Müxalifətin yekdil qərarı: .....                     Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb .....                     “Dövlətimizə yardım etmək üçün vacib şərt budur” .....                     Gəncədə iki nəfər dərmandan zəhərlənib .....                     Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır .....                     "Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir" .....                     İH-dən reaksiya: .....                     TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: .....                     Dollar manata nisbətdə bahalaşa bilərmi?! .....                     "Diana" istirahət mərkəzinin çimərlik ərazisində 2 qadın suda boğuldu... .....                     Qiymətli Kağızlar bazarı çöküb .....                     “Hamımız məsuliyyətli olmalıyıq” .....                     "Belə islahat, idarəçilik olmaz" .....                     “Haranı qazırsan, Soros və oğlanları çıxır” .....                     İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... .....                     Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb .....                     “Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” .....                     Şəhid general və polkovnikin məzar daşı hazırlandı .....                     Ötən il Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb .....                     Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən .....                     "İnsanlara xaricə kurort yerlərinə getməyə icazə verildiyi halda, rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətlər absurddur" .....                     Avqustun 10-da dollar neçəyə olacaq? .....                     "İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir" .....                     UFC təxribata əl atan ermənini cəzalandırdı .....                     ŞOK ƏMƏLİYYAT: Ölkəyə 30 kilodan artıq narkotik maddə gətirdilər və... .....                     "Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" .....                     Azərbaycanda 129 nəfər koronavirusa yoluxdu, .....                     "Həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir" .....                     Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb .....                     Ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir .....                     Türkiyədə dollar bahalaşıb .....                     “Uşaq pulu ehtiyacı olan ailələrə verilsin!” .....                     BP Azərbaycanı tərk edir? .....                     Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? .....                     Məktəbli formaları tikilirmi? .....                     Erməni dərsliklərində “türk izi” .....                     Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı .....                     ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... .....                     “Tender kralları”na pandemiya da bata bilmir .....                 

“İnqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm” - deputat
Tarix: 30-07-2020, 09:00 | Çap et
“İnqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm”
İctimaiyyət nümayəndələrinin, ekspertlərin yeni təhsil naziri haqda rəyləri necədir? “Yeni Müsavat”ın bu sualına cavab verən millət vəkili Fazil Mustafa “Təbii ki, ölkə prezidentinin bu təyinata dair öz mülahizələri, məqsədləri var və onlarla kadrın arasından Emin bəy üzərində dayanıbsa, bu, o deməkdir, onun kimliyi, peşəkarlığı, siyasi yetkinliyi və bilgi tutumu üzərində ciddi araşdırma aparılıb və yekun nəticəyə gəlinib”, - deyə qeyd etdi: “Bu təyinatdan sonra insanlar standart ifadələri bir-birinin ardınca həmişəki kimi işlədirlər, sevindiklərini büruzə verən statuslar yazırlar, cəmiyyətə ümidverici mesajlar verirlər ki, təhsilimizdə hər şey yaxşıya doğru dəyişəcək.

Təbiidir ki, illərdir təhsil problemlərinin içində olan, yenilikçi baxışları ilə seçilən nisbətən gənc bir məmurun bu vəzifəyə təyinatı ümidverici aura yaratmalıdır".

Fazil Mustafa yeni təhsil nazirindən gözləntilərini də qeyd edib: “Mənim anlayışıma görə, Təhsil Nazirliyi ölkənin Müdafiə Nazirliyindən də önəmli bir dövlət qurumudur. Məhz təhsil siyasəti sağlam zəmində aparılmayan bir ölkənin müdafiə sistemi də arzulanan səviyyədə ola bilməz. Bu, yeganə sahədir ki, inqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm. Toplumumuzun indiki təhsil anlayışını və sistemini söküb yenidən və həm də böyük sürətlə yenidən yığmaq lazımdır. Təhsilin mənası, hədəfi dəyişməlidir. Təcili elm sahələri ilə birləşdirilmiş təhsil infrastrukturu yaradılmalıdır.

Əslində bizim günümüzün təhsili elmlə arasında uçurum yaradılmış təhsildir. Uşaq bağçasından, məktəbəqədər təhsildən tutmuş ali təhsilə qədər dəyərlər və hədəflər doğru müəyyən olunmalıdır.

Xüsusilə də üç sahədə köklü dəyişikliklər vacibdir: Pedaqoji, tibb və hüquq. Tədqiqat universiteti modelini qurmaq zəruridir. Müharibə şəraitində yaşamağa məhkum olmuş dövlətin xarakterinə uyğun olaraq orta məktəblərdə bütün oğlanlar və qızlar üçün hərbi dərslər bərpa olunmalıdır. Obyektivliyi ilə tanınan mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılmalıdır. Xaricdə ölkəmiz üçün vacib ixtisaslarda təhsil alan xüsusi istedadlı bakalavr, magistr və doktorantlar müəyyənləşdirilib dövlət dəstəyi ilə təmin olunmalıdırlar".

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında yeni naziri yaxından tanıdığını deyib:

“Emin Əmrullayevi 6 ildir ki, tanıyıram. Kifayət qədər təhsil bilicisidir, təhsildəki proseslərdən xəbərdardır. İnanıram ki, vətəndaşların müraciətlərinin cavablandırılması qısa müddətdə həyata keçiriləcək”.

Kamran Əsədov yeni təhsil nazirindən gözləntilərini də qeyd edib: “Dərsliklərin şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmadığı ortadadır. Yeni dərslik mərkəzi yaradılmalıdır. Ali təhsil müəssisələrimiz dünya reytinqində yoxdur. Azərbaycana xarici ölkələrdən gələn tələbə sayı azdır. Bu istiqamətdə əməli addımlar atılmalıdır. Həmçinin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də işlər görülməlidir. Məsələn, 1 ştat dərs yükünün 18 saat deyil, 12 saat edilməsi istiqamətində addımlar atılmalıdır. Bölgələrə müəllimlərin işləməyə getməsi üçün stimullaşdırıcı tədbirlərin əhatə dairəsi genişlənməlidir. Müəllimlərin, direktorların, direktor müavinlərinin işə qəbulu prosesində ciddi dəyişikliklərə ehtiyac var. DİM tərəfindən həyata keçirilən qəbul və buraxılış imtahanlarında Təhsil Nazirliyinin rolunu, fəaliyyətini ancaq nəticələr elan olunanda görürdük. Bu istiqamətdə daha aktiv işlərin görülməsi zəruridir. Elektron məktəb, elektron universitet layihələri həyata keçirilməlidir. Nəticələri illərdir yaxşı olmayan məktəblərin bütün kollektivi xüsusi attestasiyadan keçirilməli, lazım olarsa yerləri dəyişdirilməlidir”.

Təhsil eksperti Məlahət Mürşüdlü də qeyd etdi ki, yeni təhsil naziri Emin Əmrullayevi yaxından tanıyır:

“Onunla 2013-cü ildə bir layihədə işləmişik. Çox müasir düşüncəli gənc, islahatçıdır. 2013-cü ildə həyata keçirilən istər struktur dəyişikliklərdə, istərsə də şagird biliklərinin qiymətləndirilməsi, layihələrin verilib-işlənməsi və digər məsələlərdə Emin Əmrullayev çox mühüm, hətta deyərdim aparıcı rol oynayıb. O, təhsil problemlərini çox gözəl bilir. Həmçinin araşdırmalar, müqayisəli təhlillər, təqdimatlar ona xas olan keyfiyyətlərdir.

Beləliklə də Emin Əmrullayevin təhsil naziri təyin olunmasını alqışlayıram. Hesab edirəm ki, bu, yerində olan bir təyinatdır. Dinamik, mobil, çevik hərəkət edən təşkilatçıdır.

Əlbəttə ki, Təhsil Nazirliyində görüləcək, yarımçıq qalmış xeyli işlər, islahatlar var. Xüsusən də təhsilin keyfiyyəti, dərsliklərin yenidən işlənməsi, müəllim kadrlarının daha da inkişafı, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər var. Düşünürəm ki, Emin Əmrullayev bütün bu işlərin öhdəsindən gələcək, çünki özü də həmin islahatların başlamasında fəal iştirak edib".

Məlahət Mürşüdlü Təhsil Nazirliyində yarımçıq qalmış və öz həllini tapmalı olan məsələləri bir daha vurğulayıb:

“Məsələn, 2014-cü ildə Regional Təhsil Şöbəsinin yaradılması ilə bağlı qərar verilmişdi, lakin nədənsə bu qərarın icrası dayandırıldı. Düşünürəm ki, Pedaqoji Universitetin nəzdində müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün inkişaf mərkəzinin açılması zəruridir. Sirr deyil ki, müəllimlərimiz məktəbə hazır vəziyyətdə gələ bilmirlər. Yəni, valideynlərlə işləyə, ünsiyyət yarada bilmirlər. Yəni müəllimlərə bilik verilsə də, sosial bacarıqlar kifayət qədər verilmir. Düşünürəm ki, qeyd etdiyim mərkəzlər açılsa, müəllimlərin bir növ pedaqoji internatı da dəyişər.

Daha sonra dərsliklərin, xüsusən də humanitar, ədəbiyyat, tarix dərslikləri artıq müasir standartlara cavab verən dərsliklər olmalıdır. Məsələn, ədəbiyyat fənnindən “Leyli və Məcnun”u götürək. Axı şagirdlər nə qədər Leyli və Məcnunun nakam eşqinə şahidlik edib, qəm çəkməlidirlər? Nizaminin, Nəsiminin əsərlərinə baxış dəyişməlidir və sairə".

İctimai fəal Bəxtiyar Hacıyev isə qeyd edib ki, yeni təhsil naziri 15 ildən artıqdır ki, gənclər və təhsil sektorundadır. O, bir çox gənclə birlikdə müxtəlif layihələrdə, o cümlədən təhsil sahəsindəki layihələrdə birgə çalışıb, hər zaman ətrafında onu tanıyanlar tərəfindən müsbət insan kimi xarakterizə edilir: “Mən də onu bu günə qədər yaxşı insan kimi, vətənimizi və vətəndaşlarımızı sevən bir gənc kimi tanımışam. Bu baxımdan onun nazir təyin olunmasına insan olaraq sevindim və bunu təqdir edirəm.

Ancaq bu barədə yazdıqda sosial şəbəkə istifadəçiləri əvvəllər də gənc kadrların təyin edildiklərini, lakin ciddi dəyişikliklər baş vermədiyini bildirib, bu təyinata müsbət yanaşanları, o cümlədən məni də tənqid etdilər. Onları da anlayıram. Keçmişdə bəzi ümidlər həqiqətən də puç olub. Ümumilikdə vətəndaşların hakimiyyətə və sistemə etibarsızlığı var və bu da yeni nazirin üzərinə daha böyük bir məsuliyyət qoyur. Yeni nazir bu ümidləri doğrultmaq istiqamətində səlahiyyətləri çərçivəsində bütün imkanlardan istifadə etməlidir".





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müxalifətin yekdil qərarı: - “Ölkəmizdə Türkiyə hərbi bazası yaradılsın!”
Bu gün, 06:54
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb
Bu gün, 06:49
“Dövlətimizə yardım etmək üçün vacib şərt budur” - deputat
Bu gün, 06:45
Gəncədə iki nəfər dərmandan zəhərlənib - birinin vəziyyəti orta-ağırdır
Bu gün, 06:38
Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib
Bu gün, 06:32
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır - Diqqət!
Dünən, 18:14
Əməkdar artistdən şou əhlinə: - “Etirazın yeri yoxdur"
Dünən, 18:13
"Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir" - deputat
Dünən, 18:06
İH-dən reaksiya: - Sakinlər deputatın çıxışından “hiddətlənib”?
Dünən, 18:04
TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama: - "Payıza qədər..."
Dünən, 17:56
Dollar manata nisbətdə bahalaşa bilərmi?! - GƏLİŞMƏ
Dünən, 17:55
"Diana" istirahət mərkəzinin çimərlik ərazisində 2 qadın suda boğuldu... - Onlardan yalnız 1-ni xilas etmək mümkün olub
Dünən, 17:50
Qiymətli Kağızlar bazarı çöküb – 30% azalma
Dünən, 17:48
“Hamımız məsuliyyətli olmalıyıq” - Ülvi Quliyevdən ÇAĞIRIŞ
Dünən, 17:42
"Belə islahat, idarəçilik olmaz" - Sabir Rüstəmxanlıdan ETİRAZ
Dünən, 17:39
“Haranı qazırsan, Soros və oğlanları çıxır” – Fərhad Əhmədov
Dünən, 17:38
İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər
Dünən, 17:33
"Tam aydın olmasa, özümə zəng edin" - Jurnalist təhrifləri müğənnini yorub...
Dünən, 17:27
Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb - Diqqət!
Dünən, 17:24
“Rusiya ilə Belarus birləşə bilməz, çünki mən anbar müdiri deyiləm” - Lukaşenko nöqtəni qoydu
Dünən, 17:22
Şəhid general və polkovnikin məzar daşı hazırlandı - FOTO
Dünən, 17:17
Ötən il Azərbaycanda qripdən ölənlərin sayı açıqlanıb
Dünən, 17:16
Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi
Dünən, 17:10
"İnsanlara xaricə kurort yerlərinə getməyə icazə verildiyi halda, rayonlara gediş-gəlişə qoyulan məhdudiyyətlər absurddur" - Həkim
Dünən, 17:03
Avqustun 10-da dollar neçəyə olacaq?
Dünən, 17:01
"İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir" - Ramaldanov
Dünən, 16:59
UFC təxribata əl atan ermənini cəzalandırdı - Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib
Dünən, 16:56
ŞOK ƏMƏLİYYAT: Ölkəyə 30 kilodan artıq narkotik maddə gətirdilər və... - VİDEO
Dünən, 16:54
“Mətbuat bu gün sosial şəbəkələrə yox, inamsızlığa uduzur” - Arif Əliyev
Dünən, 16:48
"Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" - AKTUAL
Dünən, 16:45
"Gül calaqları edə bilərəm"
Dünən, 16:44
Azərbaycanda 129 nəfər koronavirusa yoluxdu, 421 nəfər sağaldı, 4 nəfər öldü
Dünən, 16:41
"Həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir" - Baş Prokurorluq
Dünən, 16:40
Ötən il Azərbaycanda pnevmoniyadan 678 nəfər ölüb
Dünən, 16:29
Ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edir - Bakıda ŞOK OLAY
Dünən, 16:28
Türkiyədə dollar bahalaşıb
Dünən, 16:17
“Uşaq pulu ehtiyacı olan ailələrə verilsin!” - Ən optimal yol
Dünən, 16:09
BP Azərbaycanı tərk edir? - "Reuters"dən ŞOK XƏBƏR
Dünən, 16:06
Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR
Dünən, 16:02
Məktəbli formaları tikilirmi? - TAPŞIRIQ VERİLMƏYİB
Dünən, 15:56
Erməni dərsliklərində “türk izi” – İrəvanda çaxnaşma düşdü
Dünən, 15:54
Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı - FOTO
Dünən, 15:51
ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə...
Dünən, 15:44
“Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company”
Dünən, 15:41
Neftçalada Kürdə batan tələbənin meyiti tapılıb
Dünən, 15:38
Kənd Təsərrüfatı Nazirliyinə aparat rəhbəri təyin edilib
Dünən, 15:36
"Bütün pullarımı geyimlərə xərcləmişəm" - Əməkdar artist
Dünən, 15:32
Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edilir
Dünən, 15:29
Azərbaycanın Gürcüstanın itirilmiş torpaqları ilə mövqeyi BƏLLİDİR
Dünən, 15:27
Şadlıq evləri qiymətlərə yenidən baxmalı olacaq - "Müğənnilər də hadisədən ibrət götürməlidir"
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru