deyə bilər ki, Qarabağ məsələsində dövlətin yanındayıq”.

AĞ Partiyanın başqanı Tural Abbaslı hesab edir ki, müharibə şəraitində adi vaxtda olduğu kimi siyasi fəaliyyət yürütmək mümkün deyil. Onun sözlərinə görə, qanunvericilik də buna icazə vermir: “Qarabağ uğrunda müqəddəs savaş başlayarsa, hər bir müxalifət təşkilatı, eləcə də AĞ Partiya öz məsuliyyətini bilir. Bizim üçün ərazi bütövlüyümüz, Qarabağımızın azadlığıdır. Ona görə müharibə başlasa, biz heç dövlətin çağırışını gözləmədən siyasi fəaliyyətimizi dondura bilərik. Bunun əksini etmək, siyasi mübarizə aparmaq, kreslo uğrunda döyüşmək xəyanətdir. Ona görə müxalifət partiyaları müharibə şəraitində fəaliyyətini dondurmağa və dövlətin yanında olmağa hazırdır.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirdi ki, QHT-lər hər bir şəraitdə, yəni müharibə, fövqəladə vəziyyət, karantin, təbiət hadisələri, qəzalar və s. zamanı fəaliyyətlərini həmin şəraitə uyğun olaraq davam etdirməlidir.

“Məhdudiyyət isə yalnız ölkədə həmin şəraitlə əlaqədar qəbul olunmuş qərarlar əsasında ola bilər. Hər bir şəraitdə QHT-lər öz nizamnaməsinə uyğun fəaliyyət göstərməlidir. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən QHT-lər var. Və bu QHT-lərdə çoxlu peşəkarlar çalışır. Həmin QHT-lər öz fəaliyyətlərinə uyğun olaraq əhali arasında məlumatlandırma, maarifləndirmə, hüquqi yardım, orduya dəstək qrupları, əhali ilə sıx təmasda olaraq, ehtiyac olarsa onların riskli ərazilərdən uzaqlaşdırılmasında, yerləşdirilməsində, müxtəlif psixoloji yardımların göstərilməsində yardımçı ola bilərlər”, - deyə komitə rəhbəri qeyd etdi.

M.Qəhrəmanlı hesab edir ki, uşaq, qadın hüquqları ilə məşğul olan QHT-lərə bu halda daha çox ehtiyac duyula bilər: “Onlarla daima təmasda olmaq, dəstək olmaq ən vacib məsələlərdən biridir. Müəyyən riskli qruplarla işləyən QHT-lər (əlillər, yaşlılar və s.) bu halda fəaliyyətinə ciddi ehtiyac duyulur. Bir sözlə, QHT əvəzolunmaz bir qüvvədir. Heyf ki, bu əvəzolunmaz ”ordu"nu 2014-cü ildən zəiflədiblər..."

Azpost.info internet qəzetinin baş redaktoru Xaqani Səfəroğlu isə müharibə şəraitində medianın necə davranmalı olduğunu açıqladı. Onun sözlərinə görə, klassik anlamda müharibə zamanı media xüsusi qanunlarla tənzimlənir: “Bura daha çox hərbi məlumatların vahid mərkəzdən ötürülməsi, dövlət təhlükəsizliyi üçün vacib olan tənzimlənmə və ictimai rəyin formalaşdırılması daxildir. 21-ci əsrdə, internet erasında müharibə etmək bir sıra parametrlər baxımından mürəkkəbdir. İnformasiya texnologiyalarının geniş olması, hamının ”yeriyən KİV"-ə çevrildiyi bir zamanda medianın müharibə dönəminin qaydalarını tətbiqi çətindir. Məncə, döyüş əməliyyatları aparılarkən KİV-in fəaliyyəti zamana uyğun qurulmalıdır. Bunun üçün əsas olan oxucu etimadı olan KİV-lərin yaranması mühümdür".

Jurnalistin fikrincə, sosial şəbəkələrin “at oynatdığı” bir dövrdə anonim, şübhəli və xarici təsir agentlərinin təsirində olan ictimai rəy moderatorlarının qarşısına yalnız peşəkar, nüfuzlu və oxucu etimadı olan KİV-lər çıxa bilər: “Jurnalistlər ”informasiya əsgəri" yox, müharibənin gətirdiyi xofu, yalan məlumatları, düşmən təbliğatını dürüst xəbərləri ilə dağıdacaq bir gücdə olmalıdır. 2016-cı ilin aprel döyüşlərinə nəzərən son Tovuz döyüşlərində bizim jurnalistlər bu baxımdan bir sıra üstünlüklərini göstərə bildilər. Əsas məsələ bütün dünyanın üzləşdiyi “feyk xəbərlər”i zondaj edə biləcək müstəvini yaratmaqdır. Bu sırada dövlətin rolu əhəmiyyətlidir. Hərbi xəbərlərin, cəbhədə vəziyyətə dair məlumatların vahid informasiya qərargahından yayılması, yalan məlumatlara dərhal çevik reaksiyanın verilməsi, hərbçilərdən, jurnalistlərdən, ictimai rəy moderatorlarından ibarət çevik media komandasının qurulması işin xeyrinə olardı".
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 38 yaşlı kişi binadan yıxılaraq ölüb
Bu gün, 10:43
Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı – Açıqlama
Bu gün, 10:40
"Həmsədrlərin 25 oktyabr bəyanatı işğalçı Ermənistanı xilas etməyə yönəlib" - deputat
Bu gün, 10:38
Təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik - DİN-dən müraciət
Bu gün, 10:34
Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur - Birinci vitse-prezident Mehriban Əliyeva
Bu gün, 10:33
Qubadlının inkişaf perspektivləri: Aqrar, tikinti, emal və hasilat sənayesi - TƏHLİL
Bu gün, 10:32
“Əsgərlərimiz arzularımızdan daha sürətli irəliləyirlər” - Ramiz Rövşən
Bu gün, 10:24
"Mən xalqımızla fəxr edirəm"
Bu gün, 10:07
Düşmən Ağdam rayonunu atəşə tutur - Müdafiə Nazirliyi
Bu gün, 10:05
Uşaqlarını müharibəyə göndərən erməni analar bu amilləri nəzərə almalıdırlar - AÇIQLAMA
Bu gün, 10:04
Hədəf Laçın və Kəlbəcərdir - GƏLİŞMƏ
Bu gün, 09:56
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Bu gün, 09:54
Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistan ərazisindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 09:52
Əhaliyə tövsiyə: “Ehtiyatı əldən verməyin” - Diqqət!
Bu gün, 09:51
"Vətən müharibəsinin əleyhinə danışan adamlar bizdən deyil" - Mirmahmud Mirəlioğlu
Bu gün, 09:49
Düşmən bölmələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
Bu gün, 09:48
Səfir Paşinyanı Səddam Hüseynlə müqayisə etdi
Bu gün, 09:47
Göygöldə zəlzələ olub
Bu gün, 09:44
Qərəz dağarcığı Palkotun revanş haqqı – bir də gəlsin
Bu gün, 09:41
"Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür" - RƏSMİ BAKI
Bu gün, 09:36
"Xankəndinin dağılmasından və xarici dövlətlərin nə deyəcəyindən qorxmaq lazım deyil" - deputat
Bu gün, 09:35
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti amerika mətbuatında müzakirə olunub
Bu gün, 09:34
Atəşkəsi kim pozub: biz, yoxsa ermənilər? - Bu düşmənin işinə yarayır...
Bu gün, 09:32
ERMƏNİLƏR AZƏRBAYCANDA YAŞAMAQ HAQQINI İTİRİBLƏR! – Azərbaycana qarşı düşmənçilik siyasəti bu haqqı onların əlindən alır!
Bu gün, 09:29
Sabah Milli Məclisin iclası keçiriləcək - Gündəlik
Bu gün, 09:24
Prezident İlham Əliyevin dərin zəkası, səlis nitqi çoxları üçün master-klass idi - deputat
Bu gün, 09:23
Neft yeni həftəyə bu qiymətlə başladı
Bu gün, 09:22
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Bu gün, 09:19
Sahil Babayevin nəzər-diqqətinə... - GİLEY
Bu gün, 09:17
"Neftçi"nin sabiq futbolçusu saxlanıldı
Bu gün, 09:14
"Geriyə 863 və 822 saylı qətnamələr qalıb" - deputat
Bu gün, 09:00
Ermənisayağı müstəqillik oyunları: - Artıq onların xilası yoxdur
Bu gün, 08:58
Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
Bu gün, 08:53
Atəşkəs qərarı Liviya-Türkiyə anlaşmalarını pozur?
Bu gün, 08:51
"Diplomatiyamız da yaxşı işləyir" - Yaqub Məmmədov
Bu gün, 08:49
“Ermənistanın baş naziri yenidən yalan danışır” - Hikmət Hacıyev
Bu gün, 08:46
"Nə Paşinyanı, nə də siyasətini izləmirəm" - Erməni əsilli məşhur türkiyəli aktrisa
Bu gün, 08:33
Düşmən Tərtər rayonunu atəşə tutub - Müdafiə Nazirliyi
Bu gün, 08:28
Zohrab Mnatsakanyan indi də Vaşinqtonu “su yolu”na döndərib - GƏLİŞMƏ
Bu gün, 08:27
Müharibədən sonrakı dövr: İrəvanı nə gözləyir? - TƏHLİL
Bu gün, 08:25
“Allaha yalvarırdım ki, maşın işə düşsün” – Cəbhədə yaralanan jurnalistin təəssüratları
Bu gün, 08:21
Ermənistan silahlı qüvvələri Laçındakı bölmələrimizi artilleriya atəşinə tutub - Müdafiə Nazirliyi
Bu gün, 08:18
Fars-molla rejiminin YENİ HOQQASI... - Kimə güc göstərirlər?..
Bu gün, 08:16
Tural Gəncəliyev Qarabağın erməni icmasına müraciət etdi - MƏTN
Bu gün, 08:14
Qarabağ savaşı: NATO kimi dəstəkləyir? - GƏLİŞMƏ
Bu gün, 08:12
Müharibə yenə davam edəcək, çünki Ermənistan... - Üçüncü humanitar atəşkəs
Bu gün, 08:10
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir - Müdafiə Nazirliyi
Bu gün, 08:08
Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək
Bu gün, 08:06
Düşmənin YENİ TƏXRİBAT PLANI - Diqqət!
Bu gün, 08:04
Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu - Müdafiə Nazirliyi
Bu gün, 08:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru