Sabahdan liseylərin V siniflərinə qeydiyyat başlayır .....                     Gürcüstanda son sutkada COVID-19-a 14 yoluxma qeydə alınıb .....                     "Azəriqaz"ın növbəti sayğac DƏLƏDUZLUĞU .....                     E-TƏBİB xəbərdar edir: Avtobusda, parkda, marketdə koronavirus xəstələri var: .....                     Hər daşında insanlarımızın harayı olan Xocalıdan .....                     Co Bayden Belarusdakı etirazçıları dəstəklədi .....                     Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi .....                     Narkotiklə tutulmuş Astara sakininin digər cinayət əməli də üzə çıxıb .....                     Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirəcək .....                     Pandemiya ilə mübarizə aparan həkimlər PREZİDENTDƏN XAHİŞ ETDİLƏR... .....                     "Svetlana Tixanovskaya təhlükəsizlikdədir, o, Litvadadır" .....                     11 saylı vergi idarəsində qanunları sayan yoxdur... .....                     Xaçmazda qadın əri tərəfindən öldürüldü .....                     Səhiyyə naziri bu həkimdən niyə qorxur? .....                     Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviçin .....                     “Tərəqqi” texniki-humanitar liseyində yerlər SATILIR? .....                     2020-ci ilin büdcəsi niyə indi dəyişdirildi... .....                     "Matçın neytral meydanda keçirilməsi müzakirə mövzusu deyil" .....                     Ağ Ev yaxınlığındakı atışmanın təfərrüatı .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     İcazələri olmadan Qusar rayonuna istirahətə gələn 18 nəfər cərimələnib .....                     “Ölkə təhsili fövqəladə vəziyyətə hazır deyil” .....                     Ceyhun Bayramov Türkiyədə rəsmi səfərdədir .....                     "İnqilabçı" baş nazirin “qayığı” batır... .....                     “KTMT heç vaxt Azərbaycan ərazilərində hərbi münaqişəyə daxil olmayacaq” .....                     Rövşən Rzayevin “Kebabzade” qayğıları… .....                     “Prezident gənc kadrların üzə çıxarılması istiqamətində real addımlar atmaqdadır” .....                     Goranboyda evdə gizli ad günü keçirmək istəyən şəxslər saxlanılıb .....                     “Bank VTB (Azərbaycan)”da komitə sədri dəyişdi .....                     İcra başçısını bu ailə maraqlandırmır? .....                     Cahangir Əsgərovdan yeni "AZAL RƏQSİ"... .....                     Əhmədzadənin korrupsiyalaşmış CAHANI... .....                     Paşinyan Qarabağ problemini növbəti dalana gətirəndən sonra... .....                     Hər halda məktəblilər formasız dərsə gedə bilməz... .....                     "Sürücülərin bir-birinə güvənməməsi, onların biri digəri haqqında pis düşünmələri anlamına gəlməməlidir" .....                     Neftin qiyməti bahalaşmaqda davam edir .....                     İki milyonluq tenderin qalibi olan MMC rəhbərinin atası hansı dövlət məmurudur? .....                     “Əsas diqqət şəffaflıq və hesabatlığın təmin olunmasına yönəldilməlidir” .....                     Azərbaycan Sənaye Korporasiyası ASC-də "papağı günə verənlər" .....                     Qanunsuz fəaliyyət göstərən şirkətlər dövlətə 100 min manatlarla ziyan vurur .....                 

“Hakimiyyət nümayəndələri mütləq bu aksiyada çıxış etməliydilər” - Sülhəddin Əkbər
Tarix: 20-07-2020, 10:08 | Çap et
“Hakimiyyət nümayəndələri mütləq bu aksiyada çıxış etməliydilər”
Ermənistanla sərhədin Tovuz istiqamətində baş verənlər Azərbaycanda gündəmin başlıca mövzusudur.

“AzPolitika.info” bu xain hücumun arxasında duran niyyət və məqsədlər, habelə hücumdan sonra paytaxt Bakıda on minlərlə insanın küçələrə axışaraq Azərbaycan Silahlı Qüvvələrinə dəstək verməsi və bundan sonra baş verən hadisələrlə bağlı Azad Demokratlar Partiyasının (AzDP) sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərlə söhbətləşib.

- Sülhəddin bəy, Sizcə iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən erməni hücumunun arxasında hansı məqsədlər dayana bilər?

- Dünyanın qloballaşdığı, yeni dünya düzəni quruculuğunun son mərhələyə keçdiyi, geopolitik qarşıdurmanın həlledici etapa daxil olduğu bir dövrdə belə hadisələrə lokal qiymət vermək cəhdi məncə, yanlışdır. Ona görə də, biz bu mənzərəyə geniş, heç olmasa regional səviyyədə baxmalıyıq.

Mən iki məsələyə xüsusi diqqət çəkmək istərdim. Binların birincisi, Rusiya-Türkiyə qarşıdurmasıdır. Bu qarşıdurmada Azərbaycanın əhəmiyyətinin, eyni zamanda Cənubi Qafqazın enerji, nəqliyyat və kommunikasiya dəhlizinin önəminin artması xüsusi önəm daşıyır.

İkincisi, Putin Rusiyasının yeni aqressiv xarici siyasət dalğası başlatmasıdır ki, bu amil də nəzərə alınmalıdır. Bütün ekspertlərin də fikri belədir ki, Putin son referendumdan sonra postsovet məkanı ilə bağlı daha aqressiv xarici siyasət kursu aparmağa başlayacaq. Biz hazırda Belarusda bunu görürük. Eləcə də bu, Ukrayna ilə münasibətlərdə və müəyyən mənada Pribaltikada görünür. Və sözsüz ki, bu meyl Azərbaycanla da bağlı müşahidə olunur. Mənim fikrimcə, getdikcə gərginlik artacaq, gərginlik artdıqca da bu, geopolitik sınma xətləri üzərində hiss ediləcək. Bu sınma xətlərindən biri də Cənubi Qafqazda Gürcüstan-Azərbaycan xəttindən keçir. Sözsüz ki, bu məqamda Ermənistanla Azərbaycan arasında açıq müharibənin getdiyini unutmamalıyıq. Hansı ki, əslində bu, Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir. Bir sözlə, burada yeni dünya düzəni quruculuğu, geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması fonunda qeyd etdiyim iki məqam diqqətə alınmalıdır.

Məsələyə Putinin keçmiş SSRİ-ni yenidən yığmağa başlamaq istəyi və Rusiya-Türkiyə qarşıdurmasının güclənməsi fonunda baxılmalıdır. Sonuncu halı biz Liviya və Suriyada görürük. Mənim fikrimcə, indi Rusiya Azərbaycan-Ermənistan sərhədində yeni bir cəbhə açır. Təbii ki, burada Rusiyanın əlaltısı olan Ermənistan da öz maraqlarını önə çıxarmağa cəhd göstərir. Amma bu, daha aşağı səviyyəli maraqlar kateqoriyasına aiddir.

- Yəni gərginliyin davam edəcəyi anonsunu verirsiniz...

- Bəli.

- Sizcə, bu gərginlik geniş miqyaslı hərbi əməliyyatlara keçə bilərmi?

- Bilirsinizmi, indi müharibələr artıq strateji xarakter daşıyır. Burada klassik hərbi güclə paralel olaraq, yumşaq gücün çoxsaylı komponentlərindən istifadə olunur. Ola bilsin ki, indiki mərhələdə dövlət sərhədində geniş miqyaslı təxribatın törədilməsi ön plana çıxırsa, sabahsa başqa bir ünsür önə çıxsın. Məsələn, hansısa separatçı hərəkat yenidən başlaya və ya rəsmi Bakıya siyasi təzyiqin artırılması istiqamətində addımlar atıla, ölkə daxilində “beşinci kolon”un gücləndirilməsi və s. müşahidə edilə bilər. Eləcə də kibersavaş elementləri, informasiya, psixoloji savaş və s. ola bilər. Müasir strateji savaşda vasitələr toplumu çox zəngindir. Xüsusilə, yumşaq güc vasitələri. Buraya kəşfiyyat müharibəsini də əlavə etmək lazımdır. Rusiya bu zəngin müharibə dəstindən bütün dünyada istifadə etdiyi kimi, Azərbaycanda da istifadə edə bilər.

- Bəs buna qarşı Azərbaycanın hansı imkanları var?

- Azərbaycan görməlidir ki, müasir savaşlar artıq klassik savaşlar deyil. Yəni köhnə savaşlara hazırlaşmamalıdır. Əksinə, müasir strateji savaşlara hazır olmalıdır. Yəni hərtərəfli savaşa. Bunun siyasi, iqtisadi, mədəni, sosial, hərbi, kəşfiyyat-təhlükəsizlik və digər tərəfləri var. Bu səbəblərdən Azərbaycan kompleks hazırlıq görməlidir. Azərbaycan təkbaşına bütün potensialından, xüsusilə, milli güc mənbələrindən səmərəli və hərtərəfli istifadə etməli, digər tərəfdən potensial müttəfiqlərlə münasibətlərini daha yüksək səviyyədə qurmalıdır.

- Müttəfiqlər deyəndə konkret kimləri nəzərdə tutursunuz?

- NATO, Avropa Birliyi, İsrail, ABŞ və qardaş Türkiyə ilə. Türkiyə ilə münasibətlər tamamilə yeni səviyyəyə qaldırılmalıdır. Azərbaycan vaxt itirmədən strateji müttəfiqlik qurmaq üçün aktiv siyasi dialoqa başlamalıdır, bunun ilk addımı da hərbi-strateji ittifaq müqaviləsinin bağlanması və Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması olmalıdır. Məncə bu, ilk olaraq atılmalı addımdır.

- Sülhəddin bəy, iyulun 14-də insanlar Bakının küçələrinə axın edərək, Azərbaycan ordusuna dəstək ifadə etdilər. Bildiyimizə görə, Siz də bu aksiyada iştirak etmisiniz. Həmin aksiya ilə bağlı qənaətiniz nədən ibarətdir?

- Açığı, aksiya haqqında mətbuat və sosial şəbəkə vasitəsilə məlumat aldım. Gecə saat 23:30-dan 01:30-a qədər aksiyada iştirak etdim. Hadisələri Milli Məclisin qarşısında izlədim. Baş verən hadisəni müsbət qiymətləndirirəm. Bir tərəfdən sözsüz ki, artıq Azərbaycanda yeni gənc nəsil yetişib. Bu nəslin prosesə belə qızğın reaksiya verməsi müsbət haldır, qürurvericidir. Digər tərəfdən, hakimiyyətin buna imkan verməsi, şərait yaratması da müsbət hadisədir. Həmçinin, bunun təhrik və təxribatlara açıq olduğu da nəzərə alınmalıdır. Hansı ki, biz bunu da müşahidə etdik. Mən həmin gün Milli Məclisdə baş verən hadisəni nəzərdə tuturam. Orada tanıdığım siyasətçilər və jurnalistlər var idi və onlara təhriklərin mümkün olduğunu bildirdim. Təəssüflər olsun ki, bir neçə saatdan sonra bu baş verdi.

İnsanlar yaranan ağır vəziyyətə, torpaqlarımızın işğal altında qalmasına, sərhədlərimizin pozulmasına dözmək istəmirlər. Bu ağır durumu dözülməz hesab edirlər və baş verənlər bunun ifadəsi idi. Gənc və yeni nəsil bu durumla barışmaq niyyətində deyil və bu niyyətini ifadə etdi.

- İnsanlar həmin aksiyada “Qarabağ” şüarı səsləndirir, Azərbaycan Ordusunu müdafiə edirdilər, siyasi hakimiyyət məsələsi yox idi. Bu prosesə milli həmrəylik və birlik addımı kimi baxıla bilərmi?

- Bəli, həmrəylik və birlik nümayişi idi, bu səbəbdən prosesi müsbət qiymətləndirirəm. Gənclər açıq şəkildə Ali Baş Komandanın, Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımları müsbət qiymətləndirir, cəbhədə döyüşlərdə iştiraka hazır olduqlarını bildirirdilər. Sözsüz ki, hakimiyyət bunu nəzərə almalı, apardığı siyasətdə korrektələr etməlidir. Və Azərbaycanda artıq mütləq milli siyasətə keçilməlidir.

- Sizcə, niyə bu aksiyada insanların qarşısına nüfuzlu siyasətçi və ya ziyalılar çıxmadı?

- Mən bunu düzgün hesab etmirəm. Aksiya zamanı yaxın ətrafda hakimiyyətə yaxın siyasətçiləri də gördüm, onların da narahatlığı hiss edilirdi. Açığı, bu aksiya bir qədər gözlənilməz oldu. Hakimiyyətin prosesə dəstək verdiyi, şərait yaratdığı göz qarşısında idi. Nədən hadisələr təbii axarına buraxıldı, niyə çıxış olmadı məsələsini isə anlamadım.

Müxalifətin yaranan vəziyyətdə fürsətçilik etməməsi əlbəttə, müsbət haldır. Bütün müxalifət eyni mövqedən çıxış etdi. Amma hakimiyyətin davranışını mən bu mənada adekvat hesab etmədim. Hakimiyyət nümayəndələri mütləq bu aksiyada çıxış etməliydilər. Məncə, oraya toplaşan insanlara hakimiyyətin təşəkkür borcu var idi. Düzdür, insanlar vətəndaşlıq borcunu yerinə yetirirdi, amma hakimiyyət də öz borcunu yerinə yetirməli idi. Yəni vətəndaş dövlət qarşısında məsuliyyət daşıdığı kimi, dövlət də vətəndaşlar qarşısında məsuliyyət daşıyır. Məncə, vətəndaşların qarşısına çıxılmalı, onlara təşəkkür edilməli, milli birlik və həmrəylik daha yüksək səviyyədə göstərilməli idi. Həmçinin, real vəziyyət haqqında insanlara mümkün qədər informasiya verilməli idi. Təəssüflər olsun ki, biz, bunu görmədik.

- Aksiyanın sonunda təxribata yol verildi. Sizcə, bu təxribat kimə lazım idi?

- Mən bu hadisənin detallarını bilmirəm. Belə hadisələr zamanı proqnozlaşdırma çox çətindir. Çünki orada hər xarakterdə insan qrupları olur. Sosial qruplar bəzən bir-biri ilə müqayisədə fərqliliklər nümayiş etdirirlər. Bu hal hadisələrin təbii axarındamı baş verdi, yoxsa burada təxribat elementi oldumu məsələsinin xüsusi araşdırmaya ehtiyacı var. Hazırda cinayət işi başlanıb və yəqin ki, istintaq orqanları lazımi məlumatı ictimaiyyətlə paylaşacaq. Məncə, istintaq orqanlarının borcudur ki, bu hadisə ilə bağlı ictimaiyyətə hərtərəfli, obyektiv məlumat versinlər. Və belə hallar gələcəkdə təkrar edilməməlidir.

- Bu təxribat “beşinci kolon”un əməli ola bilərmi?

- Təbii ki, mümkündür. Ümumiyyətlə, Azərbaycan ərazisinin böyük hissəsi işğal altındadır, müharibə vəziyyətində olduğumuz, münaqişənin qaynar fazaya keçdiyi, döyüş əməliyyatlarının başladığı bir mərhələdə bu hala xüsusi diqqət göstərilməlidir. Nəzərə alsaq ki, bu konfliktin arxasında Rusiya dayanır və onun Azərbaycanda güclü “beşinci kolon”u var, habelə son dövrlər yarımçıq olsa da, bu kolona qarşı addımlar atılır, deməli bu, xüsusi həssaslıq tələb edən məsələdir. Və təhlükəsizlik xidməti bu hallara diqqət ayırmalıdır.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Deyirlər, yaşın keçib, qocalmısan" - Xalq artisti
Bu gün, 10:40
Sabahdan liseylərin V siniflərinə qeydiyyat başlayır - Diqqət!
Bu gün, 10:38
Gürcüstanda son sutkada COVID-19-a 14 yoluxma qeydə alınıb
Bu gün, 10:37
"Azəriqaz"ın növbəti sayğac DƏLƏDUZLUĞU - Təzəni aparıb yerinə köhnə qoşurlar
Bu gün, 10:36
E-TƏBİB xəbərdar edir: Avtobusda, parkda, marketdə koronavirus xəstələri var: - Yoluxmuş şəxsləri evdən kim buraxır?
Bu gün, 10:33
Hər daşında insanlarımızın harayı olan Xocalıdan SON GÖRÜNTÜLƏR
Bu gün, 10:30
Co Bayden Belarusdakı etirazçıları dəstəklədi
Bu gün, 10:28
Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:27
Narkotiklə tutulmuş Astara sakininin digər cinayət əməli də üzə çıxıb
Bu gün, 10:26
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirəcək
Bu gün, 10:20
Pandemiya ilə mübarizə aparan həkimlər PREZİDENTDƏN XAHİŞ ETDİLƏR... - "...göstəriş verməyinizi Sizdən xahiş edirik"
Bu gün, 10:11
“Dövlət vəsaitlərinin hara xərclənməsi ilə bağlı obyektiv yazılar verilməlidir ki...” - Qulu Məhərrəmli
Bu gün, 10:05
"Svetlana Tixanovskaya təhlükəsizlikdədir, o, Litvadadır"
Bu gün, 10:02
11 saylı vergi idarəsində qanunları sayan yoxdur... - Özbaşınalıq
Bu gün, 10:00
Pərvin çimərlik fotolarına görə tənqid olundu
Bu gün, 09:58
Xaçmazda qadın əri tərəfindən öldürüldü
Bu gün, 09:51
Səhiyyə naziri bu həkimdən niyə qorxur? - "Gözün üstündə qaşın var" deyən də yoxdur...
Bu gün, 09:49
Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviçin Azərbaycana səfəri başlayıb
Bu gün, 09:46
“Tərəqqi” texniki-humanitar liseyində yerlər SATILIR? - GİLEY
Bu gün, 09:38
2020-ci ilin büdcəsi niyə indi dəyişdirildi... - TƏHLİL
Bu gün, 09:33
"Matçın neytral meydanda keçirilməsi müzakirə mövzusu deyil"
Bu gün, 09:31
Ağ Ev yaxınlığındakı atışmanın təfərrüatı - VİDEO
Bu gün, 09:26
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:19
İcazələri olmadan Qusar rayonuna istirahətə gələn 18 nəfər cərimələnib - FOTO
Bu gün, 09:18
“Ölkə təhsili fövqəladə vəziyyətə hazır deyil” - ekspert
Bu gün, 09:16
Ceyhun Bayramov Türkiyədə rəsmi səfərdədir
Bu gün, 09:10
"İnqilabçı" baş nazirin “qayığı” batır... - TƏHLİL
Bu gün, 09:09
“KTMT heç vaxt Azərbaycan ərazilərində hərbi münaqişəyə daxil olmayacaq” - deputat
Bu gün, 09:07
Rövşən Rzayevin “Kebabzade” qayğıları… - İTTİHAM
Bu gün, 09:06
“Prezident gənc kadrların üzə çıxarılması istiqamətində real addımlar atmaqdadır” - GƏLİŞMƏ
Bu gün, 09:02
Goranboyda evdə gizli ad günü keçirmək istəyən şəxslər saxlanılıb - FOTO
Bu gün, 09:00
“Bank VTB (Azərbaycan)”da komitə sədri dəyişdi – TƏYİNATLAR
Bu gün, 08:58
İcra başçısını bu ailə maraqlandırmır? - Bir ailə intihar həddində...
Bu gün, 08:56
Cahangir Əsgərovdan yeni "AZAL RƏQSİ"... - "Pullar hara gedib" deyə axtarmayaq...
Bu gün, 08:54
Əhmədzadənin korrupsiyalaşmış CAHANI... - "Ağsaqqal"ın kölgəsində yeyilən milyonlar...
Bu gün, 08:48
Paşinyan Qarabağ problemini növbəti dalana gətirəndən sonra... - TƏHLİL
Bu gün, 08:42
Hər halda məktəblilər formasız dərsə gedə bilməz... - GƏLİŞMƏ
Bu gün, 08:36
"Sürücülərin bir-birinə güvənməməsi, onların biri digəri haqqında pis düşünmələri anlamına gəlməməlidir" - deputat
Bu gün, 08:30
“Bəhram Bağırzadə ilə bağlı səhv bəyanat verildi”
Bu gün, 08:24
"Neft çıxan ölkədə kim 200 manat maaş yazırsa, Allah ona lənət eləsin..."
Bu gün, 08:21
Neftin qiyməti bahalaşmaqda davam edir
Bu gün, 08:16
İki milyonluq tenderin qalibi olan MMC rəhbərinin atası hansı dövlət məmurudur? - İLGİNC
Bu gün, 08:15
“Əsas diqqət şəffaflıq və hesabatlığın təmin olunmasına yönəldilməlidir” - GƏLİŞMƏ
Bu gün, 08:12
Azərbaycan Sənaye Korporasiyası ASC-də "papağı günə verənlər" - Büdcə pulları belə boşuna sərf olunur...
Bu gün, 08:09
Qanunsuz fəaliyyət göstərən şirkətlər dövlətə 100 min manatlarla ziyan vurur - İTTİHAM
Bu gün, 08:03
ABŞ prezidenti Putini G7 sammitinə dəvət etmək istəyir
Bu gün, 07:56
Pandemiyaya qarşı qonşulardan kim daha çox pul ayırıb? - ARAŞDIRMA
Bu gün, 07:54
“Köhnə nəsil isternetdən istifadə edə bilmədiyinə görə, kitabxanalar hələ ki lazımlılığını qoruyur"
Bu gün, 07:53
Gəncədə gənc oğlan intihar edib
Bu gün, 07:48
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Bu gün, 07:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru