Azərbaycanda vəzifəli şəxsə bəraət verildi .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır .....                     Azərbaycan və Gürcüstan XİN başçıları görüşüb .....                     Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 945 nəfərə çatıb .....                     “PKK-nın Qarabağa terrorçular göndərməyə gücü qalmayıb” .....                     “Bunlar 70 il bizə qoyun deyib, əsas düşmənimiz Rusiyadır” .....                     Ermənilərin yeni təxribatı .....                     Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlanıb .....                     Qazaxıstanda ölüm hökmü ləğv edildi .....                     "Vicdanlı iqtidar təmsilçiləri bizə minnətdar olmalıdırlar” .....                     Baş həkim bunda ittiham olunur... .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     Prezident İsveçin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib .....                     Korrupsioner məmurlara qarşı YENİ DALĞA... .....                     Azərbaycanda bələdiyyə üzvünə məxsus milyonluq şirkətlər bağlanır .....                     Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin .....                     Suriyadan erməni batalyonu da Qarabağa göndərildi .....                     “Təkcə Dağlıq Qarabağ yox, bütünlükdə Ermənistan təhlükə altındadır” .....                     Sabirabadda məmura qarşı AĞIR İTTİHAM .....                     ““Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz" .....                     Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina edib .....                     Mehdi Səlimzadə də ortalıqda görünmür... .....                     İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? .....                     "“Xəzər İaşə”nin gətirdiyi yeməklərdən iyrənirik" .....                     Bu gün Vurğun Əyyubun .....                     6 manat kapitalı olan şirkət .....                     "Bizim üçün tikilən evləri satırlar" .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     “Sərhəd kəndlərin əhalisi qaz-işıq pulundan azad edilsin” .....                     "Petkim" "şübhəli maliyyə əməliyyatı" iddialarına cavab verib .....                     Yardımlıda təhsil sistemi çöküb... .....                     Ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır .....                     Sentyabrın 26-dan ali məktəblərin boş qalan yerlərinə .....                     Bakı savaş qərarı versə, KTMT qarışa bilərmi? .....                     Azərbaycanın MDB-yə daxil olmasından 27 il keçir .....                     Karantindən sonra Şəki bazarında vəziyyət nə yerdədir .....                     Ərdoğanın Prezident İlhama Əliyevə zəngindən çıxan nəticə .....                     Neft ucuzlaşıb .....                     “Ordumuz üçün fərqi yoxdur ki, Qarabağdakı kimdir–Livan ermənisi, Paşinyanın arvadı, yoxsa digər biri” .....                     Ceyhun Bayramov Gürcüstana .....                 

Fuad Qəhrəmanlı intihara cəhd edibmiş: “Son anda xilas etdik” – AXCP-yə ağır ittihamlar
Tarix: 3-08-2020, 11:28 | Çap et
Fuad Qəhrəmanlı intihara cəhd edibmiş: “Son anda xilas etdik”
Tanınmış jurnalist Elxan Şükürlü dostu, AXCP-nin keçmiş sədr müavini, orduya dəstək aksiyasına görə saxlanılan və işgəncələrə məruz qaldığı bildirilən Fuad Qəhrəmanlı ilə bağlı maraqlı yazı yazıb. O, F. Qəhrəmanlının işgəncələrə məruz qalması və hətta öldürülməsi ilə bağlı yayılan yalan məlumatların arxasında siyasi maraqların dayandığını bildirib və buna görə də AXCP rəhbərliyini ittiham edib. Jurnalist iddia edib ki, vaxtilə Qəhrəmanlının ailəsində ciddi problemlər olduğu bir vaxtda AXCP rəhbərliyi onu partiyadakı vəzifəsindən uzaqlaşdırmaqla ona çox böyük zərbə vurub. Yazı müəllifinin iddiasına görə, F.Qəhrəmanlı bu zərbələrdən dərin depressiyaya düşərək intihara cəhd edib: “Biz onu son anda xilas etdik”.

Mövzunun aktuallığını nəzərə alaraq Elxan Şükürlünin həmin yazısını olduğu kimi təqdim edirik:

Fuad Qəhrəmanlı intihara cəhd edibmiş: “Son anda xilas etdik”

İki gün əvvəl Azərbaycan cəmiyyəti xaricdən ölkənin informasiya mühitinə ötürülən növbəti dezinformasiyanın şokunu yaşamalı oldu: guya, AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı həbsxanada işgəncələrə dözməyərək, dünyasını dəyişib!

Jurnalist həmkarlarımız Fuadın qardaşlarının nömrəsini tapmaq niyyətiylə zəng vurub bu “faciəvi ölüm” xəbərini verəndə, ani olaraq özümü başına ildırım düşmüş quru ağac kimi hiss etsəm də, ağzımdan çıxan ilk söz bu olmuşdu: “Ola bilməz, inanmıram!”

Ona görə yox ki, özümü itirmişdim, yox, belə qəfil ölüm xəbərləri almağa artıq alışqanam mən, sadəcə, Allahını tanıyan və Onun ədalətinə, mərhəmətinə əminliyi olan, hər insanı da bir missiya ilə yaratdığı düşüncəsiylə yaşayan biri kimi, Fuad Qəhrəmanlının bu cür “faciəvi ölüm”ü haqq etmədiyinə, bir növ, ilahi missiyasını tamamlamadan Allahın onun bu dünyadan köçməsinə razılıq verməyəcəyinə daha çox inanırdım...

Budur, şükür ki, artıq zaman bu inamımda da məni peşiman etmədi və həmişəki kimi, haqlı çıxardı: Fuad sağdır, ölməyib və ona yad olmayan həbsxana divarları arasında yenidən qeyri-müəyyən müddətə dustaq həyatını yaşayır!

Baxmayaraq ki, Fuadın polad iradəli və polad dəyanətli qardaşı Poladla birgə həmin an axtarışlarımızla yayılan xəbərin arxasında konkret siyasi məqsədlər yatan dezinformasiya olduğunu tezcə müəyyənləşdirmişdik, hətta bunun doğma Şahbuzumuza - ürəyi xəstə anasına və yaşlı atasına gedib çatmaması üçün onu yayanlardan bu dezinformasiyanı səhifələrindən dərhal yığışdırmalarını da xahiş etmişdik.

Ancaq kimə deyirsən?! Aşkar görünürdü ki, “Fuad həbsxanada öldürülüb!” dezinformasiyası və bu dezinformasiya üzərində də yaradılan siyasi gurultu bir əli xarici kəşfiyyatın, bir əli hakimiyyət içərisindəki “köhnələr”in ətəyində olan bir şəbəkəyə hədsiz dərəcədə gərəklidir!

Biz onlara “Yalandır, yığşdırın!” deyirik, onlarsa israrla “Hakimiyyətin içindəki mötəbər mənbəmiz öldürüldüyünü deyir” inadında davam edir, üstəlik, bunu daha geniş miqyasda tirajlamağa da cəhd göstərirlər...

Di yaxşı, bir halda ki indi hər şey dəqiqləşib, heç soruşdunuzmu o“hakimiyyətdəki etibarlı mənbələriniz”dən sizə bu cür dezinformasiyaları niyə soxuşdurduqlarını?! Di açın də sizi bu cür gülünc və axmaq vəziyyətdə qoyan əlaqələrinizi, niyə açmırsınız?! Bəs başqa vaxt deyirsiniz ki, hakimiyyətlə heç bir əlaqəniz yoxdur?! Bəlkə, deyəsiniz, cəmiyyət də görsün, tanısın “siyasi perespektivinizə inanaraq” istintaq təcridxanalarından sizə belə “səhih xəbərlər”lə yatırım qoyan o “mötəbər köstəbəklər”inizi?!

Heç utanırsınızmı?! İllərlə xalqa yalan sırıyan və indi bu yalanları ucbatından “Yalançı çoban” nağılındakı çobanın gününə düşən və hər gün söydüyünüz hakimiyyətdən sizin bir fərqiniz varmı?! Görmürsünüz ki, illərlə siyasi maraqları naminə cəmiyyətə, xalqa yalan dediklərindən indi söylədikləri həqiqətlərə də inanan tapılmır?! O halda niyə siz də onların yolunu gedirsiniz?! Fərqiniz varmı, sizin tənqid etdiyiniz bu hakimiyyətdən?!

Başqası tanımasa da, mən sizi yaxşı tanıyıram: yoxdur fərqiniz, eyni ağacın ayrı-ayrı budaqlarısınız! Sizin toxumunuzu torpağa əksək, yenə də cücərib-böyüyüb bu hakimiyyət, hətta ondan daha betəri olacaqsınız!

Bunlar yalançıdırsa, saxtakardırsa, siz onlardan da betər yalançı və saxtakarsınız!

Hakimiyyət illərlə öz maraqları naminə adamları qurban verdiyi kimi, siz də öz ətrafınızı – illərlə cani-dildən sizə xidmət etmiş insanları, bax, beləcə, heç nədən, bir balaca canınıza qorxu, vəlvələ düşən kimi, o dəqiqə satır, qurban verir, ölümünə çalışır, hətta öldürür və üstəlik, o ölümü üzərində də siyasi oyun qurursunuz!

“Fuad işgəncə altında öldü” xəbərini yayarkən, heç ani olaraq fikirləşdinizmi onun yorğan-döşəkdə öz ölümünü gözləyən anasının, atasının halını; Fuadın yaşadığı həyat ucbatından ürəyi xəstə olmuş bacısının, saçları bir gecədə ağarmış qardaşlarının halını?! Qoydunuzmu özünüzü, doğmalarınızı o atanın, o ananın, o qardaşın, o bacının yerinə?!

Başqası bilməsə də, mən bilirəm: yox! Çünki siz Fuadı ilk dəfə deyil ki, öldürürsünüz!

Bir neçə ay əvvəl Fuad doğma evinin içindən xəyanət zərbəsi alıb büdrəyəndə, yıxılanda, siz onun əlindən tutmadınız, saxlamadınız! Ömrünü, bütün gənclik illərini, ailəsini uğunda qurban verdiyi partiyasında tutduğu vəzifəsindən çox rahatca uzaqlaşdırdınız – siyasi baxımdan öldürdünüz onsuz da dərddən və həbsxana divarları arasındakı nəmişlikdən ciyərləri parçalanıb çürüyən, vərəmləyən bu adamı!

Halbuki məhz onda, indi efirlərdən kükrəyən sinənizi və uzanan boyunuzu qabağa verib, Fuada mənəvi dayaq durmaq, onun əlindən tutub saxlamaq, qaldırmaq və düşmənlərinizə, rəqiblərinizə “Mən öz əsgərimi meydanda heç bir halda tək qoymaram, sonadək qoruyacam onu!” mesajını vermək gərəkdi!

Sizsə “Amandır, feministlər, LGBT-çilər üstümüzə gəlir, Qərb bizdən küsər” təlaşıyla onu tək-tənha, yalnız buraxıb, Mehdiabaddakı həyətində intihar ağacının altına itələdiniz!

Və nə yaxşı ki, yenə də qüdrətli Allahın mərhəməti və hikməti sayəsində, Poladla birgə, son anda Fuadı boynuna keçirdiyi kəndirdən xilas edə, həyata qaytara bildik, özünü öldürmək fikrindən birdəfəlik daşındırdıq! O kəndirin izləri hələ də qalır Fuadın boynunda!

Fuad onda da ölmədisə, demək ki, Allah onun qədərinə bu cür – izi başqasının üzərində qalacaq “naməlum şərait”də ölümü yazmayıb hələ!

Tanıyanlar yaxşı bilir: mən Fuadın siyasi mövqeyini bölüşməsəm də, onu bir partiya çərçivəsindən daha böyük görmüşəm, ideallarına sayğı duymuşam həmişə! Çünki Fuadı təmənnasız olaraq bu millətin davasını aparacaq, ömrünü milli davaya həsr etmiş azsaylı yetkin siyasət adamlarımızdan biri kimi tanımışam! Dönməzliyinə, yoluna və düşərgəsinə sadiqliyinə, sadəliyinə və səmimiyyətinə heyrət və pərəstiş etmişəm: dəfələrlə “yanlış yolda” olduğuna inandırmaq istəsəm də, etiraf edim ki, tutarlı arqumentləriylə o məni haqsız çıxarıb, qınayıb, suçlayıb həmişə!

O, düşərgəsinin, partiyadaşlarının səhv hərəkətlərini, “yanlış yolda” olmasını ifrat təəssüb hissiylə yaxın buraxmasa da, təəssüf ki, düşərgədaşları ona adekvat olmayıblar - həmişə ən çətin anlarında onu müdafiəsiz və yalqız qoyublar, seçdirmək, fərqləndirmək istəməyiblər. Halbuki Fuad seçilən, fərqlənən idi...

Son günlərin “Fuad öldürüldü!” xəbəri də bir daha bunu sübuta yetirdi - adamlar özlərinə indidən alibi yaratmaq, gələcəkdə hansısa proseslərdən sığortalanmaq üçün məhz Fuadın adı üzərində ictimai diqqəti fokuslamaq, oyun qurmaq qərarı veriblər!

“Fuaddan işgəncə yoluyla sədrinin əleyinə ifadə almaq istəyiblər” arqumentini dövriyyəyə buraxsalar da, unutdular ki, Fuad 23 yaşında “Müxalifətin mitinq taktikası”nı yazmaq üstə tutulanda da, 40 yaşında “Nardaran işi”ndə həbsə atılanda da, o, kimsənin əleyhinə ifadə verməyibsə, 45 yaşında bunu heç etməz!

Fuadın üzünə durmağa isə nə çox adam – o, artıq qətiyyən buna təəccüblənməz...

Təqsiri Fuadda yox, özünüzdə, öz əməllərinizdə axtarın, cənablar, mərd adamları isə ləkələməyin!

Məncə, hakimiyyət dairələri də kimlərinsə Fuadın həyatı üzərində hansısa oyunlar qurduğunun fərqində olmalı və onun içəridə qorunmasını mütləq şəkildə təmin etməlidirlər! Çünki bu “kimlərsə” kimdirlərsə, bu ölkənin gerçək düşmənləridir – onu içdən və kənardan əlbir olub, qarışdırmağı planlayanlardır...

Allah Səni qorusun, əziz Dost! Allahdan qüdrətli heç kim yoxdur! Sənin ölümünü arzulayanları, ona çalışanları bu dəfə də Allah özü məyus edəcək, əmin ol!
//bakupost.az//




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda vəzifəli şəxsə bəraət verildi - TƏFƏRRÜAT
Bu gün, 11:18
Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır - Diqqət!
Bu gün, 11:10
Azərbaycan və Gürcüstan XİN başçıları görüşüb
Bu gün, 11:04
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 945 nəfərə çatıb
Bu gün, 11:03
“PKK-nın Qarabağa terrorçular göndərməyə gücü qalmayıb” - GƏLİŞMƏ
Bu gün, 11:00
“Bunlar 70 il bizə qoyun deyib, əsas düşmənimiz Rusiyadır” - Sərdar Cəlaloğlu
Bu gün, 10:58
Ermənilərin yeni təxribatı - Qız profili ilə sizə yazan olarsa...
Bu gün, 10:55
Gürcüstanda daha 259 nəfərdə koronavirus aşkarlanıb
Bu gün, 10:50
"Verilişi qaldırmaq üçün bu nə oyundur?"
Bu gün, 10:45
Qazaxıstanda ölüm hökmü ləğv edildi
Bu gün, 10:41
"Vicdanlı iqtidar təmsilçiləri bizə minnətdar olmalıdırlar” - Qüdrət Həsənquliyev
Bu gün, 10:39
Baş həkim bunda ittiham olunur... - "Bir az Allahı olsun..."
Bu gün, 10:35
Azərbaycan nefti yenidən bahalaşıb
Bu gün, 10:30
Prezident İsveçin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - FOTO
Bu gün, 10:29
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
Bu gün, 10:28
Azərbaycanda bələdiyyə üzvünə məxsus milyonluq şirkətlər bağlanır
Bu gün, 10:25
“Bandit” dədəsindən kitab yazdırır, deyir, dədəm qəhrəman olub” - Xalq şairi
Bu gün, 10:19
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb
Bu gün, 10:15
Suriyadan erməni batalyonu da Qarabağa göndərildi - YPG TƏLİM KEÇMİŞDİ...
Bu gün, 10:09
“Təkcə Dağlıq Qarabağ yox, bütünlükdə Ermənistan təhlükə altındadır” - Erməni strateqinin xofu
Bu gün, 10:06
Sabirabadda məmura qarşı AĞIR İTTİHAM - "Deyir, Ramiz Mehdiyevin yeznəsi ilə uşaqlıq dostuyam..."
Bu gün, 10:02
"Bu şəhərdə" bu dəfə Ağamirzəni parodiya etdi - VİDEO
Bu gün, 09:59
Xərçəngdən əziyyət çəkən Nisə Qasımovanın ƏN SON HALI
Bu gün, 09:56
““Mən siyasətdən uzağam” deyib yaxanı kənara çəkmək olmaz" - Sabir Rüstəmxanlı
Bu gün, 09:52
Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina edib
Bu gün, 09:49
Mehdi Səlimzadə də ortalıqda görünmür... - Sakinlərdən ilginc mövqe
Bu gün, 09:48
İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
Bu gün, 09:43
"“Xəzər İaşə”nin gətirdiyi yeməklərdən iyrənirik" - GİLEY
Bu gün, 09:32
Bu gün Vurğun Əyyubun ANIM GÜNÜDÜR
Bu gün, 09:28
6 manat kapitalı olan şirkət - 2,3 MİLYON MANATLIQ TENDER UDDU
Bu gün, 09:25
"Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ
Bu gün, 09:24
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:22
“Sərhəd kəndlərin əhalisi qaz-işıq pulundan azad edilsin” - TƏKLİF
Bu gün, 09:18
"Petkim" "şübhəli maliyyə əməliyyatı" iddialarına cavab verib
Bu gün, 09:16
Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM
Bu gün, 09:12
Ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır - Sabahdan
Bu gün, 09:09
Sentyabrın 26-dan ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq
Bu gün, 09:09
Bakı savaş qərarı versə, KTMT qarışa bilərmi? – Rusiyadan baxış
Bu gün, 09:07
Azərbaycanın MDB-yə daxil olmasından 27 il keçir
Bu gün, 09:06
Karantindən sonra Şəki bazarında vəziyyət nə yerdədir - VİDEO
Bu gün, 09:04
Ərdoğanın Prezident İlhama Əliyevə zəngindən çıxan nəticə - TƏHLİL
Bu gün, 09:02
Neft ucuzlaşıb
Bu gün, 09:01
"Bilib-bilmədən insanı tənqid edirlər"
Bu gün, 09:00
“Ordumuz üçün fərqi yoxdur ki, Qarabağdakı kimdir–Livan ermənisi, Paşinyanın arvadı, yoxsa digər biri”
Bu gün, 08:57
Ceyhun Bayramov Gürcüstana rəsmi səfər edib
Bu gün, 08:54
Ankara-Bakı ittifaqı İrəvan-Moskva tandeminə qarşı yox... - haqsızlığa, işğala və şərə qarşıdır
Bu gün, 08:54
İlham Əliyevin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə təyin edilib? - İLGİNC
Bu gün, 08:52
"Düşünürəm ki, biz gecikmişik, əslində bu gün Qarabağ itirilir" - Orxan Fikrətoğlu
Bu gün, 08:51
Murad Dadaşov daha bir məşhuru "Xəzər"ə gətirdi
Bu gün, 08:46
Tramp Kubaya qarşı yeni məhdudiyyətlər qoyub
Bu gün, 08:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru