"Səlahiyyət sahiblərindən xahiş edirəm, mənə şərait yaratsınlar..." .....                     Yeni nazirdən gözləntilər: .....                     Gürcüstan “altılıq platforması”nda iştirak etməyəcək .....                     Prezident QHT-lərlə bağlı .....                     Sabah dollar neçəyə olacaq? .....                     Xüsusi nümayəndə Şuşada bu işləri görəcək .....                     Rusiya İranı Qarabağa gətirmək istəyir .....                     Allahşükür Paşazadə daha bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunacaq .....                     Şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək .....                     Ruslan Əliyev Əli Kərimliyə narazı elektorat toplayır? .....                     Paşinyan ombudsmanı istefaya göndərmək istəyir .....                     Goranboy rayonunda silah-sursat tapılıb .....                     Njdeyə Qarabağda heykəl qoymağın mənası... .....                     Yusif İldırımzadənin qardaşı oğlunun həbs müddəti uzadılıb .....                     “Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib .....                     Şəki sakini başçıya dəfələrlə müraciət etdiyini deyir, amma... .....                     “Toy edə bilməyən cütlüklər gərginlik keçirir” .....                     Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək .....                     Cavad Zərifdən erməni həmkarına şillə kimi CAVAB .....                     DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı .....                     XİN-in sabiq vəzifəli şəxsləri barəsində seçilmiş ev dustaqlığının müddəti uzadılıb .....                     Azərbaycanda ümumilikdə 229584 nəfər COVID-19-a yoluxub, 3105 nəfər vəfat edib .....                     Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib .....                     Azərbaycanda indiyədək 2 380 074 koronavirus testi aparılıb .....                     Ceyhun Bayramov fransalı həmsədrlə telefonla danışıb .....                     "Dünyada qaynar qlobal münaqişələrə yol vermək olmaz" .....                     Ermənistan daha 750 milyon dollar “borc almaq” istəyir .....                     “Xüsusi yer axtarmağa məcbur olduğum üçün siqareti azaltmışam” .....                     "Fransa cəmiyyətinin mövqeyi Azərbaycanda təəssüflə qarşılanır" .....                     Vüqar Səfərli ilə birgə həbs olunan direktor apelyasiya şikayəti verdi .....                     Qulu Məhərrəmli AMEA-nı sərt tənqid etdi: .....                     AŞPA koronavirusa qarşı vaksinasiyaya dair qətnamə qəbul edib .....                     Gəncədə yeniyetmə qız özünü bıçaqlayıb .....                     ABŞ şirkətləri Qarabağın bərpasında iştirak edə bilər .....                     Əlillik pensiyası səbəb göstərilmədən dayandırılıb .....                     "Hər şey əvvəlki qaydasına düşənə kimi çətinliklər mütləq olacaq" .....                     "Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifə və öhdəliklər düşür” .....                     Milli Məclisin İntizam komissiyasının iclası keçirilib .....                     Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib? .....                     Qaxda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisə aşkarlandı .....                 

"Nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstəricilərlə müqayisədə daha bədbindir" - deputat
Tarix: 12-09-2020, 08:51 | Çap et
"Nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstəricilərlə müqayisədə daha bədbindir"
Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovun əlilliyin təyinatındakı çətinliklərlə bağlı feysbukda yazdığı status müvafiq qurumun reaksiyasına və həmkarlarının müzakirəsinə səbəb olub. Deputatın sözügedən məsələ ilə bağlı iradına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisindən cavab gəlsə də, millət vəkili qurum təmsilçisinin izahatını və arqumentlərini tutarlı hesab etməyib.

İqtisadçı-deputat ilk statusunda bəyan edib ki, əlilliyin təyinatındakı çətinliklərlə bağlı ünvanlanan sorğular ən çox edilən müraciətlər sırasındadır. Parlament üzvünün sözlərinə görə, prosesin elektronlaşmasına baxmayaraq, müraciətlərin böyük əksəriyyətinə imtina cavabı verilir: “Vətəndaş “forma 88” adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir.

Parlamentdə təmsil etdiyim Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib. Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib. Demək olar ki, digər bütün rayonlarımızda oxşar vəziyyətdir”.

V.Bayramov qeyd edib ki, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır:

“Bizə olan müraciətlər göstərir ki, əlillik almaq hüquqi olan xeyli sayda vətəndaşlarımız süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər. Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin və eləcə də kütləvi imtinanın hansı meyarlar ilə həyata keçirildiyi bəlli deyil. O baxımdan, bizə ünvanlanan sorğuları nəzərə alaraq, bu məsələnin araşdırılması və əlillik almaq hüququ olan vətəndaşlarımıza bu imkanların verilməsini təmin edəcək şəffaf və ədalətli mexanizmin formalaşdırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edirəm”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə sosial şəbəkə üzərindən millət vəkilinə cavabında bildirib ki, deputat əlilliyin təyinatındakı çətinliklər, müraciətlərdən imtinalar, o cümlədən Füzuli rayonu üzrə statistik məlumatlarda bir sıra yanlışlıqlara yol verib.

Qurum sözçüsünün fikrincə, əslində bu ilin 8 ayında Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə 217 şəxsə dair ümumilikdə 255 göndəriş rəsmiləşdirilib. Onlardan 114-ü ilkin, 141-i isə təkrar göndərişlərdir:

“Bu göndərişlər əsasında 37 nəfərə əlillik dərəcəsi, 40 nəfərə isə sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb. 18 nəfərə aid göndərişlər isə qiymətləndirilmə prosesindədir. 160 göndəriş üzrə müxtəlif səbəblərdən imtina qərarı verilib. Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə davamlı olaraq aparılan araşdırmalar nəticəsində indiyədək 6500-dən çox əsassız əlillik təyinatları ləğv edilib. Bu təyinatlar üzrə dövlət büdcəsinin illik qənaəti 30 milyon manata yaxındır.

Uzunmüddətli dövr üzrə dövlət büdcəsinin qənaəti 700 milyon manatdan yuxarıdır. Bilinməlidir ki, ləğv edilən əlillik təyinatlarından 42 nəfərə dair göndərişlər məhz Füzuli RMX tərəfindən rəsmiləşdirilib. Belə ki, həmin şəxslərə rəsmiləşdirilən göndərişlərdə təqdim olunan məlumatların öz təsdiqini tapmaması, qeyd edilən diaqnozların şişirdilməsi, vətəndaşla bağlı digər elektron informasiya sistemlərində toplanan məlumatların ziddiyyət təşkil etməsi kimi faktlar müəyyənləşdirilib”.

Millət vəkili Vüqar Bayramovun nazirlik rəsmisinin açıqlamasına cavabı gecikməyib. Deputat vurğulayıb ki, ƏƏSMN əlilik dərəcəsinin verilməsi ilə bağlı problemlərin həllinə diqqət ayırmaqdan daha çox təəssüf ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərinin təhlilini aparıb: “Bu rəqəmlər eyni mənbədən alınıb. Söhbət Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərindən gedir.

Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib. Nazirliyinin özünün təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinatı və imtina faizləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar.

Göründüyü kimi, nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstəricilərlə müqayisədə daha bədbindir. Bu isə ondan xəbər verir ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması, şəffaflıq və səmərəliliyinin artırılması üçün mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. Rəqəmlərdə deyil, vətəndaşa əlillik dərəcələri təyin edəndə yanlışlığa yol verməmək lazımdır”.

Digər millət vəkili Razi Nurullayev də həmkarına dəstək verib və qeyd edib ki, qaldırılan məsələ ölkəyüklü problemdir. Onun fikrincə, yerlərdə anketləri dolduran zaman qəsdən elə məlumat yazırlar ki, sistem avtomatik imtina göndərsin:

“Yəni kompüterə də ədalətsizliyi öyrədirlər. Ciddi problem həkim-ekspertiza komissiyalarında qalmaqdadır. Məsələn, elə olur ki, şəxs ikinci qrup əlildir və vəziyyəti elə yerə çatıb ki, artıq özü-özünü nə fiziki, nə də əqli cəhətdən idarə edə bilir. Onu belə süründürürlər. İnanıram ki, nazir Sahil Babayev bu sahədə aparılan islahatları daha da intensivləşdirəcək.

Qanunu pozan əməkdaşlara və idarələrə qarşı daha qətiyyətli addımlar atacaq. Hökumət də “DOST” mərkəzlərinin bütün ölkə boyu fəaliyyətinin təşkili üçün lazım olan imkanları ƏƏSMN üçün yaradacaq. Bu sahədə olan çatışmazlıqları aradan qaldırmaq, sistemli iş qurmaq üçün bütün həmkarlarımla əməkdaşlığa və işbirliyinə hazıram”.



 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Səlahiyyət sahiblərindən xahiş edirəm, mənə şərait yaratsınlar..."
Bu gün, 17:19
Yeni nazirdən gözləntilər: - İnternet sürətlənəcəkmi?
Bu gün, 17:13
Gürcüstan “altılıq platforması”nda iştirak etməyəcək - Qonşudan ruslara TƏRS SİLLƏ
Bu gün, 17:10
Prezident QHT-lərlə bağlı FƏRMAN İMZALADI
Bu gün, 17:09
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:02
Xüsusi nümayəndə Şuşada bu işləri görəcək - AÇIQLAMA
Bu gün, 17:01
Rusiya İranı Qarabağa gətirmək istəyir - “Əlini gücləndirir”
Bu gün, 16:52
Allahşükür Paşazadə daha bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunacaq
Bu gün, 16:51
Şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək
Bu gün, 16:50
Ruslan Əliyev Əli Kərimliyə narazı elektorat toplayır? — SAYĞAC MAXİNASİYASI
Bu gün, 16:48
Paşinyan ombudsmanı istefaya göndərmək istəyir
Bu gün, 16:44
Goranboy rayonunda silah-sursat tapılıb - FOTO
Bu gün, 16:43
Njdeyə Qarabağda heykəl qoymağın mənası... - Korotçenko
Bu gün, 16:41
Yusif İldırımzadənin qardaşı oğlunun həbs müddəti uzadılıb
Bu gün, 16:39
“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib
Bu gün, 16:38
Şəki sakini başçıya dəfələrlə müraciət etdiyini deyir, amma... - "Biz bu ölkənin vətəndaşı deyilik?"
Bu gün, 16:36
“Toy edə bilməyən cütlüklər gərginlik keçirir” – Qadağanın götürülməsi Milli Məclisdə müzakirə olunacaq
Bu gün, 16:30
Humay Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək
Bu gün, 16:27
Cavad Zərifdən erməni həmkarına şillə kimi CAVAB - İLGİNC
Bu gün, 16:25
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı - Diqqət!
Bu gün, 16:22
XİN-in sabiq vəzifəli şəxsləri barəsində seçilmiş ev dustaqlığının müddəti uzadılıb
Bu gün, 16:21
Azərbaycanda ümumilikdə 229584 nəfər COVID-19-a yoluxub, 3105 nəfər vəfat edib
Bu gün, 16:20
Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Bu gün, 16:19
Azərbaycanda indiyədək 2 380 074 koronavirus testi aparılıb
Bu gün, 16:18
Ceyhun Bayramov fransalı həmsədrlə telefonla danışıb
Bu gün, 16:16
"Dünyada qaynar qlobal münaqişələrə yol vermək olmaz" - Vladimir Putin
Bu gün, 16:15
Ermənistan daha 750 milyon dollar “borc almaq” istəyir
Bu gün, 16:12
“Xüsusi yer axtarmağa məcbur olduğum üçün siqareti azaltmışam” - deputat
Bu gün, 16:11
"Fransa cəmiyyətinin mövqeyi Azərbaycanda təəssüflə qarşılanır" - Anar Kərimov
Bu gün, 16:09
Vüqar Səfərli ilə birgə həbs olunan direktor apelyasiya şikayəti verdi
Bu gün, 16:08
Qulu Məhərrəmli AMEA-nı sərt tənqid etdi: - "Dağıdırlar…"
Bu gün, 16:07
AŞPA koronavirusa qarşı vaksinasiyaya dair qətnamə qəbul edib
Bu gün, 16:03
Gəncədə yeniyetmə qız özünü bıçaqlayıb
Bu gün, 16:00
ABŞ şirkətləri Qarabağın bərpasında iştirak edə bilər
Bu gün, 15:57
Əlillik pensiyası səbəb göstərilmədən dayandırılıb - GİLEY
Bu gün, 15:56
"Hər şey əvvəlki qaydasına düşənə kimi çətinliklər mütləq olacaq"
Bu gün, 15:52
"Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifə və öhdəliklər düşür” - Hikmət Hacıyev
Bu gün, 15:50
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
Bu gün, 15:50
Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib? - GƏLİŞMƏ
Bu gün, 15:47
Qaxda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisə aşkarlandı
Bu gün, 15:44
ABŞ ordusunun iki ölkədən çıxması qərarı ləğv edilir?
Bu gün, 15:15
Dünyada yumşalma, Azərbaycanda isə..: - Qərargah tədbirlərə niyə "yox" deyir?
Bu gün, 15:10
Aksiz dərəcələrinin artırılması mərhələli şəkildə nəzərdə tutulur - Dövlət Vergi Xidməti
Bu gün, 15:08
Burada ehtiyatsız bir hərəkət faciəyə səbəb ola bilər - VİDEO
Bu gün, 15:06
Fransa Azərbaycana “barışıq əli” uzadır? - GƏLİŞMƏ
Bu gün, 15:04
“Azərbaycana müəyyən miqdar Pfizer/BioNTech peyvəndi də gətiriləcək" - Hande Harmancı
Bu gün, 15:03
“Azərbaycan dördtərəfli görüş tələb etməlidir” – Kreml düşünsün
Bu gün, 15:01
Jurnalistlər KİVDF-ni lənətləyir, MEDİA-nı isə doğru yola dəvət edirlər - GƏLİŞMƏ
Bu gün, 14:59
Ermənistan müxalifətinin lideri həbs oluna bilər
Bu gün, 14:58
“Bölgədəki bütün ölkələrin ərazi bütövlüyü əhəmiyyətlidir” - Zərif
Bu gün, 14:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru